3. Əsas fondlardan istifadə göstəriciləri


Buna görə də fondverimi göstəricisinin xalis məhsul əsasında hesablanması daha məqsədəuyğundur



Yüklə 22,92 Kb.
səhifə3/5
tarix01.04.2023
ölçüsü22,92 Kb.
#103924
1   2   3   4   5
Buna görə də fondverimi göstəricisinin xalis məhsul əsasında hesablanması daha məqsədəuyğundur. Bundan başqa, fondverimi səviyyəsinin əməyin fondla silahlılığı (istehsal heyətinin hər nəfərinə düşən əsas fondların dəyəri) və əmək məhsuldarlığının (istehsal heyətinin hər nəfərinə düşən məhsulun dəyəri) artması nisbəti, məhsulun maya dəyərinin azalması və onun keyfiyyətinin yaxşılaşması, mənfəətin və rentabelliyin artması ilə müşayiət olunmalıdır.
Fondverimi göstəricisinin, əmək məhsuldarlığı və əməyin fondla silahlılığı ilə birlikdə öyrənilməsi və təhlili əsas fondlardan istifadə haqqında daha geniş təsəvvür yaradır. Çünki əməyin fondla silahlılığı, əmək məhsuldarlığı və fond verimi arasında müəyyən qarşılıqlı kəmiyyət asılılığı vardır. Başqa şərtlər eyni qaldıqda həmin göstəricilərdən ikisinin dəyişməsi üçüncünün dəyişmə istiqamətini və kəmiyyətini müəyyən edir.
Əmək məhsuldarlığı, əməyin fondla silahlılığı və fondverimi göstəriciləri arasındakı asılılığı aşağıdakı kimi ifadə etmək olar:

F(v)= V/F(əs) Ə(m)= V/İ F(s)= F(əs)/ İ

Burada, Əm – əmək məhsudarlığı;
Fs – əməyin fondla silahlılığı;
İ – fəhlələrin sayı;
V – məhsulun həcmi.
Gətirilən düsturlardan görünür ki, hər 3 göstəricini biri-birilə bağlayan, onlar arasında əlaqə yaradan istehsal amili daha doğrusu bu amilin kəmiyyəti dayanır: fondverimi ilə (Fv) əmək məhsuldarlığı (Əm) üçün ortaq məhsulun həcmi, əmək məhsuldarlığı (Əm) ilə fondsilahlılığı (Fs) arasında işçilərin sayı və, nəhayət, fondverimi ilə (Fv) fondsilahlılığı (Fs) arasında isə əsas fondların dəyəridir.
Əgər əmək məhsuldarlığı fəaliyyətin nəticəsidirsə, səmərəsidirsə, əməyin fondla silahlılığı nəticənin əlaqədar olduğu xərcdir; onların müqayisəsi isə səmərəlilikdir.
Deməli, yuxarıda qeyd edildiyi kimi, fondveriminin artması əmək məhsuldarlığı ilə əməyin fondla silahlılığının nisbətindən asılıdır: əmək məhsuldarlılığının əməyin fondla silahlılığına nisbətən üstünlüklə artması əsas fondlardan istifadə səviyyəsini (fondverimini) yüksəldir.
İstehsal əsas fondlarından, daha doğrusu, onun aktiv hissəsi olan istehsal avadanlıqlarından istifadə edilməsinin səmərəliliyini xarakterizə edən xüsusi (texniki) göstəricilər müxtəlif amillərdən, məsələn, vaxtdan, gücdən (vaxt vahidinə), təzələnmə dərəcəsindən və s. asılı olaraq əsas fondlardan istifadə səviyyəsini xarakterizə edir.
Avadanlığın ekstensiv yüklənməsi əmsalı (Kekst) ondan vaxta görə istifadə səviyyəsini xarakterizə edir və eynitipli avadanlığın hər bir qrupu üzrə aşağıdakı düsturla müəyyən olunur:
K(ekst)= F(f.v)/ F(n)
Burada, Ff⋅v – avadanlığın faktiki iş vaxtı, saatla;
Fn – avadanlıqdan mümkün istifadə vaxtıdır (rejim, plan və ya həqiqi vaxt fondu), saatla.
Avadanlıqdan vaxta görə (ekstensiv) istifadənin digər mühüm göstəricilərindən biri də növbəlilik əmsalıdır. Avadanlığın işinin faktiki növbəlililk əmsalı gün (sutka) ərzində müəssisənin, sexin avadanlıqları tərəfindən işlənmiş dəzgah-növbələrin sayının qurulmış avadanlıqların sayına nisbəti kimi müəyyən edilir:


Yüklə 22,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə