Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
39
Qardaş  birliklərinin  ən  qüdrətlisi  Basat  –  Təpəgöz 
birliyi  ola  bilərdi.  Bayandır  xandan  Təpəgözü  istəyib 
onu  öz  evinə  gətirmək  və  Təpəgözü  Basatla  birlikdə 
böyütməkdə  Alp  Aruzun  da  niyyəti  aslan  südü  ilə 
bəslənən  Basatın  gücünü  (o  cümlədən  Oğuz  elinin 
qüdrətini)  birə-beş  artırmaqdır.  Bildiyimiz  kimi,  Alp 
Aruzun  bu  niyyəti  baş  tutmur.  Hərəkətləri  Alp  Aruzun 
niyyətinə  qətiyyən  uyğun  gəlməyən  Təpəgöz  Basatın 
həqiqi yox, yalançı qardaşına çevrilir. Ona görə yox ki, 
Təpəgözlə  Basatın  ata-anaları  ayrıdır.  Ən  çox  ona 
görə  ki,  Təpəgözlə  Basatın  obraz  kimi  semantikası 
başqa-başqadır.  Basat  xeyiri  təmsil  etdiyi  halda, 
Təpəgöz şəri təmsil edir. Şəri təmsil edən xeyiri təmsil 
edənin  məhz  mənfi  əvəzedicisi,  həqiqi  yox,  yalançı 
qardaşı  ola  bilər.  Biz  burada  “yalançı”  sözünü 
işlətməklə  “Basatın  Təpəgözü  öldürdüyü  boy”dan  bir 
məqama diqqət yetirmək istəyirik. İki oğlundan biri Tə-
pəgözə yem olan və ikinci oğlunu da itirmək təhlükəsi 
qarşısında  qalan  bir  qarı  Basatdan  imdad  diləyərkən 
Təpəgöz  barədə  belə  deyir:  “Yalancı  dünya  yüzündə 
bir  ər  qopdu”  (2,  91).  S.Rzasoy  burada  Təpəgözün 
yer-yurdunu  bildirən  “yalançı  dünya”  ifadəsini  xaos 
aləmi  mənasında  götürür.  Təpəgözün  xaos  aləmi  ilə 
bağlı  olması  və  kosmosa  qarşı  durması  məsələsində 
elə bir qaranlıq cəhət yoxdur. Müəyyən qədər qaranlıq 
qalan  xaos  aləminin  “yalançı  dünya”  adlandırılması 
məsələsidir.  S.Rzasoy  özündən  əvvəlki  tədqiqatlara 
əsaslanıb 
yeraltı 
dünyanın 
“yalançı 
dünya” 
adlandırılmasını  tərsinəlik  cəhəti  ilə  əlaqələndirir: 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
40 
“Yeraltı  dünyaya…  səfər  edən  qəhrəman  burada… 
Yerüstü  dünyanın  tərsi  olan  dünya  ilə  qarşılaşır. 
Burada  atın  qabağında  ət,  quşun  qabağında  ot  olur. 
Qəhrəman  hər  heyvanın  yemini  özünə  verməklə… 
xaosu aradan qaldırır, kosmik nizam yaradır» (3, 371-
375).  Yeraltı  dünyanın  Yerüstü  dünya  ilə  tərsinəlik 
təşkil  etməsi  və  “yalanla”  bağlı  olması  məsələsinə 
E.Tursunov  xüsusi  yer  verir.  E.Tursunov  uydurma 
nağıl  (skazka  –  небылица)  qəhrəmanının  söylədiyi 
“altı yox qazanda yemək bişirmək” tipli yalanları onun 
(nağıl  qəhrəmanının)  Yeraltı  dünyada  gördüklərinin 
təsviri  hesab  edir  (239,  109).  E.Tursunovun  Yeraltı 
dünyanı yalanla (bu dünyada gördüklərimizin tərsinəsi 
ilə) əlaqələndirməsi, “Dədə Qorqud” eposunda işlənən 
“yalançı dünya”  ifadəsinin təsadüfi olmadığını göstərir 
və  folklorda  “yalançı” 
təyininin 
digər 
işlənmə 
məqamlarını  yada  salır.  Məlumdur  ki,  folklorda  həqiqi 
padşah  –  yalançı  padşah,  həqiqi  pəhləvan  –  yalançı 
pəhləvan, həqiqi tacir – yalançı tacir, həqiqi rəmmal – 
yalançı  rəmmal  və  s.  kimi  paralellərlə  qarşılaşırıq. 
Həmin  paralellər  baxımından  yanaşıb  Təpəgözün 
mənsub  olduğu  xaos  dünyasını  “yalançı  dünya” 
sayırıqsa,  onda  “yalançı”  təyinini  birbaşa  Təpəgözün 
özünə  də  aid  edə  bilərik.  Əgər  Təpəgözü  evə  gətirən 
Alp Aruzun niyyəti baş tutsaydı, onda Təpəgöz həqiqi 
oğul, həqiqi qardaş, həqiqi igid olacaqdı. Təpəgöz Alp 
Aruzun  istəyinin  tam  əksinə  hərəkət  etdiyinə  görə 
yalançı oğul, yalançı qardaş, yalançı igid olur. Güman 
edirik ki, Təpəgözün çıxdığı məkanın eposda “yalançı 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
41
dünya”  adlandırılması  Təpəgözün  yalançı  oğul,  yal-
ançı qardaş, yalançı igid olması ilə daha çox bağlıdır. 
Təpəgöz  yalançı  oğul,  yalançı  qardaş  və  yalançı  igid 
olmaqla  Basatın  mənfi  əvəzedicisinə  çevrilir.  Belə 
mənfi  əvəzediciyə  “Bamsı  Beyrək  boyu”nda  da  rast 
gəlirik. Bu, Yalançı oğlu Yalancıqdır. 
Yalançı  oğlu  Yalancıq  Bamsı  Beyrəyin  yaxın  yol-
daşlarından,  arxadaşlarından  biridir.  O  dərəcədə 
yaxın  ki,  Beyrək  öz  nişanlısı  Banıçiçəyin  toxuduğu 
köynəyi ona (Yalançı oğlu Yalancığa) bağışlayıb. Belə 
bir  münasibətin  müqabilində  Yalançı  oğlu  Yalancıq 
Beyrəyə  sadiq  olmalı,  Beyrəyə  münasibətdə  Qazan, 
Uruz, Qaragünə, Qarabudaq tutan mövqeni tutmalıdır. 
Amma  Yalançı  oğlu  Yalancıq  tamamilə  əks  mövqe 
tutur:  bütün  igidlər  Beyrəyin  yoxa  çıxmasından 
narahat  olduğu,  üzüntü  keçirdiyi  və  onun  tapılmasına 
çalışdığı  halda,  Yalançı  oğlu  Yalancıq  fürsətdən 
istifadə  edib  Beyrəyin  nişanlısı  ilə  evlənmək  fikrinə 
düşür.  Bu  məqsədinə  çatmaq  üçün  Yalançı  oğlu 
Yalancıq  hiyləyə  əl  atır.  Beyrəyin  bağışladığı  köynəyi 
qana  bulayıb  Bayandır  xanı  inandırır  ki,  Beyrək  ölüb. 
Şərtə görə, Beyrəyin nişanlısı Beyrəyin “öldü” xəbərini 
gətirənə  ərə  getməlidir.  Yalançı  oğlu  Yalancıq 
barədəki söhbətə bir az ara verib, qeyd edək ki, hiylə 
işlətmək  həqiqi  qəhrəmandan  gücsüz  olan  yalançı 
qəhrəmanın  səciyyəvi  cəhətlərindən  biridir.  Bu  cəhət 
dağıdıcı  gücü  olan  Təpəgözün  özünə də aid  deyilmi? 
İlkin  mərhələdə  aid  deyil.  Amma  sonrakı  mərhələdə 
aiddir.  İlkin  mərhələdə  Təpəgöz  heç  kəsdən  və  heç 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
42 
nədən  qorxub-çəkinmədən  adam  yeyir,  Oğuz  elinə 
meydan  oxuyur.  Təpəgöz  hiyləyə  yalnız  dara 
düşəndə,  yeganə  gözünü  itirib  ölümün  lap  yaxınlıqda 
olduğunu  anlayanda  əl  atır.  Təpəgöz  barmağındakı 
sehrli  üzüyü  Basata  verib  onu  inandırır  ki,  bundan 
sonra sənə ox və qılınc kar eləməyəcək. Amma Basat 
döyüş  başlayanda  üzüyü  öz  barmağında  yox, 
Təpəgözün  ayağı  altında  görür  və  kənara  sıçrayıb 
canını  qurtarır  (2,  92).  Bu,  Təpəgözün  birinci 
hiyləsidir.  İkinci  hiylə  Təpəgözün  bir  günbəzi  Basata 
göstərib: “Mənim xəzinəm var. Ol qocalar (Təpəgözün 
yemək-içməyini hazırlayan qocalar – M.K.) almasınlar. 
Var,  möhürlə!”  –  deyib  Basatı  ora  göndərməsidir. 
“Altun  axça”nı  görüb  özünü  unudan  Basatın  gün-
bəzdən sağ-salamat qurtarması yalnız Allahın köməyi 
ilə mümkün olur (2, 92). Təpəgöz Basatın  bu dəfə də 
ölümdən  can  qurtardığını  görəndə  üçüncü  hiyləyə  əl 
atır:  “Dəpəgöz  aydır:  –  Sana  ölüm  yox  imiş.  Şol 
mağarayı gördünmü? 
Basat aydır: – Gördüm. 
Aydır:  –  Anda  iki  qılıc  var.  Biri  qınlı,  biri  qınsız.  Ol 
qınsız  kəsər  mənim  başımı.  Var,  gətir,  mənim  başımı 
kəs! – dedi. 
Basat  mağara  qapısına  vardı.  Gördü  bir  qınsız 
qılıc  durmaz,  enər,  çıxar”  (2,  92).  Basatı  mağaraya 
göndərməkdə  Təpəgözün  niyyəti  Basatı  həmin  enib-
qalxan  sehrli  qılınca  tuş  etmək  və  onun  ölümünə  bu 
yolla nail olmaqdır. Basat sehrli qılıncı oxla vurub yerə 
salır və Təpəgözü həmin sehrli qılıncla öldürür. Fiziki, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə