Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə49/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   45   46   47   48   49   50   51   52   ...   156

Müasir İran ədəbiyyatında nəsr
 
 
125 
Əl -Əhməd və Çubək patriarxal avtoritet və dini mövhumat mövzusunu 
cəmiyyətin aşağı təbəqələrinin və fəhlələrin həyatını təsvir edərək açmağa çalışırdılar. 
 Ələvi Iran komunist Tudeh Partiyasının üzvü kimi ilk dəfə olaraq, həbsxana 
yazılarını çap etdirmiş  və siyasi məhbusların yaşadıqlarının  şəxsi və emosional 
aspektlərini təsvir etmişdir. Xaricdən qayıdan tələbələrin müasirləşməyə can atması 
ilə vətəndəki mövhumat və siyasi təzyiq arasındaki antaqonizm Ələvi və dövrün digər 
yazıçılarlnln əsərlərindəki əsas mövzulardan biri idi. 
 1960-cı illərdə yetişən şair və yazıçılar artıq tək Qərb ədəbiyyatı və tərcümələrə 
deyil, onlardan əvvəl yaşayıb –yaratmış ədəbi nəslin yaradıcılıq təcrübəsinə istinad 
edirdilər.1953-cü il dövlət çevrilişindən sonra siyası  təzyiqin tədricən azalması 
ədəbiyyatda yeni söz demək istəyində olanların artmasına təkan verdi. Yazıçıların 
sosial və siyasi həyata təsiri artdı. Bəzi əsərlər 10 mindən də çox tirajla nəşr edildi. 
Simin Daneşvərin “Savuşun”, Hoşəng Golşirinin “Şahzadə”,  Əhməd Mahmudun 
“Qonşular”, Mahmud Dövlətabadinin “İtmiş Soluç” əsərləri 1979-cu il inqilabına 
qədər olan dövrün ən çox tanınan ədəbi nümunələridir. 
Mahmud Dövlətabadi doğulduğu Xorasan əyalətinin uzaq kəndlərindən birində 
baş verən hadisələri əks etdirən “Itmiş Soluç” romanını 1979-cu ildə həbsxanada ikən 
fikrən “yazmış”, azad edildikdən sonra isə kağıza köçürmüşdür. Müəllif 500 səhifəlik 
romanın yazılmasına cəmi 70 gün sərf etmişdir. “Itmiş Soluç” yazıçının fars danışıq 
dilində yazılmış ilk əsəridir. 
 Roman  keçən  əsrin 60-cı illərinində,  əhalinin kənddən  şəhərə axını dövründə 
Iranın şimalında yerləşən bir yaşayış məntəqəsinin sakinlərinin həyatından bəhs edir. 
Əsərin əsas qəhrəmanı  əri Soluç tərəfindən tərk edilmiş və üç uşağl ilə  tək qalmış 
Merqandır. Müasirləşmənin təzyiqi altında kəndin tənəzzülə  uğraması  və  məhv 
olması Merqanın ailəsinin aclıq, səfalət və zorakılığa məruz qalması ilə paralel təsvir 
olunur.  
Romanın tərcüməçisi K. Rəsteqar Mahmud Dövlətabadinin “Itmiş Soluç” 
romanının şərhində qeyd etmişdir ki, “20-ci əsrin ortalarında Iranın kənd həyatında 
baş verən dəyişikliklərin bir nəslin həyatının prizmasından qələmə alınmış bu əsər 
“siyası metaforadansa incəsənət metaforasıdır.” (5) 
Ümumdünya  Ədəbiyyatı on-line Məcmuəsi “Sərhədsiz sözlər” saytinda əsəri 
oxuculara təqdim edən Elham Geytançı yazır:” Dövlətabadi bir şedevr yaratmışdır: 
səfalətdə yaşayan kəndlilərin hiss və  həyəcanı bizi dəhşətə  gətirir, çünki onların 
qorxuları bizim həyatın mənası və ölüm haqqında olan şübhə və tərəddüdlərimzi əks 
etdirir.” (6) 
Roman 2007-ci il New York Sun məcmuəsi tərəfindən oxumağı məsləhət görülən 
kitablar siyahisinə salınmışdır. 2008-ci il Amazon.com-un sponsorluq etdiyi “Ən 
Yaxşı Tərcümə” mükafatına namizəd irəli sürülmüşdür.  
Isfahanda doğulmuş Hoşəng Golşiri (1937-2000) Iranın 1979-cu il inqilabından 
sonrakı dövrünün ən görkəmlı yazıçı  və  tənqidçisidir. O, şah  əsəri hesab edilən 
“Şahzadə” (1969) əsərində Sadeq Hedayətın roman yazılışında struktur və linqvistik 
aspektlərdə əldə etdiyi müvəffəqiyyəti daha da mükəmməlləşdirmişdir. 


Rauf Əlihüseyn oğlu Quluzadə
 
 
126 
“Keçən  əsrin 20-ci illəri Iranın  əyalət  şəhərlərinin birində dağılmış bir 
malikanədə devrilmiş hakim sülalənin son nümayəndəsi vərəm yatağında ölümlə 
çarpışir. Son sığınacağında demək olar ki, tək qalmış qoca şahzadəni  əcdadlarının 
keçmiş  şan-şöhrəti təqib edir: reallıqla qeyri-real səhnələrin pəncəsində qalmış 
şahzadənin gözünün qarşısına babalarının hökmranlıq dövrlərindən dəhşətli səhnələr 
gəlir. Çoxdan ölmüş qohumlarının  şəkillərində hallusinasiyalı beynin canlandırdığı 
bir səhnə bitən kimi, ardınca  şəklin çərçivəsindən digər bir səhnə “görünməyə” 
başlayır. Dumanlı xatirələr bir-birini əvəz edir və sonunda məlum olur ki, qoca 
şahzadəyə ən çox əzab verən onun gənc yaşda çərləyib ölmüş arvadı Fəxronnesanın 
ölmüş şah əcdadların güc və enerjisi ilə ərinə işgəncə verən xəyalıdır.” (7) 
Simin Daneşvər (1921- 2012) Iranın ilk qadın roman yazıçısıdır. Onun klassika 
hesab edilən “Savuşun” realist romanı (1969) 1943-cü ilin birinci yarısında  Şiraz 
vilayətinin müttəfiq qüvvələri tərəfindən işğalı dövründə baş verən xaos və dağıntıları 
təsvir edir. Daneşvərin çoxsaylı personajları və tarixi hadisələrlə dolu dövrün canlı 
təsviri əsərin ən güclü tərəfidir. 
 Xarici  qüvvələrin maraqları  və  təsiri ilə çulğalaşmış korrupsioner və yetərsiz 
hakimiyyət məngənəsində  əzilən, işğal edilmiş  Şiraz ilə bir zamanlar Əhəməni 
imperiyasının mərkəzi olan Persepolis və  Şirazın islamdan əvvəlki dövrlərinın 
mənzərələri,məqbərələr, böyük fars şairləri, sufilər və köçəri tayfaların həyatının 
ustalıqla təsviri, romanı xarici mətbuat tərəfindən “Çox maraqlı saqa...” (Washington 
Post Book World), “böyük rezonans yaratmış  əsər...”(Publishers Weekly) kimi 
oxuculara təqdim etməyə sövq etmişdir.(8) 
Oxucu süjet peripetiyalarını  əsərin  əsas qəhrəmanı Zarinin gözləri ilə izləyir. 
O,öz ailəsini qorumaq üçün mübarizə aparan gənc qadındır. Idealist bir adamın həyat 
yoldaşı  və  gənc ana olan Zari ənənəvi ailə  həyatını qorumaqla yanaşı, ailədə öz 
kimliyini, fərdiliyini saxlamaq istəyir.  
Tənqidşünas Stiv Sivolun əsər haqqında fikirlərini belə ifadə edir: “Kaş ki, Anton 
Çexov bu kitabı oxuya biləydi! Düşünürəm ki, o, bu əsəri özünün ən yaxşı 
povestlərinə  bərabər tutardı. Daneşvər mənə Çexovu xatırladır.  Əkiz ruhlu bu 
yazıçılar, iranlı bacı və rus qardaş, cəmiyyəti tam çılpaq, bəzək-düzəksiz təsvir etmək 
bacarığı, bütün personajlara, istər xeyir, istər şər, eyni dərəcədə bağlı olmaları ilə çox 
yaxındırlar. Məncə, “Savuşun” romanını mütaliə edərkən, Çexov öz əsərlərində təsvir 
edə və şəxsi həyatında tapa bilmədiyi bir cəhəti - evlilik həyatı və ailədə qadın və 
kişinin tam olmasının, bütövləşməsininin təsvirinə görə məmnun olardı.  
Nəciblik. Əvvəl düşünürdüm ki, “Savuşun” cəsarət haqqında kitabdır, əslində isə 
bu, 40-dan çox personajda -qohumlar, nökərlər, kəndlilər, köçəri inqilabçılar, 
siyasətçilər, həkimlər, ruhi xəstələr,  əsgərlər, hökumət nümayəndələri, irlandiyalı 
jurnalistdə ya nəcibliyin heyrətləndirici varlığı  və ya bu keyfiyyətin hürküdücü 
yoxluğuna aiddir. Bu da, bir zamanlar nəcib zadəgan, sonra isə təzyiq altında qalmış 
ümidsiz məzlum Iranın portreti idi. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə