203
A.Abdullazadə poemanı nikbin
notlarla - yurdun,
elin, vətənin, dövlətin və dövlətçiliyin taleyinə inam
hissləri ilə qurtarır. Poema ulu Qorquda müraciətlə başlan-
dığı kimi ona müraciətlə də sonlanır. Başlanğıc və sonun
Dədə Qorqudda «düyünlənməsi», başqa sözlə, Azərbaycan
milli həqiqətlərinin Dədə Qorqudla başlanıb yenə də ona
dönməsi «Dədə Qorqud kitabı»nı milli varlığımızın əbədi
simvolu kimi təsdiq edir.
«Dədə Qorqud» motivləri
müasir Azərbaycan şairi
Zəlimxan Yaqubun yaradıcılığı üçün də xarakterikdir. O,
el-aşıq şeiri üslubunda yazan bir sənətkardır. Belə demək
olar ki, Z.Yaqubun şeirləri, əslində, bütün ruhu ilə Dədə
Qorqud dünyasına bağlıdır. Bu cəhətdən sənətkarın iri-
həcmli «Saz» dastan-poeması xüsusilə səciyyəvidir (352,
287-331).
Dastan-poema şairin Dədə Qorquda müraciətini əks
etdirən «Saz» şeiri ilə başlayır. Qorqud atanı öz varlığının
ayrılmaz parçası sayan Z.Yaqub deyir:
Sənsiz mənim bir məclisim,
Bir şənliyim olarmı heç?
Adın ilə öyünməsə,
Ahənginlə döyünməsə,
Sinəm sözlə dolarmı heç?
Qorqud dədəm, ozan babam! (352, 287).
Sənətkar Dədə Qorqudu qılıncın belə kəsə bilmədiyi
ağıla-huşa
malik hikmət sahibi, el-obanın üstünə dərd qo-
şun çəkəndə qəm səfini öz qopuzunun sehri ilə pozan ulu
ozan, gözlərindən körpələrin bəbəyinə od verən, qopuzu
ilə ana vətən torpağına dad verən, igidlərə hünərindən ad
verən, sözlərin mənasını yozan
ulu müdrik kimi tərənnüm
edib, ondan saz haqqında söz deməyə icazə istəyir:
204
Qoy mən sənə ellər üçün
Qəlbin susmaz simi deyim.
Keçmişimin özül daşı,
Bünövrəsi, himi deyim.
Sənə bənzər bir ağsaqqal
Səndən özgə kimi deyim.
Tariximi tarixlərə
Naxışlarla yazan babam!
Qorqud atam, ozan babam! (352, 288).
Şair sazı tarixin kəşməkeşlərinə sinə gərən, ideologi-
yalarla çarpışıb haqq olduğunu isbat edən milli sərvət kimi
tərənnüm edir:
Sinələrdə dinən sazı
Daşdan-daşa çalan oldu.
Saz yaşadı!
«Yeriş etdi qəm ləşkəri»,
Könül şəhri talan oldu
Saz yaşadı!
Şəriətə ziddir deyib,
Ocaqlara qaladılar,
Havacatı haram bilib
Yası yasa caladılar,
Saz yaşadı!
Ellər özü heç elədi
El bağına daş atanı!
Məclislərdə baş çəkdi
Telli sazı yaşadanı! (352, 288).
Z.Yaqub sazı tərənnüm edərkən Dədə Qorqud adına
arxalanır, ilhamının ocağı qoru Qorqud ocağından götürür.
Çünki Qorqud həsrətləri qovuşduran, xataları sovuşduran,
baş bilən ər, söz yurduna sərkərdədir. O, hər bir istəyin di-
205
ləyin atası, anasıdır. Ona görə də Dədə Qorqud bir məşəl
olub Z.Yaqubun ömrünə işıq saçır. Qorqudun sözü – haq-
qın səsidir. Odur ki, şair Qorquddan öz uğuruna alqış-dua,
təbinə güc-qüvvət istəyir:
Sənin səsin haqq səsidir,
Uluların nəfəsidir!
Alqışlasan, sevincimdən
Göylər qədər ucalaram!
Qarğışlasan, kədərimdən
Bircə gündə qocalaram!
Nə yaxşı ki, baba olan
Qarğamaz öz nəvəsinə.
Nəsil-nəsil qanad verər
İnsanların həvəsinə.
Yüksəklərə uçmaq üçün
Mən də qanad istəyirəm.
Zirvələri qucmaq üçün
Səndən inad istəyirəm.
Gözlərimi açan gündən
Saza, sözə meylim olub.
Mən havacat Məcnunuyam,
Saz əbədi Leylim olub!
Telli sazın dastanını
Özün başla, ustad Dədə!
Söz sehrinə varmaq üçün
Ver ruhuma qanad, Dədə! (352, 289).
Dastan-poemanın «Ulu ozanın düşüncələri»
adlanan
şeirində lirik mənin dilindən çox mənalı düşüncələr veril-
mişdir. Lirik qəhrəman bəyan edir ki, ondan ötrü ürəkləri
ocaq olub yananlar olduğu kimi, həqiqətini görə-görə onu
dananlar da var. Ancaq bütün bunlar onu ruhdan salmayıb:
o, ellər bağçasının bülbülü kimi vətənə nəğmələr qoşmaq-
dan heç vaxt usanmayıb. Əli sazın pərdələrinə yatandan,
206
barmaqları simə dəyəndən bəri havaların
gücü ilə tilsim-
lərə yol açıb. Sərt yoxuşlar heç vaxt onun dizlərini bükə
bilməyib. Doğru sözü, haqqı deməkdən heç vaxt çəkinmə-
yib: həqiqəti üzlərə şax deyib. «Eldən dediyinə», «elə de-
diyinə», «el üçün dediyinə» görə yağan yağışlar, qopan tu-
fanlar bu ocaqdan, bu torpaqdan onun izlərini silə bilmə-
yib. Sənətkar öz ömür yolunun qayəsini belə bəyan edir:
Bu dünyaya gəlməyim var,
Getməyim yox!
Bu dünyada ölməyim var,
İtməyim yox!
Arzum budur, nəsil-nəsil
Xoşbəxt görüm insanları,
Duru görüm, təmiz görüm vicdanları.
Bundan özgə
Bir məqsədi güdməyim yox (352, 290).
«Aldı Dədə Ozan» adlı şeirdə Dədə Qorqud sənət-
kara - Z.Yaquba xeyir-dua verərək:
ona zirvələri fəth etmək, yüksəklərə uçmaq üçün -
qanad;
insanları ucaltmaq, yaxşı adla qocalmaq üçün - cürət;
ürəkləri oxumaq, fikirlərdən dəstə tutub söz çələngi
toxumaq
üçün - qüdrət;
ağır yükləri qaldırmaq, öz həyat yolu və cığırına
sədaqətlə könül bağlamaq üçün - sazla öyüd;
açılmayan qapıları açmaq üçün - açar;
səfərə çıxmaq üçün - yollar;
sular üstündən adlamaq üçün - keçid bağışlayaraq
bunları nəsihət edir:
Elə danış - söz dilində
Qılınc olsun, qalxan olsun.