199
Ümumiyyətlə, Səhəndin «Sazımın sözü» kitabındakı
bütün poemaların ideya əsasında milli zülm və zalımlara
qarşı mübarizə ideyası durur. Bu xətt altı poemanı öz ət-
rafında açıq şəkildə birləşdirən xəttdir.
Həmin xətt bir-
ləşdirici poetik motiv olmaqla qalmayıb, bu poemaların
hər birini milli azadlıq uğrunda mübarizə manifestinə çe-
virmişdir. Səhənd bu baxımdan «Kitabi-Dədə Qorqud»da
«Basatın Təpəgözü öldürməsi»ndən bəhs edən və daha
çox mifik məzmun daşıyan boyu birbaşa müasir dövrlə -
Cənubi Azərbaycandakı milli ayrı-seçkiliklə, xalqımızın
ən adi milli haqq və huquqlarını tapdalanması ilə açıq şə-
kildə əlaqələndirərək bu siyasəti həyata keçirənləri «adam-
zad» (adamyeyən) Təpəgözə bənzətmişdir:
Bir daha mən
Tanımışam, tanımışam
Əsrimizin
«Birgözlüsün»
«Təpəgözün»!
Haralarda,
Harda, harda,
............................
Hər torpaqda, hər diyarda
Tanımışam o qəddarı,
O quduzu, o kaftarı (312, 252).
Məhz bu milli həqiqətlər şairə dünyanın mənasını,
keçmişlərin əfsanələrinin hikmətini,
o cümlədən milli
folklorumuzda yaşayan ulu həqiqətlərin əsl dəyərini başa
salmışdır:
Mən o gündən inandım ki,
Sinələrdən sinələrə,
Atalardan, babalardan
200
Bizə çatan əfsanələr
Çox da belə yersiz deyil.
Bu sözlərdə dəryalar var,
Dəryalarca mənalar var (312, 251).
Əslində, şairin bu misralarında onun «Kitabi-Dədə
Qorqud» eposuna həm bir sənətkar, həm
də bir vətəndaş
kimi maraq və münasibətinin bütün mənası ifadə olunmuş-
dur. «Kitabi-Dədə Qorqud»u nəzmə çəkmək bir şair işi-
dirsə, onun altında yatan milli həqiqətləri üzə çıxarmaq isə
artıq Səhəndin vətəndaş əqidəsindən irəli gəlmişdir. Bu
baxımdan, sənətkarın poemaları bədii məzmun və forma,
milli həqiqətlərin bədii cəhətdən ifadəsi və s. baxımından
çox zəngindir və ayrıca tədqiqat tələb edir.
«Dədə Qorqud» motivləri ilə bağlı poemalar içərisin-
də şair-alim A.Abdullazadənin bir neçə dəfə Azərbaycan,
o cümlədən rus dilində çap olunmuş «Ulu Qorqud» adlı
poeması məzmun və forma xüsusiyyətləri baxımından diq-
qəti çəkir (bax: 26; 27; 28; 365).
«Ulu Qorqud» poeması bilavasitə «Dədə Qorqud
kitabı»nın yubileyi günlərində yazıldı. Şair aşkarca Qara-
bağ yolunda, torpaq birliyi uğrunda mübarizəyə Qorqud
ovqatı aşılayır» (154, 7). A.Abdullazadənin «Ulu Qorqud»
poeması Dədə Qorquda müraciətlə yazılmış,
burada abi-
dənin daimi örnək olduğu, «Kitabi-Dədə Qorqud» dün-
yasının bugünkü günlə əlaqəsi göstərilmişdir. Altı fəsildən
ibarət poemada insanın mərdliyi, qadın ləyaqəti, saf
məhəbbət, həyat rəmzi olan su, nəsillərin əlaqəsi və s.
mövzulara toxunulur, son sözdə Dədə Qorquddan ölməz-
lik rəmzi kimi bəhs olunur (118, 17).
«Ulu Qorqud» poemasını poetik
mahiyyəti etibarilə
şairin «dünənin» bünövrəsi üzərində durub «bugünə» yaz-
dığı «məktub» - poema hesab etmək olar. A.Abdullazadə
201
bugünlə dünən - müasirliklə tarix arasında «Dədə Qorqud»
adlanan bir məclis - «körpü» qurur:
Ulu Qorqud,
Sağ əcdadım, oğuz nəslim, qopuz səslim,
bəri gəlgil, başa keç,
bu günümün süfrəsinin başına yığ ulu nəvələrini -
ötənlərdən danışaq,
tapaq altdan, zaman üstdən,
qayalardan, dağlardan,
uzaq-uzaq çağlardan
mərd səsləri ucalan
ərənlərdən danışaq (28, 267).
«Dədə Qorqud» həqiqətlərini Azərbaycan xalqının
«həqiqət tarixi» - «mənəvi gerçəklər tarixi» kimi tərənnüm
edən şair dünyanın ulu dəyərlərinin tarix boyunca dəyiş-
məz qaldığını göstərir:
...Sən dünyanın işinə bax,
xainlər də ölüb getdi, mərdlər də,
xainlik də diri qaldı, mərdlik də.
Amma biri qoşun-qoşun, biri - tək.
İgidliyə qəhrəmanlıq da dedilər, mərdlik də,
cəsarət də, qorxmazlıq da, ərlik də...
xəyanətin tək oldu, adı da, mənası da,
tək qaldı dünyası da (28, 268).
Şair göstərir ki, milli xarakterin ən uca dəyərləri və-
tən, el, oba, yurd insanı ilə bağlıdır. Bu dəyərlər öz-özlü-
yündə bir
məna ifadə etmir, onlar yalnız xalqın və yurdun
mənafeyi ilə bağlananda ülviləşir (məna kəsb edir). Bu
cəhətdən, A.Abdullazadənin «mərdlik» haqqında düşüncə-
ləri dərin fəlsəfi məzmuna malikdir:
202
Mərdliyin saya gəlməz
əlvan çeşidləri var,
mərdliyin də məqamı, öz ölçüsü, yeri var.
Ən sisli, ən sürüşkən yollarda yıxılmamaq,
Vətənin dağ vüqarını öz işinlə, öz adınla,
sarsılmaz inadınla qorumaq da mərdlikdir,
anaya sayğı da, ümidsiz təsəlli də, yıxılana qayğı da
(28, 272).
Sənətkarın poemada uca dəyərlər səviyyəsində öydü-
yü varlıqlardan biri anadır. Maraqlıdır ki, A.Abdullazadə
ananı bir insan, uca, ülvi varlıq olmaqla yanaşı, həm də
müqəddəs milli dəyər kimi tərənnüm etmişdir:
Ulu Qorqud, sən karvana gecikəndən sonra da,
Qazanların, Beyrəklərin, Banıçiçək nişanlı,
neçə-neçə qız ərənlər
qopuzundan axıb gələn sədalarda, səslərdə
Qazlıq dağın ətəyindən
dirilik suları içəndən
çox-çox, çox-çox sonra da,
qadın ana qadın qaldı, ana qaldı (28, 274).
Sənətkar əsərin sonunda yenə də Qorquda müraciət
edir:
Ulu Qorqud,
Dünənini sabahına qovuşdurub yaşayan
Ulu ər nəvələrin o müqəddəs səcdənə
Dönə-dönə enəcəklər, bunu bil,
Sənə, sənin dağ vüqarlı
Yaz nəfəsli kəlamına, ruhuna
Dönə-dönə dönəcəklər, bunu bil (28, 289).