175
əsrlər türk şeir nümunələri ilə dəfələrlə apardığımız müqa-
yisələr nəticəsində bu qənaətə gəlmişik» (158, 3).
Ümumiyyətlə, bu məsələ barəsində fikir
və mülahi-
zələr çoxdur. Onların hamısına burada toxunmaq nə qədər
maraqlı olsa da, bura qədər deyilən fikirlərin özü konkret
nəticələr çıxarmağa imkan verir. «Kitabi-Dədə Qorqud»
eposunun müasir Azərbaycan poeziyasına təsiri barədə sa-
yı bilinməyən qədər şeirlərdən gətirə bildiyimiz bəzi nü-
munələr və elmi fikirlər əsasında düşündüklərimizi belə
ümumiləşdiririk:
Birincisi, «Dədə Qorqud» motivləri müasir Azərbay-
can şeirində geniş yayılmışdır. Bu məsələ, bir-iki şair,
yaxud bir-iki şeirlə məhdudlaşmayıb,
müasir şeirimizin
bizim keçən əsrdən başlayan və bugünə qədər davam edən
tarixini, demək olar ki, bütövlükdə əhatə edir. Bu dövrdə
stalinizm repressiyalarından irəli gələn bəzi fasilələr ol-
muşsa da, «Dədə Qorqud» ruhu ürəklərdə yaşamaqda da-
vam etmiş, repressiyalar aradan qalxdıqdan sonra həmin
ədəbi ruh böyük coşqu ilə ədəbi mətnlərdə öz ifadəsini
tapmışdır.
İkincisi, müasir Azərbaycan poeziyasında gerçəkləş-
miş «Dədə Qorqud» motivləri üzərində aparılmış müşahi-
dələr göstərir ki, eposun XX əsrin birinci yarısında çap
olunaraq Azərbaycan cəmiyyətində yayılmasının,
tədqiq
və təbliğ olunmasının onun müasir ədəbiyyatda öz əksini
tapmasında nə qədər böyük rolu olsa da, burada elmi nə-
zərlərdən kölgədə qalmış bir cəhət də vardır. Bu, Azər-
baycan ədəbi-estetik düşüncə tarixində həmişə var olan
«Qorqud poetik ruhu»dur. Dastanın şair və yazıçılarımızın
ruhuna yol açmasının tarixi onun çap olunma tarixi ilə
başlanmır. Əslində, «Kitabi-Dədə Qorqud» dastanının çap
olunub cəmiyyətdə məşhurlaşması milli yaddaşımızda
həmişə var olmuş «Dədə Qorqud» ruhunu oyatdı.
176
Üçüncüsü, «Dədə Qorqud» motivləri Azərbaycan
poeziyasında iki əsas ifadə planında gerçəkləşmişdir: açıq
ifadə planı və gizli ifadə planı. Birinci ifadə planı şeirlərdə
özünü açıq-aydın göstərən «Dədə Qorqud» obraz, motiv,
ideya, amal, əqidə, simvolları və s poetik fiqurlarda
reallaşıb. Bunlar «Qorqud» milli yaddaşı ilə açıq gözlə
görünən tellərlə bağlanan şeirlərdir. İkinci ifadə planında
isə biz şeirlərdə «Dədə Qorqud» motivlərini açıq şəkildə
görmürük. Belə şeirlərdə eposun obrazlarına, süjet və mo-
tivləri ilə bağlı elementlərə və s. dərhal rast gəlinmir. Yəni
bu şeirlər zahiri planda eposla sanki bağlanmır. Lakin hə-
min şeirlərin ruhunda bir «Dədə Qorqud» doğmalığı var.
Yəni «Kitabi-Dədə Qorqud»
bu şeirlərin ruhunda, maya-
sında, belə demək mümkünsə, poetik yaddaşında yaşayır.
Bunlar «Qorqud» milli yaddaşı ilə gözəgörünməz tellərlə -
simvolik işarələrlə bağlanan şeirlərdir.
Dördüncüsü, müasir Azərbaycan şeiri öz poetik
strukturu etibarilə «Kitabi-Dədə Qorqud» şeirinin poeti-
kası ilə bağlıdır. Bu bağlılıq iki üsulla gerçəkləşmişdir:
1. Şairləri «Dədə Qorqud eposunun şeir strukturu -
heca vəzni ilə sərbəst vəznin qovuşması vəcdə gətirmişdir.
Bu yolla eposun şeir «texnikası», onun ayrı-ayrı ünsürləri,
bədii nitq-deyim fiqurları, məcazi işarələr və s. müasir
şeirə gəlmişdir.
2. Müasir Azərbaycan şeiri öz poetik ruhu - bədii
yaddaşı etibarilə «Kitabi-Dədə Qorqud» şeirinə bağlıdır.
«Dədə Qorqud» şeiri müasir Azərbaycan şeirinin dünəni -
tarixidir. Onlar vahid poetik düşüncənin ayrı-ayrı mərhələ-
ləridir. Bu cəhətdən müasir şeirin bütün poetik texnologi-
yası öz kökləri etibarilə «Dədə Qorqud» şeirinə bağlanır.
Beşincisi, «Dədə Qorqud»
motivlərinin müasir Azər-
baycan şeirində necə inikas olunmasının buradakı tədqiqi
ortaya mürəkkəb və çoxplanlı məsələləri çıxarır. Bu prob-
lem öyrənildikcə tükənmək əvəzinə, daha da mürəkkəb-
177
ləşir, ortaya yeni-yeni məsələlər çıxır. Demək, eposun
çağdaş şeirə təsiri ayrıca elmi problem kimi öyrənilmə-
lidir. Məsələnin burada bir yarımfəsil həcmində qoyuluşu
bu problemin yalnız müəyyən kardinal məsələlərini, prob-
lematik tərəflərini əhatə etməklə tədqiqatın həcminin,
məqsəd və vəzifələrinin verdiyi imkanı əks etdirir.
«Kitabi-Dədə Qorqud» eposunun müasir Azərbaycan
şeirinə təsirinin öyrənilməsində «Dədə Qorqud»
motivləri
əsasında yazılmış poemalar xüsusi yer tutur. Burada
diqqəti cəlb edən mühüm bir nəzəri məsələ vardır. Bu,
təkcə poeziyada deyil, ümumiyyətlə müasir ədəbiyyatda
«Dədə Qorqud» mövzusunun kiçik janrlardan böyük
janrlara doğru inkişafı məsələsidir. Biz eyni prosesi «Dədə
Qorqud» mövzusunda nəsrin inkişaf tarixini izləyərkən də
müşahidə etdik. M.Rzaquluzadə yaradıcılığında silsilə he-
kayələri özündə birləşdirən povestlərdən başlanan «Qor-
qud» nəsri Ə.Muğanlının və Anarın yaradıcılığında iri-
həcmli povestə, kinodastana çevrildi, K.Abdullanın yara-
dıcılığında isə epik növün janr zirvəsinə - roman səviyyə-
sinə qalxdı. Eyni proses şeir sahəsində də müşahidə olu-
nur. «Dədə Qorqud» notları müasir poeziyada kiçik şeirlər
səviyyəsində ifadə olunmaqla qalmayıb, lirik növün də
zirvəsinə - poema janrı səviyyəsinə qalxmışdır.
Eyni pro-
sesi «Dədə Qorqud» dramaturgiyası haqqında da demək
olar. «Dədə Qorqud» motivləri əsasında dram növünün
müxtəlif janrlarında kifayət qədər sayda iri həcmli əsərlər
yazılmış və tamaşaya qoyulmuşdur. Beləliklə, bədii
düşüncənin bütün növlərində eyni prosesi - «Dədə Qor-
qud» motivlərinin kiçik janrlara sığmayıb, qlobal janrlara,
monumental formalara doğru inkişaf dinamikasını müşa-
hidə edirik. Bəs bunun səbəbi nədir? Yaxud bu məsələyə
diqqət vermək nə dərəcədə lazımdır?
Əvvəlcə sonuncu sualdan başlamaq məqsəduyğun-
dur. «Kitabi-Dədə Qorqud» müasir Azərbaycan ədəbiyya-
178
tında geniş yayılmış, çağdaş bədii
düşüncənin dərinliklə-
rinə nüfuz etmiş nəhəng mədəniyyət hadisəsidir. Müasir
Azərbaycan ədəbiyyatını onsuz təsəvvür etmək mümkün
deyildir. Bu ədəbiyyatı yaradan ən nəhəng simaların (ya-
zıçı və şairlərin) əksəriyyəti «Dədə Qorqud»a köklənərək
nə isə yazmış, yaxud öz əsərlərində bədii fiqurlar kimi
onun obrazlar sistemindən istifadə etmişlər. «Dədə Qor-
qud» motivləri müasir Azərbaycan ədəbiyyatı ilə qoşa ad-
dımlamaqla yanaşı, onun inkişaf dinamikasına mütəmadi
şəkildə təsir etmişdir. Bu yöndən yanaşdıqda ədəbiyyatı-
mızda «Dədə Qorqud» motivlərinin kiçik janrlar və for-
malardan qlobal-monumental janr və formalara doğru sü-
rəkli inkişafı diqqət tələb edən ciddi məsələdir.
İkinci sual isə birbaşa janr problemi ilə bağlıdır. Bu-
rada üç nəhəng janr hadisəsinin - eposun, romanın və poe-
manın əlaqələri diqqəti cəlb edir. «Kitabi-Dədə Qorqud»
dastanı monumental folklor abidəsidir. Dastan folklor
janrları içərisində həcmi və məzmunu
etibarilə ən iri janr-
dır. «Kitabi-Dədə Qorqud»un milli tarixdə oynadığı rol
onu «epos», yəni milli kitab, millətin, xalqın ana kitabı,
şah əsəri, milli kimliyin epopeyası səviyyəsinə qaldırmış-
dır. «Dədə Qorqud» eposunun nəhəngliyi, möhtəşəmliyi
heç də onun həcmi ilə yox, təmsil etdiyi etnosun tarixinin
ağırlığını «öz çiyinləri» üzərində nə dərəcədə daşıya bil-
məsi ilə müəyyənləşir. Bu baxımdan, «Kitabi-Dədə Qor-
qud» dastanları bir epos kimi milli tariximizin başlanğıcını
və bugününü əhatə etməsi ilə intəhasız məna genişliyinə -
fövqəltutuma malik abidədir. İnsan və tarix, insan və onun
taleyi bu eposun ümumbəşəri
mahiyyətini müəyyənləş-
dirən ən başlıca keyfiyyətdir. Bu isə ən əsas və ən vacib
nöqtədir. Prof. N.Paşayevanın düşüncələrinə görə, «söz
sənətində İnsan amili... böyük rol oynayır və əslində, öz
xalqından, onun mənəvi zənginliyindən, şanlı tarixindən,
faciəli həyatından, azadlıq duyğularından söz açan yazıçı