Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
75
“Aşıq  Qərib”  dastanında  Güloğlan  və  Şahvələd 
obrazları arasında paylanıb. “Bamsı Beyrək boyu”nda 
Yalançı oğlu Yalancığın atdığı addımların bəzisi “Aşıq 
Qərib”  dastanında  Güloğlanın,  bəzisi  isə  Şahvələdin 
payına  düşüb.  Bu  funksiyanın  iki  obraz  arasında  bu 
cür  bölüşdürülməsi  Aşıq  Qəribin  iki  mühüm  cəhət 
daşıması ilə bağlıdır. Bu cəhətlərdən biri aşıqlıq, o biri 
isə aşiqlikdir. Güloğlan Qəribi aşıq kimi, Şahvələd isə 
Qəribi  aşiq  kimi  özünə  rəqib  bilir.  Ciddi  yöndə  təsvir 
edilən  yalançı  qəhrəmanlara  məxsus  bəd  niyyət 
(Qəribi aradan götürmək niyyəti) Güloğlanla Şahvələdi 
bir araya gətirir.  
Əlbəttə, 
Güloğlan  və  Şahvələd 
bir  araya 
gəlməmişdən  qabaq  onlar  Aşıq  Qəriblə  ayrı-ayrılıqda 
toqquşmalı olurlar: “Bu şəhərdə Güloğlan deyilən birisi 
vardı.  Bu  məğamda  o,  əli  sazlı  gəlib  qəhvəxanaya 
çıxdı,  bir-iki  hətərən-pətərən  dedikdən  sonra  dedi:  – 
Görəsən, bu Tiflis şəhərində mənim qabağıma bir aşıq 
çıxa bilərmi? 
Ellik  yerbəyerdən  qalxıb  dedilər:  –  Güloğlan, 
sazını  vur  qoltuğuna,  var  get,  sən  Qəribin  qabağında 
heç  bir  iş  görə  bilməzsən”  (7,  174).  Doğrudan  da, 
camaat  dediyi  kimi  olur  –  Güloğlan  Aşıq  Qəriblə 
deyişmədə  çox  tez  məğlubiyyətə  uğrayıb,  meydanı 
tərk edir. 
Şahvələdin  aşiqliyi  də  Güloğlanın  aşıqlığı  kimi, 
təsadüfi  səciyyə  daşıyır.  Şahvələd  əmisi  qızı 
Şahsənəmin Qərib adlı bir oğlanı sevdiyini eşidəndən 
sonra  əl-ayağa  düşüb,  əmisigilə  elçilər  göndərir. 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
76 
Tezliklə  Şahsənəmi  Şahvələdə  nişanlayırlar.  İlk  ba-
xışda  hər  şey  Şahvələdin  xeyrinə  həll  olur.  Amma 
Şahsənəmin  öz  nişanlısı  Şahvələdə  biganəliyi  və 
Qəribi  sevməkdə  davam  etməsi  məsələni  qəlizləşdirir 
və  Şahvələd  vəziyyətdən  çıxış  yolu  axtarır.  Çıxış 
yolunu Qəribi öldürməkdə görən Şahvələd Güloğlanın 
köməyinə məhz bu məqamda ehtiyac duyur: «Bir gün 
Şahvələd  eşitdi  ki,  Şahsənəm  hələ  də  Qəribdən  əl 
çəkməyib,  gecə-gündüz  Qəribin  anasının  evindədir, 
onlara əl tutur. Güloğlanı tapıb dedi: – Al bu pulu, get 
Qəribi harada görsən, vur öldür, qanlı köynəyini gətir, 
ver  anasına  (7,  189).  Güloğlan  aşıqlıq  sənətində  nə 
qədər  acizdirsə,  vurub-tutmaqda  da  bir  o  qədər 
acizdir.  Qəribi  axtarmağa  bir  az  vaxt  sərf  edəndən 
sonra  Güloğlan  qanlı  köynək  məsələsini  həll  etməyin 
çox  asan  yolunu  tapır:  bir  ulağın  qulağını  kəsib  öz 
köynəyini qana bulayır və qanlı köynəyi gətirib Qəribin 
anasına  göstərir.  Yalançı  oğlu  Yalancığın  qanlı 
köynək  əhvalatını  xatırladan  bu  addımı  atmaqda 
Güloğlan təkcə pul qazanmaq məqsədi güdmür, həm-
çinin aşıq meydanında uduzduğu bir adamdan intiqam 
almaq  istəyir.  Vəssalam.  Dastanda  Güloğlanın  funk-
siyası  bununla  bitir.  Yalançı  qəhrəmana  məxsus  olan 
başlıca  funksiyanın,  yəni  baş  qəhrəmanın  qismətinə 
sahib  çıxmaq  funksiyasının  əsas  daşıyıcısı  dastanda 
Şahvələd  obrazı  olur.  Şahvələd,  Güloğlan  vasitəsilə 
Qəribin  ölüm  xəbərini  aləmə  car  çəkəndən  sonra, 
başqa  yalançı  qəhrəmanlar  kimi,  öz  niyyətinə 
qovuşmağın astanasında dayanır. Şahvələd əmin olur 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
77
ki, Şahsənəmi Qəribin ölümünə inandıra bilib. Qəribin 
ölümü  Şahvələdin  Şahsənəmlə  toyunun  başlanması 
deməkdir.  Və  toy  başlanır.  Amma  toyun  başlanması, 
olsa-olsa,  yalançı  qəhrəmanın  müvəqqəti  uğurunun 
göstəricisi  ola  bilər.  Müvəqqəti  uğur  tezliklə  sona 
yetməli,  hər  şey  öz  yerini  tutmalıdır.  Yeddi  illik 
ayrılıqdan  sonra  Qəribin  Tiflisə  qayıtması,  doğrudan 
da,  yalançı  qəhrəmanın  «sultanlığı»na  son  qoyur. 
Aşıq  Qəribin  yeddi  illik  ayrılıqdan  sonra  Tiflisə 
qayıtması  müəyyən  qədər  Məlikməmmədin  qaranlıq 
dünyadan,  Bamsı  Beyrəyin 
uzun 
dustaqlıqdan 
qayıtmasına  bənzəyir.  Bənzərlik  qəhrəmanın  ölüb-
dirilmə 
mərhələsindən 
keçib 
yeni 
güc-qüvvət 
qazanmasındadır. 
Əvvəlcə 
“ağlaram, 
sızlaram, 
kimsəm yox mənim” deyib göz yaşı tökən Qərib yeddi 
ilik ayrılıqdan sonra Tiflisə tam başqa əhvalda qayıdır: 
Hər gecə, hər gündüz Hələb şəhrində 
Qüdrət şərabını içdim də, gəldim. 
Yar mənə göndərdi bir gözəl namə, 
Oxudum, qarasın seçdim də, gəldim. 
 
Axşam idi, mən də gəldim xanəmə, 
Sirrimi demişdim bacı, anəmə. 
Eşqin xəncərini vurdum sinəmə, 
Dərin yaralarım deşdim də, gəldim. 
 
Həftədə xəbəri verdilər bizə, 
Günorta vaxtında çıxdım mən düzə. 
Mədət deyib gəlib çıxdım Tiflisə, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
78 
Mövlam qanad verdi, uçdum da, gəldim. 
 
Bir əl vurun, xublar girsin oyuna, 
Mən qurbanam qamətinə, boyuna. 
Aşıq Qərib Şahsənəmin toyuna 
Başımdan,  canımdan  keçdim  də,  gəldim  (7, 
200). 
Aşıq Qəribin dilindən söylənilən bu şeirdə “qüdrət 
şərabını  içmək”,  “eşqin  xəncərini  sinəyə  vurub  dərin 
yaraları  deşmək”,  “Mövlanın  verdiyi  qanadla  uçub 
gəlmək” kimi ifadələr baş qəhrəmanın mübariz əhvali-
ruhiyyəsindən,  haqq  aşığı  və  haqq  aşiqi  qüdrətindən 
xəbər  verir.  Dastanın  finalında  bu  cür  qüdrət  sahibi 
(əsl  qəhrəman)  aşiqlik  mərtəbəsindən  uzaq  olan 
yalançı  qəhrəmanla  sonuncu  dəfə  qarşılaşdırılır. 
Qarşılaşdırmada  başlıca  məqsəd  məhz  baş  qəhrə-
manı  daha  qabarıq  şəkildə  təqdim  etməkdən,  haqqa 
bağlı 
eşqin 
qarşısının 
alınmaz 
olduğunu 
göstərməkdən ibarətdir.  
Finalda  Şahvələdin  bağışlanılması  və  onun 
Qəribin 
bacısı 
ilə 
evlənməsi 
isə 
təəccüb 
doğurmamalıdır. 
Yada 
salınmalıdır 
ki, 
finalda 
bağışlanmaq  bir  çox  başqa  yalançı  qəhrəmanlara  da 
aiddir  və  bu  cür  sonluq  heç  də  onları,  o  cümlədən 
“Aşıq  Qərib”  dastanında  Şahvələdi  yalançı  qəhrəman 
məzmun və mahiyyətindən uzaqlaşdırmır.  
Nağıl  və  dastanlarda  xüsusi  yer  tutan  və  komik 
yox,  “ciddi”  yöndə  təqdim olunan  yalançı  qəhrəmanın 
mifoloji  kökünə  gəlincə,  ilk  növbədə  əkizlər  mifini 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə