Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
63
Məsələn,  böyük  bacı  elə  bir  gəbə  toxuyur  ki,  bir 
şəhərin  əhalisi  həmin  gəbənin  üstündə  yerləşə  bilir. 
Ortancıl  bacı  yumurta  qabığından  elə  aş  bişirir  ki,  bir 
şəhərin əhalisi yeyib doyur, hələ aşdan bir az artıq da 
qalır.  Paxıllığın  kökündə  kiçik  bacının  böyük  və 
ortancıl bacılardan daha fərasətli və qabiliyyətli olması 
durur. İş burasındadır ki, kiçik bacı birçəyinin biri qızıl, 
biri  isə  gümüş  olan  oğlan  uşağı  doğa  bilir.  Böyük  və 
ortancıl  bacılara  kiçik  bacını  aradan  götürmək  öz 
qabiliyyətlərini daha qabarıq şəkildə nümayiş etdirmək 
üçün  lazımdır.  İndiki  halda  böyük  və  kiçik  bacılar 
yalançı  qəhrəman  kimi  təqdim  olunmur.  Böyük  və 
ortancıl  o  halda  yalançı  qəhrəman  sifətində  təqdim 
oluna  bilərdi  ki,  onlar  kiçik  bacının  dünyaya  gətirdiyi 
qeyri-adi  uşağı  öz  adlarına  çıxmış  olaydılar,  belə  bir 
uşağın  doğulmasını  öz  hünərləri  kimi  qələmə 
verəydilər.  Belə  bir  xətt,  haqqında  danışdığımız  nağıl 
üçün,  eləcə  də  üç  bacıdan  bəhs  edən  digər  nağıllar 
üçün səciyyəvi deyil. 
Baş  qəhrəmanı  qızlar  olan  nağıllarda,  adətən, 
yalançı qəhrəman sifətində qulluqçunun, yaxud başqa 
bir  adamın  təqdim  edildiyini  görürük.  Bu  nağıllarda 
yalançı 
qəhrəman 
adi 
qızın 
yox, 
qeyri-adi 
xüsusiyyətləri  ilə  seçilən,  sakral  aləmə  bağlı  olan  bir 
qızın  qismətinə  sahib  çıxmaq  istəyir.  “Nar  qızı” 
nağılında  (5,  116-120)  baş  qəhrəman  narın  içində 
yaşayır.  Dara  düşəndə,  ətrafda  özünə  qarşı  təhlükə 
hiss edəndə bu qız dönüb gül kolu, yaxud çinar ağacı 
olur,  o  tərəf,  bu  tərəfə  üfürməklə  şahzadənin  atından 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
64 
ötrü  arpa-saman  əmələ  gətirir.  “Balıqlar  padşahı  ilə 
Yaqub” nağılına (5, 223-228) daxil olan süjetlərdən bi-
rindəki  qız  (yəni  kontaminasiya  olunan  süjetlərdən 
birinin  baş  qəhrəmanı)  bir  il  sərasər  padşah  oğlunun 
keşiyini  çəkməyi  bacaran  bir  qızdır.  Qulluqçu  qızın 
baş  qəhrəmanın  qismətinə  sahib  çıxması  bir  çox 
başqa  nağıllardakı  kimidir.  Ölüm  yuxusuna  getmiş 
padşah  oğluna  keşik  çəkməyin  son  məqamında  baş 
qəhrəman şahzadənin yanından ayrılmalı və öz yerinə 
qulluqçunu 
qoymalı 
olur. 
Və 
şahzadə 
ölüm 
yuxusundan elə bu məqamda – başı üstündə qulluqçu 
qız  keşik  çəkəndə  ayılır.  Qulluqçu  qızın  yalançı 
qəhrəman  sifətində  özünü  göstərməsi  belə  baş  verir: 
“Oğlan ayılıb öz-özünə dedi: – Nə çox yatmısan. 
Gördü  ki,  başının  üstündə  bir  qız  var,  dedi:  –  Ay 
qız, sən kimsən? 
Qulluqçu  dedi:  –  Mən  iki  ildir  ki,  sənin  milçəyini 
qovuram, hələ sənin üçün bir qulluqçu da tutmuşam. 
Bu  söhbətlərin  içində  padşahın  qızı  gəldi.  Gördü 
oğlan  qıza  (qulluqçuya  –  M.K.)  deyir:  –  İndi  ki  sən 
mənim  iki  il  zəhmətimi  çəkmisən,  gərək  mən  səni 
alam. 
Qız  (qulluqçu  –  M.K.)  padşah  qızını  (şahzadənin 
keşiyini  çəkən  baş  qəhrəmanı  –  M.K.)  görüb  dedi:  – 
Bu  da  bizim  qulluqçumuz”  (5,  227).  Burada  yalançı 
qəhrəmanın yalançılığı həqiqi qəhrəmanın gördüyü işi 
büsbütün  və  şişirdilmiş  şəkildə  öz  adına  çıxmağa 
yönəlib. 
Oxşar 
nağıllarda 
müşahidə 
etdiyimiz 
səciyyəvi bir cəhət burada da müşahidə olunur: həqiqi 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
65
qəhrəman  (ölüm  yuxusuna  getmiş  oğlanın  başı 
üstündə  günlərlə,  aylarla  keşik  çəkən  gözəl)  öz  qis-
mətinin  əldən  getməsini  səssiz-səmirsiz  qarşılayır  və 
ilk  baxışda  belə  təsəvvür  yaranır  ki,  o,  acınacaqlı, 
taleyi ilə  barışmaqdadır. Şübhəsiz, baş qəhrəman bu 
nağıllarda  acınacaqlı  taleyi  ilə  barışmır.  Qeyd 
etdiyimiz  “səssiz-səmirsizlik”  sadəcə  olaraq  baş 
qəhrəmanın daşıdığı funksiya ilə bağlıdır. Burada baş 
qəhrəmanın  funksiyası  heç  də  bahadırlıqdan  ibarət 
deyil.  Burada  baş  qəhrəmanın  mühüm  bir  funksiyası 
səbir  və  dözüm  nümayiş  etdirməkdir.  Səciyyəvi 
epizoddur  ki,  “Balıqlar  padşahı  ilə  Yaqub”  nağılının 
nəzərdən  keçirdiyimiz  süjetində  baş  qəhrəman  (şah-
zadəyə  keşik  çəkən  qız)  bazardan  özünə  bıçaqla 
bərabər, səbir daşı da aldırır. Yəni baş qəhrəman heç 
də Məlikməmməd tipli qəhrəmanlar kimi hərəkət etmir. 
Əgər  Məlikməmməd  və  ona  oxşar  digər  qəhrəmanlar 
sonda  yalançı  qəhrəmandan  qisas  alırlarsa,  onu 
(yalançı  qəhrəmanı)  fiziki,  yaxud  da    mənəvi  ölümə 
məruz qoyurlarsa, şahzadənin keşiyini çəkən qız dər-
dini  səbir  daşına  söyləyib  bıçaqla  özünü  öldürmək 
qərarına  gəlir.  Əsl  həqiqətdən  hali  olan  şahzadə  baş 
qəhrəmanı ölümdən xilas edir və ədalət bərpa olunur. 
“Nar  qızı”  nağılında  baş  qəhrəmanın  padşah 
oğluna  qovuşması  bir  az  fərqli  şəkildə  baş  verir: 
Padşah  oğlu  yuxuda  Nar  qızı  görüb  ona  aşiq  olur  və 
sehrkar vəzirə tapşırır ki, yuxuda vurulduğu qızı tapıb 
gətirsin. Vəzir üç divin ixtiyarında olan Nar qızını tapıb 
gətirir.  Göründüyü  kimi,  bu  süjetdə  padşah  oğlunun 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
66 
keşiyini  çəkmək  xətti  yoxdur.  Bu  süjeti  “Balıqlar 
padşahı  ilə  Yaqub”  nağılındakı  məlum  süjetə 
yaxınlaşdıran  xətt  həlledici  məqamda  qulluqçunun 
peyda  olması  və  özünü  padşah  oğluna  “sırıması”dır. 
Qulluqçunun fürsətdən istifadə edib özünü padşah oğ-
luna  “sırıması”  padşah  oğlu  ilə  Nar  qızının 
qovuşmasının  düz  bir  addımlığında  baş  verir:  vəzir 
Nar  qızını  bir  çinarın  başında  qoyub  ona  paltar 
gətirməyə  və  əhvalatı  padşah  oğluna  xəbər  verməyə 
gedir.  Əhvalatdan  başqa  adamlarla  birlikdə  vəzirin 
evindəki  qulluqçu  qız  da  xəbərdar  olur.  Qulluqçu  qız 
hamıdan  qabağa  düşüb  dərhal  özünü  Nar  qızına 
çatdırır  və  onu  itələyib  çinarın  başından  quyunun 
dibinə  salır.  Quyu  öz  semantikasına  görə  başqa 
nağıllarda  (məsələn,  «Məlikməmməd»də)  gördü-
yümüz  quyudur.  Amma  quyudan  çıxıb  öz  səadətinə 
qovuşmağın  yolu  “Nar  qızı”  nağılında  bahadırlıq 
nağıllarındakı 
kimi 
deyil. 
Təhlükədən 
yaxa 
qurtarmağın  əsas  vasitəsi  bahadırlıq  nağılında  qılınc-
qalxana  əl  atmaqdırsa,  “Nar  qızı”  nağılında  gülə-
çiçəyə,  kola-ağaca  çevrilməkdir.  Bahadırlıq  nağılında 
baş  qəhrəman  silah  qurşanıb,  at  sürüb  açıq 
meydanda  davaya  başlayırsa,  “Nar  qızı”nda  baş 
qəhrəman öz varlığını padşah oğluna uzaqdan-uzağa, 
işarələrlə  çatdırır.  “Padşah  oğlunun  qismətinə  yazılan 
qız  mənəm!”  –  deyib  səsini  qaldırmaq  Nar  qızının  işi 
deyil. Nar qızının işi zəriflik, incəlik nümunəsi göstərib 
padşah  oğlunu  əvvəl-axır  məsələdən  hali  etməkdir. 
Zəriflik,  incəlik  nümunəsi  göstərməyin  bir  məqamı 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə