Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə52/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   48   49   50   51   52   53   54   55   ...   156


Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
133 
 
 
SAMİ DİLLƏR AİLƏSİ VƏ ƏRƏB DİLİ  
ƏRƏB YAZISI VƏ ƏLİFBASI HAQQINDA QISA MƏLUMAT 
 
Aslanova Süsən Yusif qızı 
BDU, İlahiyyat fakültəsi 
 
 
Açar sözlər: Sami dillər ailəsi, ərəb yazısı və əlifbası 
Key words: Samitic languages , the arabic script and Arabic alphabet 
Ключевые  слова:  семитские  языки,  арабская  писменность  и  арабский 
алфавит 
 
 
Dilçilik elminin qarşısında duran ən mühüm problemlərdən biri dünya dillərinin 
təsnifi olmuşdur və dilçilik tarixində bu problemin tədqiqi o qədər də  qədim 
olmamışdır. Hələ XI əsrdə Mahmud Kaşqarı türk dillərini müəyyən əlamətlərinə görə 
dörd yerə bölmüşdür və bu da dünya dillərinin təsnifi tarixində ilkin addımlardan biri 
hesab oluna bilsə də, dillərin təsnifi qədim tarixə malik ola bilməzdi. Bu sahədə hər 
şeydən öncə dünyada yaşayan xalqların, hətta kiçik qəbilə  və tayfaların dillərinin 
müxtəlifliyini nəzərə almaq, dil və dealektlərin sərhədlərini müəyyənləşdirmək kimi 
çətin problemlərlə üz – üzə gələn dilçilik alimlərinə, necə də olsa, dünya dillərinin 
tədqiqi səviyyəsini bir neçə prinsipə görə təsnif etmək imkanı verir. Dünya dillərinin 
sistemləşdirilməsi, onların linqvistik – qrammatik tiplərinin tədqiqi, qohumluq 
əlaqələrinin müəyyənləşdirilməsi əsasən areal (coğrafi), funksional (işlənmə dairəsinə 
görə), tipoloji (morfoloji) və geneloji prinsiplər üzrə  təsnif edilir. Sıralanmada 
morfoloji təsnif üçüncü yerdə durmasına baxmayaraq o, geneloji təsnifatdan sonra 
meydana gəlmişdir. 
Dünya dillərinin qohumluğa görə qruplaşdırılması probleminin tarixi digər 
təsnifat növlərinə görə daha qədimdir. Dilçilik tarixinin ayrı – ayrı  mərhələlərində 
əsasən Hind – Avropa dillərinin tədqiqi ilə məşğul olan dilçi alimlərdən orta əsrlərdə 
yaşamış Yozef Yustus Skoliger (1540 – 1609) Avropa dilləri üzərində müşahidə 
aparmış və həmin dilləri on bir dilə ayırmışdı. 
Dillər arasında ümumi cəhətlər, yəni onların quruluşu, leksik tərkibi, morfem 
sistemi, eləcə də söz sırası, təsdiqlik və inkarlıq elementlərinə diqqət yetirmək kimi 
ümumi cəhətlər XVIII əsrin sonu və XIX əsrin əvvəllərindən alimlərin diqqətini bir – 
bir cəlb etməyə başladı, bu addım da dilçilik tarixində tarixi – müqayisəli metodun 
yaranmasına gətirib çıxardı. Burada da diqqəti o fakta cəlb etmək lazımdır ki, qədim 
Hind dili sanskritin tədqiqi tarixi – müqayisəli dilçiliyin dönüş nöqtəsi oldu. Deməli, 
müqayisəli – tarixi dilçilik ilk növbədə ana dili, kök – yuva dil əsasında qohum dillərin 
bir mənbədən meydana gəldiyini və bu dilin “ana dil” adlanması  qənaətinə  gəlir, 
dillərin geneloji təsnifatı üçün zəmin yaradır. Hələ 1610 – cu ildə  İ.Y.Skaliger ilk 


Aslanova Süsən Yusif qızı
 
 
134 
təşəbbüsü ilə dünya dillərini on bir ana dildə qruplaşdırmışdısa və bu qruplaşdırma o 
qədər də dəqiq deyildisə, Skaligerə nisbətən daha dəqiq bölgünü alman filosofu və 
dilçisi Qororild – Vilhelm Zeybnis (1646 – 1716) təklif etdi. 
1.  Arami (sami) dilləri; 
2.  Yafəs dilləri; 
3.  İskif dilləri (fin, türk, monqol və slavyan); 
4.  Kelt dilləri (başqa Avropa dilləri). 
Əslində burada qeyri – dəqiqlik ondan ibarət idi ki, slavyan dili kelt qrupuna, iskif 
dilləri isə Ural – Altay dillərinə mənsub olunsa idi, geneloji baxımdan dünya dillərinin 
təsnifatına göstərilən təşəbbüslərin son nəticəsindən heç də  fərqlənməzdi. Hazırda 
dünya dilləri 23 dil ailəsinə mənsubdur. Xatırlayaq ki, ötən əsrin 70 – ci illərində bu 
qrupların sayı 9- a çatırdı. Deməli, elmi axtarışlar hələ də dünya dillərinin təsnifatına 
son nöqtəsini qoymaq fikrində deyildir.  
Hələlik dünya dillərinin ən əsas ailələri bunlardır: 
1. Hind – Avropa dilləri; 2. Sami dillər; 3. Hami dillər; 4. Qafqaz dilləri; 5. Fin – 
uqor (və ya uqro – fin) dilləri; 6. Samiyyəd dilləri; 7. Türk dilləri; 8. Monqol dilləri; 
9. Tunquc – Mancur dilləri; 10. Çin – Tibet dilləri; 11. Dravid dilləri; 12. Andaman 
dilləri (Hind okeanındakı Andaman adlarındakı dillər); 13. Avstraliya – Asiya dilləri; 
14. Malayziya – Polineziya dilləri; 15. Avstraliya dilləri (Avstraliya və Tasmaniya 
dilləri); 16. Papan dilləri (Yeni Qvineya adası); 17. Sudan dilləri (Afrikada); 18. 
Banqu dilləri; 19. Paleoafrika dilləri; 20. Paliasiya dilləri (bu iki dili birləşdirmək də 
olar); 21. Heç bir qrupa daxil olmayan Uzaq Şərq əlahiddə dilləri; 22. Amerikanoid 
dillər; 23. Amerika hindularının dilləri (200 – dən astıq dil daxildir).
1
 
Bu dil ailələri özləri dil qruplarına, bu qruplar isə yarım qruplara ayrılır. 
Haqqında bəhs etdiyimiz ərəb dilinə  gəlincə, bu dil sami dillər ailəsinə 
mənsubdur. Ərəb dilinin sami dillər arasında mövqeyinin açıqlanmasından öncə, qısa 
da olsa, sami dillər haqqında alimlərin bəzi mülahizələrinə nəzər salaq. 
Azərbaycan dilçiliyində sami dillər ailəsinin iki budağa və ya yarımqrupa 
ayrılması, bu daqların birinin ölü dilləri, digəri isə canlı dilləri əhatə etməsi fikri irəli 
sürülür. Ölü dillər bunlardır: 1. Assuriya (Babil və Əkkəd); 2) Hananey dili; 3) Qədim 
yəhudi dili; 4. Finikiya dili; 5) Arami dili; 6) Assuriya dili (assuriyalıların nəsli 
Türkiyədə, Gürcüstanda, Azərbaycanda və İranda yaşayır). 
Sami dillərdən canlı dillər isə  cənub budağın  şərq və  şimal yarımqruplarını 
özündə birləşdirir. Şərq yarımqrupuna ərəb dili daxildir ki, bu dildə danışanların sayı 
hal – hazırda 140 milondan artıq olub Asiya və Afrika qitələrində geniş  ərazidə 
yayılmış müxtəlif dövlətlərin dövlət dilidir. Eyni zamanda BMT – də qəbul olunmuş 
rəsmi beynəlxalq dillərindən biridir. 
Sami dillərin cənub budağının şimal yarımqrupuna isə bu dillər daxildir: 
                                                 
1
 Babayev A.M. Dilçiliyə giriş,B., “Maarif”, 1992, səh. 446 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə