Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
43
yaxud  da  mənəvi  cəhətdən  ölüm  mənfi  əvəzedicinin 
folklorda  tez-tez  rastlaşdığımız  səciyyəvi  aqibətidir. 
Belə  aqibət  Yalançı  oğlu  Yalancığa  da  aiddir.  Beyrək 
dustaqlıqdan  qayıdandan  sonra  niyyəti  alt-üst  olan 
Yalançı  oğlu  Yalancıq  yalnız  Beyrəyin  mərhəməti 
sayəsində sağ qala bilir. 
Yalançı oğlu Yalancığın “Dədə Qorqud” eposunda 
təsadüfi  obraz  olmadığını  “Dirsə  xan  oğlu  Buğac 
boyu”nda Dirsə xanın qırx silahdaşı da göstərir. Dirsə 
xana  arxa,  dayaq  olmaq  bu  qırx  silahdaşın  öhdəsinə 
düşən əsas işdir. Amma qırx silahdaş öhdəsinə düşən 
işi axıracan  yerinə  yetirmək əvəzinə,  xəyanət  yolu  tu-
tur. Xəyanətin kökündə duran paxıllıq hissidir. Bu hiss 
qırx silahdaşda Dirsə xanın oğlu Buğac böyük şücaət 
göstərib ad-san qazanandan sonra baş qaldırır. Dirsə 
xanın  Buğaca  bəylik  verməsi  və  qırx  silahdaşa 
qabaqlar  göstərdiyi  diqqəti  göstərməməsi  onları 
narazı  salır.  Bəylik  taxtına  çıxan  Buğacın  qırx 
silahdaşı,  yəni  atasının  yaxın  adamlarını  «anmaz 
olması»  bu  narazılığı  daha  da  artırır.  Qırx  silahdaş 
Dirsə  xanın  əli  ilə  Buğacı  aradan  götürmək  qərarına 
gəlir.  Qərarı  həyata  keçirməkdə  ən  tutarlı  vasitə 
yalandır.  Qırx  silahdaş  yalanlar  uydurub  Buğacı 
gözdən  salmaq  və  onun  ölümünə  nail  olmağa  çalışır: 
“Görürmüsən,  Dirsə  xan,  nələr  oldu!  Yarımasın, 
yarçımasın,  sənin  oğlun  kür  qopdu,  ərcəl  qopdu:  qırx 
yigidin  boyuna  aldı,  Qalın  Oğuzun  üstünə  yürüş  etdi; 
nə  yerdə  bir  gözəl  qopdusa  çəkib  aldı;  ağ  saqqalı 
qocanın ağzın söydü, ağ birçəkli qarının südün dartdı” 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
44 
(2, 41). Qırx igiddən iyirmisinin söylədiyi yalana yerdə 
qalan iyirmisi də qat verir: “Qalxıbanı, Dirsə xan, sənin 
oğlun yerindən uru durdu, köksü gözəl qaba dağa ava 
çıxdı.  Sən  var  ikən  av  avladı,  quş  quşladı;  anasının 
yanına  alıb  gəldi,  al  şərabın  itisindən  aldı,  içdi; 
anasıyla  söhbət  elədi,  atasına  qəsd  elədi...  Arquru 
yatan  Ala  dağdan  xəbər  keçə,  xanlar  xanı  Bayındıra 
xəbər  vara;  “Dirsə  xanın  oğlu  böylə  bidət  işləmiş” 
deyələr,  Bayındır  xan  səni  çağıra,  sana  qatı  qəzab 
eyləyə.  Böylə  oğul  nənə  gərək,  öldürsənə!  –  dedilər 
(2,  39).  Göründüyü  kimi,  qırx  silahdaş  yalan  uydur-
maqla bərabər, Dirsə xanı həm də el qınağı ilə, xanlar 
xanı  Bayandır  xanın  qəzəbinə  gələcəyi  ilə  qorxudur. 
Və  nəticədə  Dirsə  xan  qırx  silahdaşın  felinə  uyub 
yeganə oğlunu ovda oxla vurub ölümcül yaralayır. 
Dirsə  xanın  qırx  silahdaşı  əslində  qırx  ayrı-ayrı 
obraz yox, bir obrazdır və vahid obraz kimi vahid bədii 
funksiya  daşıyır.  Bu  obraz  yalançı  yoldaş  obrazıdır, 
Dirsə  xanın  mənfi  əvəzedicisidir.  Dirsə  xanın  mənfi 
əvəzedicisinin mahiyyətini düzgün başa düşmək üçün 
bu  obrazı  Dirsə  xanın  xatununun  ətrafındakı  qırx 
incəbelli  qızla,  yaxud  Buğacın  ətrafındakı  qırx  igidlə 
müqayisə etmək yerinə düşərdi. Qırx incəbelli qız dar 
gündə  Dirsə  xanın  xatununun  yanındadır,  xatuna 
arxa-dayaqdır.  Xatun,  oğlu  Buğacı  ölümdən  qurtar-
mağa gedəndə məhz qırx incəbelli qızla gedir. Həmin 
cəhət  eynilə  Buğacın  qırx  yoldaşına  da  aiddir.  Buğac 
atasını  xilas  etmək  yürüşünə  məhz  qırx  yoldaşı  ilə 
birgə  çıxır.  Maraqlıdır  ki,  ozan  Dirsə  xanın  qırx 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
45
yoldaşının  mənfi  xislətini  daha  qabarıq  çatdırmaq 
üçün  “qırx  igid”  ifadəsini  “qırx  nökər”,  “qırx  namərd” 
ifadələri  ilə  əvəz  edir.  Dirsə  xanın  əl-qolunu  bağlayıb 
kafirə təslim etmək dastanda namərdlərin çirkin niyyəti 
kimi  təqdim  olunur.  Başqa  mənfi  əvəzedicilərdə 
gördüyümüz  aqibətdən  Dirsə  xanın  namərdlik  yolu 
tutan  qırx  silahdaşı  da  yaxa  qurtara  bilmir.  Buğac 
başının  qırx  igidi  ilə  birlikdə  atasını  xilas  etməyə 
gəldikdə  qırx  namərddən  kimisinin  boynunu  vurur, 
kimisini isə dustaq edir. 
Dirsə  xan  –  qırx  namərd  əhvalatının  bəzi 
elementlərini  “Qazan  bəyin  oğlu  Uruz  bəyin  dutsaq 
olduğu  boy”da  da  görürük.  Qazan  xan  kafirlərlə 
döyüşdən  sonra  oğlu  Uruzu  qoyduğu  yerdə  tapa 
bilməyib  öz  yoldaşlarından  soruşur:  “  –  A  bəylər,  oğ-
lan  qancaru  getdi  ola?  –  dedi.  Bəylər  aydır:  –  Oğlan 
quş yürəkli olur. Qaçıb anasına getmişdir, – dedilər. 
Qazan qarardı, döndü. Aydır: – Bəylər, Tanrı bizə 
bir  kür  oğul  vermiş.  Varayın,  anı  anasının  yanından 
alayın,  qılıcla  paralayın,  altı  bölük  edəyin,  altı  yolun 
ayırdında buraxayın. Bir dəxi kimsə yazı yerdə yoldaş 
qoyub  qaçmaya,  –  dedi”  (2,  68).  Qazan  xanın  öz 
oğlundan  narazı  olduğu  bəylərə  yaxşı  bəllidir.  Bəylər 
yaxşı bilirlər ki, Qazan xan məclisdə Uruza baxıb: “On 
altı  yaş  yaşladın…  Yay  çəkmədin,  ox  atmadın…  qan 
tökmədin”, – deyərək ağlayıb (2, 66). Bəylər bilirlər ki, 
Uruz  atasına:  “A  bəy  baba!..  Qaçan  sən  məni  alıb 
kafir sərhəddinə çıxardın, qılıc çalıb baş kəsdin? Mən 
səndən nə gördüm, nə öyrənim?”  – cavabını verib (2, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
46 
66).  Bəylər  bilirlər  ki,  Qazan  xan  Uruzun  bu  söz-
lərindən  sonra  ova  çıxmaq,  ox  atdığı  yerləri,  cida 
sındırdığı yerləri, qılınc çalıb baş kəsdiyi yerləri oğluna 
göstərmək  fikrinə  düşüb.  Qazan  xan  ovda  ikən 
düşmən  hücum  edib  və  Qazan  xan  Uruza  məsləhət 
görüb  ki,  bir  uca  yerdə  durub  döyüşə  tamaşa  eləsin, 
necə  döyüşmək  lazım  olduğunu  atasına  baxıb 
öyrənsin.  Bütün  bu  əhvalatlar  Qazan  xanın  silahdaş-
larının  iştirakı  ilə  baş  verdiyi  halda,  onlar  onsuz  da 
oğlundan  bədgüman  olan  Qazan  xanın  şübhələrini 
daha  da  artırır,  atanı  doğma  oğula  qarşı  qızışdırmış 
olurlar.  Düzdür,  tezliklə  əsl  həqiqət  üzə  çıxır.  Məlum 
olur ki, Uruz heç də “quş ürəkli” deyil, o, heç də döyüş 
zamanı anasının yanına qaçmayıb, əksinə, igidcəsinə 
döyüşüb  və  düşmənə  əsir  düşüb.  Həqiqətin  tezliklə 
üzə  çıxması,  təbii  ki,  Qazan  xanın  qəzəbini  soyudur, 
silahdaşlar  ata  ilə  oğul  arasında  heç  bir  münaqişə 
törədə  bilmirlər və  beləliklə də  Qazan xanın silahdaş-
larını  “namərd”  adlandırmağa  ciddi  bir  əsas  qalmır. 
Amma  mətnin  alt  qatında  silahdaşların  paxıllıq 
mərəzinin  əlamətləri  gizlənir.  Silahdaşlar,  çox  güman 
ki,  Qazan  xan  –  Uruz  yaxınlığına  özlərinin  Qazan 
xandan  uzaqlaşmasına  səbəb  olacaq  bir  təhlükə  kimi 
baxırlar və ona görə “qaçıb anasının yanına getmişdir” 
deyib  Uruzu  Qazan  xanın  gözündən  salmağa 
çalışırlar.  Bu  cəhd  baş  tutmadığına  görə  əvvəlki  mü-
nasibətlər  pozulmur  və  silahdaşlarla  Qazan  xan 
arasında düşmənçilik yaranmır. 
Doğma 
adamlarla 
Qazan 
xan 
arasında 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə