Müslüm Nəzərov
174
SUMMARY
SOCIO-CULTURAL FUNCTIONS OF EDUCATION
M.H.Nazarov
The concept of education in cultural events in terms of socio-cultural approach is
based on the concept of development is characterized as a complete system, its main
content of the society of cultural values and ideas that made the accuracy of this
approach and stages of development of the concept of education, education in all
spheres of public life, influence in the article that cultural system stage objective of
education. The idea that education is concentrated in the inseparable part. Education
is of fundamental importance in the formation of cultural space, the role of the
education system, socio-cultural function being analyzed.
Education in developing areas in search of sociology logik socio-cultural envi-
ronment. Education and other social system is connected with social system was open.
Çapa tövsiyə etdi:
f.e.d. Z.B.Ağayeva
Azərbaycanda davamlı inkişafın perspektivləri və ekoloji problemlərin həlli
175
AZƏRBAYCANDA DAVAMLI İNKİŞAFIN PERSPEKTİVLƏRİ VƏ
EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ
Rəşadət Qüdrət oğlu Yaqublu
Naxçıvan Dövlət Universitetinin dissertantı
Açar sözlər: ekologiya, davamlı inkişaf, ekosiyasət, ekoloji sivilizasiya, biosfer
mədəniyyəti.
Keywords:
ecology, sustainable development, ecopolitics, ecological civilization,
the culture of the biosphere.
Ключевые слова:
экология, устойчивое развитие, экополитика,
экологическая цивилизация, культура биосферы.
Hər bir ölkənin inkişafı özünəməxsus parametrlərlə şərtlənir. Başqa sözlə desək
bütün ölkələrin ictimai inkişafını təmin edəcək universal inkişaf modelinin qurulması
sadəcə mümkünsüzdür. İnkişaf modeli, yaxud konsepsiyası seçilərkən, həmin ölkənin
coğrafi və iqlim şəraiti, ərazisi, sosial-etnik tərkibi, təbii resursları, demoqrafik
vəziyyəti nəzərə alınmalıdır. Davamlı inkişaf konsepsiyasının əsas xüsusiyyəti odur
ki, o universal səviyyə daşıyır və onun gerçəkləşməsi üçün qlobal layihələr təklif
olunur. Bu layihə bilavasitə inkişafın özü ilə yox, inkişaf nəticəsində meydana çıxaraq
inkişafa mane olacaq çətinliklərin aradan qaldırılması ilə bağlıdır. Hər bir ölkənin
inkişaf amilləri fərqləndiyi üçün davamlı inkişafa keçidin də hər bir ölkə üçün
özünəməxsus səbəbləri mövcud olmuşdur. Azərbaycan Respublikasının da davamlı
inkişaf konsepsiyasına keçidini şərtləndirən amillər mövcuddur. Bu amillərdən biri də
ekoloji problemlər hesab edilir.
Davamlı inkişaf konsepsiyası çərçivəsində ekoloji problemlərin həllinə
yanaşmalar bir-birindən fərqlənsə də, mütəxəssilərin əksəriyyəti bu istiqamətdə
görüləcək işlərə ilk növbədə təhsildən başlanmasının zəruriliyini vurğulayırlar. Bu
heç də təsadüfi deyildir. Belə ki, UNESCO-nun davamlı inkişaf mədəniyyətinin
formalaşmasında təhsilə xüsusi yer ayrılması ön plana çəkilmişdir. BMT-nin 2002-ci
ildə Yohannesburqdakeçirdiyi Ümumdünya sammitində onilliyin “Davamlı inkişaf
üçün təhsilin dekadaları” elan etmişdir (2005-2014-cü illər). Burada təhsilin davamlı
inkişaf konsepsiyasının tələblərinə müvafiq qurulması daha aydın görünür.
Davamlı inkişafda ekoloji problemlərin həlli prosesində təhsildə islahatların
aparılması prof. N.Məmmədov tərəfindən əhatəli tədqiq olunmuşdur. O, “Ekologiya
və davamlı inkişaf” adlı monoqrafiyasında bu haqda yazır: “Davamlı inkişafa keçid
ilə əlaqədar irəlidə gedən təhsilin, onun futurizasiyasının vacib olması aydın görünür.
Davamlı inkişafın maraq dairəsində təhsil, şəksiz və çoxcəhətli olaraq müxtəlif
məsələlərin həllinə istiqamətlənmişdir. Bununla belə, aydın görünür ki, davamlı
Rəşadət Qüdrət oğlu Yaqublu
176
inkişaf üçün təhsilin mürəkkəb strukturu, təhsil strukturuna yalnız müdaxilə etməklə
deyil, onun ən önəmli əsasına çevrilməli olan, ekoloji təhsilə doğru yüksəlməlidir və
əgər ədəbiyyat və tarix, mədəniyyətin mənəvi dəyərlərinin mənimsənilməsinə
lazımdırsa, təbiətşunaslıq – təbiətin qanunauyğunluqları, ekoloji təhsil insanların
təbiətə olan həmin münasibətlərinin formalaşmasına, onun dəyişdirilməsinin mümkün
həddə müəyyənləşdirilməsini, bəşəriyyətin mövcud olması və gələcək inkişafına
imkan verən spesfik sosial-təbii qanunauyğunluqlarının dərk edilməsi üçün
vacibdir”(2, s.248-249). Göründüyü kimi, ekoloji problemlərin həlli təhsildə kifayət
qədər ciddi işlərin görülməsini zəruri edir.
Azərbaycanda ekoloji təhsilə xüsusi diqqətin yetirilməsi, ölkənin inkişaf
potensialının gerçəkləşdirilməsi ilə bilavasitə əlaqəlidir. Məlum olduğu kimi,
Azərbaycan zəngin təbii ehtiyatlara malikdir. Ölkəmizin təbiətində planetdə mövcud
olan on bir iqlim qurşağından doqquzu-yarımsəhra quru qoldan, şaquli zonallıq üzrə
dağ tundra-soyuq iqlim tiplərinə qədər digər iqlim tipləri və yarımtipləri yayılmışdır.
Təbii şərait, sənayeləşmə urbanizasiya ilə əlaqədar Azərbaycanda əhali qeyri-bərabər
paylanmışdır. (3, s.127) Bu o deməkdir ki, ölkədə iqtisadi inkişaf üçün kifayət qədər
geniş imkanlar mövcuddur. Lakin, qətiyyən unutmaq olmaz ki, ekstensiv inkişaf son
nəticədə resursların tükənməsinə, əkin sahələrinin istifadə olunması üçün yararsız
vəziyyətə düşməsinə, sənaye inkişafının nəticəsi kimi atmosferin kəskin
çirklənməsinə səbəb ola bilər. Deməli, ölkədə ümumi iqtisadi inkişaf davamlı inkişaf
çərçivəsində gerçəkləşdirilməli və bu inkişaf konsepsiyasının əsas prinsipləri
gözlənilməlidir.
Davamlı inkişaf konsepsiyası çərçivəsində ekoloji problemlərin həlli, və yaxud
belə problemlərin meydana gəlməsinin qarşısının alınması biosfer mədəniyyətinin
formalaşdırılmasını tələb edir. Çünki, davamlı inkişafın gerçəkləşdirilməsi sosial-
ekoloji biliklərin əldə edilməsi və həmin biliklərin cəmiyyətə təlqin edilməsindən
bilavasitə asılıdır. “Biosfer mədəniyyəti” dedikdə ətraf mühitə, təbiətə hörmətlə
yanaşmaq, ekoloji etika, tələbatın ağıllı şəkildə məhdudlaşdırılması və s. əhatə edir.
Ekologiyanın sosial-fəlsəfi problemlərinin tədqiqi ilə məşğul olan, fəlsəfə elmləri
doktoru S.Hüseynovun fikrincə biosfer mədəniyyətinin formalaşdırılmasında
aşağıdakı ilkin şərtləri nəzərə almaq lazımdır:
1. Uşaq və gənclərin ekoloji tərbiyəsini yüksəltmək və onlara ekoloji
mədəniyyəti formalaşdırmaq üçün davamlı inkişaf konsepsiyasına uyğun olan yeni
ekoloji təhsil proqramının hazırlanması və həyata keçirilməsi;
2. Ekoloji cəhətdən təmiz texnologiyaların respublikaya gətirilməsinin təmin
olunması.
3. Respublika müəssisələrində mövcud olan texnologiyaların müasir ekoloji
təlabata uyğunlaşdırılması.(4, s.64)
Bu prinsipləri göstərməklə yanaşı, S.Hüseynov biosfer mədəniyyətinin
formalaşdırılmasında aşağıdakı mərhələlərə diqqət yetirir. Onun fikrincə proses üç
mərhələdə gerçəkləşdirilməlidir. Birinci mərhələdə: davamlı inkişaf sahəsində elm və
təhsil sisteminin dövlət tərəfindən dəstəklənməsi haqqında hökümət qərarlarının
Dostları ilə paylaş: |