195
lığının xüsusi yeri vardır (bax: 309; 310; 311; 312). O,
1926-cı ildə Marağada anadan olmuşdur.
Gənclik illəri
Təbriz inqilabı dövrünə təsadüf edir. Azərbaycan Demok-
rat Partiyasının gənclər təşkilatının üzvü olan Səhənd həbs
edilmiş və 1947-ci ildə həbsdən buraxılmışdır. Həmin il-
lərdə yazdığı «Xatirə» adlı mənzum əsəri də daxil olmaqla
bütün yaradıcılığı, demək olar ki, milli azadlıq
mövzusu
ilə bu və ya digər şəkildə bağlıdır. Səhəndin 1984-cü ildə
Bakıda çap olunmuş «Sazımın sözü» kitabının tərtibçisi və
ön sözün müəllifi R.Qənbər qızı göstərir ki, Səhənd 1965-
ci ildə «Dədə Qorqud» dastanları əsasında yazdığı iri
həcmli əsərinin birinci cildini qeyri-leqal şəkildə çap et-
dirir (220, 9).
Qeyd edək ki, Səhəndin «Dədə Qorqud» mövzu-
sunda yazdığı ikicildlik «Sazımın sözü» poemalar silsiləsi
ustad M.Şəhriyarın «Heydərbabaya salam» əsərindən son-
ra Cənubi Azərbaycanda ikinci möhtəşəm ədəbi hadisə sa-
yılır. Səhənd «Sazımın sözü»ndə dastanın altı boyunu nəz-
mə çəkmişdir. «Sazımın sözü» kitabı iki cilddən ibarətdir:
«Sazımın sözü» və «Dədəmin kitabı». «Sazımın sözü» ad-
lanan birinci cild 1965-ci ildə çap olunmuş və özündə
«Duxa Qoca oğlu Domrul», «Dirsə xan oğlu Buğac»,
«Qanlı Qoca oğlu Qanturalı» adları altında
üç boyu birləş-
dirir. 1976-cı ildə çap olunmuş «Dədəmin kitabı» adlanan
ikinci cilddə isə «Qaracıq Çoban», «Bəkil oğlu İmran»,
«Təpəgöz» adları altında daha üç boy müasir şeirin bədii-
estetik normaları əsasında tərənnüm edilmişdir. Beləliklə,
Səhəndin iki cilddən («Sazımın sözü» və «Dədəmin ki-
tabı») ibarət «Dədə Qorqud» yaradıcılığı bütövlükdə «Sa-
zımın sözü» adlanır və özündə altı poemanı birləşdirir.
Şair bu əsərlərlə xalqımızın milli-mənəvi dəyərlərinə
bağlılığını ortaya qoymuş və bunu «Duxa Qoca oğlu Dom-
rul» poemasında belə ifadə etmişdir:
196
Hələ də, hələ də bizim yerlərdə
Sadə insanların andı «çıraq»dır,
Xalqın arasında, kənddə, şəhərdə
Müqəddəs yerlərin adı «ocaq»dır (312, 71)
Ömrünü xalqının milli azadlıq mübarizəsinə həsr et-
miş Səhəndin, ümumiyyətlə, bu əsərləri yazmaqda ən ali
məqsədi xalqının damarlarında qanla axan milli yaddaşı,
qəhrəmanlıq ruhunu oyatmaq olmuşdur:
Dişi aslan, qoç igidlər
Qulluğuna söyləyim mən,
Bu ellərin, obaların,
Ataların, babaların
Gəldiyindən, keçdiyindən,
Həq badəsin içdiyindən (312, 71).
Bu kiçik parçanın özünü
belə təhlil edib Səhəndin
nəhəng «Dədə Qorqud» yaradıcılığının xarakterik keyfiy-
yətlərini üzə çıxarmaq olar:
1. «Dişi aslan, qoç igidlər //
Qulluğuna söyləyim
mən» misraları Azərbaycan dastan dili, aşıq ifaçılığı üçün
xarakterik olan «qulluğunuza ərz edim, siz də dinləyib
feyziyab olun» nitq deyiminin üstündə qurulmaqla Səhən-
din poemalarının milli dastançılığın poetik-üslubi qatları
ilə bağlı olduğunu göstərir.
2. «Dişi aslan, qoç igidlər // Qulluğuna söyləyim
mən // Bu ellərin, obaların, // Ataların, babaların // Gəl-
diyindən, keçdiyindən» misralarında qədim dastan təhki-
yəsinin Dədə Qorqud» eposu üçün xarakterik olan «Gə-
limli, gedimli dünya» poetik formulu mətnaltı planı təşkil
edib, sənətkarın poetik üslubunu qidalandırmaqla yanaşı,
Səhəndin poetik düşüncəsinin milli bədii-estetik düşün-
cənin dərin qatları ilə bağlı olduğunu nümayiş etdirir.
197
3. «...Qulluğuna söyləyim mən... // ...Ataların, baba-
ların... // ...Həq badəsin içdiyindən» misraları birbaşa mə-
həbbət dastanlarındakı haqq aşiqliyi - butavermə ilə bağ-
lıdır. Bu da Səhənd yaradıcılığının milli-mənəvi dəyərlərin
müqəddəslik qatları ilə bağlı olduğunu bildirir.
Səhənd «Duxa Qoca oğlu Domrul» poemasında bo-
yun məlum süjetini müasir şeir
üslubunda nəzmə çəkmək-
lə poemanın ideya-məzmun əsasına vəfa, etibar, sədaqət,
hünər kimi milli-estetik dəyərləri çıxarmışdır:
Demək, bir qadının eşqi, vəfası,
Tanrı qəzəbinə qələbə çaldı.
Domrulun gül açdı günü, dünyası,
Yüz qırx il yaşadı, yüz qırx il qaldı.
Qoşdu Qorqud Dədə adına dastan,
Adını-sanını dillərə saldı.
Əbədi yaşasın vəfalı insan,
Şöhrəti yayılsın bütün ellərə (312, 94).
Şair «Dirsə xan oğlu Buğac» poemasında dastandan
məlum olan süjeti xeyirin şər üzərində qələbəsi kimi tə-
rənnüm etməklə yanaşı, əsərdə əsas xətt kimi «Ana haqqı -
Tanrı haqqı» ideyasını qabartmışdır:
Sən də analığa həsr et dastanın,
Sən həq yolçususan, həqq aşığısan,
İstəkdən yoğrulub iliyin, qanın,
Dostluq məclisinin yaraşığısan (312, 99).
Sənətkarın «Qanlı qoca oğlu Qanturalı» poemasının
əsas mövzusu Azərbaycan milli mənəviyyat tarixi, milli
xarakteri və etnik mentaliteti
üçün xarakterik olan qəhrə-
manlıqdır:
198
Əzəl gündən qəhrəmanlıq
Mərdanəlik, qoçaqlıq
Vətənimin, ellərimin
Ad-sanilən yanaşıdır (312, 127).
«Qaracıq Çoban» poeması eposdakı «Qazan xanın
evinin yağmalanması» boyu əsasında yazılmışdır. Poema-
da oğuz elinin birliyini, vətən uğrunda döyüşə birgə atıl-
malarını xüsusi tərənnüm edən şair əsərin əvvəlində vətə-
nin düşdüyü haldan, Azərbaycanın ikiyə bölünməsindən,
dilimizin İranda qadağan olunmasından, mübarizə ruhu-
nun öldürülməsindən Qorqud dədəyə şikayət edir:
Vətənimin şamaması
Doğranıb dilim-dilim.
Tikilib dodağım,
Qadaxlanıb dilim.
Hər parça, hər tikəm
Bir qurd ağzında,
Babamın kəskin qılıncı
Paslanıb, çürüyüb qında (312, 175).
Səhənd «Bəkil oğlu İmran» poemasında dastandakı
eyniadlı boyu nəzmə çəkimişdir. Bütün poemalarının
əvvəlində «Başlanış» hissəsi verdiyi kimi burada da eyni
lirik müqəddimə vermiş, poemanı yazmaqda məqsədinin
Azərbaycan uğrunda savaş olduğunu bəyan etmişdir:
Aşıq, çal sazıvı, aç dastanıvı,
Çaldığın nəğmələr həyat marşıdır!.
İnsanın həyatı həyat marşıdır,
Vuruşa, zülmətə, zülmə qarşıdır (312, 127).