_______________________________ Epos. Nəsr. Problemlər
95
baxmaqla tapmaq olar. “Alı kişi” qolunun mənbəyini
tərtibçi belə göstərir: “Bu qolun tərtibində “Koroğlu-
Əsəd”, “Koroğlu-Bozalqanlı”, “Koroğlu-Əli” və “Qaf-
Penn” variantları əsas götürülmüşdür” (3, 398). Bu, o
deməkdir ki, tərtibçi “Alı kişi” qolunu Aşıq Əsəd, Aşıq
Hüseyn Bozalqanlı və Aşıq Əlinin dilindən ayrı-
ayrılıqda yazıya alınan, o cümlədən A.Xodzko
tərəfindən toplanıb, 1856-cı ildə S.Penn tərəfindən rus
dilinə tərcümə edilən müxtəlif variantlar əsasında
işləyib ortaya çıxarıb. Eposun yerdə qalan başqa
qollarının da tərtibində M.H.Təhmasib həmin prinsipə
əsaslanıb. Ayrı-ayrı söyləyicilərin dilindən yazıya
alınan müxtəlif variantlar tərtibçi süzgəcindən keçirilib
və oxucuya vahid təhkiyəçi dilindən çatdırılıb. Elə
təhkiyəçi ki, bütün hadisələrin fövqündə dura və
hadisələrin bir-biri ilə əlaqəsini görə bilir.
Hadisələrin fövqündə duran təhkiyəçi, söz yox ki,
baş qəhrəmanın təqdim edilməsində də müəyyən
qədər öz iradəsini ortaya qoymağa, baş qəhrəmanı
oxucuya nümunəvinin nümunəvisi şəklində tanıtmağa
çalışır. Və tərtibçi bu məsələdə söyləyici ilə çətinlik
çəkmədən dil tapa bilir. Çünki Sovet dövründə
yaşayan söyləyici-aşıq da dövrün tələblərinin nədən
ibarət olduğunu, tərtib və nəşr edilən dastanın
tərbiyəvi əhəmiyyət daşımalı olduğunu çox gözəl başa
düşür, “Koroğlu” qollarını folklorşünas qarşısında ifa
edərkən söyləyici sözü ölçüb-biçib danışır, “bayağı”
görünəcək
elementlərə
yer
verməməyi
vacib
şərtlərdən biri sayır. Bunu “Koroğlu”nun Paris nüsxəsi
Muxtar Kazımoğlu
__________________________________
96
ilə müqayisə açıq-aydın göstərir. Dastanın Paris
nüsxəsi göstərir ki, həmin nüsxəyə daxil olan qolları
danışarkən aşıq auditoriya qarşısında heç bir sıxıntı
keçirmir, deyilən sözün, nağıl edilən əhvalatın
“bayağı” görünüb-görünməyəcəyinin çox da qayğısına
qalmır. Auditoriya qarşısında sərbəst olmağın əlamə-
tidir ki, ayrı-ayrı obrazlar, eləcə də baş qəhrəman
kəlməbaşı söyüş işlədir, tərtibçi tez-tez vulqarizmlərin
yerinə sıra ilə nöqtələr düzməli olur: “Ərəb Reyhan
arxadan Koroğlunu səsləyib dedi: − Ay anasını...
Çəmlibelə də getsən, arxanca gələcəyəm.
Koroğlu gördü ki, Ərəb Reyhan ondan əl
çəkməyəcək, Eyvazı yerə qoyub Qıratın yəhər-
yarağını bərkitdi, Ərəb Reyhanın qabağına gəlib dedi:
− Anasını... mənim yaxamdan əl çəkəcəksən, ya
yox!?” (6, 42). Belə söyüşlə danışmaq epizodlarına
dastanın
nə
H.Əlizadə
nüsxəsində,
nə
də
M.N.Təhmasib nüsxəsində rast gəlirik.
Şöyləyici sərbəstliyi dastanın Tiflis nüsxəsi üçün
də az-çox səciyyəvidir. Həmin nüsxədəki söyləyici
sərbəstliyini göstərən əlamətlərdən biri Koroğlunun
çoxarvadlılığından geniş bəhs edilməsidir: Nigar
xanımdan sonra Koroğlu Əsmər xanımı (7, 117),
Ceyran xanımı (7, 155), Səadət-Bəyim xanımı (7,
206), Leyli xanımı (7, 226), Dona xanımı (7, 253),
Xumar xanımı (7, 299), Şahsənəm xanımı (7, 323),
Xurşid xanımı (7, 523) Çamlıbelə gətirir və o
xanımların hər biri ilə vüsala qovuşur.
Dastanın hansısa nüsxəsində geniş yer tutan bir
_______________________________ Epos. Nəsr. Problemlər
97
motivlə başqa nüsxələrdə də az-çox qarşılaşacağımız
ehtimal olunan bir haldır. Ehtimal özünü doğruldur:
doğrudan da, çoxarvadlılıq motivinə dastanın Paris
nüsxəsində də rast gəlirik: Nigar xanımdan sonra
Koroğlu Çəmlibelə Qars hakimi Əhməd paşanın
bacısı Pərizad xanımı da gətirir və toy tədarükü görüb
onunla evlənir (6,116).
Bəs
həmin
motiv
baxımından
yanaşdıqda
H.Əlizadə və M.H.Təhmasib nüsxələrində hansı
vəziyyətlə qarşılaşırıq? Həmin nüsxələrdə məlum
“Dərbənd
səfəri”ndən
başqa
hansısa
qolda
Koroğlunun Nigardan əvvəl, yaxud sonra bir xanımla
evlənməsindən söhbət açılırmı? Çoxarvadlılığın Sovet
əxlaq kodeksinə zidd olduğunu nəzərə alan söylə-
yicilər və tərtibçilər bu məsələni eposun ifa və nəşr
olunmasında necə yoluna qoya bilirlər? Suala cavab
vermək üçün H.Əlizadə nüsxəsindən “Koroğlunun
Rum səfəri”nə nəzər salmaq daha çox yerinə düşür.
Rum paşasının qızı Məhbub xanım Aşıq Cünunla
Çəmlibelə − Koroğluya xəbər göndərir: “İyitsə, gəlsin
məni aparsın” (2, 121). Bu sözdən sonra, məntiqə
görə, Koroğlu Ruma səfər etməli, nəyin bahasına
olursa-olsun, Məhbub xanımı Çənlibelə gətirməlidir.
Belə də olur. Koroğlu Məhbub xanımı, Bəlli Əhməd də
Məhbub xanımın əmisi qızı Şirin xanımı Rumdan
Çəmlibelə gətirir (2, 128) və bununla da qol başa
çatır. Amma Koroğlunun Çəmlibelə gətirilən Məhbub
xanımla evlənib-evlənməməsindən bir kəlmə belə
toxunulmur.
Muxtar Kazımoğlu
__________________________________
98
Çoxarvadlılıq motivinin müəyyən izlərinə dastanın
M.H.Təhmasib nüsxəsində də rast gəlirik. Həmin
nüsxənin Məhbub xanımla bağlı qolunda başlanğıc
H.Əlizadə
nüsxəsindən
yuxarıda
xatırlatdığımız
başlanğıca oxşardır. Məhbub xanım Aşıq Cünuna
deyir: “Aşıq, burdan durub birbaş Çənlibelə,
Koroğlunun yanına gedərsən. Ona deyərsən ki, Rum
paşasının qızı Məhbub xanım deyir ki, ona deməli bir
sirrim var. Amma gərək özünə deyəm. Özü də burada
deyə bilmərəm. Gərək orada, Çənlibeldə, ona deyəm.
O sirri ki mən ona deyəcəm, day onu deyəndən sonra
burada qalmaq mənə mümkün olmaz” (3, 148).
Məhbub xanımın Koroğluya bu “ismarış”ı ilə H.Əlizadə
nüsxəsindəki “ismarış”ı arasında mahiyyətcə elə bir
fərq yoxdur. Hər iki nümunədə Məhbub xanım
Koroğluya eşq elan edir. H.Əlizadə nüsxəsində bu
eşq hekayəsinin yalnız son cümləsi, yəni Koroğlu ilə
Məhbub xanımın vüsala yetməsini bildirən cümlə
çatmır. M.H.Təhmasib nüsxəsində isə Koroğlu –
Məhbub xanım vüsalından danışmaq mümkün ol-
masın deyə Məhbub xanımın dalınca Ruma Nigar
xanımın məsləhəti ilə Bəlli Əhməd göndərilir:
“Koroğlu, bu qızın sözü məni şübhəyə salıb. Keçəl
Həmzəni gördün ki. Sən bu səfərə getmə! Qoy
uşaqlardan birisi getsin” (3,149 ). Əvvəla, Nigar
xanımın bu sözləri ilə tərtibçi əvvəlki qola – Keçəl
Həmzənin Qıratı aparmasına işarə edib yenə
qollararası əlaqə qayğısına qalır. İkinci tərəfdən isə
Ruma Bəlli Əhmədin göndərilməsi ilə Məhbub
Dostları ilə paylaş: |