3. Əsas fondlardan istifadə göstəriciləri



Yüklə 22,92 Kb.
səhifə2/5
tarix01.04.2023
ölçüsü22,92 Kb.
#103924
1   2   3   4   5
F(t)= F(əs)/V

Fondverimini daha ətraflı təhlil etmək, onu yüksəltməyin ehtiyat mənbələrini aşkara çıxarmaq üçün müəssisənin texniki-texnoloji xüsusiyyətlərini nəzərə almaqla əlavə göstə-ricilərdən də istifadə olunur. Məsələn, çuqun, polad, prokat, neft, qaz, kömür, sement, elektrik enerjisi və s. kimi standart məhsulların istehsalında həmin məhsulların buraxılışı həcminin istehsal əsas fondlarının bir (100, 1000) manatına görə natural ifadədə müəyyən etmək olar. Fondverimi göstəricisi istehsal əsas fondlarının ən aktiv hissəsinə – texnoloji avadanlıqlara görə də müəyyən oluna bilər.


Bütövlükdə, firmada fondverimi göstəricisini təhlil edərkən onun (firmanın) aid olduğu sahənin xüsusiyyətlərini nəzərə almaq lazımdır, çünki ayrı-ayrı sahələr üzrə fondveriminin səviyyəsi geniş amplitudada tərəddüd edir. Məsələn, yüngül və yeyinti sənaye sahələrinin müəs-sisələrində orta illik istehsal əsas fondlarının hər manatına məhsul buraxılışı öz məbləğinə görə, sənaye üzrə orta hesabla məhsul buraxılışından müvafiq surətdə təqribən 2 - 4 dəfə çox, hasilat sa-hələrindəkinə, elektrik və istilik enerjisi istehsallarındakına nisbətən isə təqribən 2 - 3 dəfə az olur.
Fondverimi göstəricisi istehsal əsas fondlarından istifadə səviyyəsini səciyyələndirir. Lakin, məsələn, o, əmtəəlik məhsula görə hesablanırsa, bu halda fondverimi göstəricisi məhsul istehsalı-na çəkilən xərclərin nisbi qənaətini nəzərə almır. İstehsal xərclərində əsas fondların amortizasiyası sənaye müəssisələri üzrə orta hesabla təqribən 10 faizə qədər olur, lakin əsas fondlar istehsal prosesinin maddi əsası olduğuna görə xeyli dərəcədə əmək predmetlərinə və canlı əməyə qənaəti müəyyən edir. Halbuki xammala, materiallara, yanacağa və elektrik enerjisinə, həmçinin əmək haqqına qənaət fondverimi göstəricisinin ancaq məhsul buraxılışının artmasına təsir edən hissə-sində əks olunur. Bu qənaətin üstünlük təşkil edən qalan hissəsi isə fondveriminin səviyyəsində öz əksini tapmır. Halbuki real şəraitdə xammala və başqa əmək predmetlərinə qənaət etmək, əməyi mexanikləşdirmək, iş şəraitini yaxşılaşdırmaq və bunun nəticəsində əmək məhsuldarlığını yüksəltmək üçün əlavə avadanlıq istifadəyə vermək iqtisadi cəhətdən sərfəli olur.

Yüklə 22,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə