Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə27/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   23   24   25   26   27   28   29   30   ...   156

Valeh Vəliyev
 
 
70
(Ləqəb öz əsl mənası etibarı ilə insana ilk adından əlavə ona verilən və ona şan- 
şöhrət və ya məzəmmət hissi təlqin edən bir addır.)
2
 
İslam Ensiklopediyası da öz növbəsində ləqəb termininə izahat verməkdən yan 
keçməmişdir. Çünki, tarixdən bəlli olduğu kimi türklərdə  də  ləqəb vermə  ənənəsi 
geniş şəkildə yayılan bir ənənə olmuşdur. Bu Ensiklopediyada ləqəb termini aşağıdakı 
kimi izah olunur: “Ləqəb bir kimsəyə  əsl adından ayrı olaraq sonradan ikinci ad; 
şərəfə,  şöhrətə  dəlalət edən bir əlamətidir.”
3
 Türk İslam Ensklopediyasının ləqəbə 
fərqli baxış bucağı ondadır ki, orada ləqəb ancaq pozitiv anlamdan izah olunur. Bunu 
biz Mahmud Kaşqarinin “Divani luğatu Türk” əsərində də müşahidə edirik. Bu əsərdə 
ləqəb “at atma” kimi verilir və türk tarixindən bir neçə nümunə gətirilir. Məs: Tirse 
Xanın oğlu bir buğanın boynunu burub yerə yıxaraq boğazlayandan sonra ona Buğac 
ləqəbi verilir. Büre Bəyin oğlu Beyrək yolkəsənlərlə savaşıb tacirlərin malını onlardan 
geri aldıqdan sonra ona Bamsı Beyrək adı verilir.
4
 
Qədim Orta Asiya türklərində “qara” (böyük) kəlməsi ləqəb kimi çox işlənmişdir. 
Dörd yüz onuncu ildə Hun imperatorluğunun taxtı- tacına oturmuş hökümdarı öz adı 
ilə yox libasının rəngi ilə “Karaton” (qara libaslı) çağırarmışlar.
5
 
İslam bərqərar olandan sonra ləqəbləri xoşniyyətli etmək meyli özünü 
göstərməyə başladı. Peyğəmbərin  əshabələrinə islam dini yolunda göstərdikləri 
xidmətlərin müqabilində onlara fərqləndirici və  şan- söhrət gətirən ləqəblərin 
verilməsi geniş bir vüsət aldı. Xəlifə taxtı- tacına oturmuş Əbu Bəkrə “əs- Siddiq” 
(doğru danışan), Ömər bin əl- Xəttaba “əl- Faruk” (halalla haramı  fərqləndirən), 
həzrəti  Əliyə “Heydər” (şir), “əl- Mürtəza” (Allah tərəfindən bəyənilmiş), məşhur 
islam sərkərdəsi Xalid bin Vəlidə “Seyfullah” (Allahın qılıncı) kimi fəxri adlar və 
ləqəblər verilmişdir.
6
  
Daha sonralar isə  İslam və ümumiyyətlə  Şərq mədəniyyəti tarixində meydana 
gələn böyük alim, şair və mütəfəkkirlərin adlarının əvvəlində onların elm və düşüncə 
dərəcəsini müəyyən edən münasib ləqəb və fəxri adların işlənməsi bir təzahür həddinə 
çataraq geniş miqyasda tətbiq olunmağa başlanmışdır. Bunlardan Şərq aləminin fəxri 
və dünya şöhrətlilərindən bir neçəsi ilə tanış olaq: 
Böyük Azərbaycan  şairi Nizami Gəncəvinin (1141- 1209) adının qabağında 
“Şeyx”, “həkim”və “mövlana” kimi ləqəblər işlənir və bunlar təsadüfi deyildir. Bu 
ləqəblərin dərin məna qatları vardır. “İlahi harmoniya modelini örnək tutaraq bəşərin 
və onun yaşadığı  cəmiyyətin elmi- intellektual, əxlaqi- mənəvi və ictimai- mədəni 
təkamülünə önəm verən Nizami Gəncəvi həm kamil mürşid və  şeyx, həm müdrik 
həkim, həm də bəşərin sevinc və kədərini, dərd və iztirabını, narahatlıq və ümid dolu 
həyat eşqini öz ürəyində yaşayan, bunlara çarə axtaran arif bir sənətkar kimi 
                                                 
2
 ٧٦٨ .ص ،١٩٦٥ ،توريب ،دجنملا 
3
Nebi Bozkurt, “Lakap” maddəsi, Türkiye, Diyanet Vakfı, İslam Ansikilopedisi, c. 27, Ankara, 2003, s. 65  
4
İslam Ansikilopedisi, səh. 67  
5
İslam Ansikilopedisi ,səh. 66 
6
İslam Ansikilopedisi, səh. 67 


İslam mədəniyyətində ləqəb və fəxri adlar
 
 
71
duyğularını bədii təxəyyül lövhələrinə köçürür. Bəşərin üzləşdiyi çətinlik, fəlakət və 
bədbəxtliklərin çoxu onun öz əxlaq və rəftarında, bir də yaşadığı mühitdə yer alan 
naqisliklərdən, ədalətsizliklərdən irəli gəlir. Nizami Gəncəvi insan və cəmiyyət üçün 
küfrdən imana, cəhalətdən elm və mərifətə, haqsızlıq və zülmdən ədalətə, qaranlıqdan 
işığa və naqislikdən kamala doğru bir təkamül yolunun olduğuna inanır və “Xəmsə” 
sində həmin arzu və ümidlərinin bədii timsalını yaradır.
7
 
Məşhur təbib, münəccim, riyaziyyatçı, fizik və psixoloq olan Əbu Əli ibn Sina 
(980- 1036) ensklopedik zəkaya sahib şəxslərdəndir. Onun ləqəbləri arasında 
“Şeyxlərin başçısı”, “Mülkün şərəfi”, “Haqqın Hüccəti” və “Təbiblərin  şahzadəsi” 
kimi adlar diqqəti cəlb edir.  
Xacə  Nəsrəddin Tusi (1201- 1274) çoxsahəli elmi biliklərinə görə ibn Sina 
səviyyəsində olan məşhur ensklopedist alimlərdəndir. O, dini və dünyəvi elmlərin 
mühüm sahələri üzrə (Quran maarifi, kəlam, ilahiyyat, əxlaq, irfan, təbiətşünaslıq, 
tibb, mexanika, nücum, həndəsə, triqonometriya, riyaziyyat, musiqi, məntiq, fəlsəfə, 
hikmət, sosiologiya) çoxsaylı  əsərlər yazmış, özündən sonra zəngin elmi miras 
qoymuşdur. Onun bir çox ləqəbləri elmi şəxsiyyətinin nə  qədər yüksək dəyərlən-
dirildiyini göstərir: “Kəlam və hikmət elmlərinin  ən fəzilətlisi”, “Tədqiqatçıların 
sultanı”, “Filosofların sonuncusu”, “Bəşərin ustadı”, “Nəsirəddin” ləqəbini isə ona ilk 
təhsilinin son mərhələsində böyük alim, atasının dayısı  Nəsirəddin Abdullah ibn 
Həmzə vermişdir, bu məşhur elm adamı din alimlərinə xas müqəddəs libası ona 
geyindirmiş və “Dinin uğuru” fəxri adına layiq görmüşdür.  
 Mövlanə Cəlaləddin Rumi (1207 – 1273) öz dühası ilə bütün dünyada tanınan 
Şərqin mütəfəkkir  şairlərindən biridir. Onun adı  Məhəmməd, nisbəsi Rumidir. 
“Cəlaləddin” isə onun ləqəbidir. Bu sözün mənası “dinin cəlalı”, “dinin parıltısı”, 
“dinin əzəməti” deməkdir. Gənc yaşlarından atası və digər alimlərdən dərs alan Rumi 
qısa zamanda dini elmlər sahəsində böyük mərhələlər keçir və bu səbəbdən həmin 
ləqəbi qazanır. Onun mürşidi  Şəms Təbrizi (1186- 1273) isə  təsəvvüf dünyasının 
böyük simalarından biridir. Təbrizi onun nisbəsidir. Firidun Sepəhsalar onu “Övliya 
və haqqa qovuşanların sultanı”, “Sevimlilərin sultanı”, “Ariflərin qütbü”, “Allahın 
möminlər üçün dəlili”, Mövlananı isə “Haqqın və dinin günəşi”, “Əzəmətli padşah”, 
“Sirlər tanrılarının tanrısı”, “Can sultanlarının sultanı”, “Canın cananının canı”, 
“Rəhmət dəryası” adlandırır.
8
 
Şəms Təbrizi Konyada Mövlanadan ayrılandan sonra bu hadisə mütəfəkkir şairə 
böyük təsir göstərir.  Şəmsəddin  Əflakinin yazdığına görə, “Bu Mənalar dəryası, 
Haqqın sirlərinin tərcümanı yox olandan sonra Mövlana mənəvi iztirablarını qəzəlləri 
ilə ifadə edir, onun nə diri qalmasına, nə də ölməsinə inanır. Mövlana zahir və surətdə 
Şəmsi tapa bilməsə  də, məna baxımından onu bütün əzəməti ilə özündə tapır.”
9
 
Təsadüfi deyildir ki, Mövlananın 3300-dən çox qəzəli və digər Divan şeir 
                                                 
7
Nəsib Göyüşov, “Nizamişünaslığın müasir problemləri və Nizami dünyası ilə tanışlıq” (“Sirlər 
Xəzinəsi”ndən “İskəndərnamə”yə) / Nizamişünaslıq, № 2, AMEA, Gəncə regional elmi mərkəzi, 2012, s.88 
8
Firidun Sepəhsələr, Risalə, Hind, Kanpur, 1319 
9
Şəmsəddin Əflaki, Mənaqibul- arifin, Təhsin Yazıçının çapı, Tehran, 1362 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə