Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
47
düşmənçiliyi  dastanın  on  ikinci  boyunda  görürük.  Bu 
boy İç Oğuzla Dış Oğuzun toqquşmasından bəhs edir. 
Məlumdur  ki,  İç  Oğuz  və  Dış  Oğuz  vahid  bir 
cəmiyyətin – Oğuz elinin iki ayrı-ayrı qoludur. İç Oğuz 
və  Dış  Oğuz  Ağqoyunlu  və  Qaraqoyunlu  qollarının 
eposdakı  analoqudur.  Ağqoyunlu  –  Qaraqoyunlu 
bölgüləri kimi, İç Oğuz – Dış Oğuz bölgüləri də dualist 
dünyagörüşün  təzahürüdür.  Amma  dualist  dünyagö-
rüşün  bir  çox  başqa  təzahür  formalarından  fərqli 
olaraq,  İc  Oğuz  –  Dış  Oğuz,  Ağqoyunlu  –  Qaraqo-
yunlu  nümunələrində  tərəflər  mənşəcə  bir-birinə 
düşmən  olan  yox,  əksinə,  bir-birinə  doğma  olan 
tərəflərdir.  Konkret  olaraq  İç  Oğuz  və  Dış  Oğuzdan 
danışsaq,  qeyd  etməliyik  ki,  onlar  Oğuz  eli  adlı  bir 
ananın  övladlarıdır.  İç  Oğuz  –  Dış  Oğuz  münasibəti 
məhz  iki  qardaşın  bir-birinə  münasibətidir.  Qardaşlar 
birləşib  düşmənə  qarşı  vuruşduqları  kimi,  hərdən  bir-
birlərinə  qarşı  çıxmalı  da  olurlar.  Dastanda  mərkəzi 
yeri  Oğuz  eli  –  kafir  toqquşması  tutsa  da, 
qəhrəmanların  daxili  düşmənlərlə  də  çarpışdığının 
şahidi  oluruq.  Basat  –  Təpəgöz,  Beyrək  –  Yalıncıq, 
Dirsə  xan  –  qırx  silahdaş  münaqişəsi  məhz  daxildə 
baş  verən  münaqişə  nümunələridir.  Bu  münaqişədə 
iştirak  edən  tərəflər,  artıq  qeyd  etdiyimiz  kimi, 
əvvəldən  düşmən  olan  yox,  sonradan  düşmənə  çev-
rilən 
tərəflərdir. 
Doğma 
tərəflərin 
düşmənə 
çevrilməsində  isə  təəccüblü  bir  şey  yoxdur.  Bu 
düşmənçilik 
mifoloji 
düşüncənin 
qanunauyğun-
luqlarından  biridir  və  belə  qanunauyğunluq  özünü  İç 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
48 
Oğuz – Dış Oğuz münasibətində də göstərir. 
Ağqoyunlu  –  Qaraqoyunlu  adları  kimi,  İç  Oğuz  – 
Dış  Oğuz  adlarının özündə  də  təzad  ifadə olunur. Ağ 
və  qara  sözləri  necə  antonimlik  yaradırsa,  iç  və  dış 
(içəri  və  dışarı)  sözləri  də  o  cür  təzad  yaradır.  Adda 
ifadə  olunan  məna  əvvəl-axır  predmetin  özündə  də 
üzə çıxır. Basat – Təpəgöz, Beyrək – Yalancıq, Dirsə 
xan 
– 
qırx 
silahdaş 
arasındakı 
toqquşma 
nümunələrinin  ardınca  eposda  İç  Oğuz  –  Dış  Oğuz 
toqquşması ilə üzləşirik. Bu toqquşma öz başlanğıcını 
Qazan  xan  –  Alp  Aruz  münaqişəsindən  götürür.  Alp 
Aruzun Salur Qazana qarşı çıxması belə başlayır: “Üç 
Ox,  Boz  Ox  yığnaq  olsa,  Qazan  evin  yağmaladardı. 
Qazan  geri  evin  yağmalatdı.  Amma  Dış  Oğuz  bilə 
bulunmadı. Həmin İç Oğuz yağmaladı. 
Qaçan Qazan evin yağmalatsa, halalının  əlin alır, 
dışra çıxardı, ondan yağma edərdi. 
Dış Oğuz bəylərindən Aruz, Əmən və qalan bəylər 
bunu  eşitdilər,  ayıtdılar  ki:  –  Bax,  bax!  Şimdiyə  dəkin 
Qazanın  evin  bilə  yağma  edərdik.  Şimdi  neçin  bilə 
olmayavuz?  –  dedilər.  İttifaqı  cəmi  Dış  Oğuz  bəyləri 
Qazana  gəlmədilər,  ədavət  elədilər»  (2,  109). 
Göründüyü  kimi,  Alp  Aruzun  Salur  Qazana  qarşı  çıx-
masının  başlanğıc  nöqtəsi  qırx  silahdaşın  Dirsə  xana 
qarşı  çıxmasının  başlanğıc  nöqtəsinə  bənzəyir. 
Buğacın  qırx  igidə  –  atasının  silahdaşlarına  məhəl 
qoymaması  onları  narahat  etdiyi  kimi,  Salur  Qazanın 
Alp Aruzu evin yağmalanmasına çağırmaması da onu 
(Alp  Aruzu)  hiddətləndirir.  Doğrudur,  Dış  Oğuzun 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
49
başçısı  olan  Alp  Aruzu  tutduğu  mövqe  və  qazandığı 
nüfuza görə Dirsə xanın silahdaşları ilə eyniləşdirmək 
olmaz.  “Dirsə  xan  oğlu  Buğac  boyu”nda  ozanın  “qırx 
nökər”,  ən  çox  isə  “qırx  namərd”  adlandırdığı 
silahdaşlardan fərqli olaraq, Alp Aruz dastan boyu xoş 
sözlərlə  xatırlanır,  qəhrəmanlıq  eposunun  aparıcı  ob-
razlarına xas qanadlı təyinlərlə təqdim olunur: «Altmış 
ögəc  dərisindən  kürk  eləsə  topuqlarını  örtməyən,  altı 
ögəc dərisindən külah etsə qulaqlarını örtməyən, qolu 
–  budu  xıranca,  uzun  baldırları  incə,  Qazan  bəyin 
dayısı,  at  ağızlı  Aruz  qoca  çapar  yetdi»  (2,  52).  Alp 
Aruz dastanda bu cür rəğbətlə xatırlansa da, onu Dir-
sə  xanın  silahdaşlarına  bağlayan  nöqtə  danılmazdır: 
Dirsə  xanın  qırx  silahdaşı  kimi,  Alp  Aruz  da  əvvəlki 
mövqeyini və nüfuzunu itirməkdən qorxur. Dirsə xanın 
qırx  silahdaşının  nüfuzuna  xələl  gətirən  Buğacdırsa, 
Alp  Aruzun  nüfuzuna  xələl  gətirən  Qazan  xandır.  Bir 
vaxt məclislərdə Qazan xanın sol tərəfində – mötəbər 
yerdə  əyləşən  Alp  Aruz  birdən-birə  Qazan  xandan 
sayğısızlıq 
görüb 
təlaşa 
düşür, 
yağmaya 
çağırılmamağı  əvvəlki  nüfuzunu  itirəcəyinə  bir  işarə 
kimi  qəbul  edir.  Qırx  silahdaş  Buğacı,  Alp  Aruz  isə 
Salur  Qazanı  aradan  götürməklə  əvvəlki  mövqe  və 
nüfuzu  saxlamağa  çalışır.  Alp  Aruzun  nüfuzu  Dirsə 
xanın  qırx  silahdaşının  nüfuzundan  çox  olduğundan 
Alp  Aruzun  törətdiyi  toqquşmanın  da  miqyası  xeyli 
böyük olur. Dirsə xanın qırx silahdaşı yalnız bir xanın 
xanimanında  harmoniyanı  pozmağa  çalışırsa,  Alp 
Aruz  İç  Oğuz  və  Dış  Oğuzu  qarşı-qarşıya  qoymaqla 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
50 
bütövlükdə  Oğuz  elinin  harmoniyasını  pozmağa  çalı-
şır. 
Həmişə Qazan xana arxa-dayaq olan, bununla da 
onun  müsbət  əvəzedici  kimi  özünü  göstərən  Alp 
Aruzun  birdən-birə  üzü  dönür.  Qazan  xana  düşmən 
kəsilən  Alp  Aruz  onun  mənfi  əvəzedicisinə  çevrilir. 
Müsbət əvəzedicisi kimi Alp Aruzu ən ağır döyüşlərdə 
Qazan xana  köməyə  gələn  görürdük.  Mənfi əvəzedici 
kimi Alp  Aruzu  hiylə  işlədib  Qazan xana  qarşı  planlar 
cızan  görürük.  Alp Aruz  məkrli fəaliyyətə evin  içindən 
başlayır.  Əvvəlcə  ağır  qonaqlıq  düzəldib,  pay-püşk 
verib Əmən, Alp Rüstəm, Dönəbilməz, Dülək Uran və 
s.  adlı-sanlı  Dış  Oğuz  bəylərini  öz  planına  qoşur, 
onlara  and  içdirir  ki,  bu  gündən  Qazana  düşmən 
kəsiləcəklər. Dış Oğuz bəylərinin dəstəyindən tam ar-
xayın  olandan  sonra  Alp  Aruz  İç  Oğuza  əl  atır,  İç 
Oğuzdan Beyrəyi öz tərəfinə çəkmək istəyir. Beyrəyin 
Dış  Oğuzdan  qız  aldığını  nəzərə  alan  Alp  Aruz 
Beyrəyi  öz  tərəfinə  çəkməklə  Qazan  xanı  xeyli 
zəiflədəcəyini  düşünür.  Bu  niyyətin  baş  tutmadığını 
gördükdə  Alp  Aruz  Beyrəyi  aradan  götürmək  qərarını 
verir.  İlk  boyda Dirsə xanın  qırx silahdaşını atdığı ad-
dıma  görə  “qırx  namərd”  adlandıran  ozan  sonuncu 
boyda Alp Aruzu artıq qanadlı sözlərlə öymür, əksinə, 
ondan  bir  müxənnət  kimi  danışmalı  olur.  Ozan 
Beyrəyin dilindən Aruz barədə belə deyir: 
Qavat,  mən  bu  işi  duysam,  sana  böylə 
gəlirmiydim? 
Aldayıban ər tutmaq övrət işidir, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə