97
matoqrafiyası metodlarının inkişafı haqqında danışmaq qəbul
edilmişdir.
Qaz xromatoqrafiyası daha yüksək inkişaf səviyyəsinə
malikdir. Belə ki, bu səviyyə avtomatik şəkildə işləyən de-
tektora malik həssas və universal qaz xromatoqraflarının yara-
dılması ilə şərtlənir. Adi variantda qaz xromatoqrafiyası yalnız
kifayət qədər uçucu və termiki cəhətdə dözümlü (dayanıqlı)
olan maddələri ayırmaq və analiz etmək üçün istifadə edilə
bilər.
Qaz xromatoqrafiyasının tətbiq sahələri pirolizli,
reaksiyalı, yüksək temperaturlu və yüksək təzyiq altında baş
verən xromatoqrafiyaların inkişaf etməsi ilə əlaqədar olaraq
genişlənir.
Cədvəl 7
Müxtəlif xromatoqrafiya növlərinin təsnifatı
Xromatoqrafiya növü
Yerinə yetirilmə forması
Maye (hərəkət edən faza –
mayedir)
Bərk maye:
Adsorbsiyalı . . . . . . .
İon mübadilə . . . . . . .
Hel – filtrləmə . . . . . . .
Maye – maye:
Paylaşdırıcı . . . . . . . .
Kompleks maddələrin əmələ
gəlməsindən istifadə etməklə .
Qaz (hərəkət edən faza–qazdır)
Qaz adsorbsiyalı . . . . . .
Qaz – maye (paylaşdırıcı) . .
Kolonkalı, nazik təbəqəli
Kolonkalı, nazik təbəqəli
Kolonkalı, nazik təbəqəli
Kolonkalı, nazik təbəqəli, kağız
Kolonkalı, nazik təbəqəli
Kolonkalı
Kolonkalı
Xromatoqraflaşdırmanın məqsədinə görə analitik xroma-
toqrafiyanı (vəsfi və miqdari analiz); preparativ xromatoq-
rafiya (maddələri təmiz halda almaq üçün, mikroqarışıqların
qatılaşdırılması və kənarlaşdırılması); proseslərin idarə
98
edilməsinin avtomatlaşdırılması üçün sənaye xromatoqrafiyası
(bu zaman məqsədli məhsul kolonkadan ötürücüyə keçir)
fərqləndirilir. Xromatoqrafiya – məhlulların, katalitik pro-
seslərin, kimyəvi proseslərin kinematikasının və digərlərinin
tədqiqi üçün geniş istifadə olunur.
Son illər maye xromatoqrafiyası tez inkişaf etməyə baş-
lamışdır ki, bu da kolonkanın girişində böyük təzyiqli
mayelərin tətbiq edilməsinə imkan verən, mexaniki cəhətdən
möhkəm olan yüksək effektli adsorbentlərin məhlulları üçün
həssas detektorların yaradılmasında qazanılan nailiyyətlər
sayəsində mümkün olmuşdur. Buna görə müasir zamanda
maye xromatoqrafiyası qaz xromatoqrafiyasından daha üstün
qəbul edilir və yüksək dəyərləndirilir. Qeyd olunan üstün-
lüklərə aşağıdakılar aid edilir:
1. böyük ayrılma sürəti;
2. yüksək həssaslıq.
Bundan başqa, 300-500-dən (qaz xromatoqrafiyası üçün
yuxarı hədd) bir neçə milyonadək molekul çəkisi diapazonunda
maddələr qarışığının ayrılması təmin edilir. Yüksək sürətli
maye xromatoqrafiyasının müasir vəziyyəti bir sıra elmi
əsərlərdə, monoqrafiyalarda geniş şərh olunur.
Bu və ya digər xromatoqrafiya metodunun seçilməsi bir
sıra amillərdən asılıdır. Tədqiqat işinin daha yüksək dəqiqlik və
həssaslıqla, daha az əmək və zaman sərfi ilə yerinə yetirilməsi
üçün tədqiqatçı öz tədqiqat işinin məqsədini, analizin tələb
olunan dəqiqlik dərəcəsini aydın dərk etməli və eləcə də
laboratoriyanın mümkün imkanlarını nəzərə almalıdır.
Hər bir xromatoqrafik analiz metodu spesifik, özünəməx-
sus xüsusiyyətlərə və müəyyən üstün cəhətlərə malik olur.
Qarşılıqlı olaraq bir-birini tamamlayan müxtəlif növ
xromatoqrafiya metodlarından istifadə olunduqda daha tam və
dəqiq nəticələr əldə etmək mümkün olur.
99
3.2. Qaz xromatoqrafiyası
Qaz xromatoqrafiyası – qaz və ya buxar halında tədqiq
olunan qatışığın kolonka boyunca mütəhərrik qaz fazası ilə
qarışması, hərəkətsiz fazada onların adsorbsiyası və ya həll-
olması nəticəsində tərkib komponentlərinə ayrılması prosesi
baş verən analiz üsuludur. Hərəkətsiz fazanın aqreqat halından
asılı olaraq q a z – a d s o r b s i y a l ı (bərk halda olan faza)
xromatoqrafiyanı q a z – m a y e (maye halda olan faza)
xromatoqrafiyasından fərqləndirilir.
Qida məhsullarının istehsal proseslərində və tədqiq
edilməsində q a z – x r o m a t o q r a f i y a s ı pestisid qalıq-
larının vəsfi və miqdari analizi üçün, texnoloji proseslərin
gedişinə, mikrobiologiya sənayesində, pivə, konyak, spirt isteh-
sallarında, şərabçılıqda yarımfabrikatların və hazır məhsulların
keyfiyyətinə nəzarət etmək məqsədilə, uçucu ətirli birləşmə-
lərin və boyaq maddələrinin tərkibini öyrənmək üçün, məh-
sullarının tərkibindəki ali yağ turşularının və spirtlərin, vita-
minlərin, aminturşuların, üzvi qida turşularının və digər
komponentlərin miqdarını təyin etmək üçün tətbiq olunur.
Avtomatik işləyən qaz xromatoqraflarının əldə olunması
və onlara qulluq göstərilməsi ilə baölı olan xeyli ilkin xərclərin
mövcudluğuna baxmayaraq, onların tətbiqi nəticəsində analiz
göstəricilərinin dəqiqliyinin və səmərəliliyinin yüksəlməsi
hesabına kifayət qədər böyük texniki-iqtisadi effekt əldə edilir
ki, bu da müasir zamanda ən vacib sayılan amillərdəndir.
3.2.1. Qaz xromatoqrafiyası metodunun
əsasları və prinsipi
Ən müxtəlif oblastlarda daha effektli və universal bir üsul
kimi qaz xromatoqrafiyası (QX) kifayət qədər böyük əhə-
miyyət kəsb edir. Qaz xromatoqrafiyası metodunu asanlıqla
avtomatlaşdırmaq mümkündür ki, bu da onun digər müasir
Dostları ilə paylaş: |