Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə72/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   68   69   70   71   72   73   74   75   ...   156


Sufizmin vəhdəti-vücud təlimində varlıq problemi
 
 
183 
UOT 1(091) 
 
SUFİZMİN VƏHDƏTİ-VÜCUD TƏLİMİNDƏ  
VARLIQ PROBLEMİ 
 
Zaur Firidun oğlu Rəşidov  
Azərbaycan Milli Elmlər Akademiyası  
Fəlsəfə İnstitutunun  
“Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin elmi işçisi  
 
 
Açar sözlər: varlıq, yoxluq, təcəlli, vahid, vəhdət, Tanrı, məna, surət, zahir, batin, 
vücud, mövcud 
Key words: Being, non-being, manifestation, the One, unity, God, meaning, form, 
Manifest, Non-manifest, existence, existent 
Ключевые  слова:  бытие,  небытие,  проявление,  единый,  единство,  Бог, 
смысл, форма, Явный, Скрытый, существо, сущее 
 
Giriş. Vəhdəti-vücud islam fəlsəfəsinin əsas qollarından olan sufizmin özülünü 
təşkil edən başlıca təlimlərdəndir. Sufilik fəlsəfəsi mistik çalarlara malik olduğundan, 
təsəvvüfün özünəməxsus sirrli izi vəhdəti-vücudda da sezilməkdədir. Bu cəhətdən, 
vəhdəti-vücudun məğzi dününcə üçün də bir qədər qəlizdir. Onun mahiyyətindəki 
dərin fəlsəfi məzmun da ilk baxışda məntiqdən gizlidir. Təlimin bu daxili 
“izaholunmaz sehri” düşüncələrdə dumanlı fikirlər də doğurmaq iqtidarındadır. 
Vəhdəti-vücudun bu xəlvəti təməlində hal əhlindən olmayan bəndələri vahiməyə 
salaraq qorxudan ibarə “kabusları” da uyumaqdadır. Bu heybətli “kabuslar” təlimin 
mətləbini tilsimə saldıqlarından, vəhdəti-vücudun  əqllərdə  təlatümlər törədən, 
düşündükcə dəhşətli səslənən; “vücudda Haqqdan qeyri bir şey yoxdur”, “zahir olan 
hər şey Haqqdır”, “Xaliq və məxluqda varlıq birdir”, “görüntülərdə görünən Haqqdır” 
ifadələrindəki sirrli mənaları ilk baxışdan aşkarlamaqda  əziyyət çəkən  əql, ixtilaf 
salan “kabuslar”ın tilsimini qıracaq birbaşa ovsuna da malik deyil. Belə qorxunc 
çağırışlar qarşısında titrəyən, öz heyrəti ilə də cadulanmış düşüncənin gələcəyi nəticə 
isə  şirkdir. Belədə, vəhdəti-vücud təliminin nümayəndələrindən olan; Cüneyd 
Bağdadinin (822-911) “cübbəmin altında Allahdan başqası yoxdur” fəryadı, Həllac 
Mənsurun (858-922) “Ənəl Həqq” deməsi, Qazilərin gözü olan Eynəlqüzat 
Miyanəcinin (1099-1131) “hakimdən daha çox, arifin vəhdət dili ilə danışan, 
danışdığı üçün də öz başına da bəla olan dili”, Mövlana Cəlaləddin Ruminin (1207-
1273) “cisimlər çoxdur, cansa birdir” xitabı, oğlu Sultan Vələdin (1227-1312) “cahan 
içrə nişan istədiyimdə, cahanın daima sən olduğunu bildim” etirafı, Yunus Əmrənin 
(1238-1321) “bizim ilə özünü aşkar edib, özünü bizdə pünhan edən Haqq”ı, Mahmud 
Şəbüstərinin (1288-1320), “Haqqın birliyinə  şahid olan hər  şeydə varlığının vahid 
olması”nı bəyan etməsi, Əbdülkərim Cilinin (1366-1424) “bəyanına belə iki aləmin 


Zaur Firidun oğlu Rəşidov
  
184 
şahidlik etdiyi kamil insan”ı, dərisi soyulan Nəsiminin (1369-1417) “məndə cahanın 
sığdığı halda mənim bu cahana sığmadığımı” cara çəkilərkən car çəkməsi, Sunullah 
Qeybinin (1615-1665) “bir vücuddur cümlə əşya, eyni əşyadır Xuda” təzadı, Niyazi 
Misrinin (1618-1693) “hara baxsa əşyada ancaq əsma görən arifin, cümlə əşyada da 
müsəmma olan Tanrını görməsi ” əql əhli tərəfindən birmənalı qəbul olunmur. 
Vəhdəti-vücud: ziddiyyətlərdən aydınlığa doğru. Bu qərib cəhətləri ilə, 
vəhdəti-vücud islam dünyasında uzun zaman kəskin təqiblərə  məruz qalmış, ağır 
ittihamlar ilə üzləşmişdir. Bu mənada tanınmış din alimi İbn Təymiyyə (1263-1328) 
də vəhdəti-vücud təliminin nümayəndələrini mülhid (dinsiz-Z.R.) adlandıraraq onları 
şiddətli tənqid atəşinə tuturdu (8, s.108-109). O, həm də  vəhdəti-vücudu islamda 
pislənilən hülul
1
  və ittihad
2
 kimi şərh edirdi. Bu təlimin tərəfdarlarının təqib 
edilməsini dəstəkləyərək, onların məsləyini islam əxlaqına qarşı  çıxma kimi rədd 
edirdi. Onun fətfası ilə islam dünyasında vəhdəti-vücud təlimi küfr, nümayəndələri 
isə kafirlər hesab olunaraq edam da edilirdi. Digər görkəmli müsəlman alimi İbn 
Xəldun (1332-1406) da, vəhdəti-vücudu sərt bir şəkildə islama yad təlim kimi 
pisləyirdi (16, s.92). O, sufilərin  əqlin həqiqətlərinə qarşı  kəşfin həqiqətlərini 
qoymalarını yolverilməz sayırdı. Bu kimi ittihamlardan qaynaqlanaraq aramsız 
təqiblərdən “əziyyət çəkən”, “qan dəryasında boğulan” vəhdəti-vücud təlimi islamda 
təbliği böyük günah sayılan vücudiyyə (panteizm) kimi də qələmə verilirdi. Məsələn, 
tanınmış islam mücəddidi (dini canlandıran, yeniləyən) Şeyx Əhməd Sirhindi (1564-
1624) də, vəhdəti-vücudu vücudiyyə elan edərək rədd edirdi (10, s.4-5). Qeyd edək 
ki, Ə.Sirhindi (İmam Rəbbani) vəhdəti-vücudu (varlığın vəhdəti, birliyi) inkar edərək, 
onun  əvəzinə  vəhdəti-şühud (şahidliyin vəhdəti, görmə birliyi) təlimini irəli 
sürürmüşdür. Vəhdəti-şühud vəhdəti-vücudun “Haqdan başqa varlıq yoxdur” fikrini, 
“aləmdə gözün gördüyü bütün varlıqlar Haqqın təcəllisidir” fikri ilə  əvəz edən 
təlimdir. Amma, fəlsəfi cəhətdən yanaşdıqda vəhdəti-vücud vəhdəti-şühuddan fərqli 
də deyil. Bu məsələyə diqqət yetirən tanınmış islam mühəddisi (hədis elmini bilən) 
Şah Vəliullah Dehləvi (1703-1762) də yazır ki, hər iki təlimdəki bənzətmə  və 
məcazları bir kənara qoyduqda, onlar mahiyyətcə tam olaraq eyniyyət təşkil edir (4, 
s.181). Qeyd edək ki, hindistanlı sufi şeyxi  Ş.V.Dehləvi vəhdəti-vücud təliminin 
tərəfdarlarındandır. O, həm də, Ə.Sirhindinin vəhdəti-vücudu təhrifli izah etməsi ilə 
də razılaşmırdı. Beləliklə, uzun zaman vəhdəti-vücuda yersiz calaq edilən vücudiyyə, 
təqib olunan sufilərin özləri tərəfindən heç bir zaman qəbul olunmurdu. Məsələn, 
vəhdəti-vücud təliminin ən tanınmış nünayəndələrindən biri olan Əbdülqani Nəblusi 
(1641-1731) də kəkin şəkildə vəhdəti-vücudun “vücudiyyə firqəsi” adlandırılmasına 
qarşı  çıxırdı (21, s.76-77). Ariflərinin bu qiyamlarına baxmayaraq olduqca 
uzunömürlü ittiham kimi tarixin yaddaşına keçən vücudiyyə, vəhdəti-vücudun 
“vücud”unu, vəhdəti-mövcudun (panteizm) “mövcud”u hesab edərək bu günədək 
izləməkdədir. 
                                                 
1
 Tanrının aləmə və ya ruh şəklində insana daxil olması. 
2
 Xaliq ilə xəlqin birliyi, birləşərək tək olması, təklənməsi. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə