Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
71
tanınır.  Keçəl  Fatmanı  hər  yerdə  Göyçək  Fatma  kimi 
qələmə  verməkdən  ötrü  ögey  ana  dəridən-qabıqdan 
çıxır,  müxtəlif  tədbirlərə  al  atır.  Belə  tədbirlərdən  biri 
Göyçək 
Fatmanı 
toya-düyünə 
buraxmamaqdır. 
Padşah  oğlunun  toyuna  gəlib  öz  gözəlliyi  ilə  diqqəti 
cəlb etməsin deyə Göyçək Fatmaya çətin iş  tapşırılır: 
“Analıx  bir  çanax  darını  yerə  töküb,  bir  boş  cam 
qoydu,  dedi:  –  Mən  gələnə  kimi  bu  darını  yığarsan 
çanağa,  bu  camı  da  göz  yaşınnan  doldurarsan,  əgər 
dediklərimi  eləməsən,  vay  gününə”  (6,  23).  Göyçək 
Fatma  sehrli  qüvvələrin  köməyi  ilə  nəinki  çətin  işin 
öhdəsindən  gəlir,  həm  də  gözəl  libas,  qızıl  başmaq 
geyib 
padşah 
oğlunun 
toyuna 
gedir. 
Toydan 
qayıdanda  bir  tay  qızıl  başmağın  çaya  düşməsi  və 
həmin  başmağın  padşah  oğlunun  rastına  çıxması 
ögey  ananı  daha  da  fəallaşdırır.  Padşah  oğlunun 
Göyçək  Fatmaya  vurulduğunu  görən  ögey  ana  Keçəl 
Fatmanı Göyçək Fatma ilə əvəz etmək qərarına gəlir: 
“Fatmanın analığı  paxıllığınnan az  qaldı  çatlasın, odu 
ki,  Fatmanın  əl-ayağını  kəndirnən  bağlayıb  saldı 
təndirə,  üstünü  də  örtdü.  Öz  qızı  Keçəl  Fatmanı  da 
bəzəndirib  qoydu  Göyçək  Fatmanın  yerində.  Yen-
gələr,  sağdışlar,  soldışlar  gəldilər  ki,  qızın  başını 
bəzəyib  aparsınlar,  gördülər  ki,  qız  o  qız  deyil. 
Dedilər: – Ay balam, bu qız niyə belə qaralıb? 
Qızın  anası  nırx  deyib  durdu  ki,  elə  həmən 
Göyçək  Fatmadı,  günün  altında  durub,  gün  qaraldıb. 
Yengə  tez  başmağı  gətirib  qızın  ayağına  taxdı,  gördü 
yox,  olmadı…  Yengə  qızın  tez  başına  baxıb  gördü 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
72 
qart  keçəldi”  (6,  25).  Ögey  ananın  Göyçək  Fatmanı  
Keçəl Fatma ilə əvəz etmək işində birinci cəhd beləcə 
boşa  çıxır.  Göyçək  Fatma  padşah  oğluna  ərə  gedir. 
Amma  ögey  ana  sakitləşmək,  taleyin  hökmü  ilə 
barışmaq  istəmir.  Və  qızına  fitnə-fəsad  təlimi  keçib 
onu  saraya  –  Göyçək  Fatmanın  yanına  göndərir. 
Göyçək Fatmanı itələyib çaya yıxan Keçəl Fatma dər-
hal  saraya  can  atır:  “Keçəl  qız  Fatmanın  paltarını 
geyinib  oğlanın  evinə  gəldi.  Axşam  oldu,  qız  üz-
gözünü gizlədə-gizlədə bir təhər gecəni saldı. Yatmax 
vaxtı  gələndə  oğlan  gördü  ki,  Fatmanın  saçı  əlinə 
dəymir.  Odu  ki,  dedi:  –  Ay  Fatma,  sənin  saçın  heç 
gözümə dəymir. 
Qız  dedi:  –  Başımı  yumuşam  deyin  yığılıb  bir 
yerə, sabah quruyar, genə uzanar” (6, 26). Göründüyü 
kimi,  yalançı  qızın  fəaliyyətində  köməkçi  obraz 
mühüm rol oynayır və nağılda yalançı qıza aid bir çox 
hərəkətlər  eyni  zamanda  köməkçi  obrazın  hərəkətləri 
kimi təqdim olunur. Bu hərəkətlər sırasına, söz yox ki, 
yalançı qızın sonda uduzması da daxildir. Yalançı qız 
sonda  uduzursa,  bu,  o  deməkdir  ki,  onun  köməkçisi 
də  uduzur.  Yalançı  qız  sonda  cəzalanırsa,  demək, 
onun  köməkçisi də  cəzalanır.  Təsadüfi deyil  ki,  qeyri-
adi  mənşəli  qız  və  yalançı  qəhrəmandan  bəhs  edən 
“İncilər  saçır,  güllər  açır”  nağılında  (2,  143-155) 
yalançı  qızla  birlikdə  onun  anası  da  dəli  qatırın  quy-
ruğuna bağlanır. 
Bildiyimiz 
kimi, 
folklorda 
baş 
qəhrəmanın 
köməkçisi,  əsasən,  müsbət  obraz  olur  və  o,  baş 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
73
qəhrəmanla eyni  bir funksiyanın daşıyıcısı kimi təqdim 
edilir.  Belə  olduğu  halda,  qeyri-adi  mənşəli  qız  və 
yalançı  qəhrəman  sərgüzəştlərindən  bəhs  edən 
süjetlərdə  köməkçinin  (ögey  ana,  bibi,  dayə  və 
başqalarının)  mənfi  planda  təqdim  olunması  folklor 
poetikasına  uyğun  bir  motiv  sayılmalıdırmı?  Əlbəttə, 
sayılmalıdır.  Məsələ  burasındadır  ki,  qeyri-adi  mənşəli 
qız  və  yalançı  qəhrəman  süjetlərində  ögey  ana,  bibi, 
dayə  və  s.  kimi  obrazlar  şəri  təmsil  edən  obrazların 
köməkçiləridir. Şəri təmsil edən obrazların köməkçiləri, 
təbii  ki,  müsbət  yox,  mənfi  obrazlar  kimi  təqdim 
edilməlidir və belə də təqdim edilir. 
Aydınlaşdırılması  vacib  olan  məsələlərdən  biri 
yalançı  qəhrəmanın  genezisi  məsələsidir.  Təəssüf  ki, 
bu məsələ folklorşünaslıqda diqqətdən kənarda qalıb. 
Yalançı 
qəhrəman 
probleminə 
ötəri 
toxunan 
V.Y.Propp  belə  hesab  edib  ki,  bu  obraz  nə  tarixi 
gerçəklikdən,  nə  mərasimlər,  inamlar  aləmindən,  nə 
də 
miflərdən 
doğulub. 
Görkəmli  folklorşünasın 
fikrincə, bu obrazı biz sırf nağıl obrazı, nağılın öz bət-
nindən  doğulan  obraz  hesab  etməliyik  (9,  338). 
V.Y.Proppun  bu  fikirləri  ilə  razılaşmaq  çətindir. 
Əvvəla,  ona  görə  ki,  yalançı  qəhrəman  heç də  yalnız 
nağıl üçün səciyyəvi deyil və bu obraz folklorun başqa 
janrlarında  da  özünəməxsus  yer  tutur.  İkinci  tərəfdən 
isə  yalançı  qəhrəman  heç  də  mifoloji  düşüncədən 
kənarda  qalan  obraz  deyil  və  bu  obrazın  da  bir  çox 
digər folklor  personajları kimi, arxaik görüşlər sistemi 
ilə  qırılmaz  əlaqəsi  var.  Yalançı  qəhrəmanın  arxaik 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
74 
görüşlər  sistemi  ilə  əlaqəsindən  danışmazdan  qabaq 
bu  obrazın  nağıldan  başqa  daha  hansı  janrlar  üçün 
səciyyəvi olmasına diqqət yetirmək lazım gəlir.  
Yalançı  qəhrəmana  nağıllardan  əlavə,  dastanlar 
və  xalq  dramlarında  da  rast  gəlirik.  Xalq  dramlarında 
rast  gəldiyimiz  yalançı  qəhrəman  (məsələn,  “Əkəndə 
yox,  biçəndə  yox,  yeyəndə  ortaq  qardaş”  adlı  xalq 
dramındakı tənbəl qardaş) komik yöndə təqdim olunur 
və  bu  obrazdan  ayrıca  bir  yazıda  danışmağı  daha 
məqsədəuyğun 
hesab 
edirik.  Dastanlarda  rast 
gəldiyimiz yalançı qəhrəmanlar isə ciddi yöndə təqdim 
olunur  və  həmin  obrazlardan  məhz  bu  yazı 
çərçivəsində  bəhs  etməyi  vacib  bilirik.  Təsadüfi  deyil 
ki,  biz  yalançı  qəhrəman  nümunələri  sırasında,  yeri 
gəldikcə,  Yalançı  oğlu  Yalancığa  –  “Dədə-Qorqud” 
eposunun  obrazlarından  birinə  az-çox  toxunmuşuq. 
Belə obrazın bəzi başqa dastanlar  üçün də səciyyəvi 
olduğunu 
əsaslandırmaq 
üçün 
“Aşıq 
Qərib” 
dastanındakı Güloğlan və Şahvələd obrazlarına nəzər 
salmaq yerinə düşər.  
Bizim  folklorşünaslıqda  “Bamsı  Beyrək  boyu”  ilə 
“Aşıq  Qərib”  dastanı  “ər  arvadın  toyunda”  süjeti 
baxımından  əsaslı  elmi  müqayisəyə  cəlb  olunub  (8). 
Təzədən  geniş  müqayisəyə  ehtiyac  görmədən  “Aşıq 
Qərib”  dastanındakı  Güloğlan  və  Şahvələd  obrazları 
ilə “Dədə Qorqud” dastanındakı Yalançı oğlu Yalancıq 
obrazının  oxşarlığını  qısaca  da  olsa,  xatırlatmaq 
istəyirik.  Qeyd  etməyi  vacib  bilirik  ki,  Yalançı  oğlu 
Yalancıqda  gördüyümüz  yalançı  qəhrəman funksiyası 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə