Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
51
Övrətindənmi  öyrəndin  sən  bu  işi,  qavat?!  (2, 
110). 
Yaxud Beyrək Aruzun əli ilə ölümcül yaralanandan 
sonra  Qazan  xana  bu  məzmunda  xəbər  göndərir: 
“Yigitlərim,  yerinizdən  uru  durun!..  Qazanın  divanına 
çapıb  varın!..  Sən  sağ  ol,  Beyrək  öldü,  –  deyin! 
Ayıdınız:  namərd  Aruz  dayından  adam  gəldi.  Beyrəyi 
istəmiş,  ol  dəxi  varmış.  Hər  Dış  Oğuz  bəyləri  yığnaq 
olmuş. 
Bilmədik, 
yemə-içmə 
arasında 
müshəf 
gətirdilər.  Qazana  biz  asi  olduq,  and  içdik,  gəl  sən 
dəxi  and  iç, –  dedilər.  İçmədi. –  Mən  Qazandan dön-
məzəm,  –  dedi.  Namərd  dayın  qaqdı.  Beyrəyi 
qılıcladı”  (2,  110).  Beyrək  Aruzun  namərdcəsində 
atdığı 
addımlar 
barədə 
Qazan 
xana 
xəbər 
göndərməklə  onu  çox  ağır  borc  qarşısında  qoyur: 
“Yarın  qiyamət  günündə  mənim  əlim  Qazan  xanın 
yaxasında olsun, mənim qanım Aruza qoysa! (2, 110). 
Təpəgözün,  Yalançı  oğlu  Yalıncığın,  Dirsə  xanın  qırx 
silahdaşının  aqibətindən  də  gördüyümüz  kimi,  mənfi 
əvəzedicinin  cəzalanması  adi  bir  haldır.  Bu  cəza 
Aruzu  da  gözləyir.  Amma  Aruz  adi  əvəzedicilərdən 
yox,  bəylər  bəyi  Salur  Qazanın  əvəzedicisi  olduğuna 
görə Aruzun cəzalanması cəmiyyətin iki əsas qolunun 
toqquşması  bahasına  başa  gələ  bilər.  Məsələnin  ma-
hiyyətini  dərindən  anlayan  Salur  Qazan  yeddi  gün 
“odasına”  girib,  divana  çıxmayıb  ağlayır.  Qazan  xan 
uzun  əzabdan  sonra  İç  Oğuza  döyüş  əmri  verəndə 
Aruzun  ölümə  məhkumluğunun  əsas  səbəbi  kimi 
məhz  müxənnətliyi  nişan  verir.  “Mərə  qavat!  Mu-


Muxtar Kazımoğlu
__________________________________  
 
 
52 
xannatlıq  ilə  ər  öldürmək  necə  olur,  mən  sənə 
göstərəyim”  (2,  111).  Üç  Ox,  Boz  Ox  qarşı-qarşıya 
gəlir.  Salur  Qazan  Aruzu  vurub  atdan  salır.  Qazan 
xanın qardaşı Qaragünə Qazan xanın əmri ilə Aruzun 
başını  kəsir.  Dış  Oğuz  bəyləri  döyüşü  dayandırıb 
Qazan  xana  tabe  olurlar.  Və  bununla  əvvəlki  har-
moniya təzədən bərpa olunur. 
Aruzun  Salur  Qazana  qarşı  düşmənçiliyində  bir 
məqama  da  diqqət  yetirmək  lazım  gəlir.  Bu,  Salur 
Qazana asi olan Alp Aruzun Basatla münasibətlərinin 
hansı  şəkildə  özünü  göstərməsi  məqamıdır.  Beyrək 
kimi  adlı-sanlı  bir  igidin  ölümünə,  o  cümlədən  İç 
Oğuzla Dış Oğuzun qarşı-qarşıya gəlməsinə bais olan 
Alp Aruz mənfi mövqe tutursa, belə məqamda Basatın 
mövqeyi  nədən  ibarət  olur?  Dastanda  bu  suala 
birbaşa yox, dolayı cavab verilir. Yaralı Beyrək Qazan 
xana  Aruzun  xəyanəti  barədə  xəbər  göndərərkən 
deyir: 
Yigitlərim! 
Aruz oğlu Basat gəlmədin, 
Elim-günüm çapılmadın, 
Qaytabanda dəvələrim bozlatmadın, 
Qaraquçda Qazılıq atın kişnətmədin, 
Ağca qoyunlarım mənrişmədin, 
Ağca üzlü qızım-gəlinim əkşəşmədin, 
Ağca  yüzlü  görklümü  Aruz  oğlu  Basat  gəlib 
almadın, 
Elim-günüm çapılmadın, 
Qazan mana yetişsin! 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
53
Həmin qanım Aruza qomasın (2, 110). 
Beyrəyin  sözlərindən  aydın  olur  ki,  Basat  da  İç 
Oğuza  düşmən  kəsilən  Alp  Aruzla  bir  yerdədir  və 
atasının 
atdığı 
son 
addımları 
Basatdan 
da 
gözləməliyik. Başqa sözlə, Basat  kafirlərə  qarşı Salur 
Qazanla birlikdə vuruşan Alp Aruzun əvəzedicisi oldu-
ğu  kimi,  Salur  Qazana  qənim  kəsilən  Alp  Aruzun  da 
əvəzedicisinə  çevrilir.  Bu  məqamda  heç  də  müsbət 
obrazın  mənfi  obraza  çevrilməsi  faktından  danışmaq 
yerinə  düşmür.  Bizə  belə  gəlir  ki,  bu  məqamda  Alp 
Aruzun konkret hadisəyə – Salur Qazanın Dış Oğuzu 
yağmaya  çağırmaması  hadisəsinə  son  dərəcə  sərt 
münasibət  bəsləməsindən  və  belə  münasibətin 
doğurduğu 
faciəvi 
sonluqdan 
danışmaq 
daha 
doğrudur.  Dış  Oğuzun  digər  bəyləri  ilə  bir  sırada 
Basat da faciəvi sonluğu düşünmədən Alp Aruzun sərt 
qərarına,  yəni  Qazan  xana  qarşı  çıxmaq  qərarına 
tərəfdar  olur  və  məhz  bunun  nəticəsidir  ki,  Beyrək 
Basatın  hücumundan  ehtiyat  edib  Qazan  xanı 
gözlənilən  təhlükəyə  qarşı  tədbir  görməyə  çağırır. 
Tədbir  görüləndən  –  İç  Oğuzla  Dış  Oğuzun  qanlı 
döyüşü başlanıb sona yetəndən sonra, çox güman ki, 
Basat  da  əvvəlki  mövqeyinə  qayıtmalı  olur.  Çox 
güman  ki,  Dış  Oğuzun  başqa  igidləri  ilə  bir  sırada 
Basat  da  Qazan  xana  tabe  olur  və  bununla  əvvəlki 
birliyin bərqərar olmasında iştirak edir. 
 
QAYNAQLAR 
 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
54 
1.  Azərbaycan  folkloru  antologiyası.  XII  kitab. 
Zəngəzur 
folkloru. 
Toplayanlar: 
V.Nəbioğlu, 
M.Kazımoğlu, 
Ə.Əsgər. 
Tərtib 
edənlər: 
Ə.Əsgər, 
M.Kazımoğlu. Bakı, Səda, 2000  
2.  “Kitabi-Dədə  Qorqud”  ensiklopediyası.  2  cilddə.  I 
c. Bakı, Yeni Nəşrlər Evi, 2000 
3.  Rzasoy  S.  Oğuz  mifoloji-epik  dünya  modelində 
xaos  –  “yalançı  dünya”  //  III  Uluslararası  Folklor 
Konfransının materialları. Bakı, Səda, 2005, s.371-375 
4.  Мифы  народов  мира.  Энсиклопедия  в  2-х  т.т. 
II. Москва, Советская  Энсиклопедия, 1980 
5. 
Окладников 
А.Р. 
«Эллэйада». 
Т.В.Ксенофонтова  //  Т.В.Ксенофонтов.  Эллэйада. 
Москва, Наука, 1977 
6.  Турсунов  Е.Д.  Генезис  казахской  бытовой 
слазки. Алма-Ата, Наука, 1973  
 
 
YALANÇI QƏHRƏMAN 
 
Biz bu başlıq altında komik yalançı qəhrəmandan 
yox, “ciddi” yöndə təqdim edilən yalançı qəhrəmandan 
danışmağı  nəzərdə  tuturuq.  Nəzərə  alırıq  ki,  “ciddi” 
yöndə  təsvir  edilən  yalançı  qəhrəman  komik  yalançı 
qəhrəmandan  fərqli  olaraq,  müsbət  yox,  mənfi 
əvəzedici  kimi  özünü  göstərir.  Bizim  bəhs  etdiyimiz 
mənfi  əvəzedicilərdən  birinin  “Dədə  Qorqud”  epo-
sunda Yalançı oğlu Yalancıq adlanması təsadüfi deyil. 
Obrazın  adındakı  “Yalançı  oğlu”  ifadəsi  göstərir  ki, 
ozan  həmin  obrazı  həqiqi  bahadır  yox,  uydurma 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə