Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə57/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   53   54   55   56   57   58   59   60   ...   156

Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
143 
Məsələn: سُرْدَت -  ُسُردِت. Bu fonetik xüsusiyyətə indi də ərəblərin danışıq dilində rast 
gəlinməkdədir. 
Ərəb ləhçələrindəki fərqli xüsusiyyətlər təkcə sövti – səs fərqliliklərini deyil, həm 
də morfoloji və sintaktik sahələri də əhatə edir. İbn Faris göstərirdi ki, məhəlli ərəb 
dialektləri bir – birindən təkcə hərəkə dəyişikliklər ilə deyil, həm də hərf müxtəlifliyi, 
bəzi qrammatik məsələlərdə  fərqlilikləri (məsələn, qadın və kişi cinsi sahəsindəki 
mübahisəli problemlər) və sairdə özünü göstərir. 
Ərəb  əlifbasına dair fikirlərimiz xüsusunda demək lazımdır ki, ərəb dilinin 
səslərini və yazı sistemini göstərən hərflər düzünü əlifba adlanır. 
Əlifbanın tarixinə baş vursaq, insanın duyğu və düşüncələrinin ifadə vasitəsi olan 
dil anlayışının yalnız yazı vasitəsi ilə həyat qazandığının şahidi oluruq. Dili qoruyan 
və onunla yaranan mədəni sərvətin nəsillərdən – nəsilə ötürülərək keçməsində əsas 
rol oynayan ən önəmli ünsürün yazı olduğu hamıya bəllidir. Lakin yazının tarixi ilə 
bağlı əsaslı bilik verilməsi çətin olsa da, müxtəlif zamanlarda dilçilər, tarixçilər və 
sənətşünaslar yazının meydana gəlməsi və yayılması barəsində müxtəlif mülahizələr 
söyləmişlər. Ən qədim dövrlərə aid yazı nümunələrinin olmaması ilk yazı haqqında 
yetərincə  məlumat  əldə olunmasını  çətinləşdirir. Dilçilik elmi, tarixi arxeoloji 
qazıntılar və bu kimi axtarışlar nəticəsində bugünkü fonetik sistemə malik səsli 
yazının uzun və mürəkkəb bir yol keçdiyini sübuta yetirir. Mağara divarlarında və 
qayalarda rast gəlinən rəsmlərin estetik anlayışdan artıq bir anlaşma məqsədi 
güddüyünü zənn etmək daha doğru olardı.  
Keçmiş nəsillərin – ulu babaların bizə bəxş etdiyi “bəşəriyyətin ən başlıca kəşfi 
sayılan” yazı asanlıqla əldə olunmamış,insanların necə yazı öyrənmələri uzun illərdən 
bəzi dilçi alimlər, həm də arxeoloqlar, bu sahədə axtarışlar aparılmışdır. Yazı tarixi, 
paleoqrafiya (bu söz iki yunan sözünün: palaios – qədim və qrapho – yazıram 
sözlərinin birləşməsindən  əmələ  gəlmişdir) məsələlərinə dair qiymətli  əsərlər 
yaranmışdır. Yazı – görmə vasitəsi ilə  dərk edilib, fikrin ifadəsində  əsas ünsiyyət 
vasitəsinə köməkçi vasitə olmasında bu və ya digər fikri başqasına çatdırmaq mümkün 
olmayan yerdə onu uzaq məsafələrə ötürməkdə,  şərti işarələrlə yazılıb görmə 
üzvlərimizin köməyi ilə oxumasında, insanların mədəni inkişafında  əldə etdiyi 
nailiyyətlərinəsillərdən – nəsillərə ötürülməsində göstərdiyi  əvəzsiz rolu ilə 
səciyyələnir. Məhz yazılı abidələrin verdiyi məlumatlar vasitəsi ilə ən qədim xalqların 
tarixini, onların adət - ənənələrini, yaşayışları öyrənmək mümkündür. Xüsusilə yazı 
hər hansı bir ədəbi dilin formalaşmasında, təsir qüvvəsinin artmasında, ifadə tərzi və 
üslubi cəhətdən zənginləşməsində  və inkişaf etməsində çox mühüm rol oynayır. 
Yazının meydana gəlməsi, təbii ki, insanlar arasında təkcə  şifahi nitqin ünsiyyət 
vasitəsi rolunu ödəyə bilməməsi zərurətindən irəli gəlmişdi. Bu zəruri tələbat da 
tədrici şəkildə yaranmışdı. 
Çox qəribədir ki, XIX əsrin axırlarına kimi Mərkəzi Afrika və şimali Amerikanın 
bəzi xalqları yazını qeyri – təbii qüvvə, məktubu isə danışan canlı əşya hesab edirdilər. 
İlk öncə  “əşya yazısı” adlanan yazı  ağac budaqlarını  qırmaqla, yaxud onların 
üzərinə ox asmaqla, yəni fikrin əşya vasitəsi ilə ifadə etmək yolu ilə öz yoldaşlarına 


Aslanova Süsən Yusif qızı
 
 
144 
xəbər çatdıra bilmişlər. Qədim insanlar tez tapılan əşyalardan geniş istifadə etmişlər. 
Ox göndərməklə müharibə anlayışı, qəlyan sülh anlayışı, duz dostluq ifadə etmək 
məqsədilə, bitkilərdə, gül – çüçəkdən istifadə etmiş və gülün rəngi mühüm əhəmiyyət 
kəsb etmişdir. Məsələn, qızılgül sevgi, məhəbbət simvolu, ağ gül göndərməklə görüş 
təyin etməsi, sarı gül ayrılıq simvolu ifadə edirdi. 
Tarixdə iskitlərin farslara göndərdiyi heyvan və ya quş gözəl bir misala 
çevrilmişdir. B.e.ə. 513 – cü ildə İran şahı Dara özünü iskiflərdən çox – çox qüvvətli 
hesab etdiyindən onları məğlubiyyətə uğratmaq istəmiş, iskitlərdən vuruşdan əvvəl 
onlara məğlubiyyət simvolu kimi onlara torpaq və su göndərmələrini tələb etmişsə də, 
iskitlər bunun əvəzinə Daraya bir diri qurbağa, bir siçan, bir quş  və beş ox 
göndərmişlər. Qədim yunan tarixçisi Herodot bunun məzmununu belə izah etmişdir. 
“Əgər siz, farslar, bataqlıqda qurbağa kimi tullanmağı öyrənməsəniz, siçan kimi 
gizlənməyi bacarmasanız, quş kimi uça bilməsəniz, bizim torpağa ayaq basan kimi 
oxlarımız altında məhv olacaqsınız”. 
Bu misal simvolik siqnaldır və burada hər bir əşya müəyyən məfhumu ifadə edir. 
Bu məqsədlə  qədim insanlar ip düyünləməklə say anlayışını ifadə etmək 
istəmişlər. 
Tarixən cəmiyyətin inkişafı ilə yazı tipləri sadədən mürəkkəbə doğru mürəkkəb 
bir yol keçmiş,  şəkli (piktoqrafik) yazıdan ideoqrafik (fikri) yazıya, sonra sillo-
boqradik (heca) yazısına və nəhayət, səsli (fonoqrafik) yazı mərhələsinə çatmışdır. 
Səslərin  əlifba formasının hansı qövm tərəfindən yaradılması  məsələsi kəskin 
şəkildə çözülməmişsə də, bu gün əsas etivarilə əlifbanın b.e.ə. 1700 – cü illərdə Qərbi 
samililərin bir qolu olan kənanilər tərəfindən icad olunduğu fikri mövcuddur. İlk 
nümunələri Turisinanın cənubunda Sərabitul – xədim xarabalıqlarında tapılan əşya və 
divar qalıqları üzərindəki Kənani yazısı hicrət yolu ilə cənubda Məin – Səba, Himyər, 
Həbəş yazıları, şimalda isə qüzey sami əlifba sisteminə aid yazıların ən önəmlisi, bir 
çox  əlifba sisteminin əsasını  təşkil edən Finikiya və yenə ondan törənmiş arami 
yazılarıdır. 
Əvvəllər “müsnəd” adlandırılan Cənubi  Ərəbistan yazısından istifadə edən 
ərəblər, çox güman ki, III yüzilliyin sonlarına və ya IV yüzilliyin başlanğıcından 
etibarən arami yazısından gələn Nəbati əlifbasından faydalanaraq əxz etdikləri iyirmi 
iki hərfdən istifadə etməyə başladılar. Bu əlifbadan istifadə iki mərhələ - biri hicrətə, 
digəri hicrətdən bu günümüzədək istifadə  mərhələsi keçmişdir. Birinci ərhələdə 
nəbatilərdən alınan  əlifbaya  ərəb dilinə xas bəzi səsləri bildirmək üçün nöqtəsiz 
işlədilən (غ ,ظ ,ض ,ذ ,خ ,ث) hərfləri əlavə edilmişdir. Sayı iyirmi səkkizə çatdırılan 
hərflərin düzümü dəyişdirilmədən digər sami dillərdə ortaq olan orjinal sıra eynilə 
qorunmuşdur. Bəzi dilçilərin bu rəqəmin iyirmi doqquza çatdığı və onun ləm əlifdən 
(لا) ibarət olması VI yüzillikdə Tamaralılardan alındığı barəsində fikirlər vardır. 
Tarixi dəqiq  şəkildə bilinməyən bir dönəmdə, hərflərin bir – birlərinə 
bənzəməsindən irəli gələn qarşılıqları fərqləndirmək üçün Süryani və İbrani yazıları 
nümunə olaraq bəzi hərflərə diaktrik nöqtələr (ةيماجعلاا طاقنلا) artırılmışdır. Əvvəllər 
lazım gəldikdə  və  (ي  ،ن  ،ش  ،ز  ،ذ  ،خ  ،ث  ،ت  ،ب) hərflərində olduğu məlum olan bu 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə