215
«Dağ döşü» adlanan ikinci hissədə Dirsə xanın oğ-
lunun igidlik göstərməsi və ad almasından bəhs olunur. O,
elin hüzurunda dəhşətindən hamının
qorxduğu buğa ilə
döyüşərək ona qalib gəlir. Dədə Qorqud ona Buğac adını
verir:
Ertəsi gün
Dədə Qorqud
Cəm elədi Oğuzu,
Mizrab vurdu,
Dilləndirdi qopuzu:
- Buğac deyin
Bu igidin adına,
Dara düşsə,
Tanrım yetsin dadına (105, 14).
Poemanın «Ovda» adlanan hissəsində göstərilir ki,
Dirsə xanın yanında qırx igid var idi. Şair onları «qırxlar»
adlandırır. Qırxlar xanın çörəyini yeməklə bərabər, onun
taxtına göz dikmişdilər. Buğacın tez bir zamanda böyümə-
si, igidə çevrilməsi, xanın layiqli varisi olması onları na-
rahat edirdi. Onlar Buğaca böhtan atıb, xanı öz oğlunu ox-
lamağa vadar edirlər. Bu işi edən xan ağır psixoloji vəziy-
yətə düşür:
Dirsə xanın
Dərdi böyük, dağdan ağır.
Elə bil ki,
Üzərinə oxlar yağır.
Qamçılayır
Köpüklənən Boz atını.
Eşidən yox
İçindəki fəryadını (105, 21).
216
Əsərin «Qalx, gedək!» adlanan hissəsində Dirsə xan
aldadıldığını başa düşür. Xain qırxlar Buğacı aradan götür-
dükdən sonra Dirsə xanı əsir tutub, başıaçıq, ayaqyalın
qonşu dövlətin zindanına aparırlar. Həqiqəti başa düşən
Dirsə xan ağır peşimançılıq keçirir:
Gecikdin, küs özündən:
Taxta çıxdı xəyanət.
Görəcək günlərin var,
Qalmadı daha taqət (105, 22).
T.Elçin uşaqlar üçün nəzərdə tutduğu əsərdə xəyanət
motivini xüsusi mənalandırır. Gənc nəslə Dədə Qorqudun
dili ilə səbirli olmaq, deyilmiş hər sözə inanmamaq, yüz
ölçüb-bir biçmək, həqiqəti yalandan seçmək, bir sözlə,
mənəvi dəyərlər, ağıllı davranışlar haqqında belə bir nəsi-
hət verir:
Kim deyir ki, ozan sözü
Doğru çıxmaz, yalan olar?
Təbib gəlsə, dərman deyər,
Əzrayıl can alar olar.
Dəryalar keç üzə-üzə;
Bıçaq batsın yaman gözə.
Aldanma gəl hər xoş sözə
İlan, əqrəb çalan olar.
Bil qədrini sədaqətin,
Aç gözünü həqiqətin,
Əlini kəs xəyanətin,
Uzansa, el talan olar.
Dədə Qorqud haqqı deyər,
Haqqı görən haqqı öyər,
217
Kim itirsə, haqqı əyər,
Özü darda qalan olar (105, 23).
Buğacın anası Zibeydə qızlarla oğlunun axtarışına
çıxır: onun ölümünə inanmır. Ananın inamı düz çıxır: o,
öz oğlunu yaralı halda tapır. Dağ çiçəyini südünə qatır,
məlhəm qayırıb oğlunun yarasına qoyur. Şair ana südünü
tərənnüm etməklə uşaqlarda anaya, ana südünün müqəd-
dəsliyinə, möcüzə və şəfasına inam təlqin edir. Əslində,
T.Elçinin ana südü haqqında böyük bir ilham və vəcdlə
yazdığı misralar, sözün həqiqi mənasında, əsl sənət inci-
sidir:
Ana südü! Səndən təmiz
Nə var dünyada?!
Səndən şirin, səndən əziz!
Heç gəlmir yada!
İliyimiz, sümüyümüz,
Qanımız səndən.
Hər ölümə can verməyən
Canımız səndən.
Müqəddəssən Günəş qədər,
Ey ana südü!
Səndən - ana məhəbbəti,
Ana öyüdü... (105, 31).
Əsərin «Dayanma, tələs oğlum!» hissəsində Buğac
atasının aldadıldığını, ona və atasına qırxlar tərəfindən tələ
qurulduğunu başa düşür. Ana südü ona şəfa verdiyi kimi,
ana sözü də ona həqiqəti başa salır. Ağıllı ananın müha-
kimələri həqiqəti ortaya qoyur:
218
Sual verib, cavab gəzir,
Soruşur ana.
Dözə bilmir, inanmır öz
Cavablarına.
Qarışıbdır bir-birinə
Xəyanət, qəzəb...
Nə deyiblər Dirsə xana?
Nə imiş səbəb? (105, 31-32).
Ağıllı qadın başa düşür ki, işin içində nə isə bir xəya-
nət var. O, hadisələrin necə baş verdiyini bilməsə də, fəh-
mi, fitrəti ona xəyanətdən soraq verir:
Tez gedək! Atandan
Nigaranam mən.
Açılmır ürəyim,
Bağrı qanam mən.
Tez gedək! Nəsə var
Onun başında... (105, 32).
Ana oğlunu atasını xilas edib, xəyanətkarları cəza-
landırmağa çağırır. Buğac xəyanətkarlarla döyüşə girib,
atasını xilas edir. Poemanın əsas süjeti ata ilə oğulun qo-
vuşmasının, Oğuz elinin birlik və bütövlüyünün təntənəsi
ilə bitir. Baş vermiş bütün bu hadisələrin ibrətamiz nəticə-
lərini T.Elçin əsərin sonundakı «Karvan yolu» adlı hissədə
Dədə Qorqudun dili ilə bəyan edir:
Ucalardan uca tutun
Bu öyüdü:
İgidlərə halal olsun
Ana südü.
219
Yaxşı bilin özünüzün,
Sözünüzün qiymətini.
Özünüzdən uca tutun
El-obanın qeyrətini (105, 37).
Dədə Qorqudun dilindən söylənilən bu nəsihətlər
əsərin əsas ideya yükünü, ideya-məzmun mahiyyətini
ifadə edir. Şair əsərdə «Kitabi-Dədə Qorqud»
eposunun
maraqlı məzmuna malik birinci boyunu uşaqların dili və
düşüncəsinə uyğunlaşdırmaqla qalmır, onlarda vətənpər-
vərlik, humanizm kimi ali mənəvi keyfiyyətlər tərbiyə
edir. Poemada Dədə Qorqudun dilindən söylənilən nəsi-
hətlər, nəğmələr və s. məhz bu məqsədə qulluq edir. Adə-
tən, uşaqlar üçün yazılmış əsərlərdə ibrətamiz kəlamlar-
dan, nəsihətlərdən, atalar sözləri və məsəllərdən istifadə
olunur. T.Elçin bu ənənəyə sadiq qalaraq əsərin əsas ideya
yükü daşıyan fikirləri Dədə Qorqudun dilindən verir. Fik-
rimizcə, sadə, yapışıqlı, uşaqların düşüncə dünyasına uy-
ğun yazılmış əsərdə müəllif öz məqsədinə nail olmuş,
«Dədə Qorqud» motivlərindən istifadə yolu ilə çox dəyər-
li, uşaq ədəbiyyatının tarixində daimi
qalacaq bir poema
yaratmağa nail olmuşdur.
«Dədə Qorqud» motivləri əsasında yazılmış poema-
lardan biri də şair-tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə
doktoru Rəşid Təhməzoğlunun hər çapı ilə diqqəti cəlb
edən «Dədə Qorqut» adlı epos-poemasıdır (bax: 331; 332).
Əsərin 1999-cu ildəki ilk çapının redaktoru və ön sözün
müəllifi İ.Öməroğlu (Vəliyev) R.Təhməzoğlunun «Dədəm
Qorqut» poemasını bütövlükdə «mənəvi qaynağın poetik
biçimi» kimi səciyyələndirərək (273, 3-5) yazır: «İlhamla
yazılmış bu əsər tarixə müasir baxışın təzahürü kimi mey-
dana çıxıb. Epos-poema, əslində, nəsillərin dialoqu, nəvə ilə
baba, bu günümüzlə ulu keçmişimiz arasında poetik mü-
kalimədir. Nəvənin babaya müraciəti nədən doğub, epos-
220
dakı boylar məgər şair üçün yetərli deyildimi?
Hadisələr,
tarixin və zamanın müəyyən məqamlarında ortaya çıxan
milli-etnik nöqsanlar, bəşəri cinayətlər müasir dövr ilə nə
dərəcədə səciyyəvidir? Epos-poemanı oxuduqca müəllifin
narahatlığının səbəbləri aşkar olunur» (273, 4).
İ.Öməroğlunun mühaşidələrinə görə, şair eposun mə-
lum boylarını sadəcə nəzmə çəkmək yolunu tutmamış,
əsərdə özünün müasir dövrün bədii-estetik, milli-mənəvi
normaları ilə səsləşən sənətkar konsepsiyasını da reallaşdı-
ra bilmişdir: «Əsər eposun məlum boylarının süjeti əsasın-
da formalaşsa da, şairin çağdaş lirik «mən»i, onun bu gü-
nün ucalığından keçmişə baxışı, bu baxışdakı öygü, öyün-
mə və qınamalar olduqca təsirlidir» (273, 4).
Poemada özü bədii sözün (poetik deyimin) zirvəsi
olan «Kitabi-Dədə Qorqud» boylarının şair
tərəfindən ye-
nidən necə bədiiləşdirmə üsuluna, obrazlaşdırma texnika-
sına, bədiiləşdirmənin mexanizmlərinə gəlincə, «epos-poe-
mada etnoqrafik məqamlar ayrıca səliqə ilə işlənmişdir.
Bu baxımdan, ov səhnələri, döyüşlər, toy şənlikləri, məişət
mərasimlərinin poetik təsviri diqqəti cəlb edir. Müəllif
Dədəm Qorqut adı ilə bağlı əhvalat və hadisələrə müasirlik
gözü ilə nəzər salır, obrazlar, dastan qəhrəmanları yenidən
«dindirilir», çağdaş insanla üz-üzə gətirilir, qınamalar, qıs-
lamalar şəxsiyyətin tarixdəki
hərəkətini saf-çürük etmək
üçün vasitəyə çevrilir. Etnoqrafik səciyyəli əsərdə tarixdən
və dastandan alınan ibrət, əxlaqi təəssüratlar vətəndaşın
milli tərbiyəsi üçün önəmlik qazanır. Şair tarixi dastana
yalnız araşdırıcı gözü ilə baxmır. Həm də sözə, ifadəyə
tarixi-dilçilik mövqeyindən yanaşır. Sözü ələkdən keçirir,
onu yeni biçimdə oxucuya çatdırır» (273, 4-5).
Poemanı geniş təhlil etmək burada imkansız olsa da,
səciyyəvi məqamlara diqqət yetirək. İlk diqqəti cəlb edən
odur ki, R.Təhməzoğlu əsərdə «Kitabi-Dədə Qorqud»
dastanlarının öz bədii deyim tərzini saxlamağa çalışmışdır.