_______________________________ Epos. Nəsr. Problemlər
131
Mədinə şövqlə nəğmə oxuyanda, həvəslə müəyyən
bir iş görməyə başlayanda isə Sadıq başa düşür ki,
bibisinin
şad-xürrəm
vaxtıdır:
«...bütün
günü
qaşqabaqlı dolanan bibim, nədənsə, bizim qapını açıb
həyətdəki ağ gülləri görən kimi oxumağa başlayırdı.
Oxuya-oxuya bibim lumuya qulluq eləyirdi, yağışın,
yaxud küləyin divarlardan tökdüyü xırda-xırda daşları
götürüb yerinə qoyurdu, həyətə su səpirdi...» (2, 26).
Sadıq, haqqında söhbət açdığı adamların hiss-
həyəcanlarını təkcə onların zahiri görkəmlərində və
hərəkətlərində izləmir, həm də həmin adamların
müxtəlif məqamlarda dediyi sözləri həssaslıqla dilə
gətirir və dialoqlar, məktublar, nəğmələr Mədinələri
oxucuya tanıtmaqda xüsusi rol oynayır. Lakin bütün
bu ifadə formalarından yararlanan Sadıqda Mə-
dinələrin qəlbindəki ən gizli nöqtələri işıqlandırmaq im-
kanı vardırmı? Əlbəttə, yox. Sadıq Mədinələrin yalnız
zahiri görkəmdə, davranışlarda, dialoq, məktub və
nəğmələrdə aşkar olan duyğularından bəhs edə bilir.
Qaşqabaqlı göründüyü saatlarda, dinməz-danışmaz
oturduğu məqamlarda Mədinənin məhz hansı hisslər
keçirdiyini bilmək və dilə gətirmək Sadıq üçün imkan
xaricindədir. Cəbhəyə yola düşdüyü gün Nəcəfin
dediyi sözlər müqabilində Mədinə sükut edirsə, bu
sükutun arxasında nələr gizləndiyi Nəcəfə tam aydın
olmadığı kimi, təhkiyəçi Sadığa da tam aydın deyil.
Əlbəttə, müəllif Mədinənin sükut arxasında gizlənən
düşüncələrinin geniş şəkildə ifadəsini qarşıya məqsəd
qoymayıb. Əgər belə olsaydı, onda əsər birinci şəxsin
Muxtar Kazımoğlu
__________________________________
132
dilindən danışılmazdı, yaxud heç olmazsa, bir neçə
qəhrəmanın dilindən danışılardı.
Nəsrin təcrübəsində hadisələrin bir yox, bir neçə
qəhrəmanın dilindən nağıl olunması forması da var.
Müasir Azərbaycan nasirlərindən İlyas Əfəndiyevin
yaradıcılığında bu forma diqqəti xüsusilə cəlb edir.
Yazıçının romanlardan biri – «Sarıköynəklə Valehin
nağılı», əsasən, Valehin dilindən söylənsə də, müəllif
yeri gəldikcə sözü Sarıköynəyə və Muradzadəyə verir.
Müəllif romanın sərlövhəsinə çıxardığı «nağıl» sözü
altında başa düşülən bədii əksetdirmə prinsipinə
mümkün qədər sadiq qalmağa çalışır. Ədəbiyyat-
şünas K.Talıbzadənin qeyd etdiyi kimi, bu romanda
«nağılvarilik, hər şeydən əvvəl, surətlərin tipində,
təqdimində, səciyyəsində, hadisələrin mahiyyətində
özünü göstərir. Məsələn, müsbət surətlər ancaq
müsbət kimi, mənfilər isə ancaq mənfi kimi təsvir
olunublar.
Realizmin
epik
üslubunda
yazılmış
əsərlərdə təsadüf etdiyimiz surətlərin daxilindəki müs-
bətlə mənfinin mübarizəsi bunlarda yoxdur» (16). Na-
ğıl poetikası üçün xarakterik olan süjetin dinamikliyi,
söylənən bir əhvalatla digər əhvalat arasında bədii
zaman məsafəsinin qısalığı, bədii zamanın əsasən
«bir
istiqamətdə
ardıcıl
hərəkəti
və
geriyə
qayıtmaması» (17, 226). «Sarıköynəklə Valehin
nağılı» romanında da müəyyən dərəcədə müşahidə
olunur. Əsərin bir yerində Güllübəyim xalanın sel-
sudan uçulub-dağılmış evinin yenidən tikilməsindən
danışan Valeh deyir: «Qərəz, Güllübəyim xalanın evi
_______________________________ Epos. Nəsr. Problemlər
133
ildırım sürətilə uçulub dağıldığı kimi, ildırım sürətilə də
tikilib qurtardı». Bu cümlədəki «ildırım sürətilə» ifadəsi
evin tez bir zamanda tikilib qurtarmasını bildirməklə
bərabər, həm də təhkiyədə bir əhvalatdan digərinə
keçidin sürətindən, təhkiyəçi dilinin «yüyrəkliyindən»
nişan verir. Evin tikildiyi vaxt (ən azı bir ay) ərzində
baş verən əhvalatlar xatırlanandan sonra növbəti
«qəribə bir hadisə»nin – Güllübəyim xalanın qəriblikdə
ilişib qalan oğlu Cavanşirin qayıtmasının təsviri
başlayır. Əsərdə statik-psixoloji səhnələrə çox yer
verilməsə də, hadisələrin ayrı-ayrı obrazlar dilindən
söylənilməsi heç də yalnız süjet xəttini ardıcıl izləmək
funksiyası ilə məhdudlaşmır. İstər Valeh, istərsə də
Sarıköynəyin hekayətləri həm də lirik-epik özünüifadə
forması kimi ortaya çıxır. Valehin hekayətləri arasında
«aldı
Sarıköynək»
deyə
sözün
Sarıköynəyə
verilməsinə səbəb bir də məhz odur ki, Valehdə
Sarıköynəyin fikirlərini axıracan oxumaq və ifadə
etmək imkanı yoxdur. Əsərin bir neçə yerində Valeh
Sarıköynəyi dərin məhəbbətlə sevdiyini, onu yaxından
başa düşdüyünü etiraf edir. Lakin bu başa düşməklik,
təbii ki, ona «hər şeydən agah olan», bütün obrazların
qəlbinə eyni dərəcədə nüfuz edə bilən təhkiyəçi-müəl-
lif sərbəstliyi vermir. Odur ki, Sarıköynəyin daxili
aləminin lazımi səviyyədə açılması üçün sözü onun
özünə vermək ehtiyacı yaranır. Müftəxor Məcidovlara
qarşı fəal mübarizə aparmaqda Valehlə əlbir olan
Sarıköynəyi yaxından başa düşmək üçün onun
(Sarıköynəyin) öz etirafını dinləmək əlverişli bədii
Muxtar Kazımoğlu
__________________________________
134
vasitəyə çevrilir: «Elə bil bir səs mənə hey deyirdi:
«Gərək siz bu namərdlərə qalib gələsiniz!» Elə bil
dünyanın bütün gücü, qüvvəti birdən-birə bizə
verilmişdi. İndi hər yerdə Valehin igidliyindən
danışırdılar. Mən isə o dəqiqələrdə bu igidliyi tək
gözümlə görmürdüm, bütün varlığımla hiss edirdim.
Bu igid mənim nişanlım, mənim iki gözüm idi...» (18,
159). Sarıköynəyin, eləcə də Muradzadənin etirafları
fəal həyat mövqeyi ilə seçilən, mənfiliklərə qarşı
ardıcıl mübarizədən çəkinməyən Valehin etirafları ilə
birləşir və vahid bədii-estetik istiqamətə doğru
yönəldilir. Oxucu bəzi digər surətlər barədə təsəvvürü
də həmin etiraflardan alır.
«Adamlar və ağaclar» romanından fərqli olaraq,
«Sarıköynəklə Valehin nağılı» romanında hadisələrin
bir yox, bir neçə obrazın dilindən danışılması heç də
təhkiyəyə çoxplanlılıq xarakteri vermir (müəllif romanı
çoxplanlı təhkiyə əsasında qurmağı qarşıya məqsəd
qoymur). Çoxplanlı təhkiyənin meydana çıxması üçün
müəllif nitqinin iştirakı ilkin şərtlərdəndir. «Çoxplanlı
təhkiyədə obyektiv və subyektiv başlanğıcların
qovuşması sayəsində daha geniş və dərin, həm də
ikili təsvir üçün şərait yaranır, yəni bunlardan biri
müəllifin, digəri isə qəhrəmanların və surətlərin (baş
qəhrəman yerində çıxış etməyən personajların – M.
K.) mövqeyini ifadə edir» (16).
«Güllü paltar mövsümü», «Macal», «Qanköçürmə
stansiyası» kimi daxili monoloqlu povestlərimizdə
müəllif nitqinin iştirakı, obyektiv və subyektiv
Dostları ilə paylaş: |