3. Əsas fondlardan istifadə göstəriciləri



Yüklə 22,92 Kb.
səhifə1/5
tarix01.04.2023
ölçüsü22,92 Kb.
#103924
  1   2   3   4   5

3. Əsas fondlardan istifadə göstəriciləri

İstehsal firması və ya müəssisənin iqtisadi inkişafına və onun maddi-texniki bazasının möh-kəmləndirilməsinə əsas fondların yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. İstehsal əsas fondların-dan istifadə edilməsinin səmərəliliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici (iqtisadi) və xüsusi (texniki və texniki-iqtisadi) göstəricilərə bölünür.


Firmaların istehsal əsas fondlarından istifadəni səciyyələndirən iqtisadi (ümumiləşdirici) göstəriciləri bir çox texniki-təşkilati və iqtisadi amillərdən asılıdır və əsas fondlardan istifadənin son nəticəsini xarakterizə edir. Buraya fondverimi və fondtutumu göstəriciləri aid olunur.
Firma üzrə fondverimi həcm göstəricilərindən birinin – əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi müəyyən edilir və bu, əsas fondların bir manatına düşən məhsul buraxılışını özündə əks etdirir. Fondverimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar. Fondverimi (Fv) göstəricisi aşağıdakı düsturla hesablanır:
F(v) = V/F(əs)

Burada, V – il ərzində istehsal edilən məhsulun dəyəri, manatla;


Fəs – istehsal əsas fondlarının orta illik dəyəri, manatla.
İstehsal əsas fondlarının orta illik dəyəri onların ilin əvvəlinə və axırına olan dəyərlərinin yarısı kimi müəyyən edilir. Lakin bu qaydada hesablama zamanı il ərzində istismara verilmiş əsas fondların hansı aylardan istifadə olunması nəzərə alınmır və əsas fondların orta illik dəyəri təhrif edilir. Buna görədə əsas fondların orta illik dəyərinin hər rübün əvvəlinə və axırına dəyərlərinin yarısını toplayıb ildəki rüblərin sayına, yəni 4 rəqəminə bölməklə hesablamaq daha düzgün olardı. Bu zaman müəssisələrin balansında olan, bütün istehsal əsas fondları (konservasiyada, ehtiyatda, əsaslı təmirdə, modernləşdirmədə və s.) hesaba alınır.
Fondverimi göstəricisinin əksi olan göstərici fondtutumu adlanır və buraxılan məhsulun hər manatına düşən istehsal əsas fondlarının (dəyərə görə) miqdarından ibarətdir. Fondtutumu (Ft) aşağıdakı kimi hesablanır:



Yüklə 22,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə