Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə61/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   57   58   59   60   61   62   63   64   ...   156

Əliyeva Mətanət Valeh qızı
  
154 
Yeniyetməlik dövründə uşaq klassik psixoanalizin iddia etdiyi kimi, valideynlərə 
qarşı “sevgi və nifrət” hissi ilə qarşılaşır. Bu problemin müsbət həlli onun öz yaşıdları 
arasında sevgi predmeti tapa bilməməsindən asılıdır. 
Valideynlərin uşağın inkişaf böhranlaının gedişatına az və ya çox dərəcədə təsir 
edə bildiyi yaş inkişafının əvvəlki mərhələlərindən fərqli olaraq, burada onların təsiri 
daha həlledicidir.  Əgər valideynləri sayəsində yeniyetmə etibar, müstəqillik, 
təşəbbüskarlıq və bacarıq hissi mənimsəyibsə, onun identifikasiyası, yəni öz 
fərdiyyətinin dərki şansı artır. 
Yeniyetməlik yaşlarına təsadüf edən psixoloji böhran fərdin inkişafının bütün 
böhran dövrlərində olduğu kimi üç mərhələdə keçir: 
-neqativ mərhələ (qarşısında köhnə  vərdişlərin, stereotiplərin,  əvvəldə 
formalaşmış strukturlarının dağılması) 
-böhranın kulminasiya nöqtəsi (bu yeniyetməlik yaşlarında bir qayda olaraq,13-
14 yaşında baş verir, ancaq fərdi variantlar da özünü göstərir); 
-böhranlı fazadan sonrakı dövr (bu zaman yeni strukturlar, yeni münasibətlər və 
s. Formalaşır)[4;89]. 
Psixoloji ədəbiyyatda yeniyetməlik dövrünə psixoloji böhranın təzahür forması 
təsvir olunub. Birinci və daha geniş yayılmış müstəqillik böhranıdır. Onun 
simptomları 
aşağıdakılardır: 
-höcətçilik, inadkarlıq, tərslik, hər şeyə neqativ münasibət, özbaşınalıq, mülkiyyətə 
qısqanclıq.  Əgər 3 yaşlı  uşaqda mülkiyyətə  qısqanclıq başqa uşaqlarla oyuncaqları 
bölüşmək istəməməsində özünü göstərirsə, bu tələbat yeniyetmədə onun əşyalarına 
kənar  şəxslərin toxunmasından narazılıq, yaxın insanları (dostlar, rəfiqələr və s.) 
başqalarına qısqanmaq, valideynlərin onunla həddindən artıq maraqlanmasına və 
yeniyetmənin  şəxsi düşüncələrinə  ətrafdakıların müdaxiləsinə qarşı narazılıq və s. 
kimi özünü göstərir. Asılılıq böhranının simptomları isə sadaladıqlarımızın əksinədir. 
Bu hal özünü həddindən artıq başqalarına qulaq asmaq, yaşlılardan, güclülərdən 
asılılıq, köhnə maraq və  əxlaq normalarına aludə olmaq, həvəs göstərmək və s. 
formada təzahür edir[3;135].  
Bu yaşda psixi inkişafda yeni keyfiyyət dəyişiklikləri baş verir: yeniyetmələrdə 
məntiqi hafizə, ixtiyari diqqət, mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə 
yaşında bəzi yeni psixoloji törəmələr özünü göstərir. Buraya böyüklük hissi, qızlarla 
oğlanların dostluğu, kollektivdə yaxşı mövqe tutmaq və  məşhurlaşmaq meyli, 
özünüdərketmə tələbatı və s. daxildir. 
Yeniyetmələr özlərini böyüklər kimi aparmağa çalışır, özlərinə qarşı böyüklər 
kimi münasibət tələb edirlər. Bəzən müəllim və valideynlər onların bu "böyüklük 
hissi" ilə razılaşmır, onlara uşaq kimi yanaşır, hər addımlarına nəzarət edir, 
yoldaşlarının yanında xoşagəlməz sözlər işlədirlər. Yeniyetmə oğlan və qız çox vaxt 
bu səbəbdən böyüklərə cavab qaytarır, bəzən mübahisə, hətta kobudluq edir. Onların 
bir qismi böyükləri yamsılamaqla bəzi neqativ hərəkətlərə (məktəbli formasından 
imtina etmək, papiros çəkmək, spirtli içki içmək və s.) yol verirlər. Bu dövrdə ünsiyyət 
və özünütəsdiq tələbatı güclü olur. Buna görə də məktəb və ailə onları birgə tədbirlərə, 


Yeniyetməlik dövrü və psixoloji böhran
 
 
155 
ictimai-faydalı  işlərə,  əmək və ünsiyyətə geniş  cəlb etməklə bu əsas tələbatın 
ödənməsinə şərait yaratmalıdır.Yeniyetmələr kollektivdə layiqli mövqe tutmağa can 
atırlar. Bu, özünütəsdiqin bir vasitəsidir. Yoldaşlarının yanında nüfuzdan düşmək, 
şərəf və  ləyaqətini itirmək - yeniyetmə üçün ən böyük faciədir. Buna görə  də 
yeniyetmə yoldaşlarının yanında deyilən qeyri-taktiki sözlərə, ədalətsizliyə, təhqirə 
dözmür, onlara kəskin reaksiya verir. Bu zəmində bəzən ciddi münaqişə yaranır[5;98]. 
Yeniyetmə  şəxs üçün kollektivin ictimai rəyi, yoldaşların fikirləri böyük təsirə 
malikdir. Müəllim onlar üçün əvvəlki yaşlardakı qədər nüfuz sahibi deyildir. Buna 
görə də tərbiyəçi sağlam kollektiv rəyin yaranmasına, təlim-tərbiyə işində ona istinad 
etməyə çalışmalıdır.Bu yaşda yoldaşlıq və dostluq hissi güclənir və yeni məna kəsb 
edir. Yeniyetmələr dostluğa yüksək tələblər verirlər. Qızlarla oğlanların dostluğu baş 
qaldırır. Bu, böyüklük hissi və başqa cinsi öyrənmək tələbatı ilə bağlıdır. 
Yeniyetmələrin açıq, kollektiv dostluğuna  şərait yaratmaq lazımdır. Qızla oğlanın 
dostluğunu ələ salmaq, qadağan etmək olmaz. Əks halda o, xəlvəti dostluğa çevrilər 
və arzuolunmaz nəticələr verə bilər. Bu dövrdə hisslər güclü təzahür edir: onlarda 
adətən hövsələsizlik, çılğınlıq, tündxasiyyətlilik özünü göstərir. Bəzi yeniyetmələrin 
özlərini  ələ ala bilməməsi, davranış  və  rəftarlarında kobudluq və  kəskinlik, 
özünənəzarətin zəifliyi bununla bağlıdır. Yeniyetmə neqativizmi çox zaman 
yorğunluqdan, ədalətsizlikdən, kollektiv və yoldaşlarının mənfi münasibətindən irəli 
gəlir. Müəllim və valideynlər mənfi emosiyaları aradan qaldırmaqda və müsbət 
hisslərin möhkəmlənməsində yeniyetməyə kömək göstərməlidirlər.Yeniyetmələrin 
müəyyən qismində (xüsusən oğlanlarda) təlimə maraq azalır. Bunun qarşısını almaq 
üçün onlarda təlimə müsbət motivlər, təlimə maraq və tələbat aşılamaq, özünütəsdiq 
tələbatını ödəmək, xarici və daxili stimulları gücləndirmək, onları özünənəzarətə, 
kiçik məktəblilərin təliminə köməyə  cəlb etmək faydalıdır. Bu yaş qrupunda olan 
uşaqlar arasında bəzən intizamsızlıq, qanunpozma halları müşahidə olunur. Bu isə, 
adətən, ailələrdə qeyri-normal tərbiyə  şəraiti ilə, münaqişələrlə, yeniyetmə 
nəzarətsizliyi, onların mənfi küçə  təsiri altına düşməsi ilə (xuliqanlıq, oğurluq, 
sərxoşluq, narkomaniya və s.) bağlıdır. Belə halların qarşısını almaq üçün 
yeniyetmələrin asudə vaxtını  səmərəli təşkil etmək, onları idmana, incəsənətə, 
mütaliəyə, ictimai işlərə, sosial ünsiyyətə cəlb etmək lazımdır[5;115]. 
Qeyd edək ki, yeniyetməlik uşaqlıqdan gəncliyə keçid dövrüdür. Bu dövrdə 
onlarda həm uşaqlıq, həm də  gənclik  əlamətləri özünü göstərir. Keçid dövrü əsas 
çətinlik böyüklərlə yeniyetmələrin münasibətindəki problemlərdir. Yeniyetmələrin 
yaş xüsusiyyətlərini nəzərə almaqla, onların tələbatlarını ödəmək üçün şərait 
yaratmaqla, onlarla düzgün ünsiyyət qurmaqla, onları faydalı işlərə cəlb etməklə bu 
çətinlikləri aradan qaldırmaq mümkündür. 
Sonda qeyd edək ki, nəinki yeniyetməlik dövründə insan inkişafının müxtəlif 
dövrlərində yaranan böhran halları sadə  məsələ deyil və öz mürəkkəb psixoloji 
strukturu və  təzahür formalarına görə bir birindən fərqlənir. Böhran həyatın adət 
edilmiş axarını pozur, insanın gündəlik həyat fəaliyyətinə təsir edib onu sistemdən 
çıxarır. İnsan yaşadığı dövrdə baş verən böhranlar indiyə qədər onun üçün əhəmiyyətli 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə