143
Eyni məsələyə tənqidçi Ə.Cahangir belə şərh verir:
«Postmodernist yazıçı kimi Kamal Abdullanın
düşüncə-
sində zamanlar arasındakı fərq silinib, buna görə onun ro-
manının dilini çıxmaq şərtilə əsərdə ənənəvi tarixi əsərlər
üçün səciyyəvi olan xüsusi kolorit yoxdur» (77, 251).
Beləliklə müasir ədəbi tənqid K.Abdullanın «Yarım-
çıq Əlyazma»da reallaşdırdığı bədii gerçəkliyi postmoder-
nist faktura kimi qəbul edir. Postmodernizm çağdaş Azər-
baycan ədəbiyyatında özünə artıq yer tutmuş yaradıcılıq
üslubudur. Lakin ona birmənalı münasibət yoxdur. Mahiy-
yətcə hər cür ənənəni inkar edən, onu dağıdan postmoder-
nizm bir sıra gənc yazarlar və ədəbiyyatşünaslar tərəfindən
qəbul
olunsa da, başdan-başa ənənəvi dəyərlərlə yaşayan
Azərbaycan ədəbi düşüncəsi bütövlükdə postmodernizmi
qəbul etmir.
«Yarımçıq Əlyazma» romanına müasir ədəbi tən-
qidin çoxsaylı baxışlarından gətirdiyimiz və postmodernist
estetikanı əks etdirən bu iki fikir nümunəsi əsərdə reallaş-
dırılmış müəllif konsepsiyasının nə qədər müxtəlif şərhlər
doğurduğunu (və hələ bundan sonra da doğuracağını) gös-
tərir. Həmin baxışlar göstərir ki, K.Abdullanın romanı
postmodernist estetikanı da
öz içinə almaqla daha mürək-
kəb fenomendir. Bu xüsusda T.Salamoğlunun fikrinin hə-
qiqətinə qoşuluruq: «Yarımçıq Əlyazma»nın hərtərəfli
dərkinin zamana ehtiyacı var. Anarın Y.Səmədoğlunun
«Qətl günü» romanı haqqında dediyi bir fikri iqtibas etsək,
belə də
demək olar ki, «Yarımçıq Əlyazma» bir oxunuşda
qavranılan əsər deyil. Xüsusən romanın dilindəki çoxsəs-
lilik (polifoniya - Y.İ.), bədii nitqin dialoji xarakteri
«mətn»lərin müxtəlif cür qavranılmasına şərait yaradır.
Romanın idrakı (dərki, qavranılması - Y.İ.) zamanı post-
144
modernizmi də, Baxtinin polifonik roman nəzəriyyəsini
də, dünya ədəbiyyatının postmodernist
və polifonik roman
təcrübəsini də, yazıçının bu estetik konsepsiyalardan və
ədəbi təcrübələrdən kifayət qədər yararlanmaq imkanını
da, çağdaş zamanın yazıçı və oxucuya «diktə»lərini də
nəzərə almaq lazım gəlir» (301, 102).
Beləliklə, «Dədə Qorqud» motivlərinin müasir Azər-
baycan nəsrinə təsirinə ümumi şəkildə nəzər saldıqda ma-
raqlı bir həqiqət ortaya çıxır. «Kitabi-Dədə Qorqud» eposu
bütün zamanlarda və bütün məkanlarda, bütün məzmun və
forma transformasiyalarında öz həqiqətini saxlayır. Bu
həqiqət onun milli düşüncəni etnoenergetik potensiyası ilə
qidalandırma gücündə ifadə olunur. Bu güc M.Rzaquluza-
də və Ə.Muğanlının izlədikləri «mənəvi istiqamətdə» də,
Anarın izlədiyi «milli özünütəsdiq istiqamətində» də,
həmçinin K.Abdullanın izlədiyi və hələlik «postmoder-
nizm» kimi səciyyələndirilən «istiqamətdə» də öz məzmu-
nunu dəyişmir. Azərbaycan nəsrinin iki əsrdə (XX və XXI
yüzillərdə) baş verən bədii yaradıcılıq təcrübəsi milli
varlığımızda var olan «Dədə Qorqud»
ruhunun əbədiliyini
və həmişəyarşarlığını yalnız təsdiq edir.
145
III FƏSİL
«KİTABİ-DƏDƏ QORQUD» VƏ MÜASİR
AZƏRBAYCAN POEZİYASININ İNKİŞAF
XÜSUSİYYƏTLƏRİ
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan ədəbiyyatına təsiri probleminin ən çətin və ən mü-
rəkkəb hissəsini dastanın motivlərinin müasir poeziyada
necə inikas olunması təşkil edir. Çətinlik ilk növbədə ma-
terialın son dərəcə çoxluğu ilə bağlıdır. Azərbaycan poe-
ziyası həmişə məzmun baxımından olduğu kimi, kəmiyyət
cəhətindən də zəngin olmuşdur. Əlinə qələm götürən şair-
lərimizin, demək olar ki, hər biri öz yaradıcılığında «Dədə
Qorqud»la bağlı hansısa poetik detaldan istifadə etmişlər.
Bunun belə olması təbiidir. «Dədə Qorqud» xalqımızın bə-
dii düşüncəsində əbədi yaşayan poetik ruhdur. Şairlərin tə-
xəyyülündə ilhamın oyanması tarixən bu ruhun da oyan-
ması ilə müşayiət olunmuşdur. Birinci fəsildə milli poetik
düşüncənin tarixi inkişafına edilmiş qısa baxış da göstərdi
ki, Qorqud ədəbi ruhu həmişə var olmuş, daim milli poetik
düşüncəni qidalandırmışdır. XX əsrin birinci yarasında
«Kitabi-Dədə Qorqud» eposunun çap olunaraq cəmiyyəti-
mizdə məşhurlaşması bu ruhu şairlərin təxəyyülündə küt-
ləvi şəkildə coşdurdu. Həmin coşqu müasir ədəbiyyatı-
mızda bu günə kimi davam etməkdədir. Ona görə də «Də-
də Qorqud» motivlərinin müasir
poeziyada izlənilməsi de-
dikdə göz önünə, obrazlı desək, ümman nəhəngliyində
material gəlir. Həmin materialı faktiki baxımdan izləmək,
sistemləşdirmək çox çətin məsələdir. Bu sahədə hörmətli
tədqiqatçılar T.Hacıyev, K.V.Nərimanoğlu, C.Abdullayev,
N.Ələkbərov, Ş.Məmmədov, H.Həşimli, G.Babaxanova,
V.Əliyev, G.Əliyeva, Q.Həsənova və başqalarının tədqi-
qatlarına (bax: 154; 157; 345; 348; 24; 118; 119; 241; 242;
146
164; 61; 136; 139; 162) nəzər saldıqda görürük ki, bu
məqalələr problemin həmişə müəyyən tərəflərini əks etdir-
mişdir. Yəni bu qədər nəhəng və zəngin materialın məqa-
lələr vasitəsilə, o cümlədən burada olduğu kimi, tədqiqatın
bir fəsli həcmində öyrənilib qurtarması mümkün deyildir.
Bu, monoqrafik yanaşma tələb edən xüsusi və müstəqil
problemdir. Ancaq
təcrübə onu da göstərir ki, bu nəhəng
problemin həllinə gedən yol elə çoxsaylı kiçik tədqiqatlar-
dan keçir. Ona görə biz də burada məsələni tədqiqatımızın
həcminin, o cümlədən məqsəd və vəzifələrinin imkan ver-
diyi dərəcədə əhatə etməyə çalışacağıq.
Maraqlıdır ki, müasir Azərbaycan ədəbiyyatında “Də-
də Qorqud» motivlərinin bədiiləşdirmə təcrübəsi Ə.Dəmir-
çizadənin keçən əsrin 40-cı illərində yazdığı «Dədə Qor-
qud» librettosu və «Qaraca Çoban» pyesi ilə başlandığı
kimi, bu sahədə şeir yaradıcılığı da elə onun özünə məx-
susdur. Şeirləri keçən əsrin 20-ci illərinin sonundan qəzet
səhifələrində çap olunan Ə.Dəmirçizadə «Dədə Qorqud»
motivləri üzərində yazdığı dram əsərlərində şeirlərdən də
istifadə etmişdir. Alim-ədib bu şeirləri bəzən müstəqil əsərlər
kimi mətbuatda da çap etdirmişdir (bax: 100).
Müasir poeziyada «Kitabi-Dədə Qorqud» motivlərin-
dən istifadə ənənəsi daha sonra dövrün ab-havasına uyğun
olmuşdur. Repressiyalar
dövründə ona maraq zəifləmiş, lap
sönmüş, sonralar yenə güclənmişdir. Ümumiyyətlə isə
«Dədə Qorqud» Azərbaycan ədəbiyyatın heç vaxt tərk
etməmişdir. Tədqiqatçı G.Babaxanovanın yazdığı kimi,
«Dədə Qorqud kitabı» və 20-30-cu illər Azərbaycan sovet
poemaları (ümumən poeziyası - Y.İ.) arasında mövzu, mo-
tiv, obraz, ideya, bədii ifadə vasitələri baxımından istənilən
qədər paralellər aparmaq, səsləşmələr, bəhrələnmələr, təsir-
lənmələr aşkara çıxarmaq mümkündür» (61, 63-64).
N.Ələkbərli göstərir ki, «Kitabi-Dədə Qorqud» möv-
zusu sovet dövrü Azərbaycan poeziyasında 50-ci
illərdən