Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə66/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   62   63   64   65   66   67   68   69   ...   156

Təhsilin sosiomədəni funksiyaları
 
 
167 
 
 
TƏHSİLİN SOSİOMƏDƏNİ FUNKSİYALARI 
 
Müslüm Nəzərov 
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
 
 
Açar sözlər: təhsil, təhsilin sosiologiyası, təhsil sferası, konsepsiya, sosiomədəni 
mühit. 
Keywords: education, educational sociology, the education sector, the concept, 
socio-cultural environment 
Ключевые  слова:  образование,  социологии  образования, cфера  образования
концепция, социокультурной среды. 
 
Təhsil–insanın həyata və əməyə hazırlığının vacib şərtlərindən olan bilik və baca-
rıqların,həmçinin sistemləşdirilmiş biliklərin mənimsənilməsi prosesi və onun 
nəticəsidir. Təhsil insanın elm və mədəniyyət dünyasına çıxmasının vasitəsidir.Təhsil 
prosesində insan mədəni sərvətləri mənimsəyir. Mədəniyyəti mənimsəməklə insan 
nəinki daimi dəyişkən sonuna adaptasiya edir, həmçinin fəal fəaliyyətə qabil olur, öz 
subyektivliyinin inkişafına nail olur. Təhsil - iqtisadiyyatın, siyasətin, mədəniyyətin 
və bütövlükdə  cəmiyyətin inkişafının mühüm amilləridir. Öz növbəsində  təhsil 
cəmiyyətin tələbatlarının təsiri altında inkişaf edir. Mədəniyyət və  təhsil ictimai 
tərəqqi və sivilizasiyanın inkişafının aparıcı amilləridir. 
Təhsil sosial-mədəni fenomen kimi, bir sıra funksiyaları yerinə yetirir. N.V.Bor-
dovskaya və A.A.Rean (4) təhsilin aşağıdakı sosial-mədəni funksiyalarını göstərirlər: 
-insanın elm və  mədniyyət aləminə daxil olmasının  ən optimal və intensiv 
üsulların-dan birirdir. Bu gün planet vətəndaşlarının tərbiyə edilməsi üçün bütün 
dünya təhsil sahəsində bircə səy göstərir. Dünya təhsil məkanı intensiv inkişaf edir; 
-şəxsiyyətin sosiallaşması  və  nəsillərin varisliyinin üsuludur. Məhz təhsil 
stabilləşdir-mə funksiyasını yerinə yetirir və insanın həyat şəraitində adaptasiyasını 
yüngülləşdirir; 
-insanın ictimai və mənəvi həyatının formalaşması mexanizmidir. 
-təhsil və tərbiyə idarələri müəyyən dövrdə insanın sosial-mədəni fəaliyyətinin 
ən ali nümunələrini cəmləşdirir. 
-ona görə də təhsilin əhəmiyyəti cəmiyyətdə savadlı insanın əhəmiyyətliliyi ilə 
müəyyən olunur; 
-mədəni davranış  və  fəaliyyət nümunələrinin nümayiş prosesidir. Təlim və 
tərbiyə prosesində insan sivilizasiyasının inkişafı üçün mdəni tarixi əhəmiyyətə malik 
olan sosial-mədəni normaları  mənimsəyir. Bu proses sosial qrupda, istehsalatda, 
ailədə, ictimai yerlərdə baş verir; 


Müslüm Nəzərov
  
168 
-regional sistemlərin və milli ənənələrin inkişafı üsuludur. Ayrı-ayrı rayonların 
əhali-sinin spesifikliyi pedaqoji məsələlərin xarakterini şərtləndirir. Gənclər şəhər və 
kəndin mənəvi həyatına təhsil vasitəsilə daxil olur; 
-cəmiyyətin mədəni sərvətləri və inkişaf məqsədlərini ötürən sosial təsisatdır; 
-ictimai həyatda dəyişikliklərin fəal surətləndiricisidir. 
 Bunlarla yanaşı təhsilin sosiomədəni məkanının formalaşmasında əhəmiyyəti və 
rolu-nu göstərməklə  təhsil sisteminin aşağıdakı sosiomədəni funksiyalarını qeyd 
etmək olar:  
1)  Təhsil insanın elm, mədəniyyət, incəsənət aləminə daxil olmasının optimal və 
in-tensiv üsullarından biridir;  
2)  Təhsil insanın cəmiyyətə adaptasiyanın təmin edir. Təhsil insanın 
sosiallaşması-nın təsiri üsullarından biri olmaqla sosial və tarixi tərbiyəninnəsildən 
nəsilə ötürülməsi-ni təmin edir;  
3)  Təhsil cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına səbəb olur, 
insa-nın ictimai və  mənəvi həyatının, başqa insanlara humanist münasibətlərin 
mexaniz-mini formalaşdırır;  
4)  Təhsil elm və  mədəniyyətin geniş yayılmasına,  şəxsiyyət tərəfindən 
sosiomədəni davranış normalarının mənimsənilməsinə səbəb olur;  
5)  Təhsil milli adət və ənənələrin inkişaf etdirilməsi üsulu, pedaqoji məsələlərin 
xarakterini şərtləndirən amildir;  
6)  Təhsil cəmiyyətin baza mədəni dəyərlərinin transliyasiyasını həyata keçirən, 
gəncləri müstəqil həyata hazırlaşdıran sosial təsisatdır;  
7)  Təhsil mədəniyyətin cəmiyyət və şəxsiyyətin sosiomədəni münasibətlərinin 
inki-şafının sürətləndirən amildir (5,s.99-100).  
Təhsil sisteminin göstərilən funksiyalarından aydın olur ki,sosiomədəni mühitin 
yaradılması təhsil sisteminin prioritet istiqamətlərindən biridir. 
Sosiomədəni mühitlər insanın mədəni  əlaqələrə qoşulduğu, xidmətlərinə görə 
sosial status aldığı konkret məkandır.Şəxsiyyətin sosiomədəni səviyyəsi müxtəlif 
amillər məcmusu (intellekt, ümumi mədəniyyət, mənəvi keyfiyyətlər) ailə, məktəbdə 
tərbiyə ilə şərtlənir.  
İnsan rəngarəng sosiomədəni mühitdə inkişaf edir. Bu mühit mədəni və ya 
mədəniy-yətsiz,  şəxsiyyəti yüksəldən və ya alçaldan, şəxsiyyətin özünün inkişafını 
həvəsləndirən və ya əksinə ola bilər. Sosiomədəni mühitin seçimi çox hallarda təhsil 
sisteminin səv-iyyəsi, onun məzmunu və yönəlişliyi ilə şərtlənir. 
 Təhsilin sosiologiyasının cəmiyyətin bütün tərəflərindən – iqtisadi, sosial, siyasi, 
dini və s. təhsilin təsirinə yanaşır. Eyni zamanda da şəxsi “təhsil” problemlərinə də 
(təhsil sistemi necə funksiyalaşır və inkişaf edir, cəmiyyətin tələblərinə necə cavab 
verir, onun təşkilati quruluşu necə effekt verir) nəzər yetirərək aşağıdakı məsələlərə 
də toxunur: 
 1.təhsilin strukturunun cəmiyyətin uzunmüddətli proqramları, aktual və pers-
pektivli sosial məqsədləri ilə uyğunlaşması; 
 2.təhsilin strukturunun morfoloji quruluşunun proporsionallığı; 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə