_______________________________ Epos. Nəsr. Problemlər
51
Övrətindənmi öyrəndin sən bu işi, qavat?! (2,
110).
Yaxud Beyrək Aruzun əli ilə ölümcül yaralanandan
sonra Qazan xana bu məzmunda xəbər göndərir:
“Yigitlərim, yerinizdən uru durun!.. Qazanın divanına
çapıb varın!.. Sən sağ ol, Beyrək öldü, – deyin!
Ayıdınız: namərd Aruz dayından adam gəldi. Beyrəyi
istəmiş, ol dəxi varmış. Hər Dış Oğuz bəyləri yığnaq
olmuş.
Bilmədik,
yemə-içmə
arasında
müshəf
gətirdilər. Qazana biz asi olduq, and içdik, gəl sən
dəxi and iç, – dedilər. İçmədi. – Mən Qazandan dön-
məzəm, – dedi. Namərd dayın qaqdı. Beyrəyi
qılıcladı” (2, 110). Beyrək Aruzun namərdcəsində
atdığı
addımlar
barədə
Qazan
xana
xəbər
göndərməklə onu çox ağır borc qarşısında qoyur:
“Yarın qiyamət günündə mənim əlim Qazan xanın
yaxasında olsun, mənim qanım Aruza qoysa! (2, 110).
Təpəgözün, Yalançı oğlu Yalıncığın, Dirsə xanın qırx
silahdaşının aqibətindən də gördüyümüz kimi, mənfi
əvəzedicinin cəzalanması adi bir haldır. Bu cəza
Aruzu da gözləyir. Amma Aruz adi əvəzedicilərdən
yox, bəylər bəyi Salur Qazanın əvəzedicisi olduğuna
görə Aruzun cəzalanması cəmiyyətin iki əsas qolunun
toqquşması bahasına başa gələ bilər. Məsələnin ma-
hiyyətini dərindən anlayan Salur Qazan yeddi gün
“odasına” girib, divana çıxmayıb ağlayır. Qazan xan
uzun əzabdan sonra İç Oğuza döyüş əmri verəndə
Aruzun ölümə məhkumluğunun əsas səbəbi kimi
məhz müxənnətliyi nişan verir. “Mərə qavat! Mu-
Muxtar Kazımoğlu
__________________________________
52
xannatlıq ilə ər öldürmək necə olur, mən sənə
göstərəyim” (2, 111). Üç Ox, Boz Ox qarşı-qarşıya
gəlir. Salur Qazan Aruzu vurub atdan salır. Qazan
xanın qardaşı Qaragünə Qazan xanın əmri ilə Aruzun
başını kəsir. Dış Oğuz bəyləri döyüşü dayandırıb
Qazan xana tabe olurlar. Və bununla əvvəlki har-
moniya təzədən bərpa olunur.
Aruzun Salur Qazana qarşı düşmənçiliyində bir
məqama da diqqət yetirmək lazım gəlir. Bu, Salur
Qazana asi olan Alp Aruzun Basatla münasibətlərinin
hansı şəkildə özünü göstərməsi məqamıdır. Beyrək
kimi adlı-sanlı bir igidin ölümünə, o cümlədən İç
Oğuzla Dış Oğuzun qarşı-qarşıya gəlməsinə bais olan
Alp Aruz mənfi mövqe tutursa, belə məqamda Basatın
mövqeyi nədən ibarət olur? Dastanda bu suala
birbaşa yox, dolayı cavab verilir. Yaralı Beyrək Qazan
xana Aruzun xəyanəti barədə xəbər göndərərkən
deyir:
Yigitlərim!
Aruz oğlu Basat gəlmədin,
Elim-günüm çapılmadın,
Qaytabanda dəvələrim bozlatmadın,
Qaraquçda Qazılıq atın kişnətmədin,
Ağca qoyunlarım mənrişmədin,
Ağca üzlü qızım-gəlinim əkşəşmədin,
Ağca yüzlü görklümü Aruz oğlu Basat gəlib
almadın,
Elim-günüm çapılmadın,
Qazan mana yetişsin!
_______________________________ Epos. Nəsr. Problemlər
53
Həmin qanım Aruza qomasın (2, 110).
Beyrəyin sözlərindən aydın olur ki, Basat da İç
Oğuza düşmən kəsilən Alp Aruzla bir yerdədir və
atasının
atdığı
son
addımları
Basatdan
da
gözləməliyik. Başqa sözlə, Basat kafirlərə qarşı Salur
Qazanla birlikdə vuruşan Alp Aruzun əvəzedicisi oldu-
ğu kimi, Salur Qazana qənim kəsilən Alp Aruzun da
əvəzedicisinə çevrilir. Bu məqamda heç də müsbət
obrazın mənfi obraza çevrilməsi faktından danışmaq
yerinə düşmür. Bizə belə gəlir ki, bu məqamda Alp
Aruzun konkret hadisəyə – Salur Qazanın Dış Oğuzu
yağmaya çağırmaması hadisəsinə son dərəcə sərt
münasibət bəsləməsindən və belə münasibətin
doğurduğu
faciəvi
sonluqdan
danışmaq
daha
doğrudur. Dış Oğuzun digər bəyləri ilə bir sırada
Basat da faciəvi sonluğu düşünmədən Alp Aruzun sərt
qərarına, yəni Qazan xana qarşı çıxmaq qərarına
tərəfdar olur və məhz bunun nəticəsidir ki, Beyrək
Basatın hücumundan ehtiyat edib Qazan xanı
gözlənilən təhlükəyə qarşı tədbir görməyə çağırır.
Tədbir görüləndən – İç Oğuzla Dış Oğuzun qanlı
döyüşü başlanıb sona yetəndən sonra, çox güman ki,
Basat da əvvəlki mövqeyinə qayıtmalı olur. Çox
güman ki, Dış Oğuzun başqa igidləri ilə bir sırada
Basat da Qazan xana tabe olur və bununla əvvəlki
birliyin bərqərar olmasında iştirak edir.
QAYNAQLAR
Muxtar Kazımoğlu
__________________________________
54
1. Azərbaycan folkloru antologiyası. XII kitab.
Zəngəzur
folkloru.
Toplayanlar:
V.Nəbioğlu,
M.Kazımoğlu,
Ə.Əsgər.
Tərtib
edənlər:
Ə.Əsgər,
M.Kazımoğlu. Bakı, Səda, 2000
2. “Kitabi-Dədə Qorqud” ensiklopediyası. 2 cilddə. I
c. Bakı, Yeni Nəşrlər Evi, 2000
3. Rzasoy S. Oğuz mifoloji-epik dünya modelində
xaos – “yalançı dünya” // III Uluslararası Folklor
Konfransının materialları. Bakı, Səda, 2005, s.371-375
4. Мифы народов мира. Энсиклопедия в 2-х т.т.
II. Москва, Советская Энсиклопедия, 1980
5.
Окладников
А.Р.
«Эллэйада».
Т.В.Ксенофонтова // Т.В.Ксенофонтов. Эллэйада.
Москва, Наука, 1977
6. Турсунов Е.Д. Генезис казахской бытовой
слазки. Алма-Ата, Наука, 1973
YALANÇI QƏHRƏMAN
Biz bu başlıq altında komik yalançı qəhrəmandan
yox, “ciddi” yöndə təqdim edilən yalançı qəhrəmandan
danışmağı nəzərdə tuturuq. Nəzərə alırıq ki, “ciddi”
yöndə təsvir edilən yalançı qəhrəman komik yalançı
qəhrəmandan fərqli olaraq, müsbət yox, mənfi
əvəzedici kimi özünü göstərir. Bizim bəhs etdiyimiz
mənfi əvəzedicilərdən birinin “Dədə Qorqud” epo-
sunda Yalançı oğlu Yalancıq adlanması təsadüfi deyil.
Obrazın adındakı “Yalançı oğlu” ifadəsi göstərir ki,
ozan həmin obrazı həqiqi bahadır yox, uydurma
Dostları ilə paylaş: |