Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə67/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   63   64   65   66   67   68   69   70   ...   156

Təhsilin sosiomədəni funksiyaları
 
 
169 
 3.təhsil proseslərinin nəticələrinin digər sosial proseslərə - professonal-əmək
mənəvi, psixoloji, təşkilati-texniki və s. təsiri, təhsil sisteminin əks əlaqəsi. 
Təhsilin strukturunun problemlərinin tədqiqatı onun sosial funksiyalarını da 
öyrənil-məsi ilə bağlıdır: toplanmış biliklərin ötürülməsi, sosial təcrübənin varisliyi 
və  nəsillərin mənəvi varisliyi, şəxsiyyətin sosiallaşması,onun özünüreallaşdırması, 
onun mənəvi, intellektual, sosial potensialının toplanması. 
Təhsilin sosiologiyaslnda bütün axtarışlar iki istiqamət üzrə birləşərək, logik 
şəkildə sübuta yetirilmişdir:  
Birinci istiqamət üzrə:  
1. institusionaldaxili, bu zaman bir sosial institut kimi təhsilin daxili problemləri 
təhsilin subyektlərinin fəaliyyətinin sosial aspektlərini, təhsil sisteminin sosial 
strukturunu və funksiyalarını, sosial qrup kimi pedaqoji işçilərin sosial statusunu, 
təhsil sisteminin sosial idarəetmənin problemlərini əhatə edir; 
2. institusionalxarici, bu zaman sosial aspektlərin bütün tədqiqatlarının digər 
sosial institutlarla, istehsallarla, elmlərlə, mədəniyyətlə, siyasətlə, qarşılıqlı təsirini, 
təhsil pro-sesinin digər sosial proseslərlə  əlaqələrini, təhsilin sosial fəaliyyətin 
növlərinə və sosial münasibətlərin inkişafına təsirini əhatə edir. 
3. Nəzəri-konseptual məzmun: 
4.  Əsas kateqoriyalar: mədəniyyət, təhsil, tərbiyə, sosializasiya, öyrənmə, 
şəxsiyyət; 
5. Konseptuallıq və araşdırmaların istiqaməti; 
6. Təhsilin səmərələliliyi, təhsil dairəsinin (sferasının) sosiomədəni təşkili
təhsilin sosial determinasiyası; 
7. Problemli-tematik məzmun:təhsildə  şəxsiyyətin mədəni genezi, təhsil 
sferasının dinamikası,təhsilin məzmunu, təhsil sferasında sosial institutlar, təhsil 
sferasının sosial strukturu, təhsilin idarə olunması  və  tənzimlənməsi, təhsildə 
diaqnostika, təhsildə inno-vasiya prosesləri,təhsilin ictimai həyatın digər sferalarına 
təsiri. 
İkinci istiqamət üzrə:  
- həyati fəaliyyətin texnoloji ardıcıllığı ( onun əsasına həyat fəaliyyətinin mərhələ 
və nəticələrinin əks olunması qoyulmuşdur); 
- metodlar və texnologiyalar: diaqnostika, modelləşdirmə, proqnozlaşdırma, 
layihə-ləşdirmə; 
- faktiki material: verilmiş diaqnostika və proqnozlaşdırma; 
- sosiomədəni fəaliyyətin layihələri (proyektləri) və modelləri (6,s.172). 
 Təhsil açıq sosial sistem olub, digər sosial sistemlərlə bağlıdır. Təhsil prosesi 
digər proseslərlə əlaqəlidir və insanı bütün həyatı boyu müşayiət edən sosiallaşmanın 
mühüm mexanizmlərindən biridir. 
 Xatırladaq ki, təhsilin mövcud sistemi məktəbəqədər,ibtidai,ümumi orta, tam 
orta, ilk-peşə ixtisas, professional orta ixtisas və ali təhsildən ibarətdir. Xüsusi bir sahə 
kimi, ali təhsildən sonrakı fasiləsiz və əlvə təhsil də böyük maraq doğurur. 


Müslüm Nəzərov
  
170 
Məktəbəqədər təhsilə gəldikdə qeyd etməliyik ki, sosiologiya insanın tərbiyələn-
dirilməsinin əsasından, onun əməksevərliyindən irəli gələn məsələlərə daxildir, digər 
mənəvi keyfiyyətllər isə hələ kiçik yaşlarda formalaşır.
  
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi  оlmaqla, ailənin və  cəmiyyətin 
maraqlarına uyğun оlaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psiхi 
inkişafını, sadə  əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə 
çıхarılmasını, sağlamlığının qоrunmasını, estetik tərbiyəsini, təbiətə  və insanlara 
həssas münasibətinin fоrmalaşmasını təmin edir(5.s.24). 
Ümumilikdə, məktəbəqədər tərbiyə tam qiymətləndirilmir. Çox zaman bəzi 
məsələlər diqqətdən yayınır ki, bu da insan həyatında  şəxsi insani keyfiyyətlərin 
toplandığı mühüm mərhələni təşkil edir. Burada onların  əqli, mənəvi və fiziki 
inkişafları baş verir. 
Məktəbəqədər təhsil və  tərbiyədən fərqli olaraq, orta ümumtəhsil məktəbi 
böyüyən nəsilin istisnasız olaraq həyata hazırlanmasına yönəldilmişdir. 
Beləki, ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, 
zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə 
hazırlanmasını təmin edir. 
 Ümumi  təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə 
yiyələnməsinə, onlarda sağlam həyat tərzinə  və sivil dəyərlərə  əsaslanan vətəndaş 
təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin 
aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin 
müəyyən edilməsinə imkan yaradır (5.s.25). 
İlk peşə-iхtisas təhsili bilavasitə istehsalın tələbləri, gənc nəslin həyata operativ 
və müqayisəli tez formada hazırlanması ilə bağlıdır. O, bilavasitə, iri istehsal 
müəssisə-lərində və yaxud dövlət təhsil sistemi çərçivəsində həyata keçirilir. 
İlk peşə-iхtisas təhsili əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil 
və tam оrta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə  iхtisaslı  işçi 
kadrların hazırlanmasını təmin edir. 
İlk peşə-iхtisas təhsili mülkiyyət fоrmasından asılı оlmayaraq peşə-iхtisas təhsili 
müəssisələrində  və  təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası)  оlan ayrı-ayrı 
təşkilatların, müəssisələrin,  əmək birjalarının, məşğulluq idarələrinin və digər 
müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir və  məzunlara müvafiq 
istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır. 
Orta ixtisas və ali təhsil müəssisələrinə  gəldikdə isə qeyd etməliyik ki, 
sosiologiya üçün gənclərin təhsilinin bu növlərinin sosial statusunun təyinatı vacibdir, 
gələcək kamil həyatında imkanların qiymətləndirilməsi və rolu, cəmiyyətin obyektiv 
tələbatlarının və subyektiv mətləblərinin uyğunlaşdırılması, hazırlanmanın keyfiyyəti 
və effektivliyi mühüm əhəmiyyət kəsb edir. Orta ixtisas təhsili cəmiyyətin və əmək 
bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-
ayrı  fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə  оrta ixtisas təhsilli mütəxəssis 
hazırlığını təmin edir. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə