135
hansı bir məqamın bütöv və dərindən qavranılmasına
böyük köməkdir.
Bu səbəblər, başqa sözlə desək, bu mo-
tivlər nə şəkildə özünü göstərir? Demək olar ki, bir, ya iki
söz, cümlə, davranış tərzi, adi ştrix, detal da gözəgörün-
məz gərgin bir münasibətlər kələfinə işarə edə bilir və ya-
xud, bir kələfin yaranmasını şərtləndirir. Bu işarələr müx-
təlif səviyyəli olsalar da (məsələn: söz və davranış tərzi;
cümlə və detal və s.) öz aralarında pozulmaz bir sistem
yaratmış kimidirlər» (16, 11-12).
Əslində, «Yarımçıq Əlyazma» romanında gerçəkləş-
dirilmiş müəllif konsepsiyası -
müəllifin düşüncədə qurdu-
ğu roman modelinin prinsipləri bütövlükdə bu gizli mə-
qamlarla bağlıdır. Çünki K.Abdulla bu məqamları əsas he-
sab etməklə yanaşı, onları məhz bədiiləşdirmə planı sayır:
«Bəlkə də, gizli motivlər sistemi burada, əslində, əsas bə-
diilik planıdır. Bədiiliyin bu cür qavramında bütöv situasi-
yalar və gərgin dramatik məqamlar sanki gözə girmədən
ömr edir, bir növ, sualtı üzür» (16, 11-12).
İndi isə «Kitabi-Dədə Qorqud»da K.Abdullanın
əsaslandığı bir sıra gizli işarələrə diqqət edək. Bunlardan
birincisi və əsası romanda Alp Aruzun Bayındır xan
tərəfindən bəyənilmiş haqlı mövqeyi ilə bağlı işarədir.
«Salur Qazanın evinin yağmalanması boyu»nda Qazan
bəylərlə ova çıxarkən Aruz qərargahın başsız qalmasından
qorxub soruşur: «Ağam Qazan, sası dinli Gürcüstan sər-
həddinə gedirsən, qərargahının üstünə kimi qoyursan?».
Qazan dedi: «Oğlum Uruz üç yüz igidlə evimin keşiyində
dursun» (202, 140).
Qazan burada böyük məsuliyyətsizlik edir. O, evini
heç
bir döyüş bilməyən, yeniyetmə Uruza etibar etməməli
idi. Lakin o, evinin üstundə təcrübəli bir bəyin qalmasını
da öz hakimiyyətinə təhlükə saydığı üçün bu işi bir uşağa -
Uruza tapşırır.
136
«Bamsı Beyrək boyu»nda Beyrək kafir bəyinin
qızını oğuz igidlərinin əxlaqına yad olan bir motivlə alda-
dır. Ona evlənməyə and içir: «Qız Beyrəyə aşiq olmuşdu,
ona görə də dedi: «Əgər səni hasardan örkənlə aşağı salla-
sam, sağ-salamat ata-ananın yanına getsən, məni burda
halallıqla alarsanmı?» Beyrək and içdi: «Oğuz yurduna sa-
lamat çatsam, gəlib səni halallıqla almasam, qılıncımla
doğranım! Oxuma sancılım! Yer kimi çatlayım, torpaq ki-
mi sovrulum!» (202, 157).
Bu motivi araşdırmış tədqiqatçılar Beyrəyin dastanda
ölümünün səbəbləri sırasında
onun and içməsinin rolunu
ayrıca qeyd edirlər (14; 208; 235; 241; 272 və s.). Lakin
bu motivdə bizə bir cəhət daha maraqlı gəlir. Beyrək Oğu-
za düşmən Bayburd qalasında dustaq olsa da, qalanın bə-
yinin qızı belə hesab edir ki, Beyrək gəlib onu halallıqla,
yəni dədə-baba qaydası ilə, ağsaqqalların elçiliyi ilə ala bi-
lər. Yəni Oğuza düşmən qalanın bəyi qızı hansısa münasi-
bətlər zəminində Beyrəyə verə bilər. K.Abdulla bu gizli
detalı romanda Beyrəyin Bayburd qalası ilə gizli əlaqələ-
rinə qədər inkişaf etdirmişdir.
Dastanda «Bəkil oğlu İmranın boyu»nda ovdakı bü-
tün bəylər Bəkilin hünərini təsdiq etsələr də, Salur Qazan
Bəkilin
hünərini inkar edərək, onu açıqdan-açığa təhqir
edir. Bəkil ona deyir: «İgidlər içində bizi bədnam edib,
quşqunumuzadək palçığa batırdın» (202, 202-203). Ovda
yaralanmış Bəkilin evinə düşmən hücum edərkən Bəkillə
oğlu arasındakı söhbət zamanı oğulun dediyi : «Qazan
kimdir? Mən onun əlini öpməmişəm» (202, 140) sözləri
də böyük konfliktdən xəbər verir. Salur Qazan bəylərbəyi
idi. Bəkilin oğlu İmran onun əlini öpməmişdisə, demək,
ona itaət andı içməmişdi.
Belə detallar - «gizli işarələr» dastanda çoxdur və
K.Abdullanın öz elmi və bədii yaradıcılığındakı yeni yo-
zum konsepsiyası dastandakı məhz belə işarələrin açımına
137
əsaslanır. Əlbəttə,
demək olmaz ki, romanın bütün süjeti
dastandan gələn işarələrin düzümündən ibarətdir. Əgər be-
lə düşünsək, bu halda K.Abdullanın yazıçı istedadını, bə-
diiləşdirmək qabiliyyətini, poetik təxəyyül və fantaziyasını
inkar etmiş olarıq. Bu cəhətdən roman, əslində, dastandan
gələn gizli işarələrlə yazıçı təxəyyülünün qovuşmasından
yaranmış orijinal mətn hadisəsidir.
«Yarımçıq Əlyazma» romanı orijinal kompozisiyaya
malikdir. Burada mətnin üçü bədii, biri elmi olmaqla dörd
ifadə planı var:
Birincisi, romanın təhkiyəçi
Qorqud da daxil olmaq-
la oğuzlardan bəhs edən əsas süjet planı;
İkincisi, təhkiyəçi Qorqudun birinci süjet planındakı
bütün hadisələrə müstəqil münasibətini ifadə edən və
mətndə mötərizə içərisində verilmiş plan;
Üçüncüsü, romanda zamanın sinxronlaşdırılması
(paralelləşdirilməsi) prinsipinə əsaslanmaqla Şah İsmayıl
Xətaidən bəhs edən süjet planı;
Dördüncüsü, romanda müəllifin - K.Abdullanın bir-
başa iştirakını təmin edən və mətndə ayrıca şrift düzümü
ilə verilmiş elmi şərh planı.
Birinci səviyyə romandakı bütün mətn elementlərini
birləşdirən əsas xəttdir. Dədə Qorqud özü də bu xəttin içə-
risində bir obrazdır. Lakin Dədə Qorqudun əsas süjet içəri-
sində bir özəl, bütün süjetin içərisində avtonom məkanı
təşkil edən təhkiyə qatı da var. Bunlar Dədə Qorqudun
gərgin süjet hadisələri içərisində dilinə gətirməyib ürəyin-
də düşündüklərindən ibarətdir. Poetik baxımdan
bunu da-
xili monoloq adlandırmaq doğru olar. K.Abdulla Qorqu-
dun daxili monoloqunu əvvəldən axıradək fərqli plan sə-
viyyəsində saxlamışdır. Hətta bu planı əsas süjet planından
fərqləndirmək üçün onu mötərizədə vermişdir. Nümunəyə
diqqət edək.
138
Əsas süjet planı:
«Bayındır xan xatunlara üzünü tutdu:
- Qızlar, sizə kimdən deyəlim, haradan söyləyəlim -
Trabzon məliyindən söz açalım. Elçisi gəldi. Bizim Qan-
turalı var ya?! Ondan şikayətçi imiş. Uzun qəziyyədir...
Amma Məlik Trabzonun ipəyinin, baftasının seçib-seçib
əntiqini, gözəlini göndərmiş,
indi söhbətimizi edəlim, biti-
rəlim, sonra Qılbaş sizi götürər, gedin, baxın, seçin, həpsi
sizin olsun. Nə dersiniz?
- Sağ ol, Xan baba. Malın-dövlətin tükənməsin.
- Sağ olasan, Xanlar xanı. Sənin tayın-bərabərin
Qalın oğuz bir yana, tüm fani dünyada yoxdur, bilirmisən?
- Banuçiçək dedi»
Ardı ilə Qorqudun daxili monoloq planı:
(Mən dəxi bu sözü unutmadım: «sənin tayın-bərabə-
rin fani dünyada yoxdur». Fani dünya ha. Xatunda sözə
bax)» (20, 184).
Qorqudun daxili monoloq planı avtonom məkan
olsa da, əsas süjet planının içindədir. Bu baxımdan, Şah
İsmayıl Xətaidən bəhs edən plan tam müstəqildir. Əsas
süjetə qəfildən daxil olur və onunla heç bir süjet-hadisə
əlaqəsi yoxdur. Bu süjetin qısa məzmunu ondan ibarətdir
ki, Şah İsmayıl Lələ Hüseyn vasitəsi ilə özünə Xızr adında
bir oxşar («dvoynik») tapdırır. Xızrı o qədər məşq etdirir-
lər ki, o, bütün danışığı və davranışları etirbarilə də Şah
İsmayılın oxşarına çevrilir. Şah İsmayıl Çaldıran
döyüşün-
də məğlub olanda yaşamağı mənasız sayır. Xızrı öz yerinə
qoyub birdəfəlik yox olur.
Romanda təsvir olunmuş bu hadisənin tarixi Şah İs-
mayılla heç bir əlaqəsi yoxdur. Tarixi mənbələr bu hadisə-
yə dair heç bir işarə vermirlər. Bu səbəbdən tənqidçilər