Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   2   3   4   5   6   7   8   9   ...   89

 23 
can  ədəbiyyatında yenidən canlanaraq ədəbi düşüncəyə 
yeni həyat (yeni məzmun və forma əlvanlığı) verib.  
«Kitabi-Dədə Qorqud» eposunun Azərbaycan  ədəbi 
düşüncəsinin inkişafında mühüm və  əlahiddə yeri vardır. 
Bu, onunla bağlıdır ki, «Qorqud» eposu bir tərəfdən milli 
ədəbi-bədii yaradıcılığın konkret bir mərhələsi, digər 
tərəfdən isə həm də milli düşüncənin bütün ilkin arxetip-
lərini özündə qoruyan mənbə - qaynaqdır. Bu, elə bir qay-
naqdır ki, Azərbaycan  ədəbi düşüncəsi, bütövlükdə milli 
varlığı bütün hallarda bu qaynağa bağlanır. Bu məsələ 
«Kitab»ı «milli varlığımızın mötəbər qaynağı» adlan-
dırmış görkəmli dövlət xadimi H.Əliyevin fikrində sərrast 
şəkildə belə ifadə olunmuşdur: «Kitabi-Dədə Qorqud» 
bizim milli estetikamızın mötəbər qaynağı olaraq mənəvi 
və estetik dəyərlərin vəhdətini özündə əks etdirir. Gözəllik 
və eybəcərlik, ülvilik və alçaqlıq, komiklik və faciəlik, 
məhəbbət və nifrətlə bağlı olan fikirlər, bizim əcdadla-
rımızın estetik duyumu lakonik ədəbi formalarda eposun 
müxtəlif boylarında ifadə olunur. Gözəllik və hikmətin, gö-
zəllik və qeyrətin, gözəllik və sədaqətin qırılmaz daxili har-
moniyası da «Kitabi-Dədə Qorqud»a xas olan estetik və 
etik kateqoriyaların mahiyyətini açıqlayır» (126, 8). 
Ak.B.Nəbiyev və prof. Y.Qarayevin göstərdikləri ki-
mi: «Kitabi-Dədə Qorqud» oğuz xalqlarının şah əsəri, ata 
kitabıdır, Azərbaycan mentalitetinin, bütün türk dünya-
sının yaradıcı dühasının hələlik əldə olan ilk ən böyük və 
ən mükəmməl bədii ifadəsidir. Bu dastan həm də xalqın 
həyatının epik lövhələrini, onun əxlaq və  mənəviyyatını, 
davranış  mədəniyyətini, estetik zövqünü, gözəllik anlayı-
şını, humanizmini, vətənpərvərlik, qəhrəmanlıq keyfiyyət-
lərini, sevgidə dəyanət, ataya-anaya şəfqət və ehtiram duy-
ğularını  bədii vasitələrlə  əks etdirən qanunlar məcəlləsi, 
zəngin biliklər ensiklopediyasıdır» (261, 16-17). 
 24
«Kitabi-Dədə Qorqud»u «əxlaqi və estetik məziyyət-
lər xəzinəsi hesab edən ak. B.Nəbiyev dastanda qorunub 
qalmış estetik (o cümlədən bədii-estetik - Y.İ.) normaların 
Dədə Qorqud obrazında təcəssüm olunan milli əxlaqi nor-
maların estetikasını özündə  əks etdirdiyini xüsusi vurğu-
layaraq göstərir ki, «onun (Dədə Qorqudun - Y.İ.) böyük 
bədii istedadının, zəngin biliyinin və bir insan kimi mənə-
vi hünərinin məhsulu olan və artıq dünyada ən mükəmməl 
oğuznamə kimi etiraf və təqdir edilən «Kitabi-Dədə Qor-
qud» dastanı «tarixçi üçün xalqımızın tarixi, ədəbiyyat-
şünas üçün onun epopeyası, etnoqraf üçün milli əlamətlər 
toplusu» (Ş.Cəmşidov), psixoloqlar üçün xarakterlər xəzi-
nəsi, estetiklər üçün gözəllik qalereyasıdır. 1300 il öncə 
saçları ağarıb tarixə çevrilmiş bu xəzinə zaman keçdikcə, 
daha dərindən tədqiq edilib çeşidli nəşrlərdə xalqa çatdırıl-
dıqca elmi-ədəbi məna və əhəmiyyəti, estetik dəyəri daha 
da artır və zənginləşir» (260, 15). 
Müasir Azərbaycan  ədəbiyyatı öz poetik mahiyyəti-
nin hansı səviyyəsindən baxılırsa-baxılsın, ilkin qaynaqları 
etibarilə «Kitabi-Dədə Qorqud»a bağlanır. Bu ədəbiyyatın 
obrazlar sisteminin, bədii təfəkkür tərzinin, dünyanı bədii 
qavramasının poetik üsulunun alt qatında, bünövrəsində 
«Qorqud» eposundan gələn poetik kodlar durur. Bu kodlar 
milli  ədəbiyyatın bütün dövrlərində var olan, o cümlədən 
müasir Azərbaycan  ədəbiyyatının da onunla nəfəs aldığı 
«Qorqud ruhunun» daxili mahiyyətini, quruluşunu təşkil 
edir. Prof. Y.Qarayev yazır ki, «min üç yüz ildir ki, Qor-
qud xalqın qan və gen yaddaşı kimi yaşayır və özündən 
əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər 
sətrində, hər sözündə yaşadır. Üstəlik, növbəti, min üç yüz 
il üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və genlər 
yenə bu «ana kitabın» bətnində  və ruhunda qorunub sax-
lanır. Müstəqillikdə minillik və  əbədilik üçün əsaslar, 
xalqlarla kültürlər, yer və göy, torpaq və millət, təbiət və 


 25 
ekologiya arasında davranış  və  rəftar kodeksi, qanun və 
ana yasa...  hamısı, hamısı öz əksini bu kitabda tapır. Və 
müstəqillik dövründə də Qorqud yenidən mənəvi intibahın 
simvolu, milli heysiyyətin və özünüdərkin sənədi olur» 
(216, 4).  
Əlbəttə, prof. Y.Qarayevin bu obrazlı ifadəsində 
«Kitabi-Dədə Qorqud» eposu, o cümlədən onun müasir 
Azərbaycan ədəbiyyatına təsiri ilə bağlı çox aydın şəkildə 
ifadə olunmuş  həqiqət var. Abidənin rəsmi  şəkildə 1300 
illiyi qeyd olunmuşdur. Bu, «Kitabi-Dədə Qorqud» epo-
sunun dastan şəklində meydana çıxmasının şərti tarixidir. 
Bu tarixdən  əvvəl «Dədə Qorqud» oğuz xalqının yaradı-
lışı, mövcudluğu, etnik-siyasi quruluşu və s. haqqında kos-
moqonik mif, etnoqonik mif, mifoloji epos, arxaik qəh-
rəmanlıq  əfsanə  və  rəvayətləri kimi mövcud olub. Sonra 
klassik qəhrəmanlıq dastanı halına düşüb. Uzun əsrlər can-
lı ifada mövcud olub, yazılı  ədəbiyyata təsir edib. Sonra 
qəhrəmanlıq və məhəbbət dastanlarına transformasiya olu-
naraq canlı mövcudluğunu başa vurub. Ancaq bu eposun 
sonu demək olmayıb. Azərbaycan xalqının ən qədim tarixi 
çağlarından tutmuş bugünədək yaşayan «Dədə Qorqud» 
ruhu heç vaxt milli ədəbi düşüncəni tərk etməyib. Bu 
cəhətdən dastanı «bütün dövrlərin kitabı» adlandıran prof. 
Y.Qarayev tamamilə haqlıdır. 1300 il ədəbiyyatımızı poe-
tik enerji ilə qidalandıran bu abidə, əslində, tükənməz bə-
dii-estetik düşüncə xəzinəsidir. O, arxaik dövrdə ədəbi dü-
şüncə tariximizin özünü təşkil etmiş, daha sonra əsrlər bo-
yu qədim və orta əsrlər Azərbaycan  ədəbiyyatının inki-
şafına qida vermiş, XX əsrin birinci yarısından milli ədəbi 
düşüncəyə yenidən aktiv şəkildə daxil olmaqla ədəbiyya-
tımızda «Qorqud epoxasının» əsasını qoymuşdur. Bu yer-
də haqlı bir sual meydana çıxır: Bir dastanın  əsrlərin və 
minilliklərin, qərinələrin və epoxaların fövqünə qalxan bu 
fövqəl gücü haradan gəlir? 
 26
Bu sual, əslində, tədqiqatın mövzusu ilə sıx bağlı ol-
maqla dərin aktuallıq kəsb edən bir mühüm nəzəri məsə-
ləyə toxunmağı tələb edir. Bu, «Kitabi-Dədə Qorqud» das-
tanının janr potensialı ilə bağlı məsələdir. «Dədə Qorqud» 
bir dastan kimi tükənməz poetik potensiala malikdir. Bu 
dastanın bədii-estetik tükənməzliyi isə onun, sadəcə ola-
raq, bir dastan yox, həm də milli düşüncənin bütün bədii-
estetik enerjisini, milli poetik ehtiyatlarını, etnik-mədəni 
yaddaşını özündə ehtiva edən epos olduğunu göstərir. 
Prof. N.Cəfərov ona məhz bu statusda yanaşır: «Epos», sa-
dəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mən-
sub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə 
ifadə edən möhtəşəm dastan - potensiyadır. Onu tam ha-
lında bərpa etmək mümkün deyildir, mövcud mənbələr 
əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin tə-
səvvür ideya-estetik, poetexnoloji, linqvistik və s. kom-
ponentlərin üzvi vəhdətindən ibarətdir» (86, 12). 
Göründüyü kimi, dastan olmaq «Kitabi-Dədə Qor-
qud»un janr əlamətidir, epos isə onun milli tarixində 
oynadığı rol, qalxdığı  səviyyə ilə bağlı addır. Doğrudan 
da, Azərbaycan dastanları içərisində «Koroğlu»nu çıxmaq 
şərti ilə  hər bir dastan «Kitabi-Dədə Qorqud» qalxdığı 
zirvəyə qalxa bilməmişdir. O, Azərbaycan xalqının milli 
tale kitabı, epik-milli «pasportu», yaxud prof. N.Cəfəro-
vun adlandırdığı kimi, «Azərbaycan xalqının şah əsəri»dir. 
Müəllif eposun tarixini milli tariximizə  bərabər tutaraq 
yazır: «Dədə Qorqud» eposunun tarixi Azərbaycan etnik-
mədəni sisteminin ümumtürk etnik-mədəni sistemindən 
fərqlənərək ayrılması (diferensiasiyası) tarixidir» (82, 4).  
Prof. M.Cəfərli bildirir ki, «müasir dövrümüzdə das-
tan yaradıcılığının öyrənilməsinin ən mühüm nəzəri məsə-
lələrindən biri epos-dastan münasibətləridir. Azərbaycan 
folklorşünaslığında «epos» və «dastan» terminləri uzun 
müddət sinonim anlayışlar, yəni mənası bir-birinə bərabər 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə