Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə62/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   58   59   60   61   62   63   64   65   ...   156

Əliyeva Mətanət Valeh qızı
  
156 
olan və həyatının özəyini təşkil edən dəyərləri yenidən mənalandırılmasını tələb edir 
və onu əhatə edənlə münasibətləri,  əlaqələri həyat tərzini dəyişməyə sövq edir. 
Böhranın müvəfəqiyyətli həll olunması  və bu problemin öhdəsindən uğulu gəlmək 
insan üçün həyati  əhəmiyyətli məsələ hesab olunur və bu zaman insan üçün yeni, 
müsbət keyfiyyətlərin yaranmasına səbəb olur.  
Qeyd olunduğu kimi, yeniyetməlik dövrünün böhranı  təbii haldır. Bü dövrdə 
yaşanan böhran halları insan yaşamının zaman baxımından çox kiçik dövrünü əhatə 
etsə  də, məhz bu dövrdə  şəxsiyyətin psixoloji cəhətdən inkişaf etməsinin, 
formalaşmasının psixoloji xüsusiyyətlərini özündə  əks etdirir. Bu dövrdə yeniyet-
mənin üzləşdiyi mənfi faktorlar, onun inkişafı üçün əlverişşis şəraitin olması, sosial 
əhatənin qeyri-düzgün münasibəti bu dövrün destruktiv və deviant xarakterli 
davranışlarla nəticələnməsinə  gətirib çıxarır. Bu baxımdan istər yeniyetmənin 
böyüdüyü ailə, istər onun təhsil aldığı pedoqoji kollektiv, istərsə də onu əhatə edən 
digər insanlar bu dövrün psixoloji xüsusiyyətlərini bilməli və yeniyetməyə qarşı 
uyğun davranış sərgiləməlidirlər. Çünki yaşadığımız dövlətin gələcəyi üçün faydalı 
şəxslərin yetişdirilməsi cəmiyyət olaraq hər biri vətəndaşın mənəvi borcudur.  
 
 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1. Qədirov. Ə .Yaş psixologiyası. Bakı, Maarif, 2003  
2. Quliyev E. M. , Əzimov Q. E., Əlizadə Ə. Ə. Yaş və pedaqoji psixologiya. II 
hissə, Bakı, 1978  
3. А. А. Реан. Психология подростка. Москва, 2004  
4. Л. А. Регуш. Психология современного подростка. Санкт - Петербург, 
2005  
5. Кочетиов А. И. Перевоспитание подростка. Москва, 1972 
6.  Исторический  смысл  психологического  кризиса,  Методологическое 
исследование из книги Выготский Л.С, Психология развития человека, М.: Изд-
во Смысл; Эксмо, 2005. — 1136 с 
 
 


Yeniyetməlik dövrü və psixoloji böhran
 
 
157 
 
XÜLASƏ 
 
YENİYETMƏLİK DÖVRÜ VƏ PSİXOLOJİ BÖHRAN 
 
Məqalədə yeniyetməlik dövründə baş verən psixoloji böhrandan bəhs 
olunmuşdur. Yeniyetməlik dövrü şəxsin həyatında onun gələcək inkişafını təyin edən 
kritik dövrlərdən biri hesab olunur. Uşaqlıq və yetkinlik arasında "keçid körpüsü" 
kimi çıxış edir. Yeniyetməlik dövrü ilə bağlı "böhran" anlayışı uşaqlıqdan böyüklüyə 
keçidin ağırlılığını,mürəkkəbliyini, çətinliyini vurğulamaq üçün istifadə olunur.  
 
 
РЕЗЮМЕ 
 
ПОДРОСТКОВЫЙ ВОЗРАСТ И ПСИХОЛОГИЧЕСКИЙ КРИЗИС 
 
В  статье  рассматривается  психологический  кризис  в  подростковом 
возрасте. Подростковый возраст является одним из самых важных, существенно 
влияющим на дальнейшее развитие, критическим периодом в жизни человека. 
Он выступает в роли «переходного мостика» между детством и взрослостью. 
Понятие «кризис» применительно к подростковому периоду используется для 
того,  чтобы  подчеркнуть  тяжесть,  болезненность  переходного  состояния  от 
детства к взрослости.  
 
 
SUMMARY 
 
ADOLESCENCE AND PSYCHOLOGICAL CRISIS 
 
The article deals with the psychological crisis in adolescence. Adolescence is 
considered a critical period in a person's life and affects the future development. It 
acts as a "bridge of transition" between childhood and adulthood. The concept of 
"crisis" in relation to the adolescent period is used to emphasize the severity, 
morbidity of the transition state from childhood to adulthood. 
 
 
Çapa tövsiyə etdi:  prof. R.F.İbrahimbəyova 
 



Dinlərarası dialoqun nəzəri əsasları
 
 
159 
 
 
DİNLƏRARASI DİALOQUN NƏZƏRİ ƏSASLARI 
 
Gündüz Qurbanəli oğlu Süleymanov  
AMEA Fəlsəfə İnstitutunun  
“İslam fəlsəfəsi” söbəsinin elmi  
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru 
 
 Şölət Əlövsət oğlu Zeynalov 
AMEA Fəlsəfə İnstitutunun  
“İslam fəlsəfəsi” söbəsinin elmi  
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru  
 
 
Açar sözlər: dinlərarası dialoq, dünyəvilik, din, tolerantlıq. 
Keywords: interreligious dialogue, secularism, religion, tolerance. 
Ключевые 
слова: 
межрелигиозный 
диалог, 
секуляризм, 
религия, 
толерантность. 
 
Müasir dünyanın yeni formalaşan arxitekturasında dinlərarası münasibətlərin 
tədqiqi xüsusi aktuallıq kəsb edir. Problemin aktuallığını  şərtləndirən  əsas amil bu 
münasibətlərin münaqişə və düşmənçilik deyil, konstruktiv, dialoq səciyyəsi daşıyacaq 
məcraya yönəldilmə zərurətidir. Dinlərarası dialoq artıq müasir dövrün tipik səciyyəsinə 
çevrilsə də, bu fenomen kifayət qədər öyrənilməmişdir. Bir faktı xüsusi ilə qeyd etmək 
lazımdır ki, “dinlərin dialoqu” anlayışının semantikası və qavranılması sahəsində qeyri-
müəyyənlik hökm sürür. Bəzi tədqiqatçılar isə ümumiyyətlə, dinlərarası dialoqa 
inanmayaraq onu “virtual gerçəklik” adlandıraraq ifrat skeptik mövqe tutur, belə bir 
dialoqun baş tutmasını mümkünsüz hesab edirlər (11). 
Qeyd edək ki, “Dinlərarası dialoq” anlayışı xüsusi fəlsəfi və kulturoloji 
çalarlara malikdir. O tarixən müxtəlif məkan və zamanda fərqli anlamlarda istifadə 
olunmuşdur. Ona görə  də müasir dünyada fərqli dinlər arasında münasibət və 
dialoqun öyrənilməsi məhz bu anlayışın məzmun dəqiqləşdirilməsini zəruri edir. 
Rusiyalı dinşünas  İ.N.Yablokovun fikrincə, dinlərin dialoqu – “müxtəlif 
dünyagörüşlərinin qarşılıqlı münasibət və qarşılıqlı  təsirlərinin çoxtərəfli tarixi 
prosesi olub, əsas məqsədi həm müxtəlif din nümayəndələri, həm də inanclı  və 
inancsızlar arasında münaqişə  və insan hüquqlarının pozulmasının qarşısını 
almaqdır” (1, s. 359-360). Tədqiqatçının fikrinə görə əsas məsələ heç də dindarlar 
arasında deyil, məhz tərifdə  də  əksini tapdığı kimi inanclı  və inancsız insanlar 
arasında dialoqun qurulmasıdır. Bu kimi yanaşmalar bizə onu qeyd etməyə  əsas 
verir ki, dinlərarası dialoq təkcə etiqad prinsipləri daşıyıcılarının problemi olmayıb, 
bütövlükdə ümumplanetar bir səciyyə daşımaqdadır. Başqa sözlə desək, dinlərarası 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə