191
Üçüncü yuxu Qaraca Çobanla bağlıdır: «Yuxuda bir
çoban gördüm» (179, 74). N.Xəzri Qaraca Çobanın obra-
zında öz el-obasını, yurdunu
böyük bir məhəbbətlə sevən,
elin namusunu hər şeydən uca tutan bir oğuz igidini tərən-
nüm etmişdir.
Şair dördüncü yuxuda yenə də ana ilə oğulun söh-
bətinə qayıdır: «Yuxuda bir oğul gördüm» (179, 82). Burla
Xatın ağır bir sınaq və bəlkə də, heç bir ananın yerinə ye-
tirə bilməyəcəyi bir iş qarşısında qalıb. Bu iş Oğuz elinin
və Salur Qazanın namusunun tapdalanmamasından ötrü öz
doğma oğlunun ətindən bişirilmiş yeməyi
yeməkdən iba-
rətdir. Burla Xatın bunu bacaracaqdımı?! Oğlunun əti
onun boğazından keçəcəkdimi?! Ana öz tərəddüdlərini
oğlu ilə bölüşür. Lakin uca mənəvi dəyərlərdən yoğrulmuş
oğuz mənəviyyatı alçalmağı qəbul edə bilməzdi. Uruz
üçün onun ölümü, anasının namus xatirinə onun ətindən
yeməsi alternativsiz qərar idi. O, bir oğuz igidi olaraq
oğuz mənəviyyatının sarsılmaz qanunlarının daşıyıcısı idi.
Ona görə də anasının tərəddüdlərini eşitmək belə istəmir:
Kəs, ay anam,
Sus, ay anam,
Bu sənmisən?
Nə deyirsən?
Qulağıma inanmıram
Sənin könlün
Necə qıydı,
Necə dedin bu sözləri? (179, 83).
Lakin
unutmaq olmaz ki, oğuz igidlərini belə qəhrə-
man kimi tərbiyə edən, onlara oğuz mənəviyyatının sarsıl-
maz dəyərlərini südü ilə verən oğuz anaları idi. Burla Xatın
bir ana idi. Onun Oğuz elinin və əri Salur Qazanın namusunu
sındırmağa haqqı olmadığı kimi, oğlunun ətindən yeməməyə
də haqqı vardı. Və o, əsil oğuz analarına yaraşan bir qərar
192
qəbul edir. Heç bir düşmən təhdidi,
heç bir qüvvə onun ana-
lıq haqqını sındıra, əlindən ala, ona qalib gələ bilmir:
Ana verir
Öz analıq fərmanını:
«...Sabah əgər
Uruzumun bədəninə dəysə bıçaq,
Onda xəncər -
Bax, bu xəncər
Öz əlimlə öz qəlbimə saplanacaq» (179, 89).
Beşinci yuxu Salur Qazanın ovda gördüyü dəhşətli
yuxuya həsr olunmuşdur: «Yuxuda bir yuxu gördüm»
(179, 89). Özü ovda olsa da, bütün qəlbi və düşüncəsi ilə
yurda bağlı olan Salur Qazan gördüyü yuxu ilə elin
başının üstünü fəlakət aldığını anlayır. N.Xəzri burada
dastanda olmayan çox maraqlı bir detal da işləmişdir.
Burla Xatın el talan olarkən buludla
öz sevgilisi Salur Qa-
zana xəbər yollamışdı. Həmin buludun dünən ovda Qaza-
na nə isə demək istədiyi onun yadına düşür:
Ah o, nəydi -
Dünən
Göydən
Bulud keçdi gözü yaşlı...
Sanki bulud nəsə dedi,
Salur Qazan eşitmədi (179, 91).
O, atına minib el-obanı xilas etmək üçün çapır,
yavaş-yavaş səhər açılır. Şair səhərin açılmasını təsadüfi
detal kimi yox, əsərin ideya-məzmun kompozisiyasının
mühüm elementi kimi poemaya daxil edir. Altıncı – so-
nuncu yuxu səhərin açılması ilə başlayır: «Yuxuda bir sə-
hər gördüm» (179, 89).
193
N.Xəzrinin Salur Qazanın öz evini xilas edəcəyi,
oğuzların düşmən üzərində qələbə çalacağı günü məhz
səhərin açılması motivi ilə başlaması onun yaradıcılığı
üçün xarakterik olan nikbinlik ovqatı ilə bağlıdır. Səhər
qaranlıq gecənin sona çatması - işıqlı gündüzün başlanma-
sı deməkdir. N.Xəzri Salur Qazanın
gəlişini Günəşin doğ-
ması ilə simvolizə edir. Günəş çıxıb bütün qaranlıqlara,
gecəyə - şər dünyasına qalib gəldiyi kimi, Salur Qazan da
elin üstündə bir günəş kimi doğacaq, ümidsizliyə, məyus-
luğa qapılmış qəlblərə işıq saçacaqdı:
Parlayır şəfəqdən
Zirvələrdə qar...
Bulağın suyu nur,
Çayın suyu nur.
Silib gözlərini
Yuxulu dağlar
Günəş sellərində
Erkən yuyunur.
Sınır qaranlığın
Qara qanadı,
Əriyir dağların bəyaz qarıyla,
Səhər - təbiətin körpə övladı
Gəlir öz əbədi
Addımlarıyla (179, 95).
Şair səhərlərin gəlişinin «əbədi» olmasına işarə et-
məklə yer üzündə ümidin, işığın, haqqın, ədalətin əbədili-
yini göstərir. Bununla oğuzların haqq, ədalət, ümid da-
şıyıcıları kimi həmişə qələbə çalacaqlarının da əbədi olma-
sına işarə edir. Doğrudan da, Oğuz igidləri birləşib düş-
mən üzərində qələb çalırlar. Əsər
keçirdikləri daxili iztirab
və həyəcanların poemanın leytmotivi kimi götürüldüyü
ana ilə balanın görüşü ilə tamamlanır:
194
Getdi ana vüqarilə,
Ana getdi
Gözündə yaş gilə-gilə
Kədər... sevinc aşdı-daşdı...
Birdən-birə qarşılaşdı
Çinar boylu oğul ilə,
Oğul boylu çinar ilə.
...Açdı ana
Qollarını
geniş açdı
qanad kimi.
Əvəllcə o,
Göy çinarı
Qucaqladı övlad kimi.
Sonra ana
Öz bağrına
Aldı təkcə övladını
Çinar kimi,
Bahar kimi,
Həyat kimi (179, 105)
Şair poemanı, göründüyü kimi, «çinar» «bahar»,
«həyat» obrazları ilə tamamlayır. Bu obrazların hər biri
Azərbaycan xalqının
mənəviyyat tarixi, inanclar dünyası
ilə sıx bağlı olub, xeyiri, xoş gələcəyi, qələbəni, əbədiyyəti
ifadə edir. N.Xəzri də poemaya milli düşüncənin bu qədim
obrazları ilə nöqtə qoymaqla öz vətənlərini doğma anaları
bilən, onu ana qədər dərindən sevən oğuzların «Vətən -
Ana» sevgisinin dünya durduqca çinar kimi həmişəyaşıl,
bahar kimi işıqlı, həyat kimi əbədi olacağını təsdiq et-
mişdir.
Müasir Azərbaycan ədəbiyyatında «Dədə Qorqud»
motivləri əsasında yazılmış poemalar içərisində Cənubi
Azərbaycan şairi Bulud Səhəndin (1926-1979) yaradıcı-