Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə59/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   55   56   57   58   59   60   61   62   ...   156

Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
147 
özündən sonra gələn hərflərlə bitişməyənlərin sayı altı hərf və bir liqaturdur: ( ،ذ ،د ،ا
 ،ز ،ر
لا ،و
). Sözün sonunda isə bütün hərflər birləşir. 
Hərflər arasında majüskül və minüskül fərqi vardır. Kalliqrafiya sənətində yalnız 
“Allah” adında əlif üç nöqtə boyu daha uzun yazılaraq “majüskül” adlana biləcək bir 
hala gətirilir. 
Finikiya  əlifbası bir çox əlifbaların  əsasını  təşkil edərək onların ulu valideyni 
hesab olunur. Bu əlifbadan  əvvəlcə qonşu xalqlar istifadə etmiş, sonralar isə 
finikiyalıların özlərinin vasitəsilə ticarət  əlaqələrinin digər xalqlarla artması 
nəticəsində istər – istəməz bu əlifba əvvəl başqa xalqlar tərəfindən əxz olunmuş, daha 
sonralar isə mədəniyyətlə də bağlı olaraq yayılmışdır. 
Yazılı abidələr göstərir ki, finikiya əlifbası iki istiqamətdə - şərq və  qərb 
istiqamətində yayılmışdır. 
Şərqdə finikiya əlifbası əsasında ilk dəfə arami əlifbası meydana çıxmışdır. Ərəb 
səhralarında yaşayan aramilər çox çətin həyat şəraitinə dözə bilmədikləri üçün Suriya, 
Mesopotamiya və başqa yerlərə köçmüş, çox fəal və bacarıqlı olduqlarından onlardan 
fərqlənmiş  və öz yazılarını onlara vermişlər. Arami əlifbası çox az vaxtda sami 
xalqların arasında mühüm əlaqə vasitəsinə çevrilmişdir. 
Şərqdə geniş şöhrət tapmış arami yazısı əsasında sonralar bütün şərqin əlifbaları 
yaranmışdır. Dilçi alimlər həmin əlifbaları dörd budağa bölürlər: a) Yəhudi budağı, 
b) Suriya budağı, c) İran budağı, d) Ərəb budağı. 
Bu əlifba budaqlarının əsas ümumi cəhəti ondan ibarət idi ki, yazı sağdan sola 
başlanır və konsonantlıq prinsipi qədim finikiya dilində olunduğu kimi əsas 
saxlanılırdı. 
Qərbdə finikiya əlifbası  əsasında qədim yunan əlifbası meydana gəlmişdir. 
Finikiya  əlifbasını Avropaya aparan finikiyalılar ticarət məqsədilə Yunanıstana 
gəlmiş və onlardan da yunanlar yazını öyrənmişlər. 
Yunanlar bu əlifbaya saitləri də artırmaqla onları təkmilləşdirmilər. Beləliklə də 
vokal sistemli yunan yazısı meydana həlmiş, bu yazının qərb və  şərq qolları kimi 
İtaliyada etrus əlifbası meydana gəlmişdir ki, bu da latınların inkişafına böyük təsir 
göstərmişdir. 
Bizim eradan əvvəl VIII əsrdə meydana gəlmiş efrus əlifbası get – gedə 
təkmilləşərək yunanlardan aldıqları  əlifbanı öz dillərinin fonetik quruluşuna 
uyğunlaşdırmışlar. Efrus əlifbasının təsiri ilə İtaliyanın cənubunda Latsium şəhərində 
yaşayan latın tayfaları bizim eradan əvvəl VIII əsrin sonlarında öz vilayətlərinin 
mərkəzi olaraq Roma şəhərini seçmiş, bütün latın tayfaları birləşərək romalılar 
adlanmışlar. Dünyada hökmranlıq etmək iddiasında olan romalılar bir sıra ölkələrə 
hücum etmiş, həmin ölkələrin xalqları latın əlifbasını qəbul etmişlər. Hazırda müasir 
ingilis, fransız, alman, türk, italyan və başqa əlifbaların əsasını latın əlifbası təşkil edir. 
Qədim yunan əlifbasının şərq qolunu isə IX əsrdə Bolqariyada yaranmış qədim 
Slavyan əlifbasıdır. 
 
 


Aslanova Süsən Yusif qızı
 
 
148 
  
ƏDƏBİYYAT 
 
1.  Babayev A.M. Dilçiliyə giriş,B., “Maarif”, 1992 
2.  Məmmədov N., Axundov A., Dilçiliyə giriş, 1966 
3.  Məmmədov N., Axundov A., Dilçiliyə giriş, 1966 
4.  И.М.  Дьяконов, «Языки  древней  передней  Азии»,  Издательство 
«Наука», Главная Редакция восточной литературы, Москва, 1967 
5.  Yusif Vəzir Çəmənzəminli, Əsərləri, Üçüncü cild, Məqalə, oçerk və xatirələr, 
“Elm” Nəşriyyatı, Bakı, 1977 
6.  Türkiyə Diyanət Vakfı, İslam Ansiklopedisi, cilt 30, İstanbul 2005 
7.  Dr. Bekir Topaloğlu və Dr. Hayreddin Kahraman, Arapça oxuma və eski 
metinlər kitabı, İstanbul: 1985 
8. 
ي عيدب ليما دادعا ،بارعلاا و فرصلا و وحنلا ةعوسوم
 ،نييلاملل ملعلا راد ،نارھت ،بوقع
٩٨٨
١
  
  
 
  


Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
149 
 
XÜLASƏ 
 
Təqdim olunan məqalədə  ərəb yazısı  və  əlifbasının keçdiyi yol haqqında qısa 
məlumatlarla yanaşı ərəb ədəbi dilinin formalaşdığı dövrdə Qureyş qəbilələri arasında 
mövcud olan məhəlli dialekt və şivələrdən söhbət açılır. Bu dialektlər cahiliyyə dövrü 
poeziyasında belə ədəbi dilin saflığı qorunub saxlanılmışdır. 
 
 
РЕЗЮМЕ 
 
Данная  статья  имеет  цель  осветить  путь  к  формированию  арабской 
писменности и алфавита в свете наличии многочисленних местных диалектов и 
наречий  существующих  и  по  сей  день  среди  арабов,  а  также  представляет 
краткий обзор о литературном арабском языке, о языке Корана как историческй 
источник. 
 
 
SUMMER 
 
The presented article describes the Arabic scrept and the Arabic alphabet that lead 
to the formation of Arabic literary language deriving from dilects existed among many 
Arab tribes. The language is also regarded as the language of Quraysh tribes during 
the Jahiliyya period and the Koran. 
 
 
Çapa tövsiyə etdi: Prof. Ç.H.Mirzəzadə 
 



Yeniyetməlik dövrü və psixoloji böhran
 
 
151 
 
 
YENİYETMƏLİK DÖVRÜ VƏ PSİXOLOJİ BÖHRAN 
 
Əliyeva Mətanət Valeh qızı 
Bakı Dövlət Universitetinin doktorantı 
 
 
Açar sözlər: böhran, yaş böhranı, yeniyetməlik dövrü 
Key words: Crisis, age crisis, adolescence 
Ключевые слова: Кризис, возрастный кризис, подростковый период 
 
Şəxsin həyatında meydana çıxan bir çox psixoloji problemlər bilavasitə onun 
müəyyən yaş dövründə aldığı travmalar və bu travmalarla əlaqədar keçirmiş olduğu 
hiss və  həyəcanlar, psixoloji gərginliklər, ailənin verdiyi tərbiyə üsulu, və digər 
səbəblərlə xarakterizə olunur və bu problemlər özünü yetkin yaş dövründə açıq 
şəkildə biruzə verir. İnsanların başqalarını öz aqresiya hədəfi kimi seçməsinin, daxili 
konfliktlərə meyilli olmasının, keçirdikləri daxili narahatlıqların, depressiv hallara 
meyilliyin kökündə yaş dövründən qaynaqlanan problemlər dayanır. Müəyyən yaş 
dövrlərünün özü ilə  gətirdiyi xüsusiyyətləri, psixi dəyişiklikləri bilmək həmin yaş 
dövrünü keçirən insanları düzgün anlamağa və uyğun yanaşmağa imkanı yaradır. Belə 
psixoloji vəziyyətlərdən biri böhran vəziyyətidir. 
Böhran- insanın öz daxili aləmi və  ətraf mühitə narazılığından doğan uzun-
müddətli ruhi vəziyyətidir və o insan üçün ən fundamental, həyat üçün əhəmiyyətli 
olan dəyərlərə və təlabatlar sferasına təsir edir, güclü emosional həyəcanla müşayiət 
olunur və insanın daxili həyatında dominantlıq edir.  
Uşağın psixoloji inkişafında böhran problemi dörd kəskin məqamlarda təzahür 
edir: 
1.  1 yaşın böhranı (çağalıq yaşından körpəlik yaşına keçid zamanı) 
2.  3 yaşın böhranı (körpəlik yaşından məktəbəqədər yaşa keçid zamanı) 
3.  6-7 yaşın böhranı (məktəbəqədər yaşdan məktəb yaşına keçid) 
4.  Yeniyetməlik yaşının böhranı[1;94] 
Mövcud məqalədə biz yeniyetməlik yaş dövründə baş verən psixoloji böhrandan 
bəhs edəcəyik. Müasir psixoloji ədəbiyyatda yeniyetməlik yaş dövrü 10-11 yaşdan 
14-15 yaşa qədər göstərilir. Digər tərəfdən qeyd olunur ki, yeniyetməlik dövrünü 
müəyyənləşdirmək üçün təqvim yaşı deyil orqanizimdə olan psixoloji və fizioloji 
dəyişiklikləri əsas götürmək daha məqsədəuyğundur.  
Yeniyetmə yaşının böhran probleminə müxtəif baxışlar mövcuddur. Müxtəlif 
psixoloji məktəblər və istiqamətlər XIX əsrin ortalarındn başlayaraq yeniyetməlik yaş 
dövrünün böhran problemini tədqiq etmişlər.  
Stenli Holl böhran problemini uzun müddət araşdırmış, problemə rekapitulyasiya 
nəzəriyyəsinin əsas ideyaları nöqteyi nəzərindən baxmışdır. O, yeniyetməlik dövrünü 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə