171
bərli yazır ki, Doktor Cavad Heyətin və M.Fərzanənin
«Kitabi-Dədə Qorqud» mövzularının
təbliğində böyük
xidmətləri olmuş, birinci epos haqqında silsilə məqalələr
yazmış, ikinci eposu 1979-cu ildə Təbrizdə ərəb əlifbası
ilə nəşr etdirmişdir. «Varlıq» jurnalında Azərbaycan şairi
Qul Atanın Dədə Qorquddan bəhs edən məsnəvisi, «Dədə
Qorqud» ədəbi-bədii jurnalında isə H.Ə.Ətayi, S.Salman,
H.Tərlan, Eloğlu və başqa şairlərin «Kitabi-Dədə Qor-
qud»a həsr etdikləri şeirlər və mənzum parçalar çap olun-
muşdur (118, 17).
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir şeirimi-
zə təsirindən danışarkən bir mühüm məsələyə də diqqət
verməyin gərəkliyi ortaya çıxır. Bu, müasir şeirimizlə
«Kitabi-Dədə Qorqud» şeiri arasındakı zamanları, poetik
məkanları sındıran oxşarlıq, yaxınlıq, bəzən isə eynilikdir.
Dastanın şeiri, əslində, müasir şairlərimizi ovsunla-
yan sehrdir. İstər hecada, istərsə də sərbəst
vəzndə yazan
şairlərimiz öz poetik zövqlərini bu dastanda həmişə tap-
mışlar. Dastanın şeirləri xüsusilə sərbəst vəzndə yazan
şairlərimizə güclü təsir göstərməklə onların ilham qay-
nağına çevrilmişdir. Bunun səbəbi «Kitabi-Dədə Qorqud»
dastanı şeirlərinin özünəməxsus quruluşu - vəzn-qafiyə
sistemidir.
Müasir şairlərimiz üçün dastanın şeirləri sərbəst vəz-
nin qədim dövrdə yaradılmış füsunkar və ecazkar nümu-
nələri təsiri bağışlayır. Doğrudan da, eposdakı şeirlər öz
formal quruluşuna görə sərbəst vəznlə səsləşir. Ancaq bu
işlə məşğul olan peşəkar alimlərin düşüncəsinə görə das-
tanda bizim poeziyamıza Avropa ədəbiyyatından gəlmiş
sərbəst vəzn haqqında birbaşa danışmaq olmaz. Bu sahədə
prof. T.Hacıyev (153; 155; 156; 158), prof. K.V.Nəri-
manoğlu (346, 22-29; 347; 266), prof. K.Abdulla (9), prof.
C.Abdullayev (25), E.Əlibəyzadə (120, 258-268), K.Hü-
seynoğlu (170), T.Quliyev (224), M.Əliyev (131) və baş-
172
qaları tədqiqatlar aparmışlar. Bu
işlərdə eposun şeir hissə-
sinin özünəməxsusluğu göstərilməklə bərabər, onların
müasir şeirin quruluşu ilə əlaqəsi məsələsinə də toxunul-
muşdur.
Tədqiqatçılar üçün dastanın şeirləri zəngin bir mən-
bədir. Elə bir mənbə ki, türk şeirinin inkişaf tarixinin bü-
tün məsələlərinin açarı elə bil ki, «Dədə Qorqud» abi-
dəsindədir. Elə bundan dolayı K.Hüseynoğlu belə hesab
edir ki, Azərbaycan şeirinin qaynaqlarının tədqiqi baxı-
mından müasir Anadolu türklərinin, azərbaycanlıların,
türkmənlərin və qaqauzların qədim əcdadları olan oğuz-
ların yaratdıqları folklor ədəbiyyatı bizim üçün müstəsna
əhəmiyyət kəsb edir. Bu ədəbiyyata daxil olan yazılı abi-
dələr içərisində «Kitabi-Dədə Qorqud» dastanı, Mahmud
Kaşqarinin «Divanü lüğət-it türk» əsəri və orta əsrlərdə
yazılmış «Oğuznamə» kitabları xüsusi qeyd edilməlidir
(170, 20).
Şeirşünas (əruzşünas) alim T.Quliyev yazır: «Həqi-
qətən də, «Dədə Qorqud» şeirləri
bütün əlamətlərilə qədim
şeirdir. Bu qədimliyi sübut edən digər xüsusiyyətlər ara-
sında şeirlərin vəzn və qafiyə xüsusiyyətlərinin özünəməx-
sus mövqeyi vardır. Tədqiqatçılar bu şeirlərin qədimliyin-
dən danışarkən diqqəti ilk növbədə bu şeirlərin vəzninə
yönəltmiş, vəzn baxımından «Divani lüğat-it türk» əsərin-
də olan şeirlərlə müqayisə edərək «Dədə Qorqud» şeirlə-
rinin daha qədim olduğunu sübuta çalışmışlar» (224, 199).
Prof. C.Abdullayev «Dədə Qorqud» şeirinin qorqud-
şünaslar tərəfindən müxtəlif şəkildə qiymətləndirilməsinə
toxunaraq yazır ki, onlar dastandakı poetik parçaları «sər-
bəst vəzn», bəziləri «qafiyəsiz şeir», «söyləmə şeir», «pə-
rakəndə şeir», hətta «tirada», «alliterasiya» üzərində qurul-
muş şeir adlandırmışlar (25, 93). Alim xəbərdarlıq edir ki,
Dədə Qorqud şeirlərini necə var, eləcə də qəbul etmək la-
zımdır; çünki onlar öz ilkin qafiyəsində, bakir, toxunulmaz
173
formasında
daha gözəl, daha təbii görünür. İndi biz dasta-
nın şeirlərinə bu günün tələbləri baxımından yanaşsaq və
onları müasir meyarlarla dəyərləndirsək, əlbəttə, səhv edə-
rik, çünki hər şeyə konkret tarixi şərait daxilində qiymət
vermək gərəkdir (25, 97). C.Abdullayev «Dədə Qorqud»
şeirinin müasir şeirimizin ruhunda yaşamasına diqqət çə-
kərək yazır ki, biz heç bir çətinlik çəkmədən «Dədə Qor-
qud» şeirindəki misraları «çağdaş şeirimizin sərbəst nü-
munələri ilə müqayisələndirsək, onlarla paralellər aparsaq,
onların biri-biri ilə məna və məzmun, həm də forma baxı-
mından yaxından səsləşməni,
hətta varislik ruhunu, inkişaf
dinamikasını aydın sezə bilərik. Bunun ən canlı timsalını
S.Rüstəmdə, R.Rzada, S.Vurğunda, F.Qocada, O.Sarıvəllidə,
F.Sadıqda, Ə.Kərimdə və neçə-neçə başqalarının sənət nü-
munəsində konkret misallarla sübuta yetirə bilərik (25, 98).
Prof. Q.Namazova görə, abidədəki şeirlərin mühüm
funksiyası var: «Söyləmələr boyları iki cəhətdən tamamla-
yır. Birinci növbədə bu söyləmələr hadisələrin inkişafına
xidmət edir, onu məzmunca tamamlayır. Bunsuz dastan
zəngin bədii mündəricəyə malik olmazdı. Digər tərəfdən
dastandakı söyləmələr qəhrəmanların daxili mənəvi alə-
mini açır» (252, 22). Ancaq alimin fikrincə, «Dədə Qor-
qud» şeirlərini müasir şeirlə eyniləşdirmək olmaz: «Ozan
söyləmələrinin qafiyə quruluşu da bugünkü şeirimizin qa-
fiyə sistemindən xeyli dərəcədə fərqlənir.
Burada da bəsit-
lik və pərakəndəlik diqqəti cəlb edir. Başlıcası da odur ki,
söyləmələrin qafiyə quruluşunda vahid bir ölçüyə riayət
olunmamışdır. Ən çox cüt qafiyələr, üçlük və dördlüklər
üstünlük təşkil edir. Bu ölçü özü də rədif qafiyələr üzə-
rində qurulmuşdur» (253, 23).
Prof. K.V.Nərimanoğlu da müasir şeirimizlə «Dədə
Qorqud» şeiri arasındakı əlaqələrin poetikasına toxunaraq
göstərir ki, biz müasir şeirin mütləq sistemi ilə «Kitabi-
Dədə Qorqud»u açmaq istəyiriksə, bu yol bizi həmişə çıx-
174
maza aparar. Bu mənada müxtəlif tədqiqatçıların «Kitabi-
Dədə Qorqud» şeirini mənsur şeir, səcli nəsr sərbəst şeir,
ritmik nəsr adlandırması ilə razılaşmaq olar. Çünki «Kita-
bi-Dədə Qorqud» boyları qədim Oğuz şeiridir. Elə şeir ki,
Oğuz dillərinin sonrakı inkişaf mərhələlərində mənsur
şeir, səcli nəsr,
ritmik nəsr, (müasir poeziyadakı - Y.İ.)
sərbəst şeir, ağ şeir məhz o qaynaqdan qopmuşdur» (266,
314). Yeri gəlmişkən, tədqiqatçı alim E.Əlibəyzadə das-
tanın nəsr hissəsinin ümumi ahəngini, musiqi tonunu yara-
dan müxtəlif vasitələri araşdıraraq ondan məhz mənsur
şeir kimi bəhs etmişdir (120, 258-268)
Bu problemlə uzun illər ərzində ardıcıl məşğul
olmaqda davam edən prof. T.Hacıyev belə hesab edir ki,
«Dədə Qorqud kitabı»nın şeir texnologiyası lazımınca
öyrənilməyib. «Kitab»ı müxtəlif dövrlərdə tərtib və nəşr
edənlər onun mətnində müxtəlif miqdarda şeir nümunələri
vermişlər. Ucdantutma şeir olan dastanın içində ara-sıra
şeir görən bu şəxslərdən hərəsi bir-iki nümunə artıq
verməklə əsərin boynuna, bir növ, minnət qoymuşlar»
(156, 14). «Kitabi-Dədə Qorqud»da «ümumiyyətlə, nəsr
yoxdur ucdantutma şeirdir və burada şeir heç nə ilə, daha
dürüst olmayan bir şeylə (yəni nəsrlə - Y.İ.) növbələşə
bilməz. Sadəcə, «Kitab»da şeirin iki şəkildə təzahürü var:
epik
- təsviri şeir, intensiv şeir. Hadisələrin, əhvalatların
verilməsi epik-təsviri şeirlə gedir. Psixoloji gərginlik, fəal
lirizm məqamlarında ritm nizama düşür, daha sürəkli olur»
(153, 29). «Dədə Qorqud» şeiri öz paralelizm, heca sayı,
alliterasiya, qafiyə, söz sırası, təzad, poetik sintaksis xüsu-
siyyətləri baxımından qədim Orxon-Yenisey kitabələri ilə
səsləşir (155, 37-46). Dilşünas alim bu barədə son tədqi-
qatlarından birində yazır ki, «Dədə Qorqud kitabı» mət-
ninin mənzum, ya mənsur olmasını hələ də mübahisə müs-
təvisinə çıxaranlar var. Bizim şəxsi qənaətimizə görə, «Ki-
tab» şeir şəklində yazılmışdır. Türk folklor şeirilə və orta