Müasir İran ədəbiyyatında nəsr
127
Əsərin baş qəhrəmanı Zari və onun həyat yoldaşı Yosifə gəldikdə isə, onlar
təpədən dırnağa qədər, nəcibdirlər və bu xüsusiyyət onları ilk gündən bir-birinə
bağlayıb.” (8)
Əhməd Mahmudun “Qonşular” romanı (1974) Iranın cənub bölgəsindəki Əhvaz
şəhərində neft sənayesinin milliləsdirilməsi ilə ətrafında baş verən hadisələri təsvir
edir. Hadisələr baş qəhrəman Xalidin qarşı cinslə ilk məhrəmani təcrübəsindən
başlayıb siyasi oyanışına qədər davam edir. Ə. Mahmud bu cür keçidi məharətlə təsvir
etməklə romanı şah əsəri səviyyəsinə qaldıra bilmişdir. Əsər ədəbiyyatşünaslar
tərəfindən müasir İran ədəbiyyatında ən yaxşı sosial roman hesab edilir.
Keçən əsrin 80-ci illərində 8 il sürən Iran–Iraq müharibəsi və iqtisadi problemlər
əhalini müəyyən qədər ədəbi mütaliədən uzaqlaşdırdı, bir çox tanınmış yazıçıların
emiqrasiya etməsi və ya ölkədən sürgün edilməsi ədəbiyyatda dərin bir boşluq yaratdı.
Bu vəziyyət 1997-ci ilə qədər davam etdi. Hatəminin dövründə islahatlar qəzet və
jurnal nəşrində canlanma yaratdı və bu da öz növbəsində ədəbiyyatda yeni sözə təkan
verdi.
Gənc yazıçılar nəsli yaranmış fürsətdən istifadə etdilər. Onlardan Hüseyn
Sənapur və Zöya Pirzad kimi yazıçılar tənqidşünasların və artıq əvvəlki illərin ədəbi
əsərlərini qəbul etməyən oxucuların rəgbətini qazana bildilər. Qeyri –hökumət
təşkilatları və ədəbi məcmuələr mükafatlar təsis etməklə ədəbiyyatı canlandırmağa
müvəffəq oldu. Bu mükafatların təxminən yarısı bu dövrdə yazıb-yaradan qadınlara
verildi.Əslində, bu, Iranda görülməmiş hadisə idi.
2005-2013-cü illər senzuranın güclənməsi və bir çox müstəqil nəşrlərin
bağlanması ilə xarakterizə olunsa da, sonrakı illər senzuranın azalması və nəşriyyatlar
üçün yaradılmış əlverişli şərait Iranın ədəbi mühitınə yeni bir hərəkət gətirdi.
Sadeq Hedayət fransız dilində iki hekayə yazdığı dövrdən başlayraq, Iran
yazıçıları dilin yaratdığı məhdudiyyətləri aşaraq xarici ölkələrdə də geniş oxucu
auditoriyası arzusundadırlar. Son 30 ildə Irandan xaricə yönəlmiş miqrasiya dalğası,
xarici ölkələrdə ədəbi dərnəklərlə sıx əlaqə və müasir Iran ədəbiyyatının
nümunələrinin Avropa dillərinə tərcüməsi bu ölkənin ədəbiyyatına maraq yaratdı.
Bütün sahələrdə olduğu kimi, incəsənətdə də geosiyasi maraqlar böyük rol oynayır.
Bu meyllər bəzən kitabların adında belə özünü biruzə verir. Məs, 2007-ci il Iran, Iraq
və Şimali Koreya yazıçı və şairlərinin əsərlərinin tərcüməsi “Şər oxu” ədəbiyyatı” adı
altında nəşr olunmuşdur.
Ikinci nəsil emiqrant ziyalılarından olan Azər Nafisi və Mərcanə Sətrapi kimi
müəlliflər xarici dildə yazdıqları avtobioqrafik povestləri ilə Irandan kənarda tanına
bilmişlər. Mərcanə Sətrapi “bestseller”-ə çevrilmiş “Persepolis” əsərində Tehranda
sevimli ailəsi ilə birgə uşaqlıq illəri, Vyanada ailəsindən uzaqda yeniyetməlik, Vətənə
qayıdış və sonunda onu tərk etmək məcburiyyətində qaldığı zaman yaşadığı hadisələr
və keçirdiyi hissləri qələmə almışdır. Azər Nafisinin 2003-cü ildə ingilis dilində
yazdığı “Tehranda “Lolita”nı oxuyarkən” avtobioqrafik romanı 30 xarici dilə tərcümə
edilmiş və ABŞ-da “bestseller” hesab edilmişdir.
Rauf Əlihüseyn oğlu Quluzadə
128
İran sərhədlərindən kənarda yaşayan farsdilli olmayan kitabsevərlər daim
müasir Iran ədəbiyyatının nümunələri ilə tanış olmaq imkanına malikdirlər. Jurnalist
Nima Malek Mohəmmədi ilk tanışlıq üçün “Qəribə vaxtlardır, əzizim” adlı 13-ü qadın
olmaqla, 43 iranlı yazıçı və şairin seçilmiş əsərlərindən ibarət toplunu oxumağı təklif
edir. Bu hekayə, povest və şerlər 1979-cu il inqilabından sonra yazılmışdır. Oxucu
Iran və xaricdə yaşayan 3 nəsi iranlı müəllifın gözü ilə Iranı görmək imkanı əldə edir.
Yazıçılar arasında yaşlı nəsildən Simin Daneşvər, Iraj Pezeşkzad, Əhməd Mahmud,
Taği Modəressi, Huşəng Golşiri, Mahmud Dövlətabadı, Hadi Xorsəndi, daha gənc
nəsildən Fərideh Xerədmənd, Şəhriyar Mandanipur, Seyyid Ebrahim Nəbavi, Moniru
Rəvanipur və başqaları var.
Topluda yer almış Əhməd Mahmudun “Zamin-e Sukhteh” (1982) povesti İran-
İraq müharibəsi zamanı bir İran şəhərində baş verən hadisələrdən, Esmayil Fassihin
“Soraya komada” (1983) povesti həmin müharibə dövründə Parisə köçmüş bir qrup
iranlıların həyatından bəhs edir. Neft kompaniyalarının birində işləyən Cəlal Paris
xəstəxanalarının birində komada olan bacısı qızını ziyarət etmək üçün Tehrandan
Parisə gedir. Orada bir qrup iranlılarla tanış olur və vaxtilə sevdiyi, bir neçə dəfə
ailə qurmuş,lakin sonunda yenə tək qalmış Leyla ilə yenidən görüşür. Cəlal özü də
istəmədən, xoşagəlməz hadisələrin burulğanına düşür. Əsərin sonunda məlum olur
ki, yazıçı komada olan Sorayanı həmin illərdəki Iranın rəmzi kimi təqdim edib- ətrafda
hər kəs narahatdır, lakin xəstəni koma vəziyyətındən çıxarmaq üçün heç kim heç nə
edə bilmir. (10)
Şəhrnuş Parsipurun “Kişisiz qadınlar” (Zənən Bedun-e Mərdan ) povesti həm
rəvayət, həm də polemika üslubunda yazılmışdır. Əsər kişilərin dominant olduğu
cəmiyyətdə müxtəlif sosial təbəqələrə aid olan ailələrdən çıxmış, fərqli taleli, lakin
sonunda Tehran ətrafında gözlərdən uzaq bir bağda birgə yaşamağa məcbur qalan
beş qadının həyatından danışır. Müəllif Iranda keçən əsrin ortalarında baş verən real
tarixi hadisələr fonunda, bu qadınların utopik bir dünyada gələcək həyatını təsvir
edir. (11)
Şəhrnuş Parsipurun bu əsərdə istifadə etdiyi üslub dünyaşöhrətli Latın Amerikalı
yazıçı Qabriel Qarsiya Markesin də istifadə etdiyi mistik realizm janrıdır.
Povestin
əsasında çəkilmiş eyni adlı film 2009-cu il Venesiya Film Festivalında əsas mükafat
qazanmışdır.
Beynəlxalq miqyasda qazanılmış bu və ya digər müvəffəqiyyətlərə baxmayaraq,
tənqidçilər arasında bəzi Iran yazıçılarını Iranın qeyri-real,“ekzotik” təsvirinə görə
ittiham edənlər var. Iran yazıçı və tərcüməçisi Mahmud Huseynizadə BBC-nin fars
vebsaytinda yerləşdirilmiş son müsahibəsində demişdir:”Qərb oxucularına qadın və
uşaqlara təcavüz, vəhşi işgəncələr, borc içində boğulan insanlar, çirkli şəhərləri olan
orta əsrlərə məxsus Şərq barbarlığı səhnələrini təsvir edən kitablar təqdim edilir. Bu,
heç də yaxşı əlamət deyil. Bu meyli aydın görmək üçün, Iran ədəbiyyatından ingilis,
fransız, alman dillərinə son tərcümələri nəzərdən keçirmək kifayətdir.” (1)
Geosiyasi maraqlar digər bir ölkə haqqında stereotipik fikir yaratmağa sövq
etdiyi üçün, həmin ölkədə nəşr edilən ədəbi əsərlərın müəyyən parametrlərə uyğun
Dostları ilə paylaş: |