Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə65/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   61   62   63   64   65   66   67   68   ...   156

Gündüz Qurbanəli oğlu Süleymanov, Şölət Əlövsət oğlu Zeynalov
  
164 
Elmi  ədəbiyyatda bir çox nüfuzlu tədqiqatçılar belə hesab edirlər ki, dini 
tolerantlıq ilk növbədə dini plüralizm şəraitində dövlət siyasətinin səviyyəsi kimi 
çıxış edir. Xüsusi halda BMT-nin 1958-ci ildə  qəbul etdiyi İnsan Haqları 
Deklorasiyasında ifadə olunmuş belə anlama tolerantlıq anlayışı dedikdə  fərdə 
verilmiş və ona arzuladığı dini seçməyə, yaxud ona etiqad etməyə imkan verən dini 
azadlığı nəzərdə tutur.  
Dinin dövlətdən ayrılması, dini plüralizm dini azadlıqlar kimi liberal prinsiplər 
maarifçilik dövrü fəlsəfi təlimlərinin məhsulu olub insan təbiətinin mahiyyətini, 
siyasi cəmiyyətin məqsədləri və  həqiqi dini etiqadın yerini şərh edirdi. Bununla 
birlikdə müasir dünya siyasətində “yenilənmiş partikulyarizm, üsyankar 
konfessionalizm və yenidən dirçəlmiş etnik motivlərin üstünlük təşkil etdiyi” (12, 
s. 47) halda maarifçilik ideyaları köhnəlmiş görsənir. Onlar artıq müasir gerçəkliyə 
uyğun olmayan utopiyaya çevrilmişlər. Müasir dünyada müxtəlif mədəniyyət və 
sivilizasiyalar mövcud olan qarşılıqlı təsirdədirlər. Onların heç də hamısı özünün 
taleyini özü müəyyənləşdirmək hüququna malik olan fərdin azadlığının Avropa 
prinsiplərini bölüşmür.  
Müasir dövrdə dinlərarası dialoqun gerçəkləşməsi istər ayrı-ayrı dövlətlər, 
istərsə də beynəlxalq və regional təşkilatlar bir sıra vacib əhəmiyyətə malik tədbirlər 
görürlər. Belə  təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. BMT 
Nizamnaməsinin preambulasında xalqların “mehriban qonşular kimi bir-biri ilə sülh 
içində mehriban yaşamaq və dözümlülük nümayiş etdirmək” qərarından söhbət 
açılır. Bu ona əsas verir ki, dünya dinləri arasında dialoqun institutlaşması üçün 
BMT-nin himayəsi altında müəyyən işlər görmək olar ki, onlardan da biri dinlərin 
dinc, yanaşı yaşamaq konsepsiyasının qəbulu ola bilər. Dinlərin dinc, yanaşı 
yaşaması konsepsiyası dövlətlərin etnomədəni və konfessiyalararası siyasətin 
qurulmasına kömək edəcək sənəddir və onun qəbulu deyilən istiqamətdə atılmış 
mütərəqqi addım ola bilər. Hesab edirik ki, bu sənədə bir sıra mühüm prinsiplər də 
daxil oluna bilər. Bu prinsiplərdən  ən  əsasları Azərbaycan praktikasında olduğu 
kimi – istənilən dinin tərəfdarının insan ləyaqətinə hörmət; ümumbəşəri dəyər və 
maraqların üstün tutulması; din və dini birliklərin hüquqi bərabərliyi; qarşıdurma 
təfəkküründən imtina; istənilən  şəraitdə dinlərarası dialoqa hazır olan və s. 
prinsiplərdir. Belə bir konsepsiyanın işlənib hazırlanması dinlərin dinc, yanaşı 
yaşama Xartiyasının hazırlanması  və  qəbulu istiqamətində böyük addım olardı. 
Xartiyanın qəbul edilməsi isə  vətəndaş sülhü və millətlərarası razılıq maraqları 
çərçivəsində dünya konfessional birliklərinin xoş məramlı fəaliyyətinin ifadəsi ola 
bilər.  
 
 
 
 
 


Dinlərarası dialoqun nəzəri əsasları
 
 
165 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1.Яблоков И. Н. Религиоведение. Москва: Гaрдарики, 2000, 536 с. 
2.Журавский А.В. Очерки христиано-мусульманских отношений. Москва: 
Свято-Филаретовский православно-христианский институт, 2014. 192 с.  
3.Валитова Р.Р. Толерантность / Новая философская энциклопедия: В 4-хт. 
Т. IV. Москва: Мысль, 2010, 736 с.  
4.Диалог:  теоретические  проблеми  и  методы  исследования:  сб.  Научно-
аналит. обзор. Москва: ИНИОН, 1991, 160 с. 
5.Свидлер  Л.  Межрелигиозный  диалог:  истоки,  проблемы,  перспективы. 
//Страницы, 2000, № 5, с. 452-461.  
6.Тиллих  П.  Христианство  и  встреча  мировых  религий // Тиллих  П. 
Теология культуры. Москва: Юрист, 1995, 479 с.  
7.Свидлер  Л.  Десять  заповедей  межрелигиозного  диалога. URL: 
http://constitutions.ru/archives/4403 
8.Бахтин  М.  М.  Проблема  поэтики  Достоевского.  Москва:  Худ.  лит-ра, 
1972, 470 с.  
9.Хоружий  С.С.  Диалог  религий:  исторический  опыт  и  принципиальные 
основания. URL: http://synergia-isa.ru/?page_id=4301#H  
10.Сиверцев  М.  А.  Межрелигиозный  диалог  в  эпоху  глобализации // 
Человек. 2002. № 5. С. 76-87.  
11.  Шохин  В.  К.  «Диалог  религий»:  виртуальное  понятие  и  реальное 
значение:  доклад,  прочитанный 27.01.2000 на VIII Рождественских 
образовательных чтениях. URL: http://www.netda.ru/belka/nauka/+filosof.htm 
12.Грей  Д.  Поминки  по  Просвещению:  политика  и  культура  на  закате 
современности. Москва: Праксис, 2003. 368 с. 
  
 
 


Gündüz Qurbanəli oğlu Süleymanov, Şölət Əlövsət oğlu Zeynalov
  
166 
 
XÜLASƏ 
 
DİNLƏRARASI DİALOQUN NƏZƏRİ ƏSASLARI 
 
Məqalədə dinlərarası münasibətlərinin perspektivləri şərh edilmiş, sosial-fəlsəfi 
aspektləri təhlil olunmuş, dünyada beynəlxalq təhlükəsizliyin təmin olunmasında dini 
təhlükəsizliyin  əhəmiyyəti izah edilmişdir. Bildirilir ki, dünyada dini situasiyanın 
təhlili nəzəri və praktiki səciyyəli bəzi tövsiyələr verməyə imkan yaradır. Hesab 
etmək olar ki, bu tövsiyələr dinlərarası münaqişələrin yaranma imkanlarını 
əhəmiyyətli dərəcədə azalmasına və dünyada dinlərarası dialoqun baş tutmasına 
gətirib çıxara bilər. 
 
 
РЕЗЮМЕ 
 
ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ МЕЖРЕЛИГИОЗНОГО ДИАЛОГА 
 
В  статье  комментируются  перспективы  межрелигиозных  отношений, 
анализируются  социально-философские  аспекты  и  отмечается  важность 
религиозной безопасности в обеспечении международной безопасности в мире. 
Анализ сегодняшней религиозной ситуации в мире дает возможность выдвигать 
некоторые теоретические и практические рекомендации. Следует отметить, что 
эти  рекомендации  могут  помочь  в  значительной  степени  уменьшить 
зарождение  межрелигиозных  конфликтов  и  привести  к  межрелигиозному 
диалогу. 
 
SUMMARY 
 
THE THEORETICAL FOUNDATIONS OF  
INTERRELIGIOUS DIALOGUE 
 
In the article is commented perspectives of interreligious relations, analyzes the 
socio-philosophical aspects and notes the importance of religious security in ensuring 
international security in the world. Analysis of the current religious situation in the 
world makes it possible to put forward some theoretical and practical 
recommendations. It should be noted that these recommendations can help to 
significantly reduce the origin of interreligious conflict and lead to interreligious 
dialogue. 
 
Çapa tövsiyə etdi: f.e.d. S.Hüseynov 
 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə