Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə60/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   56   57   58   59   60   61   62   63   ...   156

Əliyeva Mətanət Valeh qızı
  
152 
xarakterizə edərək bu dövrü xaos dövrü adlandırmışdır. Onun fikrincə bu dövrdə 
instinktiv tendensyialar sosial həyatın tələbləri ilə qarşı-qarşıya gəlir və yeniyetmə 
böhranı qaçılmaz olur. İnkişafın bu dövründə qeyri-stabillik, entiuziazm, təlaş, 
ziddiyyətlərin üstünlük təşkil etdiyi qanunlar hökmüranlıq edir. S.Holl yeniyetmə 
dövrünü “tufanlar və  təzyiq” dövrü adlandırırdı. Yeniyetmə yaşının böhranın  əsas 
məzmununu –“şəxsiyyət hissi” əldə edən şüurun böhranı olması hesab edirdi.  
Ey Şpranqer insan həyatında ən dərin həyəcanlardan birini-yeniyetmə  və gənc 
yaşında yaşanan sevgini və onun təzahürünü araşdırmışdır. O böhran dövrünü 
yeniyetmədə yaranan sevgi ilə  əlaqələndirmiş  və göstərmişdir ki, sevgidən yarana 
cinsi istəklər (erotika və şəhvani hisslər) yeniyetmənin şüurunda müxtəlif qorxulara 
səbəb olur ki, bu da öz növbəsində böhranın yaranmasına gətirib çıxarır[6;55].  
Yeniyetmə yaşında böhranın tədqiqinə Byuler Şarlotların yanaşması da 
maraqlıdır. Müəllif hesab edirdi ki, yeniyetmə yaşı pubertatn (cinsi inkişaf əsasında 
təyin edilir) yetiknləşmə dövrüdür ki, insan hədd-buluğa çatmış olur. Ş.Bluyer 
pubertatn dövrünün başlanığıc dövrünü insanın uşaqlığı, cinsi yetişkənlik dövrünün 
son hissəsini isə gənclik dövrü adlandırırdı. O bu inkişaf prosesin neqativ mərhələ ilə 
başlayıb pozitiv mərhələ ilə yekunlaşdığını qeyd etmiş  və böhran hallarının bu iki 
mərhələ rasında baş verdiyini vurğulamışdır[6;48]. 
L.S.Viqotski onu qeyd edir ki, böhranın hər bir neqativ simptomunun arxasında 
pozitiv məzmun gizlənib ki, bu da yeni, ali formaya keçməkdir. O, böhran probleminə 
tamam başqa cür və orijinal yanaşıb göstərir ki, yaş böhranlarını öyrənərkən iki cəhətə 
daha çox fikir vermək lazımdır.  Əvvəl  şüurda baş verən  əsas dəyişiklikləri fərq-
ləndirmək, ikincisi isə, hər yaşda uşaqla mühit arasında təkrarolunmaz münasibətlər 
sistemini təmsil edən inkişafın sosial şəraitini müəyyənləşdirmək lazımdır[6;11]. 
Ştern yeniyetmə yaşına şəxsiyyətin formalaşması  mərhələlərindən  ən mühümü 
kimi baxırdı və bu dövr üçün qaçınılmaz hal olan psixoloji böhranın müsbət həllinə 
şəxsin gələcək həyatını bir növ təyin etdiyini düşünürdü[6;46].  
L.İ.Bojiviç qeyd edir ki, yeniyetməlik yaş dövrünün böhranı onların zehni, fiziki 
inkişafının sürətlə formalaşması ilə  əlaqədar yeni təlabatların yaranması, bu 
təlabatların təmin olunması, bu dövrdə sosial baxımdan yeniyetmənin yetişkən 
olmaması və təlabatların özünün də kifayət qədər gərgin olması ilə əlaqədardır[5;94]. 
E.Erikson isə yeniyetməlik dövrünün əsas xüsusiyyəti kimi, identiklik böhranını 
göstərmiş və identikliyə şəxsiyyətin dəyişməsi ilə əlaqədar olan proses kimi yanaşırdı. 
Bu dövrdə bir tərəfdən yeniyetmə  cəmiyyətin üzvü kimi öz rolunu müəyyən-
ləşdirməli, digər tərəfdən isə o həyatına məna verən, həyatının istiqamətini təyin edən 
öz maraqlarını, qabiliyyətlərini, təlabatlarını anlamalıdır. Yeniyetmənin  şəxsi 
identikliyə nail olması çoxpilləli proses olub, özündə bir neçə mərhələni şəxsiyyətin 
inkişafının psixoloji aspektlərini, şəxsiyyətin yaşadığı həyati çətinliklərin xarakterini 
əks etdirir[6;34].  
Yuxarıda adı çəkilən müəlliflərin fikirləri göstərir ki, həqiqətən də yeniyetməliik 
dövründə baş verən psixoloji böhranın araşdırılması  və  tədqiqi zəruri məslələr 
sırasındadır. Çünki bu dövr şəxsin gələcək həyatında həlledici rol oynayır.  


Yeniyetməlik dövrü və psixoloji böhran
 
 
153 
Yeniyetməlik yaş dövrü insanın uşaqlıq və  gənclik dövrü arasında sərhəddir. 
Uşaqlıqdan yeniyetməliyə keçidin əsasında məhz bu dövrdəki inkişadın  əsas 
məzmunu və spesifik fərqi təşkil edir. Məlumdur ki, yeniyetməlik yaş dövrünü keçid, 
«böhran»lı yaş dövrü adlandırırlar. Bu təsadüfi deyildir. Yeniyetmənin orqanizmində 
baş verən psixofizioloji dəyişikliklər münasibətlər sferasının yeniləşməsi, özünə və 
başqalarına münasibətin dəyişməsi, onların davranış və rəftarının yenidən qurulması, 
şəxsi «mən»də yeni protensial imkanların, keyfiyyətlərin dərk edilməsinə ciddi təsir 
göstərir. Nəzərdən keçirdiyimiz bu amillər yeniyetmənin əqli, intellektual, mənəvi-
psixoloji keyfiyyətlərin inteqrasiyasını, ən başlıcası isə öz kimliyinin təsdiqini, ideya 
və arzularının bu istiqamətdə oriyentasiyasına səbəb olur. Yeniyetmə dövrünün 
böhranları ictimai həyatın ona verdiyi konkret sosioloji tələbatı ödəyərkən, yəni 
inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman 
qazanılan xüsusiyyətlərlə, müstəqilliyə artan tələbatlarla bu müstəqilliyi həyata 
keçirmək imkanları arasında baş verir. Bu dövrdə böyüklər adətən çalışırlar ki, yeni 
tələbatların ödənilməsi üçün şərait yaratmaqla böhranın qarşısını alsınlar. Ancaq 
təcrübə göstərir ki, uşaqlar bir qayda olaraq valideynlərini buna təhrik edir ki, 
sonradan icazə verilməyən hərəkətləri etməklə öz qüvvələrini yoxlasın, şəxsi çalış-
maları nəticəsində öz müstəqillik çərçivəsini genişləndirsin. Məhz belə toqquşmalar 
zamanı yeniyetmə özünü tanımağa, qiymətləndirməyə, imkanlarını görməyə başlayır, 
özünütəsdiqləmə  tələbatını ödəyir. Yeniyetmədə belə hallar baş vermədikdə, 
yeniyetməlik dövrü sakit, konfliktsiz keçdiyi zaman sonradan gecikmiş, daha mürək-
kəb xarakter daşıyan böhran halları baş verir. Bu da 17 – 18, bəzən də bir az da gec 
yaşlarında özünü göstərir və uşağın uzun sürən infantil mövqeyini xarakterizə edir. 
Beləliklə, yeniyetmə nisbətən qorxulu olmayan şəraitdə gedən müstəqillik uğrunda 
mübarizədə özünüdərketmə  və özünütəsdiqləmə  tələbatlarını  təmin edir. Onda bu 
zaman nəinki özünə inam hissi yaranır, həm də  əxlaq qaydaları formalaşır. Bu da 
gələcəkdə rastlaşdığı həyati çətinliklərin öhdəsindən gəlməyə imkan yaradır[3;104]. 
Bu yaş dövründə çətinlikər sanki yeniyetmələri hər tərəfdən əhatə edir. Onlara 
bir çox mürəkkəb məsələləri həll etmək lazımdır: tədrislə bağlı (oxumağı istəsə də 
istəməsə də oxumalıdır), ailə ilə bağlı (valideynlərlə münasibəti kəskinləşdirməmək), 
yaşıdları ilə ünsiyyəti ilə bağlı (dost tapmaq, itirməmək) və özünüinkişafla bağlı 
(özünün neqativliyi, əsəbiliyi, depresiyası ilə mübarizə), tənbəliyyi və başqa eyibləri 
aradan götürmək, özünü və başqalarını sevmək, planlar qurmaq, arzulamaq üçün 
pozitiv güc tapmaq. Hər hansı çətinliklərin öhdəsindən gəlmək, dəf etmək üçün isə 
insana həyat planları qurmaq lazımdır.  Əgər yeniyetmə öz mövqeyindən, 
vəziyyətindən narazıdırsa, çətinlik çəkirsə, bu o deməkdir ki, əvvəllər mənimsəmiş 
olduğu ya da adət etdiyi davranış artıq işə yaramır. Problemin həlli üçün yeni vasitələr 
tapılmalıdır. Bu vaxt yeniyetmənin köməyinə yaradıcı qabiliyyəti, konstruktiv 
fərziyyəsi, improvizasiya etmək qabiliyyəti çata bilər. Yeniyetmə özündə olan 
qabiliyyətləri inkişaf etdirməli, özünün bütün imkanlarından istifadə etməlidir. 
Bununla birgə yeniyetmədə çətinlikləri dəf etmək üçün reallığa və məqsədə əsaslan 
məqsəd, seçim və tez reaksia vermək bacarığı olmalıdır.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə