_______________________________ Epos. Nəsr. Problemlər
111
bacarırlar; düşünən qəhrəman sadəcə olaraq mühitin
sıravi nümayəndələrindən biri deyil, mühitlə konfliktə
girə biləcək bir adamdır; o, daxili konflikt, ikiləşmə
anları yaşayır, özünü yad bir adam kimi götür-qoy və
ittiham edə bilir. L.Tolstoy və F.Dostoyevski və
yaradıcılığında düşünən, özünü dərk edən adamların
(Neklyudov, A.Karenina, Raskolnikov, Qolyadkin)
qəhrəman
kimi
seçilməsi
təbii
olaraq
bədii
əksetdirmənin xüsusi prinsipi olan psixologizm ilə
vəhdət təşkil edib. «Özünütəhlil istənilən adamın
təsvir edilməsində əsas götürülə bilər. Lakin istənilən
adam belə təsvir üçün əlverişli material vermir.
Qoqolun çinovnikinin bu yerdə çox az imkanı vardır.
Dostoyevski elə qəhrəman axtarmışdır ki, o daha çox
idrak adamı olsun, bütün həyatı boyu özünü və
dünyanı dərk etməyə can atsın» (8, 58). Qoqolun
qəhrəmanı Dostoyevskinin psixoloji nəsri üçün baş
qəhrəmana çevrilə bilmir. Dostoyevski və Tolstoydan
fərqli olaraq, Qoqolu – düşünə bilməyən, özünü və
dünyanı anlama hissindən uzaq olan, mənəvi
oyanma, iztirab keçirmə situasiyaları yaşamayan
qəhrəman daha çox maraqlandırır. «Personajların
hiss-həyəcanlarının
təhlili
Qoqolda,
həqiqətən,
yoxdur, lakin ona görə yoxdur ki, təsvir obyektinin özü
(satirik tiplərin mənəvi ölülüyü) belə təhlil üçün geniş
imkanlar vermir» (9, 16). Təəccüblü deyil ki, gerçəkliyi
qəhrəmanın təfəkkür süzgəcindən keçirərək qələmə
alan F.Dostoyevski və L.Tolstoy nəsrində daxili
monoloq aparıcı bədii struktur elementi olduğu halda,
Muxtar Kazımoğlu
__________________________________
112
qəhrəmanın
daxili
aləmini
zahiri
hərəkət
və
davranışlarda ifadə edən N.Qoqol nəsrində sözün
geniş mənasında daxili monoloqa, demək olar ki, rast
gəlmirik. Mənəvi genişliklə səciyyələnən obrazlar
yaradılarkən daxili monoloq ən gərəkli bədii forma
olduğu halda, mənəvi məhdudluqla səciyyələnən
obrazlar yaradılarkən daxili monoloqa o qədər də
ehtiyac duyulmur.
Müasir
Azərbaycan
nəsrimin
inkişaf
yolları
F.Dostoyevski,
L.Tolstoy,
N.Qoqol,
A.Çexov,
C.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqa böyük
sənətkarların söz səltənətindən keçir. Bədii əsərin
məzmun və forma komponentlərinin harmoniyası
keçmiş
ədəbi
təcrübənin
mühüm
sənətkarlıq
təlimlərindən biri kimi qəbul edilir. Nəsr bədii ifadə
tərzini seçdiyi qəhrəmanlara uyğunlaşdırır, düşünən
qəhrəmanlar bədii əksetdirmənin xüsusi tiplərini
meydana çıxarır.
Ədəbi tənqidin dönə-dönə göstərdiyi kimi, müasir
Azərbaycan nəsri «adi» adamların həyat və məişətinə
daha çox maraq göstərir. Davranışları, danışıqları,
dünyagörüşləri
ilə
ilk
baxışda
özgələrindən
seçilməyən adamlar baş qəhrəman yerində təqdim
olunur. Müasir nəsrimizdə «düşünən qəhrəman»
anlayışının ən ümumi cəhəti məhz ondan ibarətdir ki,
o, sıravi adamların – bizim iş yoldaşlarımız olan
zəhmətkeş kəndlinin, fəhlə və ziyalıların bədii surə-
tidir. Lakin orası da var ki, hər sıravi adam düşünən,
özünü dərk edən qəhrəman kimi götürülmür. Düşünən
_______________________________ Epos. Nəsr. Problemlər
113
qəhrəman,
təbii
ki,
dərketmənin
mənəvi-əxlaqi
atributlarını (vicdan və ləyaqət hissi, daxili müşahidə,
ətraf hadisələrə şüurlu münasibət və s.) daşıyan,
daxili etirafa hazır olan bir qəhrəmandır. Tanınmış
yazıçı-ədəbiyyatşünas Ç. Hüseynov müasir nəsrdə
«etiraf»ın üç təxmini şərtini və tipini müəyyənləşdirir:
1) yüksək əxlaqlı insanın etirafı; 2) mənəvi təmiz-
lənmə hissi keçirən, keçmişə qayıdaraq düşüncə və
hərəkətlərindəki durğunluğun səbəbini öyrənməyə
çalışan insanın etirafı; 3) mənəvi cəhətdən pozulmuş,
lakin bu pozğunluqdan qurtarmağa can atan insanın
etirafı (10, 195).
60-70-ci illərdə yazılmış müasir mövzulu hekayə,
povest və romanlarımızın «etiraf edən» qəhrəmanları
peşə etibarilə müxtəlif adamlardır: jurnalist (İ.
Hüseynovun
«Teleqram»
povestində
Zəlimxan),
sürücü
(Ə.Əylislinin
«Kür
qırağının
meşələri»
povestində Qədir), fəhlə (Ç. Hüseynovun «Məhəmməd,
Məmməd, Məmiş» romanında Məmməd), qəssab
(S.Əhmədovun «Qanköçürmə stansiyası» povestində
Hüsən), alim (S.Əhmədovun «Toğana» romanında
Adil, Ə.Əylislinin «Güllü paltar mövsümü» povestində
Canəli müəllim), nəşriyyat işçisi (Anarın «Ağ liman»
povestində Nemət), memar (Anarın «Macal» poves-
tində Fuad) və başqaları. Fərdi cizgilərlə qələmə alınan
bu obrazlar az və ya çox dərəcədə müsbət – mənfi
birtərəfliliyindən
uzaqdır.
Onlar
tutuşdurulduqda
rəngarənglik özünü daha qabarıq şəkildə göstərir.
Ç.Hüseynovun təxmini bölgüsünə əsaslansaq, ümumi
Muxtar Kazımoğlu
__________________________________
114
şəkildə Zəlimxan, Canəli müəllim və Məmmədi mənəvi
saflığı və şərə qarşı ciddi narahatlığı ilə seçilən, Nemət
və Fuadı mənəvi oyanma və özünüdərketmə anları
yaşayan, Qədir isə doğma mühitlə üz-üzə gələn və bu
mühitlə bağlılığı bərpa etməyə can atan qəhrəman kimi
səciyyələndirə bilərik. (S.Əhmədovun Hüsən, Adil və
digər «etiraf» qəhrəmanlarını həmin bölgülər daxilində
səciyyələndirmək çətindir, odur ki, onlar barədə sonra
xüsusi danışılacaq.)
Anarın
«Dantenin
yubileyi»
povestində
qəhrəmanın
daxili
aləmi
zahiri
hərəkət
və
davranışların təsviri sayəsində oxucuya çatdırılır.
Əsərdə qəhrəmanın daxili düşüncələri bədii mətndən
kənarda qalır. Həmin yazıçının «Macal» povestində
isə vəziyyət tamamilə başqa cürdür: qəhrəman
hadisələr içərisində təqdim edilməkdən daha çox,
hadisələr qəhrəmanın qavrayışında təqdim olunur,
bədii mətn, əsasən, onun düşüncələri üzərində
qurulur. Eyni müəllifin yaradıcılığında əksetdirmə
prinsiplərinin belə fərqini əsərlərin yazılma tarixi ilə
(«Dantenin yubileyi» 1968, «Macal» isə 1976-cı ildə
yazılıb), yazıçının yaradıcılıq imkanlarının ildən-ilə
inkişaf edib, dəyişməsi ilə əlaqələndirmək düzgün
olmazdı. Çünki xarakterin zahiri detallar vasitəsilə
açılması sənətkarlığın aşağı səviyyəsi demək deyil
(N.Qoqol və C. Məmmədquluzadə kimi klassiklərin
yaradıcılıq yolu buna ən yaxşı örnəkdir); necə ki yeri
gəldi-gəlmədi xarakterin düşüncələrinin də genişliklə
təcəssümü sənətkarlığın mütləq yüksək səviyyəsi
Dostları ilə paylaş: |