Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə56/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   52   53   54   55   56   57   58   59   ...   156

Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
141 
və Tarafənin şeirlərində öz qəbilələrinə aid olan sözləri işlətdiklərinin şahidi olmaq 
mümkün deyildir. 
Ümumiyyətlə, cahiliyyə dövrünün şerlərindən və xüsusilə muallaqlardan ərəb 
nəhv və leksikologiyası ilə Quranın təfsirində  və  qərib sözlərin açıqlanmasında 
şavahid (nümunə) olaraq ilk növbədə istifadə olunur. Sibaveyhinin ərəb 
qrammatikasına dair yazdığı “əl – Kitab” əsərində 1050 şavahid beyti arasında 24 – 
nün muallaqa şerindən olduğunu Abdulla Salim Məkrəm və ondan sonra gələn 
qrammatika alimləri incələmişlər. 
Ərəbi ədəbi dilinin formalaşmasında cahiliyyə dövrünün poeziya nümunələrinin 
oynadığı rol haqqında çox danışmaq olar. Təkcə o faktı bilmək kifayətdir ki, əgər 
möhtəşəm poeziya nümunələri ilə zəngin ərəb ədəbiyyatında sevə - sevə oxunan ədəbi 
– bədii  əsərlər bəşər kəlamı hesab edilirsə, Qurani – Kərimin mübarək ayələrinin 
açıqlanaraq incələnməsində bəşər övladının ən dahisinin belə qələmi aciz qalır, çünki 
bu müqəddəs kitabın ilahi nəzm – ilahi söz düzmü üslubu tədqiqatçıdan yüksək elmi 
səviyyə, zəka və bacarıq, ən başlıcası məsuliyyət tələb edir. 
Bununla belə ərəb ədəbi dilinin formalaşmasınadək ərəblərin məhəlli dialekt və 
şivələrinin fonetik – morfoloji baxımdan xüsusiyyətlərinə, ötəri də olsa, nəzər salmaq 
daha məqsədəuyğun olardı. 
Dialekt, yaxud ləhçə dedikdə müəyyən bir mühitə aid olan bir qrup dil 
xüsusiyyətləri nəzərdə tutulur. Həmin  ərəb ləhçələrində  məqsəd  İslamdan öncə  və 
sonra mövcud olmuş, bir – birilərindən fonetik baxımdan, sövti baxımdan fərqlənən, 
eyni zamanda hər bir qəbiləyə ayrıca məxsus olan danışıq dilləri və ya qəbilə dilləri 
nəzərdə tutulut. Cahiliyyə dövründə bu ləhçələrin fonetik cəhətdən səs tərkiblərinin 
dəyişiklərinin sayı on səkkizə çatırdı ki, bunlardan hər biri haqqında ayrıca izaha 
ehtiyac duyulur. Təbiidir ki, ərəb ləhçələri həm də özünəməxsus lüğət vahidləri və 
qrammatik quruluşu baxımından da bir – birlərindən fərqlənirdi. Şübhəsiz, bu proses 
indi də davam etməkdədir. 
Dialektlər ümumxalq dilinin bir hissəsi kimi danışıq dilinin, ayrı – ayrı sosial və 
professional insan qruplarının danışığı kimi sözlərin qeyri – adı  səciyyə daşıdığı 
jarqonları  və loru danışığı (məsələn, səciyyəvi  şəhər danışığı, bədii  ədəbiyyatın 
ifadəliliyini artırmaq, məqsədini güdən, sadə adamların güclü milli koloritə malik 
danışığı) əhatə etdiyi ləhçələrdir ki, ərəb qəbilələri arasında da həm səs tərkibi, həm 
lüğət tərkibi, həm də qrammatik xüsusiyyətləri ilə  fərqlənən məhəlli dialektlərə 
bölünürdü. 
Burada cahiliyyə dövründə  və ondan sonra mövcud olmuş  məhəlli  ərəb 
ləhçələrinin fonetik, yəni sövti – səs baxımından fərqli xüsusiyyətlərindən bəhs 
olunacaqdır. 
Fonetik baxımından özünəməxsus səciyyə daşıyan bu xüsusiyyətlər təmim, qeys, 
əsəd və onlarla qonşu olan ərəb qəbilələrinin danışıqlarında özünü göstərmiş, bu 
fonetik xüsusiyyətlərin sayı on yeddi olmaqla ərəb dilli qaynaqlarda qısaca 
açıqlanmışdır. Cahiliyyə dövrünün yazılı abidələrində bu sövti – səs dəyişikləri öz 
əksini tapmasa da, danışıqda mövcud olmuşdur. Bu fərqli cəhətlər bütün dünya 


Aslanova Süsən Yusif qızı
 
 
142 
dillərində məhəlli səciyyə daşıdığı kimi ərəb qəbilələrinin arasında da mövcud olan 
yerli ləhçə və şivələr təkcə səs müxtəlifliyi ilə deyil, həm də morfoloji – qrammatik 
baxımdan yəni lüğət tərkibi və cümlə quruluşları  cəhətdən bir – birilərindən 
fərqlənirdi. 
Qeyd etdiyimiz kimi ərəb qaynaqları bu sövti – səs dəyişikliklərinin sayının on 
səkkiz olduğuna işarə edir.
8
  Təəssüflə qeyd etməliyəm ki, ərəb ləhçələrinin bu 
fərqlilikləri haqqında kifayət qədər mənbə və qaynaqların olmaması bu ləhçələrdəki 
mövcud sövti – səs dəyişiklərinin mahiyyətini lazımınca açıqlamaq imkanımızı 
məhdudlaşdırsa da, onların əksəriyyəti haqqında ümumi məlumat və anlayış verməyə 
çalışacağıq. 
Demək olar ki, cahiliyyə dövründə və Qurani – Kərimin nazil olduğu dövrdə hər 
bir ərəb qəbiləsibib öz ləhçəsi olmuşdur ki, bunların hər biri də digərindən həm səs 
tərkibi, həm də  hərflərin dəyişməsi baxımından fərqlənmişdir. Həmin səs 
dəyişikliklərinə diqqət yetirək. Bunlar aşağıdakılardır: 
1) ءاطنتسلاا ; 2) عجضتلا ; 3) ةلتلتلا 4) ةّترلا ; 5) ةنشنشلا ; 6) ةيئامطمطلا ; 7) 
جعلا
ةيفر
 ; 8) 
ةجعجعلا ; 9)ةنعنعلا; 10) ةمغمغلا; 11) ةحفحفلا; 12) ةعطقلا; 13) ةسكسكلا; 14) ةشكشكلا; 15) 
ا
ةيناخلخلل ; 
16) منولا
 ; 
17) 
مكولا; 18) مھولا 
Bu məhəlli dialektlərin yuxarıda göstərilmiş xüsusiyyətləri haqqında 
imkanımızda olan məlumatlara nəzər salaq: 
عجضتلا – beşinci bab məsdər formasında olan bu termin “yastı – yastı danışmaq”, 
ةترلا “pəltəklik”, ةنشنشلا dörd samitli fel kökündən birinci bab məsdəri formasında olub 
“hay – hüklə danışmaq”,  ةيئامطمطلا “qaba, kobud danışmaq”,  ةيفرجعلا “kibirli 
danışmaq”,  ةجعجعلا
 
“ج” hərfini “ع” hərfindən sonra gələn “ي” hərfinin yerinə tələfüz 
etmək, (məsələn,  يعم  əvəzinə  جعم demək),  ةمغمغلا “aydın danışmamaq”,  ةحفحفلا  “ح” 
hərfini “ع” kimi tələffüz etmək,  ةجفجفلا
 “lovğa – lovğa danışmaq”, ةيناخلخللا “fonetik 
cəhətdən pis ərəb tələffüzü ilə danışmaq” kimi ləhçə xüsusiyyətlərini nəzərdə tutur. 
ةنعنعلا dedikdə təmim, qeys, əsəd və onlarla qonşu qəbilələrin dilində “ع” hərfini “ء” 
kimi tələffüz etmək məqsədi güdülür. ةسكسكلا sövti – səs dəyişikliyi Rəbiə, Bəkr, 
Mudar və Havazin qəbilələri arasında geniş yayılmış  və qadın cinsinin təkində 
işlədilən “ك” bitişən əvəzliyinin izafət tərkibində “س” kimi tələffüzü demək idi. Bəzən 
bu bitişən əvəzlik “ت” kimi və ondan sonra “س” hərfinin əlavəsi ilə də işlədilirmiş. 
Digər bir fonetik ləhşə xüsusiyyəti  ةشكشكل adlanırdı  və  Rəbiə, Bəkr, Mudar 
qəbilələrinin ləhçələrində özünü göstərirdi və qadın cinsinin təkini bildirən [ك-] 
bitişən  əvəzliyinin “şin” kimi tələffüzündə, bəzən bitişən  əvəzlikdən sonra “şin” 
hərfinin artırılması, eləcə  də bitişən  əvəzliyin tə  məmdudə ilə  əvəz olunmasından 
ibarət olurdu. 
Digər fərqliliklər haqqında lazımi məlumatlara rast gəlinməmişdir. 
Bəhrə  qəbiləsində geniş yayılmış  ləhçə xüsusiyyəti indiki – gələcək zaman 
formasında ikinci şəxs bildirən fəthəli prefiksin hərəkəsinin kəsrlə ilə oxunması idi. 
                                                 
8
 ٥٨٤ -٥٨٣ :ص ،١٩٨٨ ،نييلاملل ملعلا راد ،نارھت ،بوقعي عيدب ليما دادعا ،بارعلاا و فرصلا و وحنلا ةعوسوم 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə