Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə55/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   51   52   53   54   55   56   57   58   ...   156

Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
139 
oynayır, beləliklə də daim saflaşır və cilalanır. Onun əsas xüsusiyyəti zəngin lüğət 
tərkibinə, qrammatik quruluşa və üslublar sisteminə malik olmasıdır. 
Hər bir ədəbi dilin əsasını müəyyən dialektlər, dialekt qrupları və ya şivələr təşkil 
edir. 
Bir neçə Şərq və Avropa dillərini dərindən bilən, Azərbaycan ictimai fikir tarixinə 
zəngin bədii yaradıcılığı ilə daxil olan unudulmaz alim – yazıçı Yusif Vəzir 
Çəmənzəminlinin dil haqqında söylədiyi fikirlər təkcə ari dillərinə deyil, bütün dünya 
dillərinə şamil olunmalıdır.  O, 1914 – cü  ildə “Sədayi – haqq” qəzetinin 25 fevral 
sayında belə yazırdı: “Dilin birliyi üç – dörd adamın bir dildə yazmağı ilə olmaz: dil 
gərək işlənsin, mururla gəlib birləşsin. Dil qayırmaq zəiflik sevməz, zor gücü də qəbul 
etməz. Dil öz kökü üstə bitər, qol – qanad açar və bu asudəlik sayəsində də elə gözəl, 
zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın 
yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin . . .”
5
 
Ədəbi dilin vahid ümumxalq dilində təşəkkül taparaq formalaşması ərəb ədəbi 
dilinin tarixən keçdiyi inkişaf prosesində  də  təzahür etmiş, müsəlman alimlərinin 
“cahiliyyə” adlandırdıqları  və  İslama qədərki yüz əlli ili əhatə edən bir dövrdə 
İslamdan öncə yaranmış  şifahi poeziya nümunələrində  işlənən dil ərəb dilinin ən 
möhtəşəm və qiymətli abidəsi olan Qurani – Kərimdə (VII əsrdə) artıq sabitləşmiş 
qrammatik quruluşa və zəngin söz ehtiyatına malik ilk klassik ərəb dili kimi təsbit 
olunur. Bu poeziya nümunələri yalnız VIII – X əsrlərdə toplanıb “əl – Muallaqat”, 
“Divan əl – Haməsə”, “Kitab əl – Əğani” kimi məcmuələr şəklinə salınmışdı. 
“əl – Muallaqat” cahiliyyə dönəmində yaşamış yeddi (və ya on) şairə  mənsub 
şerlər toplusuna verilən addır. Mənası “bir şeyi digəri ilə əlaqələndirmək, bir şeylə 
maraqlanıb onu bəyənmək və sevmək” olub, “ayn”, “ləm” və “qaf” hərflərinə 
əsaslanan və cəm formasında işlənmiş “muallaqat” sözü “bəyənildiyinə görə hər kəsin 
görə bilməsi üçün bir yerə asılan, sərgilənən, nümayiş etdirilən şerlər” deməkdir. Çox 
güman ki, bu sözə ilk dəfə b.e. IV yüzilliyindən (b.e. X yüzillinin ikinci yarısında Əbu 
Zeyd  əl – Qureyşinin “Cəmhəratu ’əş‘ari  əl – arab” (“Ərəblərin  şerlər toplusu”) 
əsərində rast gəlinir. Yeddi hissədən ibarət antologiyanın birinci hissəsi “Muallaqat” 
adlanır və səkkiz muallaqa şairinin qəsidələri verilir. Bunlar “əs – Səb‘u ət – tıval” 
(“Yeddi uzun qəsidə”), “Sūmūt” (“Gizli incilər”), “Müzəhhəbət” (ulduzlu şerlər”), 
“Səbiyyət” (“Yeddi qəsidə”) və daha sonralar “Mullaqat” (“Əsrlərdən dövr edilən əski 
şeirlər”), “Musəmmətat” (“İnci düzümləri”) kimi adlarla tanınır. 
Rəvayətə görə, Ərəbistan yarımadasında yerləşən Məkkənin Ukaz meydanında 
və digər yerlərlə  təşkil olunan şer yarışmalarında süzgəcdən keçərək seçilən və  ağ 
kətandan toxunmuş lülə halında olan parçalar üzərinə qızıl suyu ilə yazılıb Kəbənin 
divarlarına asılan  şerlər həmin muallaqlardır. Onların müəllifləri  İmruulqeys ibn 
Hucr, Tarafə ibn Abd, Haris ibn Hillizə, Əmr ibn Gülsüm, Züheyr ibn Əbu Sulmə, 
                                                 
5
 Yusif Vəzir Çəmənzəminli, Əsərləri, Üçüncü cild, Məqalə, oçerk və xatirələr, “Elm” Nəşriyyatı, Bakı, 
1977, səh. 173 


Aslanova Süsən Yusif qızı
 
 
140 
Mə‘mər ibn Musənnə, Antarə və Ləbid ibn Kəbiə (bəzən Antarə və Harisin əvəzinə 
bu sıraya Nəbiğa  əz – Zubyəni ilə Meymun ibn Qeys əl – Ə‘şəni daxil edirlər), 
bununla şairlərin sayı səkkizə çatmış olur.
6
 
İmruulqeys ibn Hucr ən qədim muallaqa sahibi kimi b.e. IV yüzilliyinin birinci 
yarısında, digərləri həmin  əsrin ikinci yarısında yaşamışdır. Məsələn, Tarafə ibn 
Abdın tam adı Əmr ibn əl – Abd ət – Tikri cahiliyyə dövrünün ən az ömür yaşamış 
şairlərindən hesab olunur. O, Bəhreyndə iyirmi yaşından yuxarı bir vaxta qətlə 
yetirilmişdir. 
Cahiliyyə dövrünün ilk təbəqəsinin üçüncü şəxsiyyəti kimi Zübeyr ibn Əbu 
Sulmə b.e. 631 – ci ilində vəfat etmişdir.
7
 
Bunlardan yalnız Ləbid ibn Kəbiə müsəlman olmuş  və  İslam dönəmində 
yaşamışdır. 
Klassik qəsidə formasında nəzm formasına malik muallaqalar altmış ilə yüz 
arasında dəyişən qəsidələrin xüsusiyyətlərini daşıyan və bütün beytlərin eyni 
qafiyələrinin təkrarı ilə  səciyyələnən  şer formasıdır.  İlk beytin hər iki misrası eyni 
olub “musarra” adlanır. Mövzu şairin əski sevgilisinin xatirəsini anmaq, yad etmək 
səciyyəsi daşıyır və bu giriş nəsb, təşbib adlanır. Bu növ giriş ilk dəfə İmruulqeys 
nəzmə  gətirmişdir.  Əmr ibn Gülsüm isə muallaqasında ilk səkkiz beyti eys – işrət 
əyləncəsi ilə başlayır, sonra isə ən uzun hissə olan “təsrir” gəlir və burada şairin atı və 
ya dəvəsi, çöl heyvanları, çöl səhnələri, hadisələri və bədəvi həyatından mənzərələr 
verilir, onun ardınca mədhiyyə və fəxriyyələrlə sona yetir. Onların bəzilərində tarixi 
məlumatlar  əldə etmək də mümkündür. Bu baxımdan Züheyr ibn əbu Sulmənin 
muallaqası diqqəti cəlb edir. Qəbilələrarası savaşlarda barış yaradan Mürrə qəbiləsi 
haqqında yazılan bu mədhiyyə hadisənin bütün incəliklərini ortaya çıxaran bir qaynaq 
durumundadır. 
Ərəb  ədəbi dilinin formalaşmasında mühüm yer tutmuş  əski  ərəb  şer 
nümunələrinin toplandığı digər bir əsər “Divan əl – Hamasə” məcmuəsidir ki, onun 
müəllifi  Əbu Ubadə  əl – Valid ibn Übeyd ibn Yəhya  ət – Taidir (tay qəbiləsinin 
Mənbic qolunun Bəni Buhtur aşirəsinə mənsub əl – Buhturi) ki, öz zamanına qədər 
altı yüz şairin  şeirlərini antologiya şəklində 1454 parça şeri 174 babda toplamış, 
habelə Əbul – Fərəc əl – İsfahani ömrünün əlli ilini ərəb el – obalarını qarış – qarış 
dolaşaraq qrıx minə yaxın şair, nəğməkar və başqalarının həyat və yaradıcılığına dair 
məlumatları “Kitəb əl – Əğani” (“Nəğmələr kitabı”) adlandırdığı əsərində bir araya 
gətirmişdir. 
Ərəbistan yarımadasının harasında olursa – olsun, zəmanəmizə qədər gəlib çatan 
muallaqalın və digər poeziya nümunələrinin hamısı ortaq bir dilə - ərəb ədəbi dili ilə 
yazılmışdır, yəni orada müxrəlif ləhçələr və dialektlər yoxdur. Məsələn, İmruulqeys 
                                                 
6
 Türkiyə Diyanət Vakfı, İslam Ansiklopedisi, cilt 30, İstanbul 2005, səh: 310 - 312 
7
 Dr. Bekir Topaloğlu və Dr. Hayreddin Kahraman, Arapça oxuma və eski metinlər kitabı, İstanbul: 1985, 
səh: 204 - 205 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə