_______________________________ Epos. Nəsr. Problemlər
127
«Ağzıgöyçəklər» bu fikirdədir ki, Hüsənin cəzasını
anası çəkir, heyvanın ahı anasını tutub. Hüsən qohum-
əqrabanın məsləhətinə qulaq asıb anasını məscidə,
pirə aparmağa və onu davasız-dərmansız, xərcsiz
sağaltmağa hazırdır. Lakin bununla «ağzıgöyçəklərin»
dediklərini təsdiq edəcəyindən ehtiyatlanır. Cöngə
əhvalatında «günaha batmadığına» əmin olmayan
Hüsən qan məsələsi ortaya çıxarkən qeyri-ixtiyari
olaraq qan verməyi «can vermək» kimi mənalandırıb
həyəcanlanır, psixoloji gərginliyə düşür, beləliklə, daxili
monoloqlar üçün əlverişli bədii situasiya yaranır. Daxili
monoloqlarında Hüsən «ağzıgöyçəklərin» əsas nüma-
yəndəsi saydığı Zili oğluna müraciət edir. Cöngənin
əldən buraxılmasında qəssab yoldaşının baiskar oldu-
ğunu sübuta çalışmaqla öz «günahı»nı azaltmaq
istəyir. Başqaları yanında etiraf etməsə də, anasının
xəstəliyində cöngə əhvalatının başlıca səbəb olduğuna
daxilən inanan Hüsən «mərdimazar» Zili oğlunu ifşa
edəcəyini bildirir: «Qurğu vardı bu işdə! Sən ol Zili oğlu
Vəli, mən Hüsən! Sənin aşının suyunu verdim, verdim,
vermədim, onda mən mən döyüləm. Bu hayıfı səndə
qoysam məni yandırar. Görmürsən ə, imansız, mən
hardayam, haralara gəlib çıxmışam?...» (14, 201)
Hüsənin
daxili
monoloqları
özgələri
ilə
mübahisədən daha çox özgələrinə xitabdır. Bu xitablar
Hüsənin
mərdimazarlığa
qarşı
dözümsüzlüyünü
oxucuya çatdırmaqda mühüm rol oynayır.
Müasir Azərbaycan nəsrində daxili monoloq
ideya-məzmun yükünü və bu yükə daxil olan psixoloji
Muxtar Kazımoğlu
__________________________________
128
aləmi ifadə edərkən, əsasən, müəllif təhkiyəsi ilə
haşiyələnir və öz funksiyasını onunla vəhdətdə yerinə
yetirir. Müəllif təhkiyəsi ilə daxili monoloqun qarşılıqlı
əlaqəsi, əsasən, iki şəkildə özünü göstərir: 1)
hadisələr müəllifin dilindən nağıl olunur və qəhrəman
səsinin qarışmadığı «xalis» müəllif səsindən sonra
daxili monoloq başlayır; 2) hadisələr müəllif dilindən
nağıl olunsa da, müəllif səsi qəhrəman səsi ilə qo-
vuşur, təhkiyənin xüsusi tipi – vasitəli nitq yaranır və
daxili monoloq vasitəli nitq formasında ifadə olunur.
Vasitəli nitqdə müəllif sözünə qəhrəmanın əhvali-
ruhiyyəsi hopdurulduğundan deyilən sözün, ifadə
olunan nöqteyi-nəzərin müəllifə, yoxsa qəhrəmana
məxsusluğunu aşkar etmək çətinləşir. Bu halda
«müəllif artıq qəhrəmanın hərəkətinin və nitqinin
kənar müşahidəçisi yox, qəhrəmanın hərəkət və
nitqinə şərik olan bir şəxsdir. Müəllif dünyaya
personajın gözü ilə baxmağa başlayır, onunla
qaynayıb-qarışır; bu ona bənzəyir ki, stereoskopda iki
şəkil qovuşur və dərin bir təəssürat yaranır, yaxud
eyni musiqi əsərində iki mövzu səsləndirilir» (15, 114).
Təhkiyədə
qəhrəman
səsi
ilə
müəllif
səsinin
qovuşması xalis daxili monoloqlara keçidlərin təbiiliyi
və hissolunmazlığını təmin edir; qəhrəmanın duyğu və
düşüncələri dırnaq işarəsi vasitəsilə ayrılan xalis daxili
monoloqlarla yanaşı, dırnaqsız yazılan vasitəli nitq ilə
də
təqdim
oluna
bilir.
Xalis
daxili
monoloq
parçalarında danışan bilavasitə qəhrəman özüdürsə,
vasitəli nitqdə həm qəhrəman, həm də müəllif danışır
_______________________________ Epos. Nəsr. Problemlər
129
və «mən» ifadə formasının yerini «o» ifadə forması
tutur. «Macal» povestində Fuadın Oqtayla bağlı
düşüncələri vasitəli nitqdə aşağıdakı şəkildə verilir:
«Oqtay başqa ritmdə yaşayır. Tələsmədən sərgiləri
gəzməyə, arxayın-arxayın kitab oxumağa, küçələri
seyr eləyə-eləyə piyada addımlamağa vaxtı var.
Dostlarıyla şirin və qızğın mübahisə eləyir, rastına
çıxanlarla müfəssəl hal-əhval tutur, telefonla yerli-
yataqlı danışır. Elə sadəcə olaraq öz içinə qapılıb
arxayın-arxayın hər şeyi düşünüb-daşınır. Halal xoşu
olsun, vaxtı var, amma Fuadın yoxdur axı» (12, 26-
27). Göründüyü kimi, burada müəllif sözü qəhrəmanın
danışıq və düşüncə tərzi üzərində köklənir, vasitəli
nitq yaranır və bu nitq Fuadın daxili monoloqlarından
zahirən fərqlənir. «Fuad» ifadəsinin yerinə «mən»
yazıb, III şəxs formasını I şəxsə keçirməklə zahiri fərqi
asanlıqla aradan götürmək mümkündür. Qəhrəmana
məxsus xüsusi ifadələrin ara-sıra işlədilməsi vasitəli
nitqdə qəhrəman səsinin koloritini gücləndirir və onun
ayırd
edilməsini
asanlaşdırır.
Yuxarıda
misal
gətirdiyimiz parçada «halal xoşu olsun» ifadəsi Fuada
məxsus xüsusi ifadədir. Həmin ifadə ilə oxucuda tam
yəqinlik yaranır ki, Oqtay barədə düşüncələr müəllifin
yox, Fuadın düşüncələridir.
Müəllif sözü, təbii ki, qəhrəmanın duyğu və
düşüncələrini əks etdirməklə məhdudlaşmır, eyni
zamanda, duyğu və düşüncələri doğuran hadisələrin
təsvirini təmin edir. Bu mənada daxili monoloq
üzərində qurulan nəsr əsərlərində müəllif təhkiyəsinin
Muxtar Kazımoğlu
__________________________________
130
xüsusi rolu vardır. Müəyyən situasiyadan sonrakı
monoloqu, eləcə də, müəyyən monoloqun real
nəticəsi olan hər hansı hərəkət və hadisəni qələmə
almaqla müəllif qəhrəmanın daxili aləmi ilə əsərin
süjet xətti arasında əlaqə yaradır. Həm daxili
monoloqları doğuran konkret əhvalatların müstəqil
təsviri, həm də yeri gəldikcə monoloqlara verilən
müəllif
şərhləri
(özünütəhlili
təhlil)
qəhrəmanın
subeyktiv aləminin müəyyən ideya istiqamətində dərk
olunmasına kömək edir.
Monoloqların
müəllif
təhkiyəsi
çərçivəsində
yerləşdirilməsi əsərin əhatə dairəsini daha da
genişləndirir: bir tərəfdən, baş qəhrəmanın daxili aləmi
incəliklərinə qədər işıqlandırılır, digər tərəfdən,
qəhrəmanın yaşayıb fəaliyyət göstərdiyi mühit,
münasibətdə olduğu adamlar psixoloji təhlillərə cəlb
edilir. «Hər şeydən agah» müəllif baş qəhrəmanla
bərabər, digər obrazların da hiss-həyəcanlarını əks
etdirmək imkanı qazanır. Birinci şəxsin dilindən olan
nəsr nümunələrində təhkiyəçinin belə geniş ifadə
imkanı yoxdur. O, başqalarının daxili aləminin yalnız
zahiri əlamətlərini görə və oxucuya çatdıra bilər,
başqalarının hiss-həyəcanını təfərrüatı ilə qələmə ala
bilməz. Fikrimizi əsaslandırmaq üçün misallara
müraciət edək. «Adamlar və ağaclar» romanında
Sadıq Müküşlə söhbət edən atasının hirsli və acıqlı
olduğunu onun çəkmələrinin hərəkətindən hiss edir.
Bibisinin kədərli olduğunu Sadıq onun qaşqabağının
tutqunluğunda, saatlarla dinib-danışmamasında görür.
Dostları ilə paylaş: |