Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   2   3   4   5   6   7   8   9   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
23
bildiyimiz  kimi,  verdiyi  sözə  əməl  etmir.  Beyrəyi 
müəyyən qədər yazılı mədəniyyətlə bağlı obraz sayan 
K.Abdulla  bəzi  başqa  cəhətlərlə  yanaşı,  kafir  qızına 
verilən  sözə  əməl  etməmək  cəhətini  də  Beyrəyin 
mifdəki  “epik  qurğulara  üsyanı"  kimi  qiymətləndirir  (4, 
212).  Doğrudan  da,  Beyrəyin  öz  vədinə  xilaf  çıxması 
təəccüb  doğurur  və  bu  xilaf  çıxmanın  səbəbi  barədə 
düşünməli olursan. Düşünürsən  ki, verilmiş vədə xilaf 
çıxmaqda  başlıca  səbəb,  yəqin  ki,  Banıçiçəyə 
adaxlanmaqdır.  Digər  oğuz  igidləri  kimi  iki-üç  yox, 
yalnız  bir  “halal”  seçməli  olan  Beyrək  Banıçiçəyi 
özünə  halal  seçirsə,  onda  başqa  bir  qıza  üz  tutmaq, 
sadəcə,  mümkün  deyil.  Başqa  bir  qıza  üz  tutmaq  bu 
məqamda  daha  böyük  qəbahətə  yol  vermək  olardı. 
“Halal”  seçmək  bir  yana,  bəs  sonradan  kafir  qızına 
xoş  sözlər  çatdırmaq,  hansısa  şəkildə  onun  könlünü 
almaq  olmazdımı?  Yəqin  ki,  olardı.  Amma  Beyrək  bu 
və  buna  bənzər  bir  addım  atmırsa,  arada  vəd-zad 
olmamış  kimi  kafir  qızı  ilə  qətiyyən  maraqlanmırsa, 
onda,  doğurdan  da,  epos  qəhrəmanının  davranışına 
zidd  olan  bir  vəziyyətlə  üzləşirik.  Vəziyyəti  götür-qoy 
edib  Beyrək  obrazındakı  özünəməxsusluq  üzərində 
dayanmalı  oluruq.  Özünəməxsusluq  başqa  cəhətlərlə 
bərabər,  həm  də  ondadır  ki,  Beyrək  obrazına 
müəyyən 
qədər 
trikster 
obrazının 
əlamətləri 
hopdurulub.  Dədə  Qorqud  kimi  bir  övliyanın  trikster 
cizgiləri  ilə  təqdim  edildiyi  bir  boyda  Beyrəyin 
triksterliyi təəccüb doğurmamalıdır. Nəzərə alınmalıdır 
ki,  bahadır  üçün  norma,  "olar-olmaz"  çərçivəsi 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
24 
əsasdırsa,  trikster  üçün  normasızlıq,  çərçivəsizlik 
əsasdır.  Əlbəttə,  biz  Beyrəyi  heç  də  büsbütün 
normasız,  çərçivəsiz  qəhrəman  adlandırmaq  fikrində 
deyilik. 

fikirdəyik 
ki, 
Beyrək 
obrazında 
normasızlığın,  çərçivəsizliyin  triksterlikdən  gəlmə 
elementi  var  və  bu  element  özünü  müəyyən  qədər 
kafir qızına münasibətdə də göstərmiş olur.  
Sözün  həm  həqiqi,  həm  də  məcazi  mənasında 
dondan-dona  girmək    “Bamsı  Beyrək”  boyunda 
triksterliyin  başlıca  göstəricisinə  çevrilir.  Boyun 
sonunda  Beyrəyin  hər  iki  mənada  dondan-dona 
girməsinin  yarıciddi-yarıgülməli  mənzərəsi  ilə  tanış 
oluruq. Bu mənzərə on altı illik əsirlikdən sonra öz el-
obasına qayıdan Beyrəyin yalançı ozan libası geyməsi 
mənzərəsidir.  Niyə  məhz  yalançı  ozan?  Əsirlikdə 
olarkən 
Beyrək 
qopuz 
çalıb-oxumaq 
məharəti 
nümayiş  etdirirsə,  onu  əsl  ozan  adlandırmaq  doğru 
olmazmı?  Xeyr,  Beyrəyi  bu  yerdə  yalançı  ozan 
adlandırmaq daha doğru olar. Məsələ burasındadır ki, 
Beyrək  Oğuz  elinə  çatan  kimi  atını  verib  bir  ozandan 
qopuz  alır  və  bir  növ  həmin  ozanın  "ikinci  nüsxə"si 
mahiyyəti  qazanır.  Qısırca  Yengə,  Boğazca  Fatma 
(bu,  məzəli  ad  sahibləri)  Banıçiçəyin  parodiyası 
olduğu  kimi,  Beyrək  də  "dəli  ozan"  adı  altında  əsl 
ozanın  parodiyasına  çevrilir.  Bu  parodiyanın,  bu 
oyunçıxarmağın 
qabaqcadan 
nəzərdə 
tutulmuş 
müddəti  var.  Müddət  başa  çatandan  sonra  Beyrək 
baha  qiymətə  atı  ozandan  geri  alıb,  qopuzu  təzədən 
ona qaytarmalıdır. Oyun müddətində Beyrəyin başlıca 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
25
qayğısı  özünü  nişan  verməmək,  dəli  ozan  olduğuna 
hamını  inandırmaqdır.  Bacılarla  görüş  bu  baxımdan 
səciyyəvi  səhnədir.  Bulaq  başında  kiçik  bacısı  ilə 
qarşılaşan  və  bacısının  "qardaş"  deyib  ağladığını 
görən  Beyrəyin  özünü  gizlətməsi  çox  çətin  olur.  Bey-
rək  bacısının  halına  tab  gətirməyib  bıldır-bıldır  göz 
yaşı  tökür.  Amma  tez  də  özünü  ələ  alır  və  yad  bir 
adam kimi şahbaz atların, qatar-qatar dəvələrin, ağca 
qoyunların,  qaralı-göylü  otaqların  kimə  məxsus  oldu-
ğunu  soruşur.  Bu  sorğu-sualla  Beyrək  bir  yandan 
özünün  yad  adam  olduğuna  bacısını  inandırmaq 
istəyirsə,  o  biri  yandan  da  adının  doğma  ocaqda 
məhəbbətlə  çəkilməsinə  bir  daha  əmin  olmaq  istəyir. 
Sorğu-sual 
müqabilində 
bacısı 
məhz 
Beyrəyin 
ürəyindən keçən cavabı verir: 
Çalma, ozan, ayıtma, ozan! 
... Tavla-tavla şahbaz atlarını sorar olsan, 
Ağam Beyrəgin binədiydi; 
Ağam Beyrək gedəli binərim yoq. 
Qatar-qatar dəvələri sorar olsan, 
Ağam Beyrəgin yüklədiydi, 
Ağam Beyrək gedəli yüklədim yoq (1, 61). 
Beyrək  kiçik  bacısından  ayrılıb  böyük  bacılarının 
yanına gedir və onlardan yemək istəyir: 
Üç gündür yoldan gəldim, doyurun məni, 
Üç  günə  varmasın,  Allah  sevindirsin  sizi!  (1, 
61). 
"Qaralı-göylü  oturan"  dərdli  bacılarına  Beyrəyin 
"üç günə varmasın, Allah sevindirsin sizi" deməsi artıq 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
26 
dəli  ozan  "rol"undan  az-çox  uzaqlaşmaq,  özünü 
müəyyən  qədər  büruzə  verməkdir.  Bu,  qaftan 
məsələsində  daha  çox  hiss  olunmağa  başlayır. 
Bacılarından  paltar  istəyən  və  bunun  müqabilində 
özünün  on  altı  il  əvvəlki  qaftanını  əyninə  geyəsi  olan 
Beyrək  öz  kimliyi  barədə  bacılarında  şübhə  yaradır. 
Bacılarından biri deyir: 
Qara qıyma gözlərin çöngəlməsəydi, 
"Ağam Beyrək" deyərdim, ozan, sana! 
Yüzünü qara saç örtməsəydi, 
"Ağam Beyrək" deyərdim, ozan, sana! (1, 62). 
Paltar  kimliyin  mühüm  göstəricisi  olduğuna  görə 
Beyrək  öz  qaftanını  əynindən  çıxarmalı,  qətiyyən 
tanınmasın  deyə  təzədən  dəli  ozan  dilində  danışıb, 
dəli  ozan  addımı  atmalı  olur:  "Beyrək  aydır: 
"Gördünmü,  qızlar  bu  qaftanla  məni  tanıdılar.  Qalın 
Oğuz  bəgləri  dəxi  tanırlar",  –  dedi  ...  Qaftanı  sıyırdı, 
götürdü,  qızların  üstünə  atı  verdi:  "Nə  siz  olun,  nə 
Beyrək  qalsın.  Bir  əski  qaftan  verdiniz,  bənim  başım-
beynim  aldınız",  –  deyib  vardı.  Bir  əski  dəvə  çuvalı 
buldu, dəldi, boynuna keçirdi. Kəndüyi dəliligə bıraqdı, 
sürdü,  dügünə  gəldi"  (1,  62).  Çuvalın  ortasını  deşib 
boynuna  keçirməklə  Beyrək  dəli  donuna  bürünməli 
olur.  Əyində  əcaib  paltar,  əldə  qopuz.  Bu,  hələ  dəli 
ozan  donuna  girməyə  bəs  eləmir.  Dəli  ozan  donuna 
tam  girməkdən  ötrü  Beyrək  toyda  zırrama  adam 
hərəkətlərinə  əl  atası  olur.  Bu  hərəkətlər  təzəbəyi 
qarğımaqdan  başlayır.  Yarışda  ox  atan  igidlərin  hər 
birinə  "əlin  var  olsun"  deyib  alqış  edən  Beyrək 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə