Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə54/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   50   51   52   53   54   55   56   57   ...   156

Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
137 
görünüşünə görə mismarlara bənzədiyindən ona bu adı vermişlər. Onlardan sonra 
gələn xalqlar da mixi yazısından istifadə etmişlər ki, bu dillərdən ən qədimi Hind – 
Avropa dillərinin ölü dillər qrupuna mənsub olan het (ةيثيحلا) dilidir. Eyni yazı 
formasından istifadə olunan bu dillər bir – birindən fərqlənir. Ümumiyyətlə, mixi 
yazısı səslər əsasında aparılmış, iki xətt bir heca yaradırmış. 
Bir müddət  ərzində saf samilər daha üstün mədəniyyətə malik şumerlərlə 
qovuşmuş, nəhayət,  İraqın bütün bölgələrində  əkkəd dilinin hökmranlığına gətirib 
çıxarmışdı.  
Sami dillərin digər qolu kənan qoludur (يناعنكلا  عرفلا). “Kənan” sözü nədənsə 
Azərbaycan dilində gah “hananey”, gah da “xanaan” şəklində yazılır. Bu qol (ya 
budaq) ucarit (və ya uqarit), Finikiya, buni və ya moabit dillərini əhatə edir. 
“Kənan” budağı  şimal (ةيلامشلا  ةيناعنكلا), orta (ةطسوتملا  ةيناعنكلا) və  cənub ( ةيناعنكلا
 
ةيبونجلا
 ) 
kənan dilləri kimi üç yarımqrupa bölünür. 
Şimal qarımqrupu Ucarit şəhəri kimi qədim bir şəhərə nisbətən adlanan ucarit 
dilini (və ya uqarit) dilini (ةيتيرجلاا ةغللا) əlifba sırasına uyğun olaraq yazı sistemi ilə 
əhatə edir.  
Orta kənan yarımqrupu (ةطسوتملا  ةيناعنكلا) Fələstin sahili, Suriya və Livanda 
yaşayan samilərin dili kimi(
 
 ةيقينيفلا ) “Finikiya” dili adlanır. 
Cənubi Kənan yarımqrupu isə  (
ةيناعنكلا
 
ةيبونجلا
) ibri (qədim yəhudi) və moabit 
dillərini əhatə edir. 
Ərəb dili öz tarixinə b.e.ə. XII əsrdən, yəni İsrail qəbiləsinin Fələstin torpağına 
dail olmasından başlayır. 
Sami dillərin oxşar cəhətlərinə  gəlincə, onlardan ən mühümləri bu dillərdə 
sözlərin üç kök samitinə əsaslanması, felin iki zaman formasının mövcud olması ilə 
yanaşı qadın cinsinin morfoloji əlamətinin “tə” hərfinin olması, sözlərin sonlarının 
tənvinlə və “təmyim”lə bitməsi kimi qrammatik cəhətdən oxşar xüsusiyyətlər təşkil 
edir. 
Sami dillərin fonetik, morfoloji və sintaktik baxımdan digər oxşar cəhətləri bu 
dilləri eyni dil qrupuna aid olunmasına gətirib çıxarır ki, bu oxşarlıq xüsusilə qədim 
sami dillərdə özünü göstərdi. Bunlardan bəzilərinə nəzər salaq: 
 
1 – bu dillərdə boğaz samitləri (,ع ,غ ,ح ,خ ,ه ,ء) eynidir; 
 
2 – emfatik damaq samitləri (
ص ,ض
 ’
ط ,ظ
) eynidir; 
 
3 – söz konsonant sistemli olub samitlərdən və vəznlər əsasında qurulan qiyasi 
modellərə əsaslanır; 
 
4 – sami dillərdə iki cinsə əsaslanan qrammatik kateqoriya mövcuddur; 
 
5 – bütün sami dillərdə bir çox eyni əsas sözlər mövcuddur: 
 - 
bədən üzvlərini bildirən sözlər (baş, göz, əl, ayaq, saç); 
 
- bitki və heyvan adlarını bildirən sözlər (buğda, sünbül, it, qurd); 
 - 
bəzi əsas fellər (doğmaq, ölmək, durmaq, əkmək); 
 - 
əsas saylar (2 – 10) 
 - 
əsas ön qoşmalar ( -dan, -dən; -a, -ə, -ya, -yə; -da, -də) 
 
 


Aslanova Süsən Yusif qızı
 
 
138 
Heç şübhə yoxdur ki, müxtəlif sami dillər arasındakı yaxınlıq onları Afro – Asiya 
dilləri çərçivəsində bir qolda birləşdirir. Bu, o deməkdir ki, ərəb dili qədim yəhudi dili 
olan ibri dilinə, yaxud əkkəd dilinə daha yaxındır. 
Ərəb dili sami dillərin cənub qrupunun şimal yarımqrupuna daxildir. Qohum 
dillərdən (ərəb dilində “qohum dillər” dedikdə “ərəb dili və onun bacıları” ( و ةيبرعلا
اھتاقيقش) nəzərdə tutulur) uzun ömrü, geniş yayılması (Asiya qitəsində yerləşən 11 ərəb 
dövlətinin (buraya Bəhreyn dövləti, Birləşmiş  Ərəb  Əmirlikləri, Qətər dövləti
İordaniya Haşimiyyə Krallığı,  İraq Respublikası, Yəmən Respublikası, Küveyt 
dövləti, Livan Respublikası, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Suriya 
Ərəb Respublikası kimi Asiyada yerləşmiş  Ərəb dövlətləri daxildir) və Afrikada 
yerləşən 9 dövlətində (buraya Afrikada yerləşmiş  ərəb ölkələrindən  Əlcəzair Xalq 
Demokratik Respublikası, Liviya Cəməhiriyyəsi, Mavritaniya İslam Respublikası, 
Mərakeş Krallığı, Misir Ərəb Respublikası, Somali Demokratik Respublikası, Sudan 
Respublikası, Tunis Respublikası və Cibuti Respublikası daxildir) rəsmi dövlət dili 
olması nəzərdə tutulur), fonetik – qrammatik və leksik xüsusiyyətlərini bu günədək 
qoruyub saxlaması ilə  fərqlənir. Bu dil tarixən üç inkişaf mərhələsi: qədim (V 
əsrədək), klassik (V – XVIII əsrlər) və müasir (XIX əsrdən indiyədək) keçmiş ərəb 
kimi təmsil edilmişdir. 
Qədim ərəblər (məsələn, Qurani – Kərimdə adı çəkilmiş Hicr, yəni “qayalıq” bir 
yerdə yaşamış  Səmud xalqı) haqqında ilk yazılı  məlumat hələ eramızdan  əvvəl 
Assuriya padişahı Sarqonun (715 – ci il) kitabəsində təsadüf olunur. Qədim ərəb dili 
Suriya ərazisində tapılmış Lihyan (b.e.ə. III əsr), əs – Səfa (təxminən 106 – cı il), ən 
– Nəmarə (328 – ci il), Zəbəd (512 – ci il) və s. kitabələrdə əks olunmuşdur. Cahiliyyə 
dövründə  ərəblərin çoxlu sayda dialekt və  ləhçələri olmuşdur.  Ərəbistan 
yarımadasının cənubunda “Qəhtanilər diyarı”nda Səba, Himyər və  Məin ləhçələri, 
Ərəbistan yarımadasının şimalında “Ədnanilər diyarı”nda Səmud, Səfa və Nabatiyyə 
kimi zaman keçdikcə silinib gedən dialektlər mövcud olmuşdur. Qureyş qəbiləsinin 
Mudar ləhçəsi Hicazda ədnanilərin dili kimi qorunub saxlanmışdır.  Ədnan 
qəbilələrinin ləhçələri dünya dillərinin hər birində olduğu kimi bir qəbilədən digərinə 
düzənsiz şəkildə keçmişdi. 
Müxtəlif məhəlli dialektlərdən ibarət qədim  ərəb dili sonradan inkişaf edərək 
qəbilələr arasında başa düşülən və danışılan bir dilə çevrilir. Dilin yeni keyfiyyət kəsb 
edib formalaşmasında Qureyş (Məkkə) dialekti (ةيشيرقلا  ةيناندعلا  ةغللا) xüsusi rol 
oynamışdır. Doörudan da ümumxalq dilinin ən vacib mədəni tərkibi olan ədəbi dil 
dilçilik ədəbiyyatında “ədəbi dil”, “standart dil”, “kodlaşdırılmış dil” “yazılı dil” və 
bu kimi terminlərlə ifadə olunsa da, bu münasibətlə “ədəbi dil” termininin işlədilməsi 
daha məqsədəuyğun hesab oluna bilər.  İnsan birliyinin ilk forması olan qəbilə, 
sonralar böyüyərək tayfa, tayfalar içərisində formalaşan xalq və insan cəmiyyətinin 
ən yüksək forması olan milli dillərin yaranmasınadək mürəkkəb bir inkişaf yolu 
keçmiş ədəbi dil ümumxalq dilinin cilalanmış nümunəsi kimi xalq dilinin ən yaxşı 
cəhətlərini özündə  cəmləşdirməklə, hər bir xalqın milli mədəniyyətinin 
nailiyyətlərini, mənəvi dəyərlərini əks etdirir, milli dilin formalaşmasında böyük rol 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə