Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə58/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   54   55   56   57   58   59   60   61   ...   156

Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
 
 
145 
nöqtələr daha sonra çoxaldılaraq (ن ،ق ،ف ،غ ،ظ ،ض ،ش ،ز ،ذ ،خ ،ج ،ث ،ت ،ب) və yerinə 
görə  (ي،ة) hərflərinin hamısını nöqtəli vəziyyətə  gətirmişlər və bunlar da  فورحلا
ةطوقنملاvə ya
ةمجعملا
 
فورحلا
 adlanır. Hərflərin nöqtələnməsinin tarixi dəqiq olmasa da, 
bu işin hələ Hz.Peyğəmbərin sağlığında vəhy katiblərinin zaman – zaman bu işə baş 
vurmaları ən gec asrus – səadəti, ya da daha qüvvətli ehtimala görə Cahiliyyə dövrünə 
təsadüf edir. 
Ərəb  əlifbasının tarixinin hicrətdən başlayan ikinci mərhələsi, yəni yazının 
hərəkələnməsi və işlək hala gətirilməsi İslamın ilk illərində Şam və Hicazda yuvarlaq 
və yuvarlaq olmaq üzrə iki ayrı – ayrı yazı üslübü gəlmiş və İbnus – Sid Batalyevsidən 
öyrənildiyinə görə yuvarlaq xətti yazı Ənbarda, “məşk” Hirədə, “cəzm” Şamda, “cəli” 
və ya “Şam”, köşəli olana “məkili” və ya “Hicazi” deyirmişlər. Ən əski nüsxələrində 
Quranın məkili tərzdə yazıldığı aydın olur. 
Əlifbadakı bütün hərflər yalnız samitlərdən ibarət olmasından irəli gələrək ərəb 
dilinin konsonant yazı sisteminə aid olunması və bu hərflərdən üçünün: əlif, vav və 
yə hərflərinin həm də müvafiq olaraq uzun ə, i və u saitlərini bildirməsi ilə yanaşı, 
yalnız Quran yazısına xas olaraq vav və yə hərflərinin əlifin funksiyasını daşıması 
aydınlaşır və samit hərfin üzərində “kiçik əlif” işarəsi şəklində yazılır. Məsələn,  
ٰيح
ةو  
– həyat,
 
 ٰسوم
 ى
– Musa,   ٰسيع
ى
 – İsa və s. Fars və Türk dillərində sözlərin sonunda hərfləri 
səsləndirmək üçün [ə (a)] kimi qısa səslər ه/ه [hə] ilə yazılır və bu ةسومھم ةوھر irəli 
gəlir. Ərəbcədə bütün hərflər ءاجھلا فورح [huruful – hicə’i] adlanır. 
Hərflərin hərəkələnməsi, onların nöqtələnməsi kimi Süryani və Nəbati yazıları 
örnək alınaraq hyata keçirilmişdir. Bu sistem فحصملا طقن [naqtul – mushafi] adlanmış 
və ilk dəfə Əbul – Əsvad əd – Duəli tərəfindən həyata keçirilərək aparılmışdır. Bu 
şəxsiyyət haqqında bir qədər  ətraflı  məlumata ehtiyac duyulduğundan onu deyə 
bilərik ki, onun tam adı Əbul – Əsvad Zalim ibn Əmir ibn Sufyan ibn Cəndəl əd – 
Duəlidir. O, ərəb dilçiliyi tarixində Qurani – Kərimə hərəkə sistemini gətirən və ərəb 
sintaksis elminin əsaslarını təsbit etmiş bir alim və şairdir. Qaynaqlarda adı Osman 
Əmr ibn Zalım kimi zikr olunur və Kinanə oğullarının Duil qəbiləsindən olduğu üçün 
Duli nisbətini almışdır. Ana tərəfindən Abuddər qəbiləsinə  mənsubdur. Atalarının 
adları fərqli şəkildə tərtib edilir. Doğum tarixi bilinməklə 688/69 – cu ildə səksən beş 
yaşında vəfat etmişdir. Əbdul – Əsvad öz qəbiləsini tərk edib hüzeylilər içərisində 
daha sonra bir xanımın qəbiləsi olan Qureyş oğulları arasında yaşamış və Hz. Ömərin 
vaxtında Bəsrəyə köç etmişdi. Bu dönəmdə bir təhsil alıb – almaması bəlli deyildir. 
Hz.  Əlinin xəlifəliyi zamanı  Bəsrə valisi Abdulla ibn Abbas üzərinə göndərilən 
ordunun komandanlığına gətirilmişdi. İbn Abbasın istefasından sonra qısa bir müddət 
Bəsrə valisi olmuş və burada da vəfat etmişdi. Hz. Əli tərəfdarı olduğu üçün şiənin 
tabiiləri arasında önəmli simalardan Əbdul – Əsvad Cəməl və Siffin savaşlarında 
iştirak etmişdi. Bir rəvayətə görə nəhv elmini Hz.Əlidən almış, 661- ci ildə Hz.Əlinin 
qətlə yetirilməsindən dolayı çox kədərlənmiş, əməvilərə qarşı nifrətini hər fürsətdə 
bildirmişdi. Bir çox alimlər tərəfindən sıqa qəbul edilən  Əbul – Əsvəd  ərəb 
qrammatikası  və  ədəbiyyatı sahəsində geniş biliyə malik, kəlimələrin daşıdıqları 
mənaları dəqiq anlayan fəsahət sahibi sayılırdı. Qurani – Kərimin yanlış qiraətinə çox 


Aslanova Süsən Yusif qızı
 
 
146 
həssaslıqla yanaşmış və müshəf yazısında sözlərin səhvsiz tələffüzü üçün bir sistem 
yaratmaq vəzifəsi ona həvalə olunmuşdu. Çünki hafiz sahəbələr zamanla azaldıqca 
kəlimələrin bəziləri yanlış xatırlanır, başqa irqlərə mənsub müsəlmanlar, hətta yerli 
ərəblər dil səhvləri etməklə ayələri yanlış oxumaq təhlükəsini doğururdu. Naqtul – 
mushaf adlanan bu çalışma fəthə, kəsrə, damma, onların tənvinli hallarının 
yaranmasından ibarət idi. Hərəkələr ilk öncə nöqtələr  şəklində yazılmış, sonralar 
hərflərin nöqtələri qarışdığından VIII yüzilliyin sonlarında hazırki vəziyyətinə 
gəlmişdir. Bu xidmət ərəb leksikoqrafı, “Kibəbul – ayn”ın müəllifi Xəlil ibn Əhmədə 
aiddir. O, nöqtə şəklində verilən və həm kişik bir əlif, kəsrəni başı çox kiçik yazılıb 
ətəyi çəkilən (kəsidəli) kiçik bir yaya, dammanı isə kiçik bir vava çevirmişdir. Onun 
qiraət üçün gətirdiyi digər köməkçi oxu işarələrindən səslərin reduplikasiyası 
nəticəsində qoşa tələffüzünü bildirən təşdid, tənvini göstərmək üçün dammanın 
sonunu bir qıvrımla bitirməsi ilə bağlıdır. 
Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan zamanında əlifbanın əbcəd tərtibindəki 
düzülüşü dəyişdirilərək bu günkü sırasına gəlib çıxmışdır. 
Ərəb dilində  ərəb  əlifbasının ilk tərtibi və  hərflərinin daşıdığı say dəyərlərinə 
dayanan hesab sistemi haqqında maraq doğuran klassik qaynaqlarda əlifbadakı 
hərflərin ilk öncə  “ət – tərtibu – l - əbcədiyyu” adlanan sıralanmasında hərflərin 
düzülüşüdür. Dini mətnlərdə bu tərtibin başlanğıcı Hz.Adəmə dayanır. Hz. 
Peyğəmbər dövründə də istifadə olunan əbcəd tərtibi Əməvi xəlifəsi Əbdülməlik ibn 
Mərvan zamanında (685 – 705) dəyişdirilərək yerinə Nasr ibn Asim ilə Yəhya ibn 
Yəmər əl – Udvanin hazırladıqları bir – birinə bənzər hərflərin dalbadal sıralanması 
əsasında tərtib olunmuş bu günkü “huruful – hicə’i” sistemi gətirilmişdir. 
Əbcəd əslində əlifbadakı hərflərin asanlıqla yadda saxlamaq üçün heç bir mənası 
olmayan sözlər toplumundan ibarətdir. Bu sözlərin ilki əbcəd (əbucəd də adlanır) 
şəklində oxunduğu üçün bu adla adlandırılmışdır. Bu formulada yer alan kəlimələr 
bunlardır.  əbcəd (دجبا), həvvaz (زوھ), hutti (ىطح), kələmən (نملك), sə‘fas (صفعس), 
qaraşət (تشرق), səxiz (ذخث), dazağ (غظض). Türkçədə bu tərtibin son kəliməsinə heç bir 
rəqəm mənası daşımayan ləm  əlif artırılaraq dazığlən (لاغظض)  şəklində oxunur və 
ardınca “Möminin” surəsinin 14 – cü ayəti – kərimi yer alan “fə  təbərakə -llahu 
əhsənul – xəliqin (نيقلاخلا  نسحا  ﷲ كرابتف) ifadəsi  əlavə olunur. Məğrib müsəlmanları 
sə‘fas, qaraşət və dazağ kəlimələrini sə‘faz (ضفعس), qarasət (تسرق) və zağaş (شغظ) 
şəklində söyləyirlər. Əbcəd hesabı ibrani və arami dillərinin təsiri ilə nəbaticədən ərəb 
dilinə keçməsi qəbul olunur. Çünki hərflərin əbcəd tərtibindəki düzülüşü bu dillərin 
əlifbalarındakı sıraya uyğundur. 
Əbcəd xalq arasında müxtəlif məqsədlərlə  işlənir. Bunlardan biri doğum ilini 
bildirən hərflərin bir araya gətirilməsi və ortaya çıxan adla uşağın adlandırılması 
olmuşdur. 
İslam dünyasında kitab tərtibində də əbcəddən istifadə olunur. 
Ərəb hərfləri digər sami əlifbalar kimi sağdan sola yazılır. Hərflərin bitişib – 
bitişməmədinfə fərqli cəhətlər vardır. Bitişik yazılanlar sözün əvvəlində, ortasında və 
sonunda  şəkil dəyişikliklərinə  məruz qalır. Sözün əvvəlində və ortada gəldikdə isə 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə