155
lıdır (onun ifadəsidir). Belə şeirlərdə «Dədə Qorqud» za-
hiri
planda olmasa da, bir ruh, daxildən, arxaik yaddaşdan
gələn enerci simvolları kimi poetik mətnə daxil olur.
Tədqiqatçı G.Əliyeva bu barədə Azərabycan poeziyasında
xüsusi poetik üsluba malik olan R.Rövşən poeziyasının
nümunəsində yazır: «70-90-cı illər poeziyasında Dədə
Qorqud boylarından əksər hallarda ritorik və patetik isti-
qamətdə deyil, estetik yönümdə istifadə edilmiş, dastan-
ların heyrətamiz sənətkarlıq xüsusiyyətləri çağdaş poetik
fikrimizi zənginləşdirmişdir. Bu mənada boyların silsilə
epitetlərindən bədii təcrübədə istifadə olunmasını qabart-
maq olar.
Məlumdur ki, «Dədə Qorqud» boylarında çox
vaxt bədii isim üçün iki və daha çox bədii təyindən istifadə
olunur. Məsələn, «Köksü gözəl qaba dağlara gün dəyən-
də», «Qarşu yatan ala dağdan bir oğul uçurdunsa, degil
mana; Qamən axan yügrək sudan bir oğul axıtdınsa, degil
mana» və s. Eyni bədii priyomdan çağdaş poeziyada istifa-
də edərkən məhz «Dədə Qorqud» boylarına söykənildiyi
heç bir şübhə doğurmur. Bu bədii vasitə Ramiz Rövşən
poeziyasında daha uğurla özünə mövqe tutmuşdur:
Başı kəsik gözəl kötük,
Bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
Bıçağı sənə kim çəkdi (bax: 286, 11 - Y.İ).
Aydın görünür ki,
müqayisə edilən nümunələrdə
hətta hecaların sayı da eynidir:
Köksü gözəl qaba dağlar
Qarşu yatan ala dağdan
Qamən axan yügrək sudan
Başı kəsik gözəl kötük» (139, 60).
156
«Dədə Qorqud» motivləri ilə əlaqəsi zahiri planda
birbaşa görünməyən bu tipli şeirlərdə güclü metaforik plan
olur. Yəni sözü gedən motivlər həmin şeirlərin metaforik
strukturunda işarələr halında mövcud olur. Həmin məcazi
elementlər,
simvolik işarələr, əslində, alt qatda, şeirin öz
«yaddaşında» mövcud olan «Dədə Qorqud» motivlərini
aşkarlamağa imkan verir. Tənqidçi-ədəbiyyatşünas A.Əm-
rahoğlu bədii mətnin bu qatına işarə edərək yazır: «Bədii
əsərdə təsadüfi heç nə olmur. Ən adi detaldan tutmuş, mənfi
və müsbət mühitdən asılı olmayaraq, əsas surətlərə qədər
bütün bədii aləm məqsədli xarakter daşıyır. Subyekti mə-
lum olmayan ən adi cümlə belə ilk növbədə söyləyənin,
daha sonra konkret tarixi şəxsiyyət kimi müəllifin fikrinin
realizəsinə xidmət edir.
Bütün hallarda deyim, işarə, əşya
aləmi, təbiət mənzərəsi və s. mövqedir, baxışdır, münasi-
bətdir. Real həyatdan fərqli olaraq bədii həyatda (bədii
mətn məkanında - Y.İ.) mövqe sırf fərdi mahiyyəti ilə ya-
naşı, bədii-estetik məzmun qazanır, ierarxik münasibət-
lərin müəyyən qatı, sırası səviyyəsində kompozisiya hadi-
səsinə çevrilir» (143, 115).
Tədqiqatçı Ş.Məmmədov şair, yazıçı, publisist Hida-
yətin «Dədə Qorqud» motivləri üstündə köklənmiş poezi-
yasının xarakterik cəhətlərindən danışarkən yazır: «Hida-
yətin «Dədə Qorqud» şeirində Azərbaycan ellərində Qor-
qud öyüdünə - ulu (ata-ana) nəsihətinə əməl olunduğu qeyd
edilir, elimizin adət-ənənələrinin
müqəddəs və humanist
məziyyətləri açıqlanır, poetik məqamda zamanın, dövrün
bəlaları lirik-fəlsəfi axarla əlaqəli verilir:
...Yadın torpağında gözümüz yox,
Özgənin varıyla nə işimiz var?!
Xalqımızın əvvəldən gözləri toxdur,
Fəqət... çox qəribə gərdişimiz var.
157
Düşmən qılıncını qoymayıb qına,
Biz dost axtarmışıq, o, nifrət gəzib;
Duz-çörək qoymuşuq dəstərxanına,
Arxadan vurmağa o, fürsət gəzib.
...Dönüb qürurumuz daşqın bir selə,
Hərdən namərdlərdən yaralansaq da,
Bir qanlı çay ilə, körpülər ilə
Bir ürək ikiyə parçalansa da! (241, 53)
Dədə Qorqud bir obraz kimi şair Məmməd İsmayılın
yaradıcılığında da geniş yer tutur. Şair 1976-cı ildə çap
olunmuş «Söz vaxtına çəkər» adlı kitabında Dədə Qorqu-
du saz-söz ənənələrinin yaradıcısı kimi tərənnüm etmişdir:
Dədə Qorqud babamızın
Əlinin boş vaxtı olub,
Könlünün xoş vaxtı olub,
Elə bir saz düzəldib ki,
Siftəsini özü çalıb,
Dünyanın xoşbəxti olub (139, 58).
İlk baxışda burada sazın yaradılması Dədə Qorqudun
istəyi, arzusu («Əlinin boş vaxtı olub») kimi verilmişdir.
Ancaq sonrakı misrada («Könlünün xoş vaxtı olub») sazın
yaradılması müqəddəslik məqamı kimi tərənnüm olun-
muşdur. Qorqud atanın «könlünün xoş vaxtı» - onun kön-
lünə «Tanrı təalanın ilham verdiyi, qeybdən dürlü xəbərlər
söylədiyi» məqamdır. Şair sazın yaradılmasını bu məqama
bağlamaqla
onun ilahiliyinə, müqəddəsliyinə işarə etmiş-
dir. Təsadüfi deyildir ki, M.İsmayıl «Aşıq qardaş» adlı
başqa bir şeirində aşığa müraciət edərək sinəsinə basdığı
sazın müqəddəsliyini, tarixi-mənəvi məsuliyyətini bir an
belə olsun unutmamağa çağırır.
158
Şeirdə oxuyuruq:
«Aşıq qardaş, köklə sazın,
Zilini zil, bəmini bəm,
... O sazdırmı,
Əllərində Dədə Qorqud açarı var.
Çal bir görüm, tilsimləri
Axı necə açmaq olar.
Çal, qəzanın qədərindən
Görüm necə qaçmaq olar?!» (139, 59).
Şairin sazla tilsimləri açmağın, qəzanın qədərindən
qaçmağın mümkünlüyü haqqında
düşüncələri məna tutu-
mu etibarilə dərindir. Burada «tilsimlərin açılması», «qə-
za-qədərdən qaçılması» dedikdə heç də şəxsi məqamlar
nəzərdə tutulmur. Çünki söhbət sazdan - xalqımızın kön-
lünü əsrlər boyu oxşayan, onun dərdlərinə tərcüman olan
ümummilli sərvətdən gedir. Bu halda «tilsimlərin açılması
- qırılması», «qəza-qədərdən qaçılması» milli tale ilə bağlı
məqamlara işarə edir.
Ümumiyyətlə, şairin yaradıcılığında Dədə Qorqud
obrazı təkcə bu nümunələrlə məhdudlaşmayıb, milli-mə-
nəvi, estetik-bədii dəyərlərlə bağlı geniş şəkildə tərənnüm
olunan obrazdır. Bu cəhətdən sənətkarın digər şeirləri də
səciyyəvidir. Məsələn, «Qurd» şeirində də «Dədə Qorqud»
epik ənənəsi üçün xarakterik olan milli simvolikadan ya-
radıcı şəkildə istifadə olunmuşdur. (183, 99-100).
Müasir Azərbaycan poeziyasında «Dədə Qorqud»
motivləri şair Vaqif Aslanın yaradıcılığında
mühüm yer
tutur. Əslində, V.Aslan «Dədə Qorqud» poetik cazibəsin-
dən, bir növ, ayrı düşə bilmir, sənətkarın poetik ilhamı
hansı mövzulara üz-tutursa-tutsun, zamanla yenə də «Də-
də Qorqud» dünyasına qayıdır. Bəlkə, məhz buna görə də
tədqiqatçı R.Orsər onu «Dədə Qorquddan qor alıb qutla-