Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə53/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   49   50   51   52   53   54   55   56   ...   156

Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
135 
1) Cənubi ərəb (mehri, Sokori, Ehkil və Skanri), 2) Amhor – Həbəş dili, 3) Tiqri 
(Efiopiyanın yazısız dili). 
Sami dilləin təsnifatı barəsində digər qısaca məlumat H.Məmmədov və 
A.Axundovun “Dilçiliyə giriş” əsərində verilir:
2
 
 “Sami 
dillər üç qrupa bölünür: şərq, şimal və cənub. Şimal və cənub qrupları 
birlikdə sami dillərin qərb qolunu təşkil edir. 
1. Şərq sami dillərinə ölü dillərdən olan qədim assori və babil dilləri daxildir. 
Bunların ikisi birlikdə əkkəd dili adlanır. Yazılı abidələri eramızdan çox – çox əvvələ 
aiddir. 
2. Qərbi sami dilləri iki yarımqrupa – xanaan və arami dillərinə bölünür. 
Xanaan qrupuna Finikiya, qədim yəhudi, moabit, uqarit dilləri daxildir və bu 
qrupun yazılı abidələri Suriyanın Pas – Şamra ərazisində tapılmışdır. 
Arami qrupuna arami, eramızın II əsrdən çox zəngin ədəbiyyatı olan Suriya və 
Mandey dilləri daxildir. 
Yaxın Şərqdə aramilərin yerləşmələri ilə əlaqədar olaraq arami dili xanaan dilini 
sıxışdırmış və bu dil eramızın birinci əsrindən başlayaraq Şərqdə geniş yayılmışdır. 
Hal – hazırda ancaq livanın bir neçə  kəndində (qərbdə  və  şərqdə) Urmi arami 
şivələrinə rast gəlmək olur. 
3. Cənub qrupu sami dillərin qərb qolunun cənub qrupunu təşkil edir və buraya 
bir çox məhəlli dialektlərə malik şimal və cənub ərəb və həbəş dilləri daxildir.”
3
 
Göründüyü kimi belə bir məlumat heç də  qənaətbəxş olmayıb sami dillərin 
təsnifatına dair daha ətraflı  və daha dəqiq mənbələrə müraciət etmək zərurətini 
doğurur. 
Sami dillər haqqında ətraflı məlumatlar əldə etmək məqsədilə doktor Mahmud 
Fəhmi əl – Hicazinin 1998 – ci ildə Qahirədə nəşr olunmuş “Dilçiliyə giriş” kitabına 
müraciət edək. Müəllif burada sami dilləri Asiya – Afrika dilləri ailəsinə aid edir və 
qeyd edir ki, Afro – Asiya dilləri qədim, orta və yeni dünya tarixində ən böyük dil 
ailələrindən ibarət vahid bir dil qrupunu təşkil edir. Bu dil qrupu bir neçə qollara 
ayrılır: sami dillər, qədim Misir dili, bərbər dili, çad dili, kyşit dili. Hələ XIX əsrdən 
bəri tədqiqatçılar belə bir qənaətə gəlmişdilər ki, sami dillərə daxil olan müxtəlif dillər 
arasında bir əlaqə vardır. Qədim Misir dili, daha sonralar isə  bərbər dilinin sami 
dillərlə müqayisəli tədqiqi nəticəsində, habelə Afrika qitəsində yaşayan bir sıra 
xalqların danışıq dilləri ilə sami dillər arasındakı oxşar cəhətlər sübuta yetirildikdən 
sonra tədqiqatçılar şimal – şərrqi Afrika və qərbi Asiyada mövcud olan bir neçə dilin 
qohum dillər olduğu fikrinə gəlmişlər. Amerika dilçisi Qerinberq bu dilləri Avro – 
Asiya dilləri ailəsi kimi təqdim edir. 
Bu dil qrupu haqqında rus dilçisi İ.M.Dyakonovun “Языки древней передней 
Азии”  əsərindı  aşağıdakı  məlumatlara rast gəlirik: “Dünya mədəniyyətinin ilk 
dillərindən olan qədim Ön Asiyada yaşayan xalqların dilləri xüsusi maraq doğurur. 
                                                 
2
 Məmmədov N., Axundov A., Dilçiliyə giriş, 1966, səh.233 
3
 Məmmədov N., Axundov A., Dilçiliyə giriş, 1966, səh.233 


Aslanova Süsən Yusif qızı
 
 
136 
Bu dillərin təsnifatı əsasən morfoloji prinsipə əsaslanmışdır. Digər bir prinsip stadial 
prinsipdir ki, digər qrammatik kateqoriyaların oxşar olub – olmamasına görə bu ailəyə 
daxil olan dillərin araşdırılmasını nəzərdə tutur. Geneloji təsnifat isə əsas dil, ya da 
ona oxşar dillərin tədqiqi deməkdir.”
4
 
Sami dillərin tədqiqində alman dilçilik məktəbinin də xüsusi rolu vardır.  ةسردم
نامللاا نيوغللا 
adlanan bu dilçilik məktəbinin ən görkəmli nümayəndələrindən N.Osthoff, A.Leskin, 
K.Bruqmann, K.Brokkelman, Holdeke kimi dilçilərin xidmətləri əvəzsizdir. Onlara 
həm də “Yanqqrammatiklər”, yəni نابشلا ةاحنلا (“gənc qrammatiklər”) kimi müraciət 
olunur. Onların “Gənc qrammatiklər” adlandırılmalarının  əsas səbəbi sələflərindən 
fərqli olaraq əsas ana dili öyrənməklə yanaşı, canlı dilləri, dialektləri və yerli şivələri 
də araşdırmağa meylli olmaları ilə bağlı idi. Bu məktəb yarandığı  şəhərin adı ilə 
Leypsiq məktəbi kimi də məşhurdur. 
Sami dillərin tarixən və coğrafi baxımdan yayılmasına gəlincə, bunu aşağıdakı 
verilmiş bölgüyə əsasən qruplaşdırırlar: 
1. Əkkəd qolu (
 
يداكلأا عرفلا ): 
- bu dil İraq ərazisində b.e.ə. 2500 – cü ildə məskunlaşmış (Babilistanın şimalına 
köçüb gəlmiş) sami dilli tayfaların məskən saldığı ilk şəhər olan Əkkəddə ünsiyyət 
vasitəsi olmuş  və  ةيداكلاا  ةغللا adlanmışdır. Onlar öz dillərinə  “əkkəd dili” adı 
vermişdilər ki, o zaman Dəclə  və  Fərat torpağının cənubunda yaşayan  şümerlərin 
dilindən, yəni  ةيرموسلا  “əs – suməriyyə” dilindən fərqlənsin.  Şumerlər o zamanlar 
Babilistanda  ən yüksək mədəniyyətə, xüsusilə  kənd təsərrüfatı, yəni  əkinçilik, 
bağçılıq, suvarma sistemində yüksək inkişafa malik olan bir xalq idi. Tədqiqatlar 
şumerlərin bir çox daşüstü rəsmlərini aşkara çıxarmışdır. Lakin şumer dilinin hansı 
xalqa mənsub olması hələ də problem olaraq qalmaqdadır. Ən qədim yazılı abidəyə 
malik olduğu baxımından bu dil dünyada çox yayılmışdır. Müasir dünyamızda 
minlərlə dil vardır ki, hələ  əlifbası yoxdur. Yazısı olan və yazısı olmayan dillərin 
sayına görə dünya dillərinin sayı haqqındakı  təzadlı fikirlərin olması da, yəqin ki, 
bundan irəli gəlir. Ola bilsin ki, şumer dili də bütün dillərdən əvvəl yaranmış bir dil 
ailəsinə aid olunsun, lakin yazısı olmasın. Çox güman ki, İraq torpağına köçüb gəlmiş 
samilər şumerlərlə qarışmış, onların yüksək mədəniyyətini, yəni oxumaq, öyrənmək, 
öyrəndiyindən nəticə  çıxarmaq qabiliyyətini  əxz etmiş, lakin sayca üstünlük təşkil 
edən əkkədlilər şumer dilini sıxışdırıb aradan çıxara bilmişlər. B.e.ə. altı əsrdən artıq 
(2500 – 1900 – cu illər) bu müddət ərzində bu dillərin qoşa işlədilmədi (bilinqvizmi) 
hökm sürmüşdür. Həmin dövrdən qalmış yazılı şumer və əkkəd abidələri mövcuddur. 
Daha sonra bu iki dilin qovuşmasından (əvvəlki dilə qədim əkkəd dil adı verilir ki, 
sonra gələn dil mərhələlərindən fərqlənsin) babil dili (qədim, orta, yeni, müasir), 
ondan sonra assuri (qədim, orta, müasir) dili yaranır. Əkkədlilər yazını şumerlərdən 
öyrənmişdilər.  Şumerlər mixi (يرامسملا  طخلا) yazı ilə yazırdılar. Bu xəttə xarici 
                                                 
4
  И.М.  Дьяконов, «Языки  древней  передней  Азии»,  Издательство  «Наука»,  Главная  Редакция 
восточной литературы, Москва, 1967 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə