Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə70/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   66   67   68   69   70   71   72   73   ...   156

Azərbaycanda davamlı inkişafın perspektivləri və ekoloji problemlərin həlli
 
 
177 
qəbul edilməsi və onların həyata keçirilməsi; bu sahədə çalışan müəllimlərin 
ixtisasının artırılması; kütləvi informasiya vasitələrinin diqqətinin davamlı inkişaf ilə 
bağlı olan mövzulara yönəldilməsi və s. 
İkinci mərhələ; Davamlı inkişaf, ekoloji iqtisadiyyat, sosial ekologiya,məişət 
ekologiyası, ekoloji etika, universallıq etikasına aid dərs vəsaitlərinin hazırlanması və 
yuxarıda göstərilən fənnlərin ali məktəblərdə tədris edilməsi: davamlı inkişafın aktual 
problemləri üzrə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi; davamlı inkişaf üzrə 
elmi-populyar  ədəbiyyatların nəşr edilməsi; davamlı inkişafa aid verilişlərin təşkil 
edilməsi; davamlı inkişafa aid tədbirlərin praktiki cəhətdən həyata keçirilməsinə 
əhalinin cəlb edilməsi məqsədilə aidiyyatı  təşkilatlar tərəfindən birgə aksiyaların 
keçirilməsi və s. 
Ölkə iqtisadiyyatı stabilləşməyə doğru getdikcə üçüncü mərhələyə keçmək 
mümkündür. Üçüncü mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir. 
Üçüncü mərhələ: İstehsal prosesinə idarəetmə sistemində çalışanların hamılıqla 
ekoloji təhsilə keçməsi; davamlı inkişaf üzrə elm-təhsil mərkəzlərinin 
formalaşdırılması; bakalavr , magistr və aspirantlar üçün davamlı inkişaf üzrə xüsusi 
kursların təşkili və  tədris edilməsi; ibtidai, orta, orta ixtisas, xüsusi ixtisas və ali 
məktəb proqramlarına davamlı inkişaf üzrə beynəlxalq sənədlərin və milli 
materialların daxil edilməsi; başqa sivil ölkələrdə davamlı inkişaf sahəsində  əldə 
edilən nailiyyətlərlə tanışlıq və onların respublikada istifadə edilməsi və s. 
Zəruri olaraq qeyd edək ki, Sakit Hüseynovun təklif etdiyi proqram onun 2003-
cü ildə nəşr edilmiş monoqrafiyasında əksini tapıb. Keçmiş müddət ərzində yuxarıda 
əksini tapmış bəzi müddəalar artıq gerçəkliyə çevrilmişdir. Belə ki, bu sahədə görülən 
işləri aşağıdakı kimi sadalamaq mümkündür; Azərbaycanda mövcud olan bəzi ali 
təhsil ocaqlarında davamlı inkişaf və ekologiya ilə  əlaqəli fakültə  və ixtisaslar 
yaradılmışdır; müvafiq sahədə çalışan çoxsaylı qeyri-hökümət təşkilatları yaradılmış 
və bilavasitə dövlətin dəstəyi ilə iri həcmli layihələr həyata keçirməkdədirlər; müvafiq 
mövzuya aid dərsliklər, dərs vəsaitləri, elmi-kütləvi məcmüələr nəşr edilmişdir. 
Ekoloji problemlərin həlli istiqamətində davamlı inkişaf konsepsiyasının rolu və 
əhəmiyyətinə həsr edilmiş bir sıra beynəlxalq konfrans, dəyirmi masalar keçirilmişdir. 
Belə tədbirlərdən biri də 2016-ci il sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar 
Forum çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən 
dəyirmi masa olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət 
İdarəçilik Akademiyasında keçirilən “dəyirmi masaya” akademik Urxan Ələkbərovla 
yanaşı dünyanın tanınmış elm xadimləri, Nobel mükafatı laureatları Robet Bette 
Laflin, Edvard K.Preskot həmsədrlik etmişdir. Mövzu üzrə  əsas mühazirəçilərdən 
olan akademik Y.Ələkbərov ölkəmizdə davamlı inkişaf sahəsində idarəetmə 
texnologiyasının tətbiqinin nəticələrindən danışaraq bildirib ki, davamlı inkişaf 
mövzusu hələ 2001-ci ildən orta məktəblərdə kurrikuluma daxil edilib. Daha sonra isə 
ali məktəblərin bakalavr və magistratura pilləsində tədris proqramına salınıb. Davamlı 
inkişaf indiktorları əslində sosial indiktorlardır. Az enerjidən istifadə edilməsi iqtisadi 
nöqteyi-nəzərdən sərfəlidir. Keçmiş sovet ölkələri, eləcə də Avropa İttifaqına üzv olan 


Rəşadət Qüdrət oğlu Yaqublu
  
178 
keçmiş sovet ölkələri arasında  ən yaxşı göstərici Azərbaycana məxsusdur. Dünya 
Bankının  ən son məlumatında da Azərbaycanın indeksi yüksəkdir. Bunlara nail 
olunmasında innovativ idarəçilik mühüm amildir. Bütün bunlar Azərbaycan 
Prezidenti İlham Əliyevin səyi və təşəbbüsü nəticəsində mümkün olub. (5) 
“Dəyirmi masanın” digər məruzəçilərindən biri də ekologiya və təbii sərvətlər 
naziri Hüseynqulu Bağırov olmuşdur. Nazir öz çıxışında davamlı inkişaf və ekoloji 
sivilizasiya məsələlərinə dair ölkəmizdə  həyata keçirilən işlər barədə  məlumat 
verərək, bildirilmişdir ki, bu məsələyə “Azərbaycan 2010: gələcəyə baxış” inkişaf 
konsepsiyasında böyük yer verilib. Ölkəmizin Paris prosesinə qoşulduğunu deyən 
nazir qeyd edib ki, Azərbaycan zərərli qazların atmosferə buraxılmasına dair 
beynəlxalq sənədi imzalamışdır. Öhdəliyimiz ondan ibarətdir ki, 2030-cu ildə karbon 
birləşmələrinin atılmasını 35 faiz azaldaq. Bu dünyada ən böyük öhdəlik 
səviyyəsidir.Hətta ABŞ kimi böyük ölkənin öhdəliyindən də yüksəkdir. 
Məlum olduğu kimi ekoloji tarazlığın qorunması və bərpaedilməz təbii resurslara 
qənaət edilməsi baxımından alternativ enerji mənbələrindən istifadə mühüm 
əhəmiyyət kəsb edir. H.Bağırov alternativ enerjidən istifadənin zəruriliyinə diqqət 
yetirərək demişdir: “Ölkəmizdə mazutdan istifadədən tam imtina edilib. Habelə meşə 
ərazilərini artırmaq istiqamətində böyük işlər görülür. Azərbaycan keçmiş sovet 
ölkələri ilə müqyisədə az meşə örtüyünə  (ərazisinin 10-12 faizi) sahib olsa da, bu 
meşələr azalmır, sənaye üçün istifadə edilmir. Nəticədə meşələrin artması hiss olunur. 
Son 15 ildə ölkəmizdə 150-170 min hektarlıq meşələr salınıb. Onlardan 144 min 
hektarı artıq çətiri birləşmiş meşə hesab olunur və standartlara uyğundur. Ölkəmizdə 
Günəş panelləri fabriki tikilib. Günəş enerjisi ilə  təmin edilən enerji sektoru 
genişlənib”.(5) 
Keçirilmiş  dəyirmi masanın adında öz əksini tapmış  və son illərdə elmi 
dövriyyəyə daxil edilmiş ekoloji sivilizasiya anlayışı ciddi maraq doğurur. Əgər XX 
əsrin  əvvəllərində Elmi texniki tərəqqi nəticəsində meydana çıxmış texnogen 
sivilizasiya haqqında söhbət açılırdısa, bu gün artıq ekoloji sivilizasiya sosio-
humanitar tədqiqatların predmetinə çevrilir. Ekoloji sivilizasiya, yaxud ekoloji 
mədəniyyət təbii ətraf mühitə, onun tərkib hissəsini təşkil edən amillərə neqativ və 
antropogen təsirlərin, onların çirklənməsinin qarşısının alınmasına yönəldilən 
fəaliyyətin daha da gücləndirilməsi, təbii resurslardan düzgün və  məqsədyönlü 
istifadə olunması, qorunub saxlanılması  və  gələcək nəsillərə  təhvil verilməsi 
istiqamətlərinə yönəldilən tədbirlərin həyata keçirilməsini xarakterizə edir. Ekoloji 
mədəniyyətin səviyyəsi əsasən iki amildən –ölkənin demiqrafik vəziyyəti, istehsal və 
istehlak mədəniyyətindən asılıdır. İstehsal mədəniyyətinin olmaması, onun müvafiq 
tələblərinin ödənməməsi, antisanitariyanın hökm sürməsi ətraf mühitin çirklənməsi 
ilə  nəticələnir, insan sağlamlığı üçün potensial təhlükə yaradır və davamlı insan 
inkişafına maneçilik törədir.  İstehlak mədəniyyəti sağlam və uzunömürlülük 
prinsiplərini  əsas tutduğu halda ətraf mühitin çirklənməsinə  şərait yaradılması da 
yolverilməz hal hesab olunur. Ekoloji sivilizasiya həm də davamlı insan inkişafının 
əsas məqsədi hesab edilir. (6, s.107) 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə