Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə69/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   65   66   67   68   69   70   71   72   ...   156

Müslüm Nəzərov
  
174 
 
SUMMARY
 
 
SOCIO-CULTURAL FUNCTIONS OF EDUCATION
 
  
M.H.Nazarov 
 
The concept of education in cultural events in terms of socio-cultural approach is 
based on the concept of development is characterized as a complete system, its main 
content of the society of cultural values and ideas that made the accuracy of this 
approach and stages of development of the concept of education, education in all 
spheres of public life, influence in the article that cultural system stage objective of 
education. The idea that education is concentrated in the inseparable part. Education 
is of fundamental importance in the formation of cultural space, the role of the 
education system, socio-cultural function being analyzed. 
 Education in developing areas in search of sociology logik socio-cultural envi-
ronment. Education and other social system is connected with social system was open. 
 
 
Çapa tövsiyə etdi: 
 
f.e.d. Z.B.Ağayeva 
 


Azərbaycanda davamlı inkişafın perspektivləri və ekoloji problemlərin həlli
 
 
175 
 
 
AZƏRBAYCANDA DAVAMLI İNKİŞAFIN PERSPEKTİVLƏRİ VƏ 
EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ 
 
Rəşadət Qüdrət oğlu Yaqublu  
Naxçıvan Dövlət Universitetinin dissertantı 
 
 
Açar sözlər: ekologiya, davamlı inkişaf, ekosiyasət, ekoloji sivilizasiya, biosfer 
mədəniyyəti.  
Keywords:
 
ecology, sustainable development, ecopolitics, ecological civilization, 
the culture of the biosphere. 
Ключевые  слова:
 
экология,  устойчивое  развитие,  экополитика, 
экологическая цивилизация, культура биосферы. 
 
Hər bir ölkənin inkişafı özünəməxsus parametrlərlə şərtlənir. Başqa sözlə desək 
bütün ölkələrin ictimai inkişafını təmin edəcək universal inkişaf modelinin qurulması 
sadəcə mümkünsüzdür. İnkişaf modeli, yaxud konsepsiyası seçilərkən, həmin ölkənin 
coğrafi və iqlim şəraiti,  ərazisi, sosial-etnik tərkibi, təbii resursları, demoqrafik 
vəziyyəti nəzərə alınmalıdır. Davamlı inkişaf konsepsiyasının əsas xüsusiyyəti odur 
ki, o universal səviyyə daşıyır və onun gerçəkləşməsi üçün qlobal layihələr təklif 
olunur. Bu layihə bilavasitə inkişafın özü ilə yox, inkişaf nəticəsində meydana çıxaraq 
inkişafa mane olacaq çətinliklərin aradan qaldırılması ilə bağlıdır. Hər bir ölkənin 
inkişaf amilləri fərqləndiyi üçün davamlı inkişafa keçidin də  hər bir ölkə üçün 
özünəməxsus səbəbləri mövcud olmuşdur. Azərbaycan Respublikasının da davamlı 
inkişaf konsepsiyasına keçidini şərtləndirən amillər mövcuddur. Bu amillərdən biri də 
ekoloji problemlər hesab edilir. 
Davamlı inkişaf konsepsiyası  çərçivəsində ekoloji problemlərin həllinə 
yanaşmalar bir-birindən fərqlənsə  də, mütəxəssilərin  əksəriyyəti bu istiqamətdə 
görüləcək işlərə ilk növbədə  təhsildən başlanmasının zəruriliyini vurğulayırlar. Bu 
heç də  təsadüfi deyildir. Belə ki, UNESCO-nun davamlı inkişaf mədəniyyətinin 
formalaşmasında təhsilə xüsusi yer ayrılması ön plana çəkilmişdir. BMT-nin 2002-ci 
ildə Yohannesburqdakeçirdiyi Ümumdünya sammitində onilliyin “Davamlı inkişaf 
üçün təhsilin dekadaları” elan etmişdir (2005-2014-cü illər). Burada təhsilin davamlı 
inkişaf konsepsiyasının tələblərinə müvafiq qurulması daha aydın görünür. 
Davamlı inkişafda ekoloji problemlərin həlli prosesində  təhsildə islahatların 
aparılması prof. N.Məmmədov tərəfindən əhatəli tədqiq olunmuşdur. O, “Ekologiya 
və davamlı inkişaf” adlı monoqrafiyasında bu haqda yazır: “Davamlı inkişafa keçid 
ilə əlaqədar irəlidə gedən təhsilin, onun futurizasiyasının vacib olması aydın görünür. 
Davamlı inkişafın maraq dairəsində  təhsil,  şəksiz və çoxcəhətli olaraq müxtəlif 
məsələlərin həllinə istiqamətlənmişdir. Bununla belə, aydın görünür ki, davamlı 


Rəşadət Qüdrət oğlu Yaqublu
  
176 
inkişaf üçün təhsilin mürəkkəb strukturu, təhsil strukturuna yalnız müdaxilə etməklə 
deyil, onun ən önəmli əsasına çevrilməli olan, ekoloji təhsilə doğru yüksəlməlidir və 
əgər  ədəbiyyat və tarix, mədəniyyətin mənəvi dəyərlərinin mənimsənilməsinə 
lazımdırsa, təbiətşunaslıq – təbiətin qanunauyğunluqları, ekoloji təhsil insanların 
təbiətə olan həmin münasibətlərinin formalaşmasına, onun dəyişdirilməsinin mümkün 
həddə müəyyənləşdirilməsini, bəşəriyyətin mövcud olması  və  gələcək inkişafına 
imkan verən spesfik sosial-təbii qanunauyğunluqlarının dərk edilməsi üçün 
vacibdir”(2, s.248-249). Göründüyü kimi, ekoloji problemlərin həlli təhsildə kifayət 
qədər ciddi işlərin görülməsini zəruri edir. 
Azərbaycanda ekoloji təhsilə xüsusi diqqətin yetirilməsi, ölkənin inkişaf 
potensialının gerçəkləşdirilməsi ilə bilavasitə  əlaqəlidir. Məlum olduğu kimi, 
Azərbaycan zəngin təbii ehtiyatlara malikdir. Ölkəmizin təbiətində planetdə mövcud 
olan on bir iqlim qurşağından doqquzu-yarımsəhra quru qoldan, şaquli zonallıq üzrə 
dağ tundra-soyuq iqlim tiplərinə qədər digər iqlim tipləri və yarımtipləri yayılmışdır. 
Təbii şərait, sənayeləşmə urbanizasiya ilə əlaqədar Azərbaycanda əhali qeyri-bərabər 
paylanmışdır. (3, s.127) Bu o deməkdir ki, ölkədə iqtisadi inkişaf üçün kifayət qədər 
geniş imkanlar mövcuddur. Lakin, qətiyyən unutmaq olmaz ki, ekstensiv inkişaf son 
nəticədə resursların tükənməsinə,  əkin sahələrinin istifadə olunması üçün yararsız 
vəziyyətə düşməsinə, sənaye inkişafının nəticəsi kimi atmosferin kəskin 
çirklənməsinə səbəb ola bilər. Deməli, ölkədə ümumi iqtisadi inkişaf davamlı inkişaf 
çərçivəsində gerçəkləşdirilməli və bu inkişaf konsepsiyasının  əsas prinsipləri 
gözlənilməlidir. 
Davamlı inkişaf konsepsiyası çərçivəsində ekoloji problemlərin həlli, və yaxud 
belə problemlərin meydana gəlməsinin qarşısının alınması biosfer mədəniyyətinin 
formalaşdırılmasını  tələb edir. Çünki, davamlı inkişafın gerçəkləşdirilməsi sosial-
ekoloji biliklərin  əldə edilməsi və  həmin biliklərin cəmiyyətə  təlqin edilməsindən 
bilavasitə asılıdır. “Biosfer mədəniyyəti” dedikdə  ətraf mühitə, təbiətə hörmətlə 
yanaşmaq, ekoloji etika, tələbatın ağıllı şəkildə məhdudlaşdırılması və s. əhatə edir. 
Ekologiyanın sosial-fəlsəfi problemlərinin tədqiqi ilə  məşğul olan, fəlsəfə elmləri 
doktoru S.Hüseynovun fikrincə biosfer mədəniyyətinin formalaşdırılmasında 
aşağıdakı ilkin şərtləri nəzərə almaq lazımdır: 
1.  Uşaq və  gənclərin ekoloji tərbiyəsini yüksəltmək və onlara ekoloji 
mədəniyyəti formalaşdırmaq üçün davamlı inkişaf konsepsiyasına uyğun olan yeni 
ekoloji təhsil proqramının hazırlanması və həyata keçirilməsi; 
2.  Ekoloji cəhətdən təmiz texnologiyaların respublikaya gətirilməsinin təmin 
olunması. 
3.  Respublika müəssisələrində mövcud olan texnologiyaların müasir ekoloji 
təlabata uyğunlaşdırılması.(4, s.64) 
Bu prinsipləri göstərməklə yanaşı, S.Hüseynov biosfer mədəniyyətinin 
formalaşdırılmasında aşağıdakı  mərhələlərə diqqət yetirir. Onun fikrincə proses üç 
mərhələdə gerçəkləşdirilməlidir. Birinci mərhələdə: davamlı inkişaf sahəsində elm və 
təhsil sisteminin dövlət tərəfindən dəstəklənməsi haqqında hökümət qərarlarının 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə