183
Özümdən soruram, bəs sən neylədin?
Gör necə aldılar özündən səni!
Niyə tapılmadı o qüdrət məndə,
Verim qiymətini, verim hər kəsin?
Saxsını almazla bir eyləyəndə,
Günahkar sərrafdır, almaz neyləsin?
Qorqud adamlara ad qoyanda da
Əməli düşündü,
Dəyəri gördü...
Güvənib Dədədən aldığı ada
Hər kəs o ad ilə ömrünü sürdü.
Mən verə bilmədim, ay Qorqud Dədə,
Doğru qiymətini burda hər kəsin (338, 524).
Göründüyü kimi, şair poemanın baş qəhrəmanı olan
müəllimin mənəvi ağrılarının təsviri zamanı Dədə Qorqu-
dun ad verməsi motivindən insana qiymət verməyin ideal
nümunəsi kimi istifadə etmişdir. Halbuki poema mövzusu
etibarilə heç bir halda «Kitabi-Dədə Qorqud» eposu ilə
bağlı deyildir.
B.Vahabzadənin stalinizm repressiyalarının milli
mənəviyyatda doğurduğu eybəcərliklərdən bəhs edən «İki
qorxu» adlı poemasında (1988) da bir məqamda oxuyuruq:
De, hara sığışar, hara ey zaman,
Bu boyda təhqirə xalqın dözməsi -
Dədə Qorqud kimi dədəsi olan
Millətin özünə dədə gəzməsi (339, 568).
«Dədə Qorqud» motivlərindən bədii fiqurlar (təsvir
və ifadə vasitəsi) kimi istifadəyə istiqlal şairi X.R.Ulu-
turkün «Adımız, soyadımız» poemasında da rast gəlirik.
Ad və soyadlarımızda yaşayan doğmalıq və yadlıq məsə-
184
lələrindən bəhs edən poemada bir yerdə sənətkar Qorqud
adını milli ruhun simvolları sırasında tərənnüm etmişdir:
Siz ey adı kimi, soyadı kimi
Bu doğma torpağa ögeyləşənlər!
Babək qılıncından, Qorqud sözündən
Üzeyir ruhundan uzaq düşənlər!
Dərdimiz təkcə bir soyad olsaydı,
Mən, bəlkə, yazmazdım bu qəmli şeiri(291, 242).
Poemanın başqa bir yerində eposdakı adlar qəhrə-
manlıq ruhunun ifadəsi kimi bəyan olunur:
Bayqurd, Bamsı Beyrək, Bahadur, Buraz...
Bunlar ər adları, ərən adları (291, 244).
Yaxud:
Gəlsin Dəli Domrul, Dəmirçioğlu
Hər bir hüceyrəsi tufanla dolu (291, 244-245).
Şair bu fonda Dədə Qorqudun
advermə fəaliyyətini
çox «zərif» şəkildə obrazlaşdırmışdır:
242 ad deyərəm mən,
Başına tac qoyub vətən gülündən.
Görünür, ad verən o Qorqud dədə
Ən zərif duyğular dərmək istəmiş (291, 248).
«Kitabi-Dədə Qorqud» mövzusunda yazılmış poe-
malar N.Xəzri, B.Səhənd, A.Abdullazadə, Z.Yaqub, N.Kə-
səmənli, T.Elçin, R.Təhməzoğlu və s. kimi sənətkarların
yaradıcılığını əhatə edir. Bu sənətkarların yazdığı poema-
larda «Dədə Qorqud» eposunun obraz və ideyalarının
185
müxtəlif bədii məzmun və formalarda təsviri ilə qarşıla-
şırıq.
«Kitabi-Dədə Qorqud» eposu, ümumiyyətlə, gör-
kəmli şair, dramaturq N.Xəzrinin yaradıcılığında mərkəzi
yerlərdən birini tutur. O, müxtəlif zamanlarda eposa müra-
ciət edərək çox maraqlı əsərlər yaratmışdır. N.Xəzri yara-
dıcılığı üçün «Dədə Qorqud»
motivlərinin bədii növlərin
monumental janrlarında işlənməsi səciyyəvidir: şair-dra-
maturq bu mövzuda «Əfsanəli yuxular» adlı poema və iki
dram əsəri («Torpağa sancılan qılınc» və «Burla Xatun»
pyesləri) yazmışdır.
Sənətkar «Əfsanəli yuxular» poeması üzərində bir neçə
dəfə işləmiş və onu iki hissədən ibarət olmaqla «Azərbay-
can» jurnalının 1971 və 1973-cü il nömrələrində çap etdir-
mişdir (bax: 177; 178). Müəllif əsərin əvvəlində poemanın
necə yaranması haqqında oxuculara belə məlumat vermişdir:
«Ana» poeması üzərində işləyirdim. Məndə belə bir fikir
doğdu: Bu gün, 20-ci əsrin qoynunda qürurla yaşayıb ömrü-
nü başa vurmuş anamın mənəvi bacıları kimlər olmuşdur?
Xəyalım uzaq əsrlərə getdi... Xatirimə Burla Xatın gəldi. Nü-
şabə göz önümdən keçdi. Məhsətini düşündüm. Həcərin qəh-
rəmanlığını xatırladım. Mənə elə gəldi ki, anam öz bacı-
larının saf analıq duyğularını, qadın müdrikliyini, qadın
şairanəliyini və qadın mərdliyini özündə cəmləşdirmiş və
mənim əsrimə qədər gətirib çatdırmışdır.
Onunçun da mən
«Anamın bacıları» adı altında silsilə poemalar yazmaq
fikrinə düşdüm. Azərbaycan mədəniyyətinin qədim və ədəbi
abidəsi «Kitabi-Dədə Qorqud»a müraciət etdim. Burla Xatın
göz önümdə canlandı. Onun təkcə oğlu Uruzun yolunda ke-
çirdiyi ağlasığmaz kədər və iztirabların ağrısı elə bil bir əks-
səda kimi mənim ürəyimdə səsləndi... Və «Əfsanəli yuxular»
poeması yazıldı» (177, 55).
Poema çox maraqlı quruluşa malikdir. İki hissəli əsə-
rin hər bir hissəsi üç yuxudan ibarətdir. N.Xəzri əsərdə yu-
186
xu elementindən bədii vasitə kimi istifadə edərək
onunla
minillərin arxasında qalmış oğuz dünyasına daxil olur:
Düşdü uzaqlara
Arzumun yolu,
Dinən uca dağlar,
Gur sular oldu.
Bir gecə yaşadım
Yuxular dolu.
Uzaq bir sahilə
Çatdı yelkənim.
Əsrlər ümmanı
Ləpələndikcə...
Qaldı nəğmə kimi
Ömrümdə mənim.
Yuxular gecəsi...
Nağıllar gecəsi... (179, 51-52)
Yuxular şairi müqəddəs
inamlar və inanclar dünya-
sına - sənətkarın şəxsiyyət və yaradıcılığında özünü qa-
barıq xətt, aparıcı keyfiyyət kimi büruzə verən «inamlı
insan» obrazının mənbəyinə doğru pərvazlandırır. Təsa-
düfi deyil ki, N.Xəzri öz poeziyası ilə oxucularına daim
nikbinlik - sabaha inam aşılayan sənətkar olmuşdur. Şairin
həmkarı C.Novruz yazır ki, «əgər məndən Nəbi Xəzri ba-
rədə soruşsaydılar, deyərdim ki, onun poeziyası inam poe-
ziyasıdır...
Mənə elə gəlir ki, əlinə qələm alıb yazmağa
başlayanda ürəyində ilhamdan əvvəl, od-alovdan qabaq
inam olub» (270, 4). Bu inam onun qəlbində - yaddaş dün-
yasında, əslində, sənətkar hələ dünyaya
gəlməzdən əvvəl
olub; oğuz babalarının qan-gen yaddaşı nəsillərdən-nəsil-
lərə ötürülərək şairə miras qalıb, bütün poeziyasına nik-
binlik - xoş sabaha, qələbə dolu gələcəyə inam aşılayıb və